Məhkəmə qərarları › İş №2(102)-1220/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1220/2024

14.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1220/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər məhdud məsuliyyətli cəmiyyətə,, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs qismində işə cəlb edilmiş X1 qarşı, Birləşdirilimiş iş üzrə İddiaçı2 cavabdeh Əzizbəy-KM məhdud məsuliyyətli cəmiyyətə, Etalon-İnşaat Mənzil-Tikinti Kooperativlərinə və İddiaçı1 qarşı ilk, İddiaçı1 Əzizbəy-KM məhdud məsuliyyətli cəmiyyətə və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ № 2(102)-1220/2024 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hak imləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviçdən və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli 2(103)-516/2023 saylı qərardadından maraqlarına toxunan şəxs İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(103)-516/2023 saylı qətnaməsi ilə birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2030/2015 saylı 11 sentyabr 2015-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı2 tərəfindən verilmiş apell yasiya şikayəti təmin olunmamış, birləşdirilmiş iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)464/2023 saylı 26 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)2030/2015 saylı 11 sentyabr 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, birləşdirilmiş iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2023 saylı 26 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

2. Maraqlarına toxunan şəxs İddiaçı2 08 yanvar 2024-cü il tarixdə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-516/2023 nömrəli, 19 sentyabr 2023-cü i l tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir.

3. Maraqlarına toxunan şəxs İddiaçı2 (Vəkil3) müddətin bərpası barədə ərizəni onunla əsaslandırmışdır ki, xəstə olduğu üçün məhkəmə qətnaməsindən kasasiya şikayəti verməsi üçün vəkillə müqavilə bağlaya bilməyib, bu səbəbdən şikayət verilməsini gecikdirmişdir. Bu halı məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli 2(103)-516/2023 nömrəli qərardadı ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər C.A.Yusifovdan və P.A.Hüseynovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsini 19 senytabr 2023-cü il tarixli, 2(103)-516/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddət in bərpa edilməsinə dair İddiaçı2 tərəfindən verilmiş ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

5. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-516/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 elektron kabinetinə 27 sentyabr 2023-cü il tarixdə yerləşdirilmişdir. Bundan başqa, işdə olan poçt xəbərnaməsinə (i.v-199) əsasən, Bakı Apellyasiya Məhkəməsinin 19 senytabr 2023-cü il tarixli qətnaməsinin surəti 03 oktyabr 2023-cü ıl tarixdə İddiaçı2 rəsmi surətdə təqdim edilmişdir. Müddətin üzürlü səbəbdən buraxılması barədə sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

6. Maraqlarına toxunan şəxs İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli 2(103)-516/2023 saylı qərardadının ləğv edilməsi və işin kassasiya məhkəməsində baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə İddiaçı2 tərəfindən alınmışdır. Lakin, kassatora qətnamənin surəti çatdırılsada, xəstəliyi ilə əlaqədar olaraq vəkillə müqavilə bağlaya bilməmişdir. Qanuna görə isə kassasiya şikayətləri vəkil tərəfindən verilməlidir.

8. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

9. Ka ssasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9 Maddə 133.1. məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 10 Maddə 405.0.1. apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 11 Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 12 Maddı 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 13 Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 20. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəm ə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

22. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur.

24. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanı nın olmamasını sübut etməlidir.Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfin müddət bərpa ərizəsində göstərdiyi əsasları ətraflı araşdırmış və qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

26. Tərəf kassasiya şikayətinin vaxtında verilməməsinin üzürlü səbəblərdən baş verməsi, xəstə olması ilə bağlı apellyasiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir.

27. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti t əmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Maraqlarına toxunan şəxs İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli 2(103)516/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar