Məhkəmə qərarları › İş №2(102)-1215/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-1215/2020

10.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1215/2020 10.01.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dəmirov, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli 2(103)-7963/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və vəkilləri X1 verdikləri kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim: İddiaçılar İddiaçı2, İddiaçı1 və vəkilləri X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli 2(103)-7963/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Mülki iş nəzərdən keçirilərkən məlum oldu ki, iddiaçılar İddiaçı2, İddiaçı1 10 avqust 2018-ci il qətnaməsinin surətini 19 iyun 2019-cu il tarixdə məhkəmə qəbzinə imza etməklə almışlar. Mülki iş 13 noyabr 2019-cu il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili X2 16 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi iddiaçılar İddiaçı2 və İddiaçı1 verdikləri kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilibverilməməsi məsələsini müzakirə etmə dən,kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilməməsi məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 408, 411-ci maddələrini rəhbər tutaraq qərar alıram: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli, 2(103)7963/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və vəkilləri X1 verdikləri kassasiya şikayəti həmin şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilibverilməməsi məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə Bakı A

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar