Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1223/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 5* Saylı Notariat Ofisinin Xüsusi Notariusu Kənan Rəhmanov, Bakı şəhəri 6 Saylı Notariat Ofisinin Xüsusi X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X* ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(**3)-7293/2*22 nömrəli, 24 noyabr 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi *7.*2.*974-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir.
3. X5 ilə Cavabdeh3 28 sentyabr *978-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından Cavabdeh2 (*979), iddiaçı-İddiaçı (*98*) və Ağayeva Yeganə (*984) anadan olmuşdur.
4. X5 **.*5.2**8-ci il tarixdə ərizə, *8.*4.2*2*-ci il tarixdə isə vəsiyyətnamə verərək özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızı Cavabdeh* vəsiyyət etmişdir. **.*5.2**8-ci il tarixli ərizə sonradan vəsiyyətedənin iradəsinə uyğun olaraq şəxsi iradəsi əsa sında ləğv edilmişdir. 5. 26.*4.2*2*-ci il tarixdə X5 vəsiyyətnamə verərək, özünün "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitlərini qızı Cavabdeh* vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədə X5 onu da qeyd etmişdir ki, oğlu İddiaçı ondan miras qalmış əmlaklardan pay alma hüququndan mərhum edir.
6. X5 **.*9.2*2*-ci il tarixdə vəfat etmişdir.
7. Cavabdeh3 və Cavabdeh2 **.*9.2*2*-ci il tarixdə ölmüş X2 irs qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən özlərinə çatası məcburi paydan vəsiyyət üzrə vərəsə olan Cavabdeh* xeyrinə imtina etmişlər.
8. X3 adına olan bank hesabında 3** manat mövcud olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Reyestrdə 2V-*79№ ilə qeyd edilmiş, bütün daşınar və daşınmaz əmlakların vəsiyyət edilməsi barədə *8 aprel 2*2*-ci il tarixli və Bakı şəhəri 5* saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Reyestrdə 2Y-**/77M ilə qeyd edilmiş, "xxxx"ASC-də adına açılmış hesabda olan pul vəsaitləri barədə mərhum X3 adından Cavabdeh* adına imzaları ilə təsdiq edilmiş vəsiyyətnamələrin, Bakı şəhəri ** saylı notariat ofisində Cavabdeh3 8İ-438 № ilə qeyd edilmiş 2*.*2.2*22-ci il tarixli və Cavabdeh2 Reyestrdə 8İ439№ ilə qeyd edilmiş 2*.*2.2*22-ci il tarixli özlərinin məcburi payından Cavabdeh* xeyrinə imtinaları barədə ərizələrinin etibarsız sayılması, **.*9.2*2*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 miras qalmış, daşınmaz əmlakın Dövlət reyestrindən *7.*2.*974-cü il tarixli çıxarışa əsasən şəxsi mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin və "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitlərinin miras şərikləri arasında arvadı- Cavabdeh3, oğlu-Cavabdeh2, oğlu - İddiaçı və qızı- Cavabdeh* arasında ¼ hissədə bərabər paylar bölünməsi və “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri" publik hüquqi şəxsi tərəfindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, **.*9.2*2*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, atası X2 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi ev 8 ünvanında yerləşən həyət evi və " xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitləri miras qalmışdır. Mərhumun ölümündən sonra *-ci növbəli 4 vərəsəsi arvadı xx.xx.*948-ci il təvəllüdlü Cavabdeh3, oğlu - xx.xx.*979-cu il təvəllüdlü Cavabdeh2, oğlu xx.xx.*98*-ci il təvəllüdlü İddiaçı və qızı xx.xx.*984-cü il təvəllüdlü Cavabdeh* miras əmlakın qəbul edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisinə müraciət edərək burada notariat işi açdırmışlar. O, miras əmlakla bağlı notariusa müraciət edərkən burada ona bildirdilər ki, ölən şəxsin vərəsələrindən Cavabdeh* adına vəsiyyətnamə qoyulmuş, eyni zamanda digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 onlara düşən məcburi miras paydan Cavabdeh* xeyrinə imtina barədə notariusa ərizələr vermişlər. Hes ab edir ki, məhkəmə qaydasında vəsiyyətnamə, miras əmlakdan imtina barədə ərizələr etibarsız hesab edilməli və miras əmlaklar qanun üzrə vərəsələr arasında bərabər bölünməlidir. Təqdim edilmiş notariat işinin içərisində olan *8 aprel 2*2*-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş, Reyestrdə 2V-*79№ ilə təsdiq edilmiş Vəsiyyətnamənin surətindən görünür ki, miras qoyan özünün bütün daşınar və daşınmaz əmlaklarını qızı Cavabdeh* vəsiyyət etmişdir. Bundan başqa bildirmək istəyir ki, hələ mərhum atasının sağlığında daima onun qayğısına qalmış və bir övlad kimi həmişə yanında olmuş və köməklik göstərmişdir. Hələ atası sağlığında mülkiyyətində olan evdən 2**6-cı ildə öz razılığı ilə * otaqlı ev ayırıb vermişdir. Onun razılığı ilə fərdi həyət evi nin bir otağının qarşısında yerləşən torpaq sahəsində tərəfindən burada tikinti işləri aparılmış, ailə üçün öz vəsaiti hesabına lazımı şərait yaradılmışdır. Hazırda mərhum atası tərəfindən ona ayrılmış * otaqdan başqa əlavə 3 otaq inşa etmiş, ayrıca hamam, tualet tikmişdir. Burada sonradan inşa edilmiş onun ailəsinin istifadəsində olan cəmi 4 otaq, hamam və tualetdən 5 nəfər ailə tərkibi ilə o İddiaçı, arvadı-X7, qızı- X*2, X9 və X8 burada birlikdə yaşayır və istifadə edirlər. Mərhum atası 2**8-ci ildə bacısı Cavabdeh* tərəfindən təzyiqlərə məruz qalmış, onu iflic vəziyyətinə salmışdı ki, miras əmlakları ələ keçirsin, həmin vaxtı o bundan xəbərdar olandan sonra aralarında bacısı ilə mübahisələr yaranmış və atasını qısa vaxtda müalicə elətdirib həyata qaytarmışdır. 2*2*-ci ildə isə bacısı o nu atasına yaxın buraxmamış, onun xəstəliklərini ondan gizlətmişdir. Səbəb yenə də mirasın ələ keçirilməsi olmuş və o, ən nəhayət vəsiyyətnamələri atasına təzyiqlər göstərərək yazdırmış, öz niyyətinə çatmışdır.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 avqust 2*22-ci il tarixli, 2(***)-25**/2*22 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin edilmiş, mərhum X2 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə İddiaçı */8 hissədə, Cavabdeh* 7/8 hissədə miras paylarının tanınması, mərhum X2 miras qalmış "xxxx" ASCnin bank hesabında olan 3** manat məbləğində pul vəsaitinə İddiaçı */8 hissədə, Cavabdeh* 7/8 hissədə miras paylarının tanınması qət edilmiş, iddia qalan hissədə təm in edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə mülki işə iddiaçının cavabdehlərə qarşı “Daşınmaz əmlakin dövlət kadastrı və reyestri” publik hüquqi şəxsi tərəfindən çıxarışın verilməsi hissəsində xitam verilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, həm iddiaçı, həm də cavabdeh tərəflər mərhumun birinci növbəli vərəsələridirlər. Məhkəmə ilk öncə mərhumun miras əmlakının nədən ibarət olmasına aydınlıq gətirməyi zəruri hesab edir. İşə əlavə edilən sənədlərdən aydın olur ki, mərhumun miras əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən və "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitindən ibarətdir. Həmin miras əmlak barədə mərhum ayrı-ayrılıqda notarial tərtib edilmiş vəsiyyətnamələr vermişdir. Sonradan, mərhum əvvəlki vəsiyyətnaməni eyni məzmunlu olan sonrakı vəsiyyətnamə ilə ləğv etdirmişdir. Ona görə də məhkəmə tərəfindən *8.*4.2*2*-ci il tarixli və 26.*4.2*2*-ci il tarixli vəsiyyətnamələrin mötəbərliliyi yoxlanılmışdır.
14. Məhkəmə “birtərəfli əqd olan vəsiyyətnamələrə və məcburi paydan imtina barədə ərizələrə” münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəf mərhumun yazdığı notarial vəsiyyətnamələrin əslində onun iradəsini əks etdirmədiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, mübahisələndirilən vəsiyyətnamələr mərhumun iradə ifadəsini əks etdirir və onların etibarsız hesab edilməsi üçün hər hansı bir səbəb yoxdur.
15. Məhkəmə “miras əmlakın bölünm əsi” məsələsinə münasibətdə qeyd etmişdir ki, bu məsələdə mərhumun yazmış olduğu iki vəsiyyətnaməsini əsas götürülməlidir. Həmin vəsiyyətnamələrin məzmununa görə mərhum özünün daşınar və daşınmaz əmlakını Cavabdeh* vəsiyyət etmiş, İddiaçı isə pay almaq hüququndan məhrum etmişdir. Miras əmlak olan fərdi yaşayış evi *974-cü il tarixində mərhumun adına rəsmiləşdirildiyinə, mərhumla Cavabdeh3 nikahı *978-ci il tarixində bağlandığına görə miras əmlak birgə nikah dövründə əldə edilmiş əmlak sayılmır və tam həcmdə miras aktivi hesab edilməlidir. Ona görə də fərdi yaşayış evinin və bank hesabında olan pul vəsaitlərinin miras şərikləri arasında ¼ hissədə paylara bölünməsi hissəsində qismən əsaslı olmuşdur.
16. Məhkəmə miras qoyanın birinci növbəli vərəsələrinin sayının 4 nəfər olmasını, miras qoy an X3 bütün miras əmlakını qızı Cavabdeh* vəsiyyət etməsini oğlu İddiaçı isə miras qalmış əmlakdan pay almaq hüququndan mərhum etməsini, digər iki vərəsənin isə özlərinə aid məcburi paydan Cavabdeh* xeyrinə imtina etmələrini nəzərə alaraq, iddiaçıya verilməli olan məcburi payın həcmini 7/8 hissədə müəyyən etmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.*, 337.*, 337.4, 346.*, 346.3, **59.*.*, **7*.*, **76.*, **79.*, **79.2, **8*.*, **8*.2, **88, **93, *2*2.*, *2*2.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) *4.2, 77.*, 88, **7, **9.*. 2*7.4-cü, “Notariat” haqqında Azərbaycan Respublikası Qanununun 45, 47-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbayc an Respublikası Mülki Məcəlləsinin *29* və *32*.*-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.*-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2*2*-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93 və *2**cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair *8 yanvar 2*2*-ci il tarixli Plenum Qərarındakı hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəmə sinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 24 noyabr 2*22-ci il tarixli, 2(**3)-7293/2*22 saylı qətnaməsi ilə (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi vəsiyyətnamələrin səlahiyyətli şəxs tərəfindən verildiyi mübahisə mövzusu deyildir; vəsiyyətnamələrin, onlar üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə qanunla nə zərdə tutulmuş qaydada tərtib edilmədiyi də işin halları ilə təkzib olunur. İddiaçının, “özlərinin məcburi payından Cavabdeh* xeyrinə imtinaları barədə Cavabdeh3 və Cavabdeh2 ərizələrinin etibarsız sayılması” tələbi üzrə gəlinən nəticə ilə bağlı isə kollegiya əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir – çünki adı çəkilən şəxslər həmin imtina ərizələrinin onların sərbəst iradə ifadələri olduğunu məhkəmə prosesində də bəyan etmişlər.
22. Bundan başqa kollegiya qeyd etmişdir ki, “mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi” qiymətləndirilir. Lakin, iddiaçı müvafiq tələb hüququnu irəli sürməmiş, məcburi payının ona verilməsini ist əməmişdir – bununla belə qətnamə iddianın təmin edildiyi hissədə yoxlanılmadığından (cavabdehlər qətnamədən şikayət vermədiklərindən), kollegiya həmin tələbi irəli sürməmiş olmamasını onun ziyanına şərh etmir.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin *52.*, *52.4, *52.5, 324.*, 324.2, 324.4, 324.5, 337.*, 339, **33.*, **33.2, **46, **5*.*, **59.*.*, **6*, **66, **67, **68, **76.*, **76.2, **77, **79.*, **79.2, **8*.*, **8*.2, **83.*, **83.2, **83.3, **83.4, **83.5, **88, **93, **94, **95, **96, *2*2.*, *2*2.2, *2*3.*, *2*3.3, *22*.*, *222, *225.*, *225.2, *225.3, *229, *23*, *243.*, *243.2, *243.3, *246, *32*.*, *32*.2, *32*.3-ci, MPM-in *4.2, 77.*, 8*, 88, **7, 2*7.3, 385-ci, “Notariat” haqqında Azərbaycan Respublikası Qanununun 45, 57-ci maddələri və Azərbaycan Respublik asının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93 və *2**-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” *8.**.2*2*-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh* kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, qəbul edilmiş məhkəmə aktları qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etmiş dir. Tətbiq edilən hüquq Mülki Məcəllə:
27. Maddə **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
28. Maddə **33.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
29. Maddə **46. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
30. Maddə **59.*.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
31. Maddə ** 7*.*. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
32. Maddə **76.*. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
33. Maddə **79.*. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
34. Maddə **93. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını ( məcburi pay) təşkil etməlidir.
35. Maddə *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
36. Maddə *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
37. Maddə *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə:
38. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Eyni zamanda kassatorun kassasiya şikayə tində əks olunmuş dəlillərinə apellyasiya məhkəməsi tərəfindən lazımi hüquqi qiymət verilmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu mad dələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(**3)-7293/2*22 nömrəli, 24 noyabr 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.