Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-122/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARI Açar sözlər:ilkin müqavilənin etibarsız hesab edilməsi 31.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(105)-1313/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 31 yanvar 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İşin hallarına görə, Ca vabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli ilkin müqaviləyə əsasən, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 24.200 manata Cavabdeh2 satıb. Müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı tərəfindən ona məxsus olan evin daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyat alındıqdan sonra 30 il müddətində başa çatdırılmalıdır. Bakı şəhəri, 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin 16 aprel 2021-ci il tarixli arayışına görə, İddiaçı ünvan 2 evdə qeydiyyatsız yaşayır. "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, İddiaçı enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə 160 manat pul tələb olunub. Bakı "xxxx" ASC tərəf indən verilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* saylı protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılan sayğac yenisi ilə əvəz olunub. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “Daxili qaz avadanlıqlarına texniki baxış xidməti işlərinin keçirilməsi haqqında ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilib, qaz xətləri və cihazlar istismara yararlı kimi qiymətləndirilib. "xxxx" ASC tərəfindən verilmiş 08 may 2017-ci il tarixli “Su sayğacının quraşdırılmasına dair” aktdan görünür ki, İddiaçı ünvanına CS-920 markalı su sayğacı quraşdırılıb. Cavabdeh1 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 28 yanvar 2020-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 evin **********000 abonent kodunun Cavabdeh2 adına keçməsinə sərəncam verilməsini xahiş edib. 29 yanvar 2020-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısına dair bir tipli müqavilə”dən görünür ki, "xxxx" ASC ilə X8 arasında elektrik müqaviləsinin alqı-satqı müqaviləsi bağlanıb. Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə X6 İddiaçı və Cavabdeh1 cəlb edilməklə Cavabdeh2 qarşı “mənzildən çıxarılma” barədə iddiası əsassız olduğundan rədd edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə X6 apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Cavabdeh1 və İddiaçı qarşı “evə köçürülmə” barədə iddiası təmin edilərək, Cavabdeh2 ünvan 2 evə köçürülməsi qət edilib. İddiaçı ilə X9 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli “Daşınmaz əmlak üzərində fərdi müqavilə”dən görünür ki, X1 ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin alqı-satqısına görə 27.500 manat pul verib. 10 prel 2019-cu il tarixli “Daşınmaz əmlak üzərində fərdi müqavilə”yə xitam verilməsi barədə 01 sentyabr 2021-ci il tarixli razılaşmadan görünür ki, tərəflər razılığa gəlirlər ki, onlar arasında bağlanılmış 10 aprel 2019-cu il tarixli “Daşınmaz Əmlak Üzrə Fərdi Müqavilə”yə tərəflərin qarşılıqlı razılığı əsasında 01 sentyabr 2021-ci il tarixdən xitam verilib. Aİıcı təsdiq edir ki, 10 aprel 2019-cu il tarixli müqaviləyə əsasən onun tam istifadəsinə verilmiş ünvan 3 ünvanda yerləşən torpaq sahəsini və üzərində yerləşən yaşayış evini (ö/t) o, 25 fevral 2021-ci il tarixindən etibarən satıcının tam sahibliyinə və istifadəsinə geri təhvil verib. Alıcı təsdiq edir ki, 10 aprel 2019-cu il tarixli müqaviləyə əsasən onun tərəfindən ödənilmiş 27.500 manat hazırki razılaşma bağlanan anda satıcı tərəfindən alıcıya tam şəkildə qaytarılıb. Tərəflər təsdiq edirlər ki, hazırki razılaşma ilə xitam verilən müqavilə üzrə ödəniş geri qaytarılması ilə bağlı bütün hesablaşmalar tam başa çatdırılıb və bu mövzuda tərəflər arasında hər hansı fikir ayrılığı mövcud deyil. A lıcı öhdəliyinə götürür ki, bu razılaşma bağlanan gün ərzində hazırda ünvan 3 ünvanda onun adına olan kommunal abonent kodlarının (işıq, qaz və su) satıcının adına köçürülməsini təmin edir. Tərəflər təsdiq edirlər ki, onların bir birinə qarşı hər hansı iddiaları yoxdur və gələcəkdə də olmayacağına qarşılıqlı zəmanət verirlər. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilədən görünür ki, abonent X3 məxsus ünvan 4 ünvanda yerləşən evə qaz sayğacı quraşdırılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sahibliyində və istifadəsində olan ünvan 5 ünvanda, 175 kv.metr torpaq sahəsində inşa ed ilmiş, ümumi sahəsi 107,68 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı barədə cavabdehlər arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırılıb ki, 2005-ci ildə öz vəsaiti hesabına ünvan 5 ünvanda yerləşən 175 kv.metr torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evini tikdirərək həmin vaxtdan bu günədək həmin ünvanda 16 ildir yaşayır. 2005-ci ilin dekabr ayından etibarən həmin evə onun adına qeydiyyata alınmaqla, elektrik, işıq və qaz sayğacları, 2017-ci ildən isə su sayğacı quraşdırılıb. Həmin sayğaclar quraşdırıldığı dövrdən etibarən mütəmadi olaraq vaxtı-vaxtında tərəfindən elektrik enerjisi, qaz və su pulu ödənilməkdədir və hazırda həmin xidmətlər üzrə heç bir borcu yoxdur. 2021-ci ilin may ayında ona məlum olub ki, cavabdehlər arasında qanunsuz olaraq 16 ildir onun qanuni sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin alqısatqısı haqqında qanunsuz və əsassız “İlkin müqavilə” bağlanıb və həmin müqavilə üzrə özünü həmin daşınmaz əmlakın satıcısı qismində təqdim edən Cavabdeh1 “daşınmaz əmlakı” 24.200 manata Cavabdeh2 satıb. Cavabdeh1 heç bir aidiyyati olmadığı və bir gün də belə yaşamadığı ünvan 5 ünvanda hüquqi baxımdan mövcud olmayan hansısa “daşınmaz əmlakın” sahibi və ya sərəncamçısı kimi göstərilməsi qanunsuz və əsassızdır. Bundan əlavə, həmin müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, ‘‘Müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqav ilənin bağlanacağı tarixdən əmələ gəlir.” Satıcı tərəfindən ona məxsus olan daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyata alındıqdan sonra 30 il müddətinə başa çatdırmalıdır. Müqavilənin bu bəndindən görünür ki, özünü satıcı qismində təqdim edən Cavabdeh1 Bakı şəhəri, 2 saylı notariat ofisi vasitəsilə həmin müqaviləni faktiki olaraq özü üçün hər hansı hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasına nail olub. Cavabdeh2 aldadaraq, onun evinin alqı-satqısı haqqında həmin uydurma əqdi bağlamaqdan ötrü əvvəl Cavabdeh1 saxtakarlıq yolu ilə həmin ünvanda hələ onun adına qeydiyyata alınmaqla quraşdırılmış və illərdir ki, onun adına abonent kodu olan elektrik işığı və qaz sayğaclarını, həmçinin, su sayğacını özünün adına keçirib. B eləliklə, artıq 16 ildir ki, onun qanuni sahibliyində, istifadəsində və sərəncamında olan əmlaka münasibətdə tamamilə qanunsuz və əsassız olaraq, həmin əmlaka hər hansı aidiyyəti olmayan cavabdehlər arasında 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin müqavilə”ni bağlamaqla konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarını kobud şəkildə pozub. Başqa sözlə, qanunsuz yolla və saxtalaşdırma üsullarından istifadə etməklə işıq, qaz və su sayğaclarının abonent kodlarını öz adına keçirməsi azmış kimi, Cavabdeh1 Cavabdeh2 etibarından sui istifadə edərək onu aldatmış və görünüş üçün uydurma müqavilə bağlamaqla sonuncunun xeyli miqdar sayılan 24.200 manat pul vəsaitini ələ keçirib. Halbuki, ünvan 6 ünvanda yerləşən 175 kv.metr torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 107,68 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evi ona məxsusdur və həmin evdə son 16 ildir ki, yaşayır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, həmin evdə quraşdırılmış işıq, qaz və su sayğaclarının göstəricilərinə uyğun ödənişlərin edilməsi özü-özlüyündə evin ona məxsus olduğunu və gələcəkdə həmin evin onun adına daşınmaz əmlakıq dövlət reyestrində qeydiyyata alınacağını təsdiq edir. Həmin ünvanda yerləşən tikililərin materialları isə onun qanuni mülkiyyətində olan əmlaklardır. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək, İddiaçı onunla Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin müqavilə”nin tərəfi və həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadığı üçün iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilm əsini xahiş edib, həmçinin izahatında göstərib ki, mübahisəli evi 2020-ci ildə alıb və həmin evdə 1 il 3 ay yaşayıb, evin təmir-tikintisi üçün xərc çəkib. 02 mart 2021-ci ildə Kürdəmir şəhərinə gedib və qayıtdığı zaman isə İddiaçı ona məxsus evin çöl qapısını sındıraraq evə daxil olub və orada yaşamağa başlayıb. İddiaçını məhz həmin vaxtdan tanıyıb. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə mübahisəli evə köçürülüb, lakin iddiaçı onun həmin evə köçməsinə mane olur. Bundan əlavə, evin həyətində ona məxsus 3.000 manat dəyərində tikinti materialları vardır ki, onlar da baş verənlər üzündən məhv olur. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, qardaşı X4 1993-cü ildə İddiaçı ilə ailə qurub və onların birgə nikahından övladları olmayıb. 2005-ci ildə qardaşı X4 avto mobil alqı-satqısı ilə məşğul olmaq üçün ondan pul alaraq Rusiya Federasiyasına gedib və vəziyyəti yaxşılaşdıqdan sonra arvadı İddiaçı 6.100 ABŞ dolları pul göndərib. 2006-cı ildə qardaşı X4 Bakı şəhərinə qayıdaraq əlində olan pul ilə evin tikintisi ilə məşğul olmağa başlayıb. Evin yerləşdiyi torpaq sahəsinə 4.000 manat pul ödənilib və fərdi yaşayış evi qardaşı X2 tapşırığı ilə inşa edilib. İddiaçı qardaşı X2 razılığı ilə işıq və qaz xidmətinə dair müqavilələri öz adına keçirdiyindən, hazırda həmin qəbzlərdən istifadə etməklə haqqı olmayan fərdi yaşayış evini öz mülkiyyəti kimi əldə etmək istəyir. 2010-cu ildə İddiaçı ilə X4 arasında nikahın pozulması qeydə alınıb. İddiaçı Bakı şəhərində yaşayış yerinin olmamasını əsas tutub fərdi yaşayış evinin ona qalması şərti ilə ona pul ödəyəcəyini öh dəliyinə götürüb. 2013-cü ildə İddiaçı işıq və qaz xidmətlərinə dair müqavilələri öz adına keçirib. Bu hal aşkarlandıqdan sonra haqlı narazılığa səbəb olub və razılaşmanın əvəzi olaraq ondan pul tələb olunub. Pulun İddiaçı tərəfindən ödənilmədiyini gördükdən sonra, 2017-ci ildə qardaşı X4 onun adına etibarnamə verib və birgə vəsaitləri hesabına tikilmiş evin üzərində sərəncam verməyi ona həvalə edib. 2019-cu ildə o, İddiaçı məhkəməyə verib və sonuncu evin qapısını qıraraq özgəsinin mülkiyyətində olan evə daxil olub. Halbuki, Cavabdeh2 aldığı evi təmir etmək fikrinə düşüb və bu məqsədlə tikinti materiallarını alaraq həyətə gətirib. Hansı ki, halhazırda həmin tikinti materiallarını İddiaçı şəxsi materialları kimi təqdim edir. Artıq il yarımdan artıqdır ki, fərdi yaşayış evi tam olaraq Cavabd eh2 mülkiyyətindədir. Qeyd olunan hallar İddiaçı mübahisəli fərdi yaşayış evinə hər hansı hüququnun olmadığını sübut edir. Dəfələrlə tərəflər arasında olan məhkəmə çəkişmələri qüvvədə olan qanunvericiliyin tələbləri əsas götürülməklə ədalətli qətnamələr qəbul edilib. Tərəflər arasında davam edən məhkəmə çəkişmələri zamanı İddiaçı orada yaşaması və bildirdiyi digər hallar barədə faktlar müəyyən edilməyib və məhkəmə aktlarında hər hansı formada öz təsdiqini tapmamaqla sübuta yetirilməyib. Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisə edilən “İlkin müqavilənin”nin tərəflərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 olmaqla mübahisə predmeti barədə iddi a irəli sürməklə iddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını, “fərdi yaşayış evinin alqı-satqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi” hansı qaydada pozulmuş hüquqlarının bərpa ediləcəyini əsaslandıra bilməyib. Bundan əlavə, iddia tələbinin rədd edilməsi ilə bağlı məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmır. Belə ki, müqavilənin bəndləri nəzərdən keçirilərkən müəyyən edilir ki, özözlüyündə ilkin müqavilənin şərtlərinə müqavilə tərəfləri (cavabdehlər) tərəfindən əməl olunub, bunun əksini sübut edən hər hansı hal məhkəmə iclasında müəyyən edilməyib, digər tərəfdən müqavilənin 3-cü şəxsin hüquqlarına hansı qaydada təsir göstərməsi müəyyən edilmir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı, iddia ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etdiyi halları Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməyib və işin tədqiq olunan hallarına görə, iddia öz təsdiqini tapmır. Belə ki, ilkin müqavilənin etibarsızlığı ilə bağlı iddiaçının gətirdiyi dəlillər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən təqdim olunmuş məhkəmə aktları ilə təkzib olunduğu işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-337.3, 339.1, 339.2, 339.5, 402, 427.3, 442-ci maddələrinin və digər madd i, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılıb. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi,T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşıb. Apellyasiya in stansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-337.3, 402-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılıb, həmçinin kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, tərəfindən birinin təqdim etdiyi sübutlara nisbətən üstünlük verilməsi bərabərlik prinsipini pozur. Apellyasiya instansiyası məhkəməsi faktlara deyil, fərziyyələrə, eyni zamanda həqiqəti əks etdirməyən ehtimallara əsaslanıb, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahib liyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə przmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər; Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur; Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə m üəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərətərfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla işin mübahisə olunmayan hallarına görə mübahisə predmeti olan ö/t 19 “A” saylı ev- Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 175 kv.metr torpaq sahəsində yerləşir və evin ümumi sahəsi 107,68 kv.metrdir. Həmin ev lazımi icazələr almadan və tiki nti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə, hüquqi vəziyyətinə görə özbaşına tikilidir. Daha sonra işdən görünür ki, həmin evə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında notarial qaydada təsdiq edilməklə 28 yanvar 2020-ci il tarixli ilkin müqavilə bağlanıb və həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 öhdəsinə götürmüşdür ki, sözügedən evi bu günə razılaşdıqları məbləğə, yəni 24.200 manata Cavabdeh2 satır, sonuncu isə evin razılaşdırılmış qiyməti olan 24.200 manat pulu notariusun depozit hesabına qoymaqla Cavabdeh1 ödəyir. Müqavilənin predmeti olan evə sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı Cavabdeh1 ona məxsus olan evi özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra 30 il müddətinə başa çatdırma lıdır. Satıcı Cavabdeh1 evi alıcı Cavabdeh2 bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 28 yanvar 2020-ci il tarixdən alıcı Cavabdeh2 faktiki sahibliyinə verməyi öhdəsinə götürüb. Hazırda iddiaçı, mübahisəli evi 2005-ci ildə öz vəsaiti hesabına inşa etdiyini, son 16 il müddət ərzində həmin evdə fasiləsiz və etirazsız olaraq yaşadığını, evin faktiki olaraq onun sahibliyində, istifadəsində olduğunu, evdə onun adına işıq, qaz, su sayğaclarının quraşdırıldığını, bu barədə aidiyyəti qurumlarla müvafiq müqavilələr bağladığını, hazırda həmin xidmətlər üzrə heç bir borcunun olmadığını, Cavabdeh1 özünə aid olmayan və bir gün də olsun yaşamadığı sözügedən evə dair digər Cavabdeh2 ilə notarial qaydada təsdiq edilməklə “İlkin müqavilə” bağladığını, həmin müqaviləyə əsasən evi 24.200 manata faktiki o laraq sonuncuya satdığını, Cavabdeh1 “İlkin müqavilə”də özünü hüquqi baxımdan mövcud olmayan hansısa “daşınmaz əmlakın” sahibi və ya sərəncamçısı kimi qeyd etdiyini göstərib, sözügedən “İlkin müqavilə”nin etibarsız saylımasını iddia edir. Cavabdeh1 isə, qardaşı X2 1993-cü ildə İddiaçı ilə ailə qurduğunu, onların birgə nikahından övladlarının olmadığını, 2005-ci ildə qardaşı X2 Rusiya Federasiyasına getdiyini, arvadı İddiaçı adına 6.100 ABŞ dolları pul göndərdiyini, 2006-cı ildə qardaşı X2 Bakı şəhərinə qayıdaraq 4.000 manata torpaq sahəsi aldığını, fərdi yaşayış evinin onun tapşırığı ilə inşa edildiyini, 2010-cu ildə İddiaçı ilə X4 arasında olan nikahın pozulduğunu, İddiaçı fərdi yaşayış evi ona qalacağı halda dəyərini ödəyəcəyini öhdəsinə götürdüyünü, lakin sonuncu pulu ödəmədiyi üçün 201 7-ci ildə qardaşı X2 onun adına etibarnamə verdiyini və birgə vəsaitləri hesabına tikilmiş ev üzərində sərəncam verməyi ona həvalə etdiyini, həmin evi notarial qaydada “İlkin müqavilə” bağlamaqla 24.200 manata Cavabdeh2 faktiki satdığını və sair göstərib, iddiaya etiraz edir. Göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi “İlkin müqavilə” sözügedən mübahisəli evə, yəni özbaşına tikliyə dair bağlanıb. Həmin evin kimin tərəfindən inşa edilməsi və kimə məxsus olmasına dair tərəflər arasında mübahisə, fikir ayrılığı vardır. İddiaçı, sözügedən evi öz vəsaiti hesabına inşa etdiyini və son 16 il müddət ərzində həmin evə faktiki sahiblik etməklə orada yaşadığını və sahibə aid bütün hüquq və vəzifələri yerinə yetirdiyini iddia edir. Nəzərə alınmalıdır ki, sahiblik mülki-hüquqi mənada əşyaya faktiki olaraq nail olmaq, yiyələnmək və onu özündə saxlamaq kimi anlaşılır. Sahiblik konkret əmlakın real olaraq konkret şəxsdə olmasını əks etdirən hüquqi kateqoriyadır. Sahiblik mülkiyyət hüququna, istifadə hüququna, idarəetmə hüququna və təsərrüfatçılıq hüququna əsaslana bilər. Başqa sözlə sahiblik əşyanın müəyyən bir şəxsdə olması haqqında gerçəklikdir. Mülahizəyə əsaslanan sahiblik qanuni yolla tanınmasa və mübahisəli əmlak faktiki olaraq şəxsə verilməsə hüquqi əhəmiyyətə malik deyil. Sahiblik hüququ yalnız şəxsin özündə real olaraq mövcud olan əşya üzərində yaranır (Mülki Məcəllənin 159-cu maddəsi). Məlumdur ki, əşyaya sahiblik hüququ əşyanın mülkiyyətçisinə, eləcə də əşyanın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. Mülkiyyətçinin sahiblik hüququnun müdafiəsi mülkiyyət hüquq unun müdafiəsinin tərkib hissəsidir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları qanunda və müqavilədə nəzərdə tutulduğu əsaslarla mülkiyyətçi olmayan, əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164-cü maddəsinin mənasına görə, mülkiyyətçinin öz əşyasını özgənin qanunsuz sahibliyindən geri qaytarmağı və öz mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələri aradan qaldırmağı tələb etmək hüquqları eynilə sahibə də mənsubdur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini pozaraq, iddiaçının mübahisəli ev üzərində sahiblik hüququnun olub-olmadığını dəqiqləşdərmədən, onun son 16 il müddət ərzində həmin evdə fasiləsiz və etirazsız olaraq yaşamasını, faktik sahib kimi həmin evə yiyələnməsini, cavabdehlər arasında sözügedən “İlki n müqavilə”nin predmetinin isə bilavasitə həmin evin təşkil etməsini nəzərə almadan, Cavabdeh1 mübahisəli evə hər hansı bağlılığının olub-olmadığını, orada faktiki yaşayıb-yaşamadığını və ümumiyyətlə onun mübahisəli evə dair hər hansı əqd bağlamaq səlahiyyətinə, hüququna malik olub-olmadığını və sair araşdırmadan, yalnız cavabdeh tərəfin irəli sürdüyü dəlillərlə kifayətlənərək, “İlkin müqavilə”nin iddiaçının qanunla qorunan hər hansı hüququnu pozmadığı qənaətinə gəlib. Halbuki, Cavabdeh1 iddiaya etiraz ərizəsi, məhkəmə iclaslarında verdiyi izahatları ilə müəyyən olunur ki, onun qardaşı X4 ilə iddiaçı arasında bağlanmış nikah pozulduqdan sonra mübahisəli ev iddiaçının faktiki sahibliyində qalıb, lakin o, evin dəyərini ödəmədiyi üçün 2017-ci ildə qardaşı X4 onun adına etibarnamə verib və bir gə vəsaitləri hesabına tikilmiş ev üzərində sərəncam verməyi ona həvalə edib, o isə həmin evi notarial qaydada “İlkin müqavilə” bağlamaqla 24.200 manata Cavabdeh2 satıb. Göründüyü kimi, Cavabdeh1 ümumiyyətlə mübahisəli evdə yaşamayıb və həmin ev heç vaxt onun faktiki sahibliyində olmayıb. Cavabdeh1 qardaşı X2 onun adına 3 il müddətinə verdiyi 29 iyun 2018-ci il tarixli etibarnamə üzrə onu təmsil edib. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, sözügedən “İlkin müqavilə”nin X4 ilə Cavabdeh2 arasında deyil, sonuncu ilə bilavasitə Cavabdeh1 arasında bağlanmasını, sonuncunun faktiki olaraq özünə aid olmayan əmlaka dair “İlkin müqavilə” bağlamasını nəzərədə almadan, iddianı rədd etməklə əslində Cavabdeh2 gələcəkdə evə yiyələnməsi üçün qanunsuz əsas yaradıb. Məlumdur ki, müq avilələr yaratdıqları hüquqi nəticələrə görə əmlak müqavilələri və təşkilati müqavilələr deyə iki qrupa ayrılırlar. Əgər əmlak müqaviləsi əmlak və sair maddi neymətlərin verilməsini nəzərdə tutursa, təşkilati müqavilə belə nemətlərin verilməsi üzrə mülki hüquq münasibətlərinin yaradılmasını təşkil etmək vəzifəsini daşıyır (Mülki Məcəllənin 402.1-402.3-cü maddələri). Şərh olunan maddələrdə nəzərdə tutulmuş ilkin müqavilə təşkilati müqavilədir. Belə ki, ilkin müqaviləyə əsasən əmlakın və ya digər maddi neəmətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. Sözügedən normaların mənasına görə, ilkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilmə si barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan verən şərtlərlə yanaşı, əsas müqaviləni tərəflərin hansı müddətə bağlamağı öhdələrinə götürdükləri də nəzərdə tutulmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, sözügedən ilkin müqavilə gələcəkdə bağlanacaq əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan vermədiyindən, yəni ilkin müqavilənin predmetini təşkil edən mübahisəli evin iddiaçının faktik sahibliyində olması mülki iş materialları ilə istisna edilmədiyindən, həmin müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması nəticəsinə gəlməyə əsas vermir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsində göstərilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması tələb olunur və hazırki halda sözügedən “İlkin müqavilə” qeyd olunan maddələrin tələblərinə cavab vermir. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işi n yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin təl əblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(105)-1313/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.