Məhkəmə qərarları › İş №2(102)-1215/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1215/2025

14.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1215/2025 14.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Bakı şəhəri 16 saylı Notariat Ofisinə, İsmayıllı rayon Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayəti vermə hüququ) Azərbaycan Respublikası Al i Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 2(107)1115/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,21006 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43-03/401 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin v ə İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,600051 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43-03/402 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqavilələrinin hüquqi nəticələrinin ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq, iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,21006 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh 3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə03/401 nömrə ilə qeydə alınmış və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,600051 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/402 nömrə ilə qeydə alınmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 və 4Ə-03/402 nömrələrlə qeydə alınmış 26 avqust 2008-ci il tarixli alğı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfi ndən xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********26 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatların ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 müştərək qaydada 100 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh6 arı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 2(107)1115/2024 nömrəli qətnaməsi ilə Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilm iş apellyasiya şikayətləri təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qətnaməsi iddianın Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 21/-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25 yanvar 2024-cü ildə reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində də təmin edilmiş, Cavabdeh4 miras qalmış əmlaka dair Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25 yanvar 2024-cü ildə verilmiş, reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi qət edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh6, üçüncü şəxs X1 və Cavabdeh3 ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş, hər üç kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 404-1.1-ci maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Kassasiya şikayətləri və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, Cavabdeh3 kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 403-cü maddəsinə uyğun olmamışd ır.

8. Belə ki, Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ həmin məhkəmə aktında ifadə olunmuş nəticədən asılı olmayaraq təsbit olunduğu halda, Məcəllənin 403.1-ci maddəsinin mənasına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız tələbləri təmin olunmayan şəxsə kassasiya şikayəti vermək hüququ verilmişdir. Yəni kassasiya şikayətinin verilməsi üçün yalnız şəxsin işdə iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində iştirak etməsi faktı kifayət etmir, məhkəmə aktı ilə onun hüquq və vəzifələrinin pozulması iddia olunmalı, ya da ki, həmin qətnamə maraq və mənafelərinə toxunmalıdır.

9. Hazırkı işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qi smən təmin olunaraq, Cavabdeh3 etibarnamə əsasında iştirak etdiyi 26 avqust 2008-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Cavabdeh3 həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirməyərək, dolayısı ilə iddianın təmin olunan hissəsi ilə razılaşmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçıların apellyasiya şikayətləri əsasında yeni qətnamə qəbul etməklə, iddia tələblərini qalan hissədə təmin etmiş, Cavabdeh4 miras qalmış əmlaka dair Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25 yanvar 2024-cü ildə verilmiş, reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ h aqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsini qət etmişdir.

12. Cavabdeh3 məhz bu qətnamədən kassasiya şikayəti vermiş, lakin kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 407.1.4-ci maddələrinin tələblərinə zidd olaraq, apellyasiya məhkəməsinin təmin etdiyi tələblərinin (vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinin) onun hüquq və mənafelərinə toxunmasını əsaslandırmamışdır.

13. Yəni görünür ki, hazırkı halda kassator kimi çıxış edən Cavabdeh3 apellyasiya məhkəməsinə ünvanlanan tələbi (apellyasiya şikayəti) olmamış, mübahisələndirilən qətnamə ilə isə ona qarşı yönələn hər hansı tələb təmin olunmamışdır.

14. Ümumiyyətlə, cavabdeh kassasiya şikayətində maddi hüquq normalarının pozuntusu kimi Mülki Məcəllənin 152, 225, 373, 375.2, 550, 551-cü, Ailə Məcəllə sinin 34-cü maddələrinin, prosessual hüquq normaların pozuntusu kimi Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1-ci maddələrinin dispozisiya şərtlərini sadalasa da, şikayətin məzmununda həmin pozuntuların nədən ibarət olmasını, bu maddələrin apellyasiya məhkəməsi tərəfindən təmin olunan tələblərə aidiyyətini izah etməmişdir.

15. Bu səbəbdən, Mülki Prosessual Məcəllənin 403.1, 407.1.4-cü maddələrinin tələbləri baxımından cavabdehin hazırkı iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2024-cü il tarixli nömrəli qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olması müəyyən olunmur.

16. Qeyd olunanlara əsasən, kassasiya şikayəti prosessual hüquq normalarına uyğun əsaslandırılmadığı və buna hüququ olmayan şəxs tərəfindən verildiyi üçün icraata qəbul edilə bilməz. Od ur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 2(107)1115/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş Cavabdeh3 kassasiya şikayətinin geri qaytarılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar