Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1216/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli 2(103)8334/2018 saylı qətnaməsindən İddiaçı-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.İ.Həsənov, iş № 2(008)-365/2018) İddiaçı-nin Cavabdeh qarşı maliyyə lizinqi müqaviləsi üzrə borcun və lizinq pre dmetinə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 11 iyul 2015-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 984,65 manat lizinq ödənişinin və dövlət rüsumuna görə ödənilmiş 30 manatın İddiaçı-nin xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər arasında bağlanmış 11 iyul 2015-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən iddiaçı ümum i dəyəri 21.519 manat olan avtomobili öz mülkiyyətinə əldə edərək onu cavabdehin müvəqqəti istifadəsinə vermiş, cavabdeh isə 21.519 manat məbləğində əsas borcu və 6.487 manat məbləğində lizinq verənin mükafatını 36 ay müddətində MMCyə ödəməyi öhdəsinə götürmüşdür. 2017-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 3.875 manat məbləğində lizinq ödənişinin həyata keçirdikdən sonra ödənişləri dayandırmasını əsas göstərməklə onlar arasında bağlanmış maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, gecikdirilmiş lizinq borcuna görə 3.126,65 manat, lizinq predmetinə dəymiş ziyana görə 4676,40 manat, cəmi 7.803,05 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 manatın cavabdehdən alınaraq MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassas iya şikayətinin dəlilləri: İş üzrə İddiaçı-nin nümayəndəsi kassasiya şikayəti verərək cavabdehin müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməməsini, lakin apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarını pozmaqla iddianın qismən təmin olunması barədə nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya s ədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən lizinq obyekti 15 aprel 2016-cı il tarixdə iddiaçıya qaytarılmış və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilmişdir. Lizinq cəmiyyəti tərəfindən lizinq alana ünvanlanmış 02 mart 2017-ci il tarixli pretenziya məktubuna görə lizinq alanın həmin vaxta olan əsas borcu 3126,65 manat təşkil etmişdir. İşdən görü nür ki, cavabdeh tərəfindən iddiaçıya ilkin ödəniş kimi 2142 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ilkin ödəniş kimi lizinq verənə ödənilmiş 2142 manatı lizinq verənin tələb etdiyi 3.126,65 manatdan çıxdıqdan sonra qalan 984,65 manatın cavabdehdən tutulmalı olması nəticəsinə gəlmiş və apellyasiya instansiyası məhkəməsi də həmin nəticə ilə razılaşmışdır. İddiaçı lizinq obyektinə dəymiş ziyan kimi cavabdehdən 4676,40 manat tələb edərkən 15 aprel 2016-cı il tarixli qüs ur aktına istinad etmişdir. İşin 26-cı səhifəsində olan həmin akt cavabdehin iştirakı olmadan tərtib olunduğundan kollegiya iddia tələbinin həmin hissədə rədd olunmasını əsaslı saymışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddianın rədd olunmuş hissəsində tələbin əsaslı olması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1216/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1216/2019
13.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver