Məhkəmə qərarları › İş №2(102)-1230/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1230/2025

16.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1230/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6057/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X19 xx.xx.2020-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyindən ölmüşdür.

2. X10 birinci növbəli 5 vərəsəsi qalmışdır: anası - İddiaçı, arvadı Cavabdeh3, birgə nikahdan uşaqları xx.xx.1988-ci il təvəllüdlü X24, xx.xx.1990-cı il təvəllüdlü X17 və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2.

3. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və qeyrilərinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, vərəsəlik şəhadətnamələrin ləğv olunması, bağışlama, alqı-satqı müqavilələrin eləcə də ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (evlərə, qaraja və torpaq sahələrinə dair çıxarışların) və vərəsələrin payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)2429/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0237 ha olan torpaq sahəsi; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardımçı sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil; Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 95 (yeni qaydalarla: AZ 1007, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binası (qaraj); Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair verilmiş ünvan 5 DNK-nın 2V-159 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-160 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-174 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V158 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-220 reyestr nömrəli xx.xx.2021-ci il tarixli və DNK-nın 2V-157 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi, Cavabdeh3 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0237 ha olan torpaq sahəsi; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardımçı sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil; Ba kı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 95 (yeni qaydalarla: AZ 1007, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi idarələri tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatların və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binasına (qaraj) dair texniki pasportun ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzilə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-352 r eyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi, ünvan 6 ünvanında yerləşən qaraja dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə- 415 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-302 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə-404 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinə dair bağlanmış Cav abdeh3 ilə Cavabdeh2 arasında 4Ə-301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 adlarına Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 19, 95 (yeni qaydalarla: AZ1007, ünvan 8 saylı mənzilə, ünvan 6 ünvanında yerləşən qaraja, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi idarələri tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatlarının, Cavabdeh1 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci tarixli texniki pasportun ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə verilmiş **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X10 mülkiyyəti kimi qeydiyyata alınmış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 10/6 hissəsinə Cavabdeh3, 10/1 hissəsinə İddiaçı, 10/1 hissəsinə X13, 10/1 hissəsinə X6, 10/1 hissəsinə Cavabdeh2 vərəsəlik paylarının tanınması, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təs ərüfatı təyinatlı torpaq sahəsi istisna olmaqla, digər miras kütləsinə daxil olmuş əmlaklardan onun vərəsə kimi payına düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etmək kimi hüquqlarının olmasının izah edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

5. Məhkəmə Cavabdeh3 miras əmlakın qəbul edilməsinə dair notariat ofisinə ərizə ilə müraciət edərək, İ növbə vərəsə olan və faktiki miras əmlaklardan birində yaşamağa davam edən İddiaçı bu siyahıda göstərməyərək, bütün mirası digər İ növbə vərəsələrin razılığı ilə qəbul edərək sonradan özgəninkiləşdirməsini iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsinin tələbləri ilə tanınan və qorunan vərəsəlik hüquqlarından məhrum edilməsinə yönəlmiş hərəkətləri kimi qiymətləndirmişdir. Eyni zamanda məhkəmə İddiaçı hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü Cavabdeh3 və onun övladlarının daşıması, əmlakları əldə etmiş şəxslərin hüquqlarının xələl görməməsi qənaətinə gəlmişdir. 6. ünvan 5 notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1109 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzili "xxxx" MMC-yə 240000 manata satmışdır.

7. Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş, "xxxx" ASC, X7 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 021/AİF-ASİM-0021 nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən Cavab deh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 95 (yeni qaydalarla: AZ1007, ünvan 8 ünvanında yerləşən mənzil (Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş “10” iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********92-05301-093085 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) X3 mülkiyyətinə verilmiş və ipoteka ilə yüklü edilmişdir, daşınmaz əmlak satış qiyməti 162000 manat məbləğində müəyyən edilmişdir.

8. Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə484 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsini 30000 manata X2.

9. Bakı şəhəri 32 saylı notaria t kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə485 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyyat fondu torpaqları təyinatlı torpaq sahəsini X20 120000 manata satmışdır.

10. Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə664 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına texniki pasport əsasında olan ünvan 6 ünvanında yerləşən qarajı 43000 manata X1.

11. Fotoşəkildən müəyyən edilmişdir ki, X14 məxsus məzar mərmər daşla əhatə olunmuş, üzərində “övladlarından xatirə” sözləri yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 16200 manat, Cavabdeh2 39000 manat, Cavabdeh1 4300 manat məbləğində dəymiş zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X10 anasıdır. O, oğlunun ölümündən sonra faktiki olaraq mirası qəbul etmişdir. X8 qalan əmlaklara vərəsəlik şəhadətnaməsinin alınması məqsədilə ünvan 5 notariat ofisində xx.xx.2021-ci il tarixdə 8V-22/2021 nömrəli vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il tarixdə, həmin notariat kontoruna “Vərəsələr siyahısına daxil edilmə barədə ərizə” ilə müraciət etmiş, lakin həmin müraciət Notariat ofisi tərəfindən cavabsız qalmışdır. Nəticədə, xx.xx.2021-ci il tarixdə X8 qalan bütün əmlakın Cavabdeh3 adına rəsmiləşdirilməsi üçün “Vərəsəlik şəhadətnaməsi” verilmişdir. Cavabdeh3 vərəsəlik işinin açılması zamanı göstərmişdir ki, ondan və uşaqlarından başqa vərəsə yoxdur. Həmin mirasa daxil olan əmlaka faktiki sahiblik etməklə mirası qəbul etmişdir. O, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X29, X30, X11, X15, X7, X9, X5, ünvan 5 Notariat kontoru, "xxxx" MMC və "xxxx" ASC-yə qarşı (7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi, Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 52 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 51 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoru, Gəncə şəhəri 3 saylı notariat kontoru, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisəpredmeti barədə müstəqil tələb irəi sürməyən üçüncü şəxslər qismində göstərilməklə) “vərəsəlik hüquqununun müəyyən edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv olunması, bağışlama, alqı-satqı müqavilələrinin, eləcə də ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (evlərə, qaraja və torpaq sahələrinə dair çıxarışların) və vərəsələrin payının müəyyən e dilməsi” tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Hazırda, o, digər miras kütləsinə daxil olmuş əmlaklardan onun vərəsə kimi payına düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etməyə haqlıdır. Həmin əmlaklar və onların satış qiyməti aşağıdakı kimi göstərilmişdir: 1) ünvan 1 ünvaninda yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardımçı sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil - 240000 manat (iş 4Ə-1109); 2) Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 95 (yeni qaydalarla: AZ 1007, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil - 162000 manat (iş 4Ə-1647); 3) ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binası (qaraj) 43000 manat (iş 4Ə-664); 4) Abseron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfati təyinatlı torpaq sahəsi - 30000 manat (iş 4Ə-484); 5) Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi - 120000 manat (iş 4Ə-485) cəmi: 240000 + 162000 + 43000 + 30000 + 120000 = 595000/10 = 59,500 manat. Beləliklə, cavabdehlər öz qanunsuz əməlləri ilə ona 59500 manat miqdarinda ziyan vurmuşlar. Həmin ziyan Cavabdeh3 tərəfindən 16200 manat məbləğində, Cavabdeh2 tərəfindən 39000 manat məbləğində, Cavabdeh1 tərəfindən 4300 manat məbləğində vurulmuşdur.

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) X25 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, qardaşı, yəni mər hum X19 vəfat etdikdən sonra yas verməmişlər. Bütün gələn qonaqlar evə gəlmişdir. Qəbrin baş daşını isə şəxsən o, özü sifariş verib düzəltdirmişdir. Cavabdehlər əmlakları satıb 250000 manat dəyərində özlərinə ev almışlar. Qardaşının dəfn mərasimi üçün Cavabdeh2 tərəfindən 11500 manat, qəbir daşı üçün isə 4500 manat məbləğində pul xərcləndiyini qəbul etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum atası X10 400000 manata yaxın borcu olmuşdur. O, qəbir daşına görə 4500 manat pul ödəmişdir. İl mərasimini isə o, özü vermişdir. Mərhum atası onun qayınanası Mehribandan 150000 manat borc götürmüşdür. Qayınanasının iş yoldaşı Turan xanımdan isə iş görmək məqsədi lə 100000 manat pul götürmüşdür. Mərhum atası, Ramil adlı şəxsdən metal götürmüş, Ramilə 130000 manat borcu olmuşdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun kürəkənidir. Muradın atası X19 ev almaq məqsədilə ondan (Mehribandan) 150000 manat məbləğində borc götürmüşdür. Həmin borcu kürəkəni Cavabdeh2 və qudası Cavabdeh3 Telman Əliyev öldükdən sonra əvvəl 50000, 2021-2022-ci illərdə isə qalan hissəsini qaytarmışlar.

17. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, o, qızıl alveri ilə məşğul olur və X12 ilə iş yoldaş ıdır. O, Mehriban xanıma 2019-cu ilin oktyabr-noyabr aylarında 100000 manat borc vermişdir. Mehriban xanım həmin pulun yeznəsi üçün lazım olduğunu, bir neçə aya qaytaracağını bildirmişdir. Həmin pulu 2022-ci ilin aprel-may aylarında hissə-hissə (50000 + 50000 manat) qaytarmışdır.

18. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, 2018-2019-cu illərdə X19 ondan 130000 manatlıq metal götürmüşdür. 2 il əvvəl Telmanın oğlu Murad Əliyev hissə-hissə (40000 + 40000 + 50000 manat) pulu qaytarmışdır.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1540/2024 nömrəli iş üzrə 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 16200 manat, Cavabdeh2 37400 manat, Cavabdeh1 4300 manat məbləğində dəymiş zərər tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ramin Quliyev).

20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mərhum X10 vərəsəsi olmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən miras əmlaklarının satılması nəticəsində öz miras payınının böyük hissəsini əldə etməkdən məhrum olmuşdur. Bu hal Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2429/2023 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır.

21. Məhkəmə mirası qəbul etmiş və özgəninkiləşdirmiş vərəsə olan cavabdehlərin miras əmlakının miras qoyanın öhdəliklərinə sərf edilməsi ilə bağlı izahatlarında irəli sürdükləri dəlillərə qiymət verərək hesab etmişdir ki, qanunvericiliyin tələbləri baxımından üç min manatdan çox olan məbləğlərdə borc müqaviləsi yazılı formada bağlanılmalı olduğundan və mərhum X10 borc öhdəliklərini əks etdirən müvafiq əqdlər (müqavilələr) məhkəməyə təqdim edilmədiyindən, şahidlərin ifadələri digər mötəbər sübutlarla təsdiq edilməmişdir. Buna görə də cavabdehlərin istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz.

22. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehlərin, İddiaçı Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsinin tələbləri ilə tanınan və qorunan vərəsəlik hüquqlarından məhrum edilməsinə yönəldilmiş hərəkətləri nəticəsində İddiaçı, Cavabdeh2 tərəfindən 39000 manat (240000 + 30000 + 120000=390000/10=39000), Cavabdeh3 tərəfindən 16200 manat (162000/10=16200), Cavabdeh1 tərəfindən 4300 manat (43000/10=4300) məbləğində zərər vurulmuşdur.

23. Məhkəmə həmçinin yekun nəticəyə gələrkən, iddiaçının nümayəndəsi (oğlu) X16, qardaşı X10 dəfn mərasimi üçün Cavabdeh2 tərəfindən 11500 manat, qəbir daşı üçün isə 4500 manat məbləğində pul xərcləndiyini qəbul etməsini nəzərə almışdır (11500+4500=16000/10=1600; 39000-1600=37400).

24. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 739, 1096, 1097, 1151, 1306-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Cavabdehlər birgə apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Ap ellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə tərəflərindən iddia tələbinin əsassız olmasını təsdiqləyən şahidlər dəvət olunmuş və həmin şahidlər öz ifadələrində həqiqətən də mərhumun onlara borclu olduğunu və həmin borcların onun vəfatından sonra ailə üzvləri tərəfindən qaytarıldığını təsdiq etmişlər. İşə baxan hakim tərəflərindən təqdim edilmiş şahid ifadələrini nəzərə almayaraq, iddia tələbini qismən təmin etmişdir. Məhkəmə mirası qəbul etmiş və özgəninkiləşdirmiş vərəsə olan cavabdehlərin miras əmlakının miras qoyanın öhdəliklərinə sərf edilməsi ilə bağlı izahatlarında irəli sürdükləri dəlillərə qiymət verərək hesab etmişdir ki, qanunvericiliyin tələbləri baxımından üç min manatdan çox olan məbləğlərdə borc müqaviləsi yazılı formada bağlanılmalı olduğundan və mərhum X10 bo rc öhdəliklərini əks etdirən müvafiq əqdlər (müqavilələr) məhkəməyə təqdim edilmədiyindən, şahidlərin ifadələri digər mötəbər sübutlarla təsdiq edilməmişdir. Buna görə də cavabdehlərin istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmənin bu yanaşması tam əsassızdır. Belə ki, tərəfər arasında etibarlılıq olmuş və şahidlər mərhuma yaxın insanlar olduqları üçün aralarında borc müqaviləsi şifahi bağlanmış və pulu verən, pulu alanın vərəsələri həmin borcun mövcudluğunu etiraf etmişlər. Bundan başqa şahid Ağayev Ramin ilə mərhum arasında şifahi alqı-satqı əqdi olmuş və o, mərhumun sağlığında ona satdığı malların pulunu istəmiş və oğlu Murad da mərhuma məxsus əmlakların satışından əldə edilmiş puldan ona olan borcu ödəmişdir. Lakin məhkəmə birtərəfli mövqe nümayiş etdirməklə tətbiq edilm əli olan maddi normanı düzgün təfsir etməmiş və nəticədə cavabdehlərin əlavə borc yükü ilə yüklənmələrinə xidmət edən qətnamə çıxarmışdır. Tələb olunan məbləğdən yalnız qarşı tərəfin etiraf etdiyi məbləği - mərhumun dəfn və hüzn mərasimlərinə çəkilən xərci çıxması da məhkəmənin birtərəfli və qeyri-obyektiv mövqeyindən xəbər verir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6057/2024 nömrəli mülki iş üzrə 16 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov).

28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə dəvət edilmiş şahid ifadələrinin mötəbərliyinə birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi 3000 manatdan yuxarı olan məbləğdə borc müqaviləsi yazılı qaydada bağlanmalı idi, lakin bu qaydaya əməl edilməmiş, cavabdehlər tərəfindən mərhumun borclarının olması ilə bağlı digər mötəbər sübutlar təqdim edilməmiş, habelə pulun tutulmasını istisna edən hallar aşkar edilməmişdir. Cavabdehlər pulun hesablanmasını mübahisələndirməmiş, yalnız mərhumun borclarının və sair xərclərinin nəzərə alınmasını apellyasiya şikayətlərində əks etdirərək, dəlillərini mötəbər sübutlarla əsaslandırmamış dəlillər isə müzakirə predmeti ola bilməz.

29. Məhkəmə kolleg iyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 739, 1096, 1097, 1133, 1134, 1151, 1159, 1306-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı (Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

34. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

35. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzi fələrin (miras passivi) toplusu daxildir.

37. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

38. Maddə 1251. Əgər səlahiyyətsiz şəxs mirasa daxil olan əşya üzərində həqiqi vərəsəyə münasibətdə etibarlı olan sərəncam vermişsə, o bunun nəticəsində əldə etdiyini həqiqi vərəsəyə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyind ən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsəl ələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olu nur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

50. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyi l, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmı ş, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2024-cü il tarixli 2(103)6057/2024 saylı qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin e dilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar