Məhkəmə qərarları › İş №2(102)-1228/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1228/2020

02.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1228/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Dəmirov İlqar Kamal oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)******/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: B akı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim A.Rzayev) xx.xx.2019-cu il tarixli, 2(001)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair ilk iddiasının qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, ******* kəndində 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 112,5 kv.m, yaşayış sahəsi 30.0, yardımçı sahəsi 82,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin və Abşeron rayonu, ********** qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatı 0,04 ha torpaq sahəsinə ½ hissəsinə İddiaçı, qalan ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi, ilk iddia qismən təmin edildiyindən ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%-nin, yəni 15 manatının ilk iddia üzrə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddiaçı Cavabdeh1 c avabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və pul” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilərək, birgə nikah dövründə alınmış Bakı şəhəri, ****** rayonu, *********** küçəsi, ev ****, **** saylı mənzilin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə isə İddiaçı paylarının müəyyən edilməsi, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%-nin, yəni 15 manatının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Əliyev, F.Talışinski, R.Eyvazov) xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-*****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı cavabdeh X11 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında Azərbaycan Respublikası DİN BDYPİ-də bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “TOYOTA LAND CRUİSER PRADO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə payın müəyyən ed ilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası DİN BDYPİ-də bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “KİA SORENTO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə payın müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, ******** kəndində 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 112,5 kv.m, yaşayış sahəsi 30.0, yardımçı sahəsi 82,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı əlavə olaraq cavabdeh qismində Cavabdeh2, Cavabdeh3 İntiqam qızını və 3-cü şəxs qismində Azərbaycan Respublikası DİN BDYPİ-ni göstərməklə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında Azərbaycan Respublikası DİN BDYPİ-də bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “TOYOTA LAND CRUİSER PRADO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə payın müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası DİN BDYPİ-də bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “KİA SORENTO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə payın müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, ******* kəndində 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 112,5 kv.m, yaşayış sahəsi 30.0, yardımçı sahəsi 82,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin ½ hissədə payın müəyyən edilməsi, 44 saylı notariat kontorunun xx.xx.2002-ci il tarixli ******* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X1 Bakı şəhəri, ************* rayonu, ********** küçəsi, ev ***, *********** saylı mənzilin dəyərinin müəyyən edilərək ½ hissədə payına ona ödənilməsi, 28 saylı DNK-nın xx.xx.2001-ci il tarixli ******* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X5 Bakı şəhəri, *********** küçəsi, ev ****, **** saylı mənzilin dəyərinin müəyyən edilərək ½ hissədə payın ona ödənilməsi, 11 saylı DNK-nın xx.xx.2003-cü il tarixli **** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X2 Bakı şəhəri, ******** saylı mənzilin dəyərinin müəyyən edilərək ½ hissədə payın ona ödənilməsi, 43 saylı DNK-nın xx.xx.1999-cu il tarixli ******** r eyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X3 Bakı şəhəri, *********** saylı mənzilin dəyərinin müəyyən edilərək ½ hissədə payın ona ödənilməsi, 28 saylı DNK-nın xx.xx.2004-cü il tarixli ********* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X4 Bakı şəhəri, ************ saylı mənzilin dəyərinin müəyyən edilərək ½ hissədə payın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ************* saylı mənzilə ½ hissədə payın müəyyən edilməsi, Cavabdeh2 borclu olduğu 25000 manatın ½ hissəsinin və “xxxx” KB ASC-yə borclu olduğu 2100,75 manat məbləğində borc un ½ hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında Azərbaycan Respublikası DİN BDYPİ-də bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “TOYOTA LAND CRUİSER PRADO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə payın müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası DİN BDYPİ-də bağlanmış xx.xx.2018-ci il tarixli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “KİA SORENTO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə payın müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş Abş eron rayonu, Fatmayı kəndində 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 112,5 kv.m, yaşayış sahəsi 30.0, yardımçı sahəsi 82,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin ½ hissədə payın müəyyən edilməsi, 28 saylı DNKnın xx.xx.2001-ci il tarixli ********** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cəlilova X5 Bakı şəhəri, ***************** saylı mənzilin dəyərinin müəyyən edilərək ½ hissədə payın ona ödənilməsi, 11 saylı DNK-nın xx.xx.2003-cü il tarixli **** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X2 Bakı şəhəri, ********** saylı mənzilin dəyərinin müəyyən edilərək ½ hissədə payın ona ödənilməsi, 43 saylı DNK-nın xx.xx.1999-cu il tarixli ******** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X3 Bakı şəhəri, *********** mənz ilin dəyərinin müəyyən edilərək ½ hissədə payın ona ödənilməsi, 28 saylı DNK-nın xx.xx.2004-cü il tarixli ********* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X4 Bakı şəhəri, ************** saylı mənzilin alqı-satqı müqaviləısində nəzərdə tutulmuş 72000 manat dəyərinin yarısının, yəni 36000 manat hissəsinin Cavabdeh1 tərəfindən ona ödənilməsi, birgə nikah dövründə əldə edilmiş “xxxx” ASC-nin Binəqədi filialında depozit hesabına Cavabdeh1 tərəfindən mədaxil edilmiş 30000 ABŞ dolları pul məbləğinin yarısının, yəni 15000 ABŞ dollarının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddiaçı cavabdeh qismində yalnız Cavabdeh1 göstərməkllə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında Azərbaycan Respu blikası DİN BDYPİ-də bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “TOYOTA LAND CRUİSER PRADO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə payın müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası DİN BDYPİ-də bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “KİA SORENTO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə payın müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, ************* kəndində 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 112,5 kv.m, yaşayış sahəsi 30.0, yardımçı sahəsi 82,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin ½ hissədə payın müəyyən edilməsi, 28 saylı DNK-nın xx. xx.2001-ci il tarixli *********** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X5 Bakı şəhəri, ****** küçəsi, ev 201, *** saylı mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğin (42000) hazırki dövrə müvafiq (indeksasiya) hesablanmaqla müəyyən edilərək ½ hissəsinin ona ödənilməsi, 11 saylı DNK-nın xx.xx.2003-cü il tarixli **** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X2 Bakı şəhəri, ********** saylı mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğinin (73500) hazırki dövrə müvafiq (indeksasiya) hesablanmaqla müəyyən edilərək ½ hissəsinin ona ödənilməsi, 43 saylı DNK-nın xx.xx.1999-cu il tarixli ********** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X3 Bakı şəhəri, *********** mənzilin alqı-satqı mü qaviləsində nəzərdə tutulmuş məbləğin (9000) hazırki dövrə müvafiq (indeksasiya) hesablanmaqla müəyyən edilərək ½ hissəsinin ona ödənilməsi, 28 saylı DNK-nın xx.xx.2004-cü il tarixli ********* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X4 Bakı şəhəri, ********** saylı mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğin (72000) hazırki dövrə müvafiq (indeksasiya) hesablanmaqla müəyyən edilərək ½ hissəsinin ona ödənilməsi, birgə nikah dövründə əldə edilmiş “xxxx” ASC-nin Binəqədi filialında depozit hesabına Cavabdeh1 tərəfindən mədaxil edilmiş 30000 ABŞ dolları pul məbləğinin yarısının, yəni 15000 ABŞ dollarının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin də lilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, kassasiya şikayətinin əsasını birgə nikah dövründə əldə edilmiş “KİA SORENTO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş pulun bölgüsü ilə bağlı tələbinin təmin edilməməsi təşkil edir. Məhkəmənin qənaətinə görə həmin avtomobil birgə nikah dövründə satılmış, əldə edilmiş vəsait ailənin məqsədləri üçün xərclənmişdir. İddiaçı həmin vəsaitin ailənin ehtiyacları üçün xərclənməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Lakin əmlak bölgüsü ilə bağlı iddia qaldırılmamışdan əvvəl Cavabdeh1 nikahın pozulması ilə bağlı xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia ərizəsində özü göstərmişdir ki, u zun müddətdir ki, onlar ayrı yaşayırlar və aralarındakı nikah formal xarakter daşıyır. Cavabdeh1 nikahın pozulması ilə bağlı iddia ərizəsinin məhkəməyə daxil olmasından 1 aydan çox vaxt keçdikdən sonra əmlak bölgüsünün qarsısın almaq məqsədilə qərəzli olaraq sözügedən avtomobili xx.xx.2018-ci ildə 35000 manata satmışdır. Həmin dövrdə cavabdehin özünün etiraf etdiyi kimi tərəflər birgə təsərrüfat aparmırdılar, ayrı yaşayırdılar. Belə olan halda İddiaçı satılmış avtomobildən pay əldə etməsi, əldə edilmiş vəsaitin ailəyə sərf edilməsi inandırıcı deyildir və həqiqəti əks etdirmir. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara, cavabdehin etirafına qiymət vermədən, tərəflərin ailə münasibətlərinin pozulduğu, faktiki olaraq ayrı yaşadıqları vaxtı müəyyən etmədən, cavabdehin qeyd edilən əmla kı qərəzli olaraq satması ilə bağlı sübuta qiymət vermədən həmin dövrdə tərəflərin rəsmi nikahda olmaları əsası ilə iddianı həmin hissədə rədd etməsi qanun pozuntusudur. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)******/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə i clasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmaması nı yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, adı çəkilən mənzillərin və avtomobillərin tərəflərin birgə nikahı dövründə alındığı və satıldığı, depozit hesabındakı məbləğin isə həmin dövr də mədaxil və məxaric edildiyi işin mübahisəsiz hallarıdır. Bu baxımdan həmin daşınar və daşınmaz əşyalar əldə edildiyi anda tərəflərin ümumi birgə mülkiyyətində olmuşdur. Bununla belə sözügedən əmlak tərəflərin birgə nikahı dövründə özəlləşdirilməklə onların ümumi mülkiyyətindən çıxmışdır. Hazırda ilkin iddiaçı, avtomobilin və mənzillərin satışından əldə olunmuş pul vəsaitinin və depozit məbləğinin özünə aid hissəsini cavabdehdən tələb edir. Başqa sözlə, bu iddia əsassız varlanmaya dayanan tələbdir. Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Baxılan işdə isə ilkin İddiaçı, mübahisələndirilən əşyaların satışından əldə olunmuş, depozit hesabından götürülmüş vəsaitin Cavabdeh1 tərəfindən ailənin deyil, şəxsi məqsədlərə xərcləməklə, onun hesabına əmlak əldə edilməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, sübutetmə yükü baxımından həmin halları sübuta yetirmək vəzifəsi ilkin iddiaçının üzərinə düşür. Əksinə, iş materiallarından görünür ki, tərəflərin nikahı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş dur. Bu hal ona dəlalət edir ki, mübahisəli əşyaların özgəninkiləşdirildiyi və depozitdəki pul vəsaitinin götürüldüyü dövrlərdə tərəflər nikahda olduqları üçün mübahisəli əmlakın satılması nəticəsində əldə olunmuş vəsait (habelə götürülmüş depozit) ailənin ehtiyac və xərclərinə sərf edilmiş sayılır. Mülki Məcəllənin 222.1-ci və 222.2-ci maddələrinə görə, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərd ən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Belə olan halda, əşyaların satışından əldə olunmuş vəsaitin hamısının ilkin iddia üzrə cavabdeh tərəfindən şəxsi məqsədlərə xərclənməsi və bununla da ilkin iddiaçının hesabına vəsait əldə etməsi sübuta yetirilmir. Bu hal isə ilkin iddiaçının həmin vəsaitin bir hissəsinə tələb hüququnu istinsa edir. Kassasiya kollegiyası apellyasiya kollegiyasının “KİA SORENTO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş pulun bölgüsü ilə bağlı mövqeyi ilə razılaşmayaraq bildirir ki, işə mahiyyəti üzrə baxan apellyasiya kollegiyası İddiaçı “KİA SORENTO” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin Cavabdeh1 tərəfindən ailənin deyil, şəxsi məqsədlərə xərcləməklə bağlı mötəb ər sübutları məhkəməyə təqdim edə bilməməsinə istinad etsə də, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin vəkil sorğuusuna cavabdan görünür (səh 11, İ cild) ki, “KİA SORENTO” markalı, **-****-*** dövlət nömrə nişanlı avtomobil alqı-satqı müqaviləsi ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan çıxmışdır. Həmçinin iş materiallarında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsinin surətindən görünür (səh 116, İİ cild) ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə o, uzun müddətdir ki, ayır yaşayır. O, yeni ailə qurmuş və uşaqları vardır. Nikahları formal xarakter daşıyır. Həmin iddia ərizəsi də Binəqədi Rayon Məhkəməsinin icraatına xx.xx.2018-ci ildə daxil olmuşdur. Buradan da aydın olur ki, tərəflər “ KİA SORENTO” markalı, **-****-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh1 tərəfindən satıldığı zaman faktiki olaraq uzun müddət ayrı yaşamaqla ayrı təsərrüfat aparmışlar. Hətta Cavabdeh1 həmin zamanlarda faktiki nikahda olmuşdur. Apellyasiya kollegiyası isə ilk iddia tələbinin “KİA SORENTO” markalı, **-****-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş pulun bölgüsü ilə bağlı hissəsində məhkəmə araşdırmasını tam həyata keçirməmiş, qeyd edilən sübutlar mövcud olduğu halda, iddiaçı tərəfindən məhkəməyə “KİA SORENTO” markalı, **-****-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin Cavabdeh1 tərəfindən ailənin deyil, şəxsi məqsədlərə xərcləməklə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsinə istinad etməklə məhkəmə araşdırmasının tam həyata k eçirilməsi, obyektiv həqiqətin müəyyən edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəs inə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edi lmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kassasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüq uq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri v ə ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin “KİA SORENTO” markalı, **-****-*** dövlət nömrə nişanlı avtomobillə bağlı hallarının tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədal ətliliyinin təmin edilməsi məqsədilə kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi “KİA SORENTO” markalı, **-****-*** dövlət nömrə nişanlı avtomobiliə dair hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsi “KİA SORENTO” markalı, **-****-*** dövlət nömrə nişanlı avtomobilə dair hissədə ləğv edilsin və mülki iş yenidən həmin hissədə apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar