Məhkəmə qərarları › İş №2(102)-1229/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1229/2020

21.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1229/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Həsənov Əkrəm Şirvan oğlunun, X4 vəkili X6nın, “X15 Azərbaycan” QSCnin vəkili X2 və nümayəndəsi X1 iştirakları ilə, X4 və İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiy asının 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə müəyyən olunmuş hallar və sübutlar əsasında üçüncü şəxsin iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “X15 Azərbaycan” QSC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə və müstəqil tələb irəli sürən 3-cü şəxs Nərimanov Ziya İlham oğlu cavabdeh “X15 Azərbaycan” QSC-nə qarşı “zaminlik müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət et mişdilər. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Tağıyeva, iş 2(006)-3844/2018) iddia tələbləri rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Şamayev və Ş.Məhərrəmova, iş № 2(103)-443/2019) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(006)- 3844/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin edilmiş, “X15 Azərbaycan” QSC ilə İddiaçı arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış, 24273/04 saylı zaminlik müqavi ləsi üzrə İddiaçı zaminliyinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva, iş № 2(102)-3896/2019) cavabdeh “X15 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-12443/2019) İddiaçı və üçüncü şəxs X4 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: X4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə müəyyən olunmuş hallar və sübutlar əsasında üçüncü şəxsin iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Mə hkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: X4 vəkili X6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə müəyyən olunmuş hallar və sübutlar əsasında üçüncü şəxsin iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Həsənov Əkrəm Şi rvan oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. “X15 Azərbaycan” QSC-nin vəkili X5 izahatında göstərmişdir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 26 iyul 2013-cü il tarixində “xxxx” QSC ilə “xxxx” MMC arasında 24273/1 saylı Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən “xxxx” MMC-ə 27 iyul 2015-ci il tarixinədək, 24 (iyirmi dörd) ay müddətinə, 941.160 manat məbləğində kredit limiti ayrılmışdır. 01 may 2014-cü il tarixində “xxxx” QSC ilə “xxxx” MMC arasında 24273/1 saylı Kredit müqaviləsinə dair 5 saylı kredit sazişi bağlanılmışdır. Kredit sazişinin şərtlərinə görə, bank tərəfindən borcalan “xxxx” MMC-yə 8 ay müddətinə, illik 14% olmaqla 1.153.873.25 USD ABŞ dolları məbləğində kredit verilmişdir. 26 iyul 2013-cü il tarixində “xxxx” QSC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Eyni zamanda “X15 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borc alana 941.160 manat verilməsi ilə bağlı açılmış xəttinin təminatı kimi X4 ilə “X15 Azərbaycan” QSC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli 24273/03 saylı zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən, zamin İddiaçı “xxxx” MMC-nin nizamnamə kapitalının 34% payı üzrə, zamin X4 isə 33 % payı üzrə təsisçisidir. Bundan başqa iş materiallarından görünür ki, “xxxx” MMC-nin 20 iyul 2013-cü il tarixili təsisçilərinin ümumi yığıncağının qərarına əsasən, X8, X4 və İddiaçı “xxxx” MMC-nin imkanlarını genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən “X15 Azərbaycan” QSC-dən 1.200.000 manat məbləğində kredit vəsaitinin alınması üçün müraciət edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: ““Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kredit in məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyin in yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edi lə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühümşərtlərdən biridir və zaminin qanuni maraqlarını qo rumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Bundan başqa “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qə rarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Qeyd olunan qərardad həmçinin göstərilmişdir ki, “Mülki Məcəllənin 470.1-ci maddəsinə görə,zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddələrin məzmunundan göründüyü k imi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürürvə borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır.Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.” Kollegiya qeyd edir ki, İddiaçı və üçüncü şəxs X4 zamin olduqları kimi, əsas borclu “xxxx” MMC-nin müvafiq olaraq 34 və 33% pay hüquqlu təsisçiləridir. Göründüyü kimi onların kredit müqavilələrinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti valyutası və faizləri barədə ətraflı məlumatları olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla iddia tələbləri əsaslı hesab edilə bilməz.” İş üzrə kassasiya şikayətlərində İddiaçı və X4 apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarına istinad etmiş, eyni zamanda göstərmişlər ki, “Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsin də nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.” Yuxarıda qeyd olunanlardan göründüyü kimi, zaminlik məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi açıq, aydın və dəyişməzdir. Məhkəmə öz Qətnaməsini belə əsaslandırmışdır: “iş materiallarına əlavə edilmiş AR Vergilər Nazirlili Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən, zamin İddiaçı “xxxx” MMC-nin nizamnamə kapitalının 34% payı üzrə, zamin X4 isə 33% payı üzrə təsisçisidir. Bundan başqa, iş materiallarından görünür ki, “xxxx” MMC-nin 20 iyul 2013-cü il tarixli ) təsisçilərinin ümumi yığıncağının qərarına əsasən, X8, X4 və İddiaçı “xxxx” MMC-nin imkanla rını genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən “X15 Azərbaycan” QSC-dən 1.200.000 manat məbləğində kredit vəsaitinin alınması üçün müraciət edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Ümumən həmin Məcəllənin 52.2-ci maddəsində deyilir: “Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.” Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar Məhkəmə k ollegiyası qeyd edir ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarı qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv edilib və ya dəyişdirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında müəyyən edilmiş hüquqi mövqe ondan ibarətdir ki, kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində həmin şərtlər göstərilmədikdə və ya dəyişdirildikdə bununla bağlı zaminin razılığı alınmalıdır. Zaminin vəziyyətinin pisləşməsinə səbəb olan hallarla bağlı onun razılığının alınmaması məsuliyyətinin artması kimi qiymətləndirilir və belə hallarda zaminlik müqaviləsinə xitam verilməlidir. Hazırki işdə İddiaçı və X4 “xxxx” MMC-nin müvafiq olaraq 34 və 33 faiz pay hüquqlu təsisçiləri olmaları, onların kredit müqaviləsinin şərtləri barədə, o cümlədən öhdəliyin miqdarı, müddəti, valyutası və faizləri barədə məlumatları olması, zamin kimi bağladıqları müqavilədə öz əksini tapmadığına görə, onların zamin kimi razılığına bərabər tutula bilməz. Onlar fiziki şəxs kimi zaminlik müqaviləsi bağladıqlarına görə kreditin məbləği və faizlərinə, valyutasına, müddətinə dair razılıqları yalnız zamin kimi imzaladıqları müqavilədə öz əksini tapdıqda onlar üçün cavabdehlik yaratmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı müddəaları tətbiq edərkən onları düzgün şərh və tətbiq etməmişd ir. Ona görə də kassasiya şikayətləri qismən təmin olunaraq iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar