Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1224/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6889/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 may 2024-cü il tarixdə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 6 ünvanına aid sayğaca baxış keçirilmiş “sayğacın çıxış plastmas borusunda dəlik aşkar olundu” kimi qeyd edilmişdir.
2. Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abanent saldosuna əsasən, İddiaçı (abonent kodu: **********20000) cəmi borcu 5184,00 manat təşkil etmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 6 ünvanında istifadədə olan 0,02383 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 155 kv metr yaşayış, 55,04 kv metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28025503 saylı mexaniki sayğac əsasında hesablanmış 5193,6 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına i stinad etməklə iddia ərizəsini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi birlikdə 2006-cı il tarixdən hal-hazıradək yaşayırlar. Ev təbii qazla təmin olunarkən cavabdeh tərəfindən “Smart” tipli sayğac quraşdırılmış və ona da D2012989-AB saylı Smart Payment kartı verilmişdir. “Smart” tipli sayğacın quraşdırıldığı tarixdən uzun illərdir ki, istifadə olunmuş və sayğacda bir problem olmamışdır. Məlum olduğu kimi “Smart” tipli sayğacın istismarı yalnız Smart karta qaz yüklədikdən və həmin qaz sayğaca köçürüldükdən sonra mümkün olur. Sayğacdakı qaz qurtardıqda isə qaz xətti bağlanır və qazdan istifadə etmək mümkün olmur. Bu halda yalnız Smart karta yenidən qaz yükləyib onu Smart tipli sayğaca köçürdükdən (yüklədikdən) sonra qaz xətti açılır və qazdan istifadə etmək mümkün olur. Başqa sözlə Smart tipli sayğac istifadəçisinin istifadə etdiyi qaza görə hər hansı məbləğdə borcunun yaranması mümkün deyildir. Yüklənilən qaz qurtardıqdan sonra yüklənməsə qazdan da istifadə etmək mümkün olmur. İstifadəsində olan Smart tipli sayğacın hər hansı bir problemi olmadığı halda, cavabdehin əməkdaşları onun və ailə üzvlərindən heç birinin evdə olmadığı bir vaxtda istifadəsində olan Smart tipli sayğacı, buna hər hansı zərurət olmadan və ona heç bir məlumat vermədən, gizlicə söküb götürmüş, yerinə isə işlənmiş köhnə 28025503 saylı mexaniki sayğac quraşdırılmışlar. Mexaniki sayğacın 19 aprel 2023-cü il tarixdə quraşdırılmasına baxmayaraq, elə həmin tarixdə üzərində 5939 kub metr qaz istifadə olunduğu göstərilmişdir. Söküb apardıqları sayğacın üzərində 70-80 kub metr qaz var idi. Hətta say ğacın yerləşdiyi qutunu çox kobud şəkildə doğrayıb yararsız vəziyyətə salmışlar. Smart tipli sayğac sökülüb götürülərkən onun qaza görə hər hansı məbləğdə borcunun olmamasına baxmayaraq, elə həmin gün quraşdırılmış mexaniki tipli sayğacda guya 5939 kub metr borcun qeyd olunması qanunsuz olmuşdur. Mexaniki sayğac quraşdırıldıqdan sonra sayğacın üzərindəki rəqəmlərə əhəmiyyət verməmişdir. İddiaçı təbii olaraq düşünmüşdür ki, cavabdehin əməkdaşları bu dərəcədə qanunsuzluq etməzlər. Yəni, smart tipli sayğacın sökülüb yerinə elə həmin gün də mexaniki sayğacın quraşdırılması ilə bir anda abonentin 5939 kub metr borcunu süni olaraq yaratmaq kimi olduqca qanunsuz bir hərəkəti etməzlər. Lakin iddiaçının ünvanına xx.xx.2023-cü il tarixli bildiriş gəldikdə və həmin bildirişdə demək olar ki, az bir fərqlə eyni rəqəmin, yəni ödəniləcək məbləğin 5193,6 manat olduğunu gördükdə başa düşmüşdür ki, onun heç bir problemi olmayan, tamamilə işlək vəziyyətdə olan Smart tipli sayğacını ona və ailə üzvlərindən heç birinə məlumat vermədən, gizlicə və qanunsuz olaraq söküb götürüb, yerinə hardasa başqa yerdə işlənmiş və borc yığılmış mexaniki tipli sayğacı quraşdırmaqla cavabdeh həmin, yəni başqa yerdə istifadə edilmiş qaza görə ödənişi qanunsuz və əsassız olaraq ondan tutmaq istəmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra–birinci instansiya məhkəməsi) 2(011)-5071/2023 nömrəli, 6 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********20000) hesablanmış 5193,6 manat məbləği ndə borcu silmək vəzifəsinin cavabdehə həvalə olunması qət edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətində “sayğacın çıxış plastmas borusunda dəlik aşkar olundu” qeyd edilsə də, aktda sayğacda hansı qüsurun olması qeyd olunmamış, eyni zamanda cavabdeh iddiaçının yaşadığı fərdi yaşayış evinə dair hesablanmış 5193,6 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası nın Qanunun 3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1 və 89.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Məhkəmə iddia tələbini təmin edərkən təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində ara şdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən isə qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamışdır. Mülki iş üzrə hesabatların doğru olub-olmadığını yoxlamaq üçün mühasibatlıq və trassoloji ekspertizasına göndərilməmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
11. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş və izahatında əlavə olaraq göstərmişdir ki, ümumilikdə 1 akt tə rtib olunub. Aktda abonentin borcu 5184 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədləri nəzərə almamışdır. Bundan əlavə olaraq iddia tələbindəki məbləğlə aktdakı məbləğ üst-üstə düşməmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş və izahatına əlavə olaraq qeyd etmişdir ki, onların məlumatı və iştirakları olmadan sayğacın qabını sındıraraq dəyişdirmişlər. İndiyə kimi dəfələrlə Cavabdeh İB-nin işçiləri ora baxmış, qəbz yazmışlar. Əgər hər hansısa problem olsa idi, bunu bildirərdilər. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6889/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 6 ünvanı (abonent kodu **********20000) üzrə abonent hesabına Cavabdeh tərəfindən hesablanmış 5184 manat məbləğində borcun silinməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razlaşaraq hesab etmişdir ki, iddiaçının abonent hesabına akt əsasında hesablanmış borc məbləği silinməlidir. Lakin, məhkəmənin akta görə hesablanmış borcun məbləğinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, qətnamə dəyişdirilməlidir.
15. Belə ki, apellyasiya məhkəməsi ilk öncə onu vurğulamışdır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğacların zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
16. Məhkəmə qeyd etmidir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən tərtib edilən aktda sayğacın çıxış plastmas borusunda dəlik olmasının aşkarlanması qeyd edilmiş və zərər hesablanmışdır. Zərər isə 43200 kub metr hesablanmışdır. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi bu aktı tərtib etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar və həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.
17. Apellyasiya məhkəməsi eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, qaz sayğacı küçəd ə yerləşməklə bu kimi təsirlərdən qorunması iddiaçının məsuliyyətində ola bilməz. Əksinə küçədə yerləşən sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi fiziki şəxslərdə qaz paylayıcısı daşımışdır.
18. Bu baxımdan da məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı sayılmamaqla təmin edilə bilməz.
19. Apellyasiya məhkəməsinin qənaətinə görə mülki mübahisənin yaranmasına səbəb cavabdeh tərəfindən tərtib edilmiş akt və həmin aktın tərtib edilməsinə əsas sayğacın çıxış plastmas borusunda dəlik olması (sayğaca müdaxilə) göstərilməsini nəzərə alaraq həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orq anın, yəni cavabdehin üzərinə düşmüşdür.
20. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
21. Məhkəmə qeyd etmişdir ki, hazırki işdən müyyən olunmuşdur ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.
22. Yuxarıda qeyd edilən halları nəzərə alan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.
23. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq abonent hesabına akta görə hesablanmış borcun silinməsi nəticəsinə gəlsə də, silinməli olan məbləği düzgün müəyyən etməmişdir.
24. Belə ki, akt üzrə zərər 43200 kub metr hesablandığından (43200 kub metr x 0,12=5184 manat) İddiaçı (abonent kodu: **********20000) abonent hesabından həmin akta görə hesablanmış 5184 manat (qətnamə ilə 5193,60 manat silinib) silinməlidir.
25. Son olaraq məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 6 ünvanı (abonent kodu **********20000) üzrə Cavabdeh tərəfindən hesablanmış 5184,00 manat məbləğində borc silinməlidir.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalarının 5.1-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkil-Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəl illəri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, sayğac əhali üçün nəzərədə tutulmasına baxmayaraq, iddiaçı və ya abonent sənaye xarakterli işlər üçün istifadə etməsini məhkəmələr demək olaraq ki araşdırmamışdır.
29. Kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 386 və 1097.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci və 1.3-cü bəndlərinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
31. Maddə 13 (8-ci bənd). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəric ilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
32. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğ usunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
33. Bənd 4.2. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
34. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülm əli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
35. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
36. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmi r olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:
37. Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesa blamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.
50. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
51. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı ma ddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6889/2023 nömrəli iş üz rə 22 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.