Məhkəmə qərarları › İş №2(102)-1226/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1226/2022

15.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1226/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1707/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 28 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zaqatala rayonu, Mazıx kənd sakini İddiaçı mərhum atası Abdullayev İsmayıl Əli oğlundan miras qalmış əmlaka və torpaqlara keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş vərəsəlik haqqında arayışa əsasən Zaqatala notariat kontorunda 7 nəfər vərəsə olmasına baxmayaraq 2 nəfərin adına vərəsəliyin açılması, mərhum atasının adına zəlzələdə zərər görmüş evin təmiri üçün ayrılmış 5000 manat pulun qardaşı Cavabdeh1 götürməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş 04 iyun 2020-ci il tarixli müraciəti əsasında toplanmış 124C-20 nömrəli material üzrə cinayət işinin başlanması rə dd edilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 mart 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 286757 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Abdullayev İsmayıl Əli oğlu 21 fevral 2008-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.03.2008-ci il tarixdə müvafiq qeyd edilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 mart 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 286758 nömrəli və 02 fevral 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 797901 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 07 iyul 2001-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 09.07.2001-ci il tarixdə müvafiq qeyd edilmişdir. Zaqatala Rayon ZAQS Bürosu tərəfindən 24 mart 1960-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən gö rünür ki, 02.03.1960-cı il tarixdə anadan olmuş Cavabdeh1 atası Abdullayev İsmayıl Əli oğlu, anası X11r. Zaqatala Rayon ZAQS Bürosu tərəfindən 30 avqust 1958-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuş İddiaçı atası Abdullayev İsmayıl Əli oğlu anası X11r. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 18.02.2016-cı il tarixdə verilmiş 93 nömrəli arayışdan görünür ki, mərhum Abdullayev İsmayıl Əli oğlunun varisləri X12 və Cavabdeh1dur. 24 fevral 2016-cı il tarixli 08 nömrəli Azərpoçt MMC-nin X20 tərəfindən verilmiş arayışdan görünür ki, Zaqatala Rayonu Mazıx kənd sakini Abdullayev İsmayıl Əli oğlunun adına FHN tərəfindən 5000 manat vəsait daxil olmuşdur. V-36(201 6) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş Cavabdeh1 tərəfindən 25.02.2016-cı il tarixdə verilmiş ərizədən görünür ki, 21.02.2008-ci il tarixdə ölmüş Abdullayev İsmayıl Əli oğlundan irs qalmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Zaqatala rayonu Poçt filialına göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin ona çatacaq hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş reyestrdə 2V-61 nömrəsi ilə qeyd edilmiş 25.02.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 21.02.2008-ci il tarixdə ölmüş Abdullayev İsmayıl Əli oğluna çatacaq Azərbaycan Respublikası Fövqəladə Hal lar Nazirliyi tərəfindən Zaqatala rayonu Poçt filialına göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən Cavabdeh1 1/1 hissədə pay almalıdır. 29 yanvar 2021-ci il tarixli 05 nömrəli Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışdan görünür ki, Mazıx kənd sakini Cavabdeh1 təsərrüfatının Mazıx kənd XDS icraiyyə Komitəsinin 1980-1982 illərin t/başına kitablarında mərhum atası Abdullayev İsmayıl Əli oğlunun təsərrüfatından ayrılması barədə qeydiyyatı vardır. Əsas: 1980-1982 illərin t/başına kitabı № 4 ş/h - 302 Fond nömrə 126, siy. 2, s/v -134. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 23.02.2021-ci il tarixdə verilmiş 81 nömrəli arayışdan görünür ki, 2008-ci ilədək Zaqatala r ayonu Mazıx kəndində qeydiyyatda olmaqla yaşamış Abdullayev İsmayıl Əli oğlunun varisləri X12, X4, X5, X1, İddiaçı, Cavabdeh1 və X6r. V-101(2021) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən 01 mart 2021-ci il tarixdə verilmiş ərizədən görünür ki, 04 iyul 2001-ci il tarixdə ölmüş X8 irs qalmış Zaqatala rayonu Mazıx kəndində yerləşən torpaq sahəsindən İddiaçı çatası hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. V-36(2016) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş İddiaçı tərəfindən 06 may 2020-ci il tarixdə verilmiş ərizədən görünür ki, 21 fevral 2008-ci il tarixdə ölmüş Abdullayev İsmayıl Əli oğlundan irs qalmış Zaqata la rayonu Mazıx kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 28.04.2008-ci il tarixdə verilmiş 298 nömrəli arayışdan görünür ki, 21.02.2008-ci il tarixdə vəfat etmiş Abdullayev İsmayıl Əli oğlunu bir yerdə yaşadığı qızı İddiaçı dəfn etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 08.09.2021-ci il tarixdə verilmiş 412 nömrəli arayışdan görünür ki, 2001-ci ilədək Zaqatala rayonu Mazıx kəndində qeydiyyatda olmaqla yaşamış X9 varisləri Abdullayev İsmayıl Əli oğlu, X12, X4, X5, X1, İddiaçı, Cavabdeh1, X6r. Cavabdeh1 tərəfindən ünva n ünvanlandığı 06.05.2020-ci il tarixli ərizədən görünür ki, 21 fevral 2008-ci il tarixdə vəfat etmiş atası Abdullayev İsmayıl Əli oğlundan miras qalmış ev və torpaq sahəsindən ona vərəsə kimi payın verilməsini xahiş etmişdir. İddiaçı ilə aralarında mübahisə olduğunu bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən 03.05.2011-ci il tarixdə verilmiş 304 nömrəli arayışdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Abdullayev İsmayıl Əli oğlunun, X9, X3 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında 25 fevral 2016-cı il t arixli şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbi dəyişdirilərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və 5000 (beş min) manat pulun qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nümayəndəsi olduğu İddiaçı onun anasıdır. 2012-ci ildə Zaqatala rayonunda güclü zəlzələ hadisəsi baş vermişdir. Zəlzələ nəticəsində mərhum babası Abdullayev İsmayıl Əli oğluna məxsus 0.20 həyətyanı sahəsinin üstündə yerləşən daşınmaz əmlaka ziyan dəymişdir. Azərbayc an Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin daşınmaz əmlaka komissiya baxış keçirmiş, müəyyən olunmuşdur ki, həmin evin bərpa gücləndirmə işinin aparılmasına ehtiyac var. 2016-cı ildə həmin bərpa gücləndirmə işin aparılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən mərhum babası Abdullayev İsmayıl Əli oğlunun adına 5000 (beş min) manat məbləğində pul vəsaiti X17 köçürülmüşdür. Zaqatala rayon Mazıx kənd sakini, onun dayısı-Cavabdeh1 və Zaqatala RİHB-nın keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 əlbir olaraq qanunsuz varislik haqqında arayış verərək vərəsələrin hüquqlarını pozmuşdur. Mərhum babası Abdullayev İsmayıl Əli oğlunun yaşadığı və 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş evin bərpa gücləndirilməsi işləri ilə əlaqəda r Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ayrılmış 5000 (beş min) manat vəsaitin götürülməsi məqsədi ilə keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 tərəfindən 18 fevral 2016-cı il tarixdə mərhum İsmayıl Abdullayevin digər varislərin razılığı olmadan mərhum İsmayıl Abdullayevin 7 varisi olmasına baxmayaraq mərhumun Cavabdeh1 və X7 ibarət iki varisinin olması barədə rəsmi məlumatları tam əks etdirməyən 93 nömrəli arayış tərtib edilməklə digər varislərin hüquqları pozulmuşdur. Belə ki, Zaqatala RİHB-nin Mazıx kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 26.12.2012-ci il tarixli, 867 nömrəli, 17.04.2020-ci il tarixli, 263 nömrəli və 23.02.2021-ci il tarixli 81 nömrəli arayışlardan görünür ki, mərhum babası Abdullayev İsmayıl Əli oğlunun vəfatından sonra X12, X4, X5, X1, İdd iaçı, Cavabdeh1 və X2 ibarət 7 varisi qalmış, varislərdən biri sayılan X12 2019-cu ildə vəfat etmişdir. Zaqatala RİHB-nin keçmiş Mazıx kənd İƏD üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş 18.02.2016-cı il tarixli 93 nömrəli arayışda yalnız ikisinin adı qeyd edilməklə digər varislərin hüquqları pozulmuş, keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Bu hərəkətləri ilə Zaqatala RİHB-nin keçmiş Mazıx kənd icra nümayəndəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Nümayəndəsi olduğu iddiaçı şikayət ərizəsi ilə Respublika Baş Prokurorluğuna vərəsəlik hüquqlarının pozulmasına dair müraciət etmişdir. Həmin müraciətə Zaqatala rayon p rokurorluğunda baxılmış və Zaqatala rayon məhkəməsində baxılması tövsiyyə olunmuşdur. Göstərdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov, iş № 2(033)-418/2021) iddia qismən təmin edilərək, mərhum Abdullayev İsmayıl Əli oğluna məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən X17 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına Zaqatala Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət r üsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi qət edilmişdir. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı barədə cavabdeh hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə iclasında da həqiqətən iddiaçının iddia müddətinin axımının hansı tarixdən başlanmalı olması ilə bağlı hər hansı inandırıcı sübutlar təqdim edilməmişdir. Şərh edilənlərə əsasən də məhkəmə hesab etmişdir ki iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə daha sonra iddia tələbinin “Abdullayev İsmayıl Əli oğluna məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən X17 göndərilmiş 5000 (beş min) manat məbl əğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına Zaqatala Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi” hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Notariat işinin surətindən görünür ki, hazırki iş üzrə miras mərhum Abdullayev İsmayıl Əli oğlunun 21 fevral 2008-ci ildə vəfat etməsi ilə açılmışdır. Vərəsə olan cavabdeh mərhum Abdullayev İsmayıl Əli oğlunun ölümündən 21.02.2008-ci ildən, yəni miras açıldığı gündən 8 ilə yaxın müddət keçdikdən sonra 25.02.2016-cı il tarixdən başlayaraq mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına müraciət etmiş və notariat orqanı da onun müraciətini nəzərə alıb 2016-cı ildə ona vərəsə lik şəhadətnaməsi vermişdir. Mərhum Abdullayev İsmayıl Əli oğluna məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən X17 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına Zaqatala Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Zaqatala RİHB-nin keçmiş Mazıx kənd İƏD üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş 18.02.2016-cı il tarixli 93 nömrəli arayış əsasında verilmişdir. Həmin arayış isə saxta sənəd hesab edilmişdir. Saxta arayış əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə etibarlı sənəd hesab oluna bilməz. Məhkəmə iddia tələbinin 5000 (beş min) manat pulun qaytarılması hissəsinə münasibət bildirərək qe yd etmişdir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən X17 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin tələb edilməsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Məhkəmə araşdırmasında da müəyyən edildi ki, İddiaçı atası 21.02.2008-ci il tarixdə vəfat etmiş Cavabdeh1 irs qalmış mirası qəbul edərək əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat Kontoruna müraciət etsə də, onun 21.02.2008-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına Azərpoçt MMC-nin X17 FHN tərəfindən göndərilmiş 5000 manat vəsaitdə vərəsə kimi payı müəyyən edilməmişdir. İddiaçı 21.02.2008-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına Azərpoçt MMC-nin X17 FHN tərəfindən göndərilmiş 5000 manat vəsait üzərində tam pay sahibi kimi sərəncam vermək hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsi işə birtərəfli qaydada baxmış, ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozaraq əsassız qətnamə qəbul etmişdir. Belə ki, 2012-ci il may ayının 7-də Zaqatala rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində ata evləri zədələnmişdir. Həmin müddət ərzində iddiaçının onların bütün hərəkətlərindən məlumatı olmuşdur. İddiaçı özünün zəlzələdən maddi ziyan görmüş evi üçün dövlətdən təmir pulu da almışdır. Ataları sağlığında mübahisəli yaşayış evini qardaşı olan Şaban Abdullayevə ailə içində vəsiyyət etmişdir. Cavabdeh də həmin vəsiyyətdən xəbərdar idi. Ev zəlzələ nəticəsində zədələnəndə iddiaçı həmin vaxt aidiyyatı qurumlara müraciət edərdi. Buradan görünür ki, iddiaçının həmin evə heç bir hüququ olmamışdır. İddiaçı əvvəlcə İnzibati Məhkəməyə müraciət etmək istəsə də, ona bildiriləndən sonrakı müddət ötürülüb, o, rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-1707/2021) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(033)-418/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəm ə kollegiyası hesab etmişdir ki, apellyator öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Abdullayev İsmayıl Əli oğlunun mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində Abdullayev İsmayıl Əli oğlu tərəfindən fərdi yaşayış evi tikilmiş, lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 2012-ci il tarixdə Zaqatala və ətraf rayonlar ərazisində baş vermiş zəlzələ nəticəsində İsmayıl Abdullayev tərəfindən tikilmiş f ərdi yaşayış evinə zərər dəymiş və dəymiş zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Abdullayev İsmayıl Əli oğluna 5000 manat vəsait ayrılaraq Azərpoçt MMC-nin X17 göndərilmişdir. Abdullayev İsmayıl Əli oğlu 21 fevral 2008-ci il tarixdə öldüyündən həmin vəsaitin alınması üçün onun oğlu olan Cavabdeh1 vərəsəliyin müəyyən edilərək Abdullayev İsmayıl Əli oğlunun adına verilmiş miras əmlak hesab olunan 5000 manat vəsaitin alınması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması məqsədi ilə Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən 18.02.2016-cı il tarixdə verilmiş 93 nömrəli arayışa əsasən 21 fevral 200 8-ci il tarixdə ölmüş Abdullayev İsmayıl Əli oğlunun varislərinin X12 və Cavabdeh1 olduğu müəyyən edilmiş və həmin arayış əsasında Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən Abdullayev İsmayıl Əli oğluna məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən X17 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notarius tərəfindən miras qoyan Abdullayev İsmayıl Əli oğluna məxsus olan miras əmlakla bağlı vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, notarius tərəfindən hər hansı bir araşdırılma aparılmadan cavabdehin yazmış olduğu ərizə (şəhadətnamənin verilməsi i lə bağlı) və kənd icra nümayəndəsi tərəfindən verilmiş məktub əsas götürülərək yalnız Cavabdeh1 adına 25 fevral 2016-cı il tarixli, 2V-61 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qoyan Abdullayev İsmayıl Əli oğlunun Cavabdeh1 başqa digər vərəsələri də vardır. Notarius isə işin bu halına xüsusi əhəmiyyət verməməklə həmin sənədlərin bu kimi vacibliyini diqqətə almamışdır. Bundan əlavə notarius tərəfindən vərəsəlik işi açılarkən digər vərəsələrin, o cümlədən iddiaçının iradə ifadəsi nəzərə alınmamış (mirası qəbul və imtina etmələri barədə), bununla da iddiaçının açılmış vərəsəlik işindən xəbərsiz olmaqla, vərəsə kimi hüquqları pozulmuşdur. Mirası rəsmi qaydada sənədləşdirən vərəsə də notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin v erilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırki iş üzrə iddiaçının öz iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır. İddiaçının miras qalmış əmlakdan imtina etməsi halı da müəyyən edilməmiş, əksinə iddiaçının atasından miras qalmış əmlakla bağlı idarəçiliyi müəyyən edilmişdir. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanun üzrə vərəsəliyi qəbul edən, hazırki iş üzrə Cavabdeh1 öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan iddiaçı barəsində notariusa məlumat verməməklə Mülki Məcəllənin 1300-cü maddəsinin, notarius isə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1707/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsini tam ləğv edib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər lər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçü n ağlabatan tədbirlər görməyə borcludurlar. 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vər əsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəx slərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri işin halları ilə birlikdə tədqiq olunaraq düzgün olaraq qiymətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara madd i hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1707/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar