Məhkəmə qərarları › İş №2(102)-1216/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1216/2020

28.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1216/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı1 və vəkili X2, İddiaçı3, cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, X6, X1 və X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cərimənin ləğv edilməsi və digər tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 və cava bdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən transformator məntəqəsində quraşdırılmış elektrik sayğacında yaranmış qüsurlara görə binanın elektrik təchizatının dayandırılması, həmçinin həmin sayğaca görə hesablanmış cərimənin iddiaçılardan tələb edilməsi cavabdehə qadağan edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A. Hüseynov, hakimlər A.İmanov, V.Sadıqov) iddiaçıların və cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətləri təmin olunmamış, Bakı Şəhəri Nəsimi Ra yon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, X9, X4 və X8 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – ASC) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, binanın elektrik təchizatının kəsilməsinin cavabdehə qadağa qoyulması, transformator məntəqəsində q uraşdırılan sayğacın işləməsinə, xarab olmasına və ya hər hansı texniki nasazlığına görə məsuliyyətin tam olaraq cavabdehin əməkdaşlarına aid edilməsi, transformator məntəqəsindəki qeyri-qanuni quraşdırılmış sayğacın ləğv edilməsi, hesablanmış 1223,37 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda göstərilən halları ilə və həmin hallara tət biq edilməli olan maddi-hüquq normaları ilə əsaslandırmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçılar ünvan 2 ünvanında yerləşən binanın ayrı-ayrı sahələrinin mülkiyyətçiləridir, hər bir iddiaçının sahəsinə ayrıca elektrik sayğacı quraşdırılmışdır. Həmçinin iş materiallarından görünür ki, Binaya xidmət edən transformator məntəqəsində mülkiyyətdə olan mənzillərdən kənar istifadə olunan (lift təchizatı, ümumi istifadə yerlərinin işıqlandırılması və s.) elektrik enerjisinin hesabatını aparmaq üçün ayrıca sayğac quraşdırılmışdır. Bundan başqa iş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 2 binasında quraşdırılmış ümumi elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ümumi elektrik sayğacının proqram təminatı pozulmuş sayğac özö zünə yazır. Bu barədə 15 noyabr 2017-ci il tarixli akt tərtib olunmuş, akta əsasən sayğac üzrə 1223,37 manat borc hesablanmışdır. Eyni zamanda iddiaçıların ümumi sayğacın çıxarılması barədə müraciətlərinə cavab olaraq «xxxx» ASC-nin 24.06.2018-ci il tarixli məktubu ilə bildirilmişdir ki, binaya quraşdırılmış elektrik qurğularının MTK-nın balansında olması səbəbindən sayğacın transformator məntəqəsindən çıxarılması qeyri-mümkündür. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydalar ı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubi yyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstər işini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11cibəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi və ziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış binasına məxsus elektrik sayğacının proqram təminatının pozulması nəticəsində sayğacın özözünə yazmasının aşkar edilməsi, iddiaçılar hər biri ayrıca mülkiyyətçilər olduqları və onların sahələrinə verilən elektrik enerjisinin hesablanması hər bir sahəyə quraşdırılmış sayğaca əsasən hesablandığı üçün transformator məntəqəsində quraşdırılmış ümumi elektrik sayğacında yaranmış qüsurlara görə binanın elektrik təchizatı dayandırıla, həmçinin ümumi sayğaca görə hesablanmış cərimə iddiaçılardan tələb edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh özü də kassasiya şikayətində binanın sahibinin istehlakçı X7 olduğunu və ümumi sayğacın abunə kodunun həmin şəxsə aid olduğunu bildirmişdir. Cavabdehin iddiaçılara ünvanlandığı rəsmi məktubda isə binaya quraşdırılmış elektrik qurğularının MTK-nın balansında olduğu qeyd edilmişdir. Bu baxımdan cavabdeh ümumi sayğaca görə elektrik enerjisi sərfiyyatını və həmin sayğaca hesablanmış cəriməni məhz binanın balans saxlayıcısı olan fiziki və hüquqi şəxsdən tələb edə bilər. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq mə hkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar