Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1233/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “XXXX” Mərkəzində notariat kontoru və X saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1233/21 (Açar sözlər: vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi və pay bölgüsü ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçıların vəkili Hacıyev Elşən Şahin oğlunun, Cavabdeh1 və onun vəkili V əkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nın cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “XXXX” Mərkəzində notariat kontoru və X saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi və s.” tələblərinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5604/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, cavabdehlər Cavabdeh1 və 4 saylı “XXXX” X13 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi xx.xx.1984-cü il tarixli bağışlama müqaviləsinə əsasən X27 adına qeydiyyatdan keçmişdir. X31 və Rəfiqə Məmmədova xx.xx.1960-cı i l tarixdə nikaha daxil olmuşlar. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və cavabeh Cavabdeh1 onların övladlarıdır. X31 xx.xx.2007-ci il tarixdə tərtib etdiyi, 17 saylı dövlət notariat kontorunda təsdiq olunan və reyestrdə 2V-46 nömrə ilə qeyd olunan vəsiyyətnamə ilə sözügedən evi Cavabdeh1 vəsiyyət etmişdir. X31 xx.xx.2008-ci il tarixdə, Rəfiqə Məmmədova isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Cavabdeh1 həmin vəsiyyətnamə əsasında evə dair 4 saylı Bakı "XXXX" Mərkəzinin notariat kontorundan xx xxxx 2018-ci il tarixli "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə almış və X saylı Bakı Ərazi İdarəsinə müraciət edərək yuxarıda qeyd olunan fərdi yaşayış evini xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirmişdir. Bundan sonra vərəsələr arasında miras əmlaka hüquqlarının olması ilə bağlı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia ərizəsi və bir neçə dəfə tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək mərhum X12 və mərhum X1 miras qalan ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin qanun üzrə vərəsələr İddiaçı1, İddiaçı3 və Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı tərəfindən faktiki qəbul olunmasının müəyyən edilməsi, miras əmlak olan ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “XXXX” Mərkəzində notariat kontorunun xx xxxx 2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ h aqqında” şəhadətnaməsinin etibarsız hesab olunması, X saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin qanun üzrə vərəsələr İddiaçı1, İddiaçı3 və Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı arasında miras əmlak kimi 1/3 (üçdə bir) hissədə olmaqla bərabər paylarla bölünməsi və İddiaçı1, İddiaçı3 və Manafova (Məmmədova) Həqiqət Ağaəli qızının hər birinin həmin fərdi yaşayış evinə 1/3 hissədə mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdı r: Mərhum X9 və mərhum X3 rəsmi nikahından 4 övladları olmuşdur: İddiaçı1, Cavabdeh1, İddiaçı3 və Məmmədova (hazırda Manafova) Həqiqət. X12 xx xxxxxx 2008-ci il tarixdə, X7 isə xx xxxx 2008-ci il tarixdə vəfat etmişdir. X9 mülkiyyətində ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı yaşayış evi olmuşdur. O, həmin fərdi yaşayış evini xx xxxxxx 2007-ci il tarixli vəsiyyətnamə ilə Cavabdeh1 vəsiyyət etmişdir. Cavabdeh1 həmin vəsiyyətnamə əsasında evə dair 4 saylı Bakı "XXXX" Mərkəzinin notariat kontorundan xx xxxx 2018-ci il tarixli "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə almışdır. Cavabdeh1 X saylı Bakı Ərazi İdarəsinə müraciət edərək yuxarıda qeyd olunan fərdi yaşayış evini xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyy atdan keçirmişdir. Hesab edirlər ki, miras əmlakda məcburi pay hüququ olan və miras əmlakı faktiki olaraq qəbul edən vərəsələr kimi onların atalarından miras qalan fərdi yaşayış evinin üzərində tam əsassız şəklildə Cavabdeh1 tam payla mülkiyyət hüququ tanınmışdır. Cavabdeh həm atası X9, həm da anası X3 qırx mərasimlərində iştirak etmişdir. Bundan sonra o, daimi yaşadığı və vətəndaşı olduğu Rusiya Federasiyasına qayıtmış və valideynlərindən qalan miras əmlakı faktiki olaraq qəbul etməmişdir. O, yalnız miras açıldıqdan 10 il sonra notariusa mirasın qəbulu haqqında ərizə vermişdir. Bu zaman o, notariusa mirasın qəbulu barədə ərizə verərkən notariusun təklifinə baxmayaraq, digər vərəsələrin olmasını və mirasın onlar tərəfindən faktiki qəbul edilməsi faktını da gizlətmişdir. Onlar cavabdehin 4 saylı Bakı "XXXX" Mərkəzinin notariusuna yazdığı xx.xx.2018-ci il mirasın qəbulu ərizəsini və həmin ərizə əsasında verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni də düzgün hesab etmirlər. Mirası qəbul etmək üçün qanunvericiliklə miras açıldıqdan sonra 3 ay vaxt müəyyən oluınluğu halda, Cavabdeh1 miras açıldıqdan 10 il sonra notariusa mirasın qəbulu haqqında ərizə vermiş və notarius həmin ərizənin qəbulundan imtina etməli olduğu halda, həmin ərizəni təmin etmişdir. Cavabdeh1 fərqli olaraq onlar həm ataları X12, həm də X3 payı hissəsində fərdi yaşayış evini və evdə olan daşınar əmlakları sahibliklərinə qəbul edərək onların idarə edilməsinə başlamışlar və beləliklə də, miras əmlakı faktiki olaraq qəbul etmişlər. Miras qalmış fərdi yaşayış evi mərhum X9 və X3 ümumi birgə mü lkiyyəti olmuşdur. Buna görə də X12 fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etsə də, vəsiyyətnamə həmin fərdi yaşayış evinin ona aid hissəsinə, yəni 50%-nə şamil olunur. İşdə olan sənədlərdən görünür ki, X7 ərindən təqribən 6 ay sonra - xx xxxx 2008-ci il tarixdə vəfat etmişdir. Buna görə fərdi yaşayış evinin X5 aid hissəsinə qanun üzrə vərəsəlik şamil olunmalı və fərdi yaşayış evinin digər hissəsi kimi də əmlakı faktiki sahibliyinə qəbul edən və onu idarə edən qanun üzrə vərəsələr - onların arasında bölünməlidir. Belə ki, onlar hələ valideynləri xəstə olduqları vaxt onlara qulluq etmiş, vəfat etdikdən son onların dəfnini təşkil etmiş və dəfn xərclərini ödəmişlər. Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşı olaraq həmin vaxt orada yaşamış, işləmiş və yalnız valideynlərinin dəfnində iştirak e tmək üçün Azərbaycan Respublikasına gəlmişdir. Cavabdeh1 Azərbaycan Respublikasına birdəfəlik yalnız 2016-cı ildə qayıtmışdır. X12 vəfat etdikdən sonra İddiaçı1, İddiaçı3 və İddiaçı2 atadan miras qalan ünvan 4 ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evini faktiki sahibliyə götürmüşlər. Onlar miras açıldıqdan sonra 2016-cı il tarixədək evin bütün kommunal xərci ödəmişlər. Belə ki, İddiaçı1 öz vəsaiti hesabına 2008-ci ilin aprel ayında həmin fərdi yaşayış evinin pəncərəsində və dam örtüyündə təmir işləri aparmışdır. Avtomobilini həmin fərdi yaşayış evinin qarajında saxlamağa başlamışdır. Həmin ilin aprel ayında o, istixana üçün nəzərdə tutulmuş 1000 m dəmir borunu həmin fərdi yaşayış evinin anbarında yerləşdirmişdir. Fərdi yaşayış evinin toyuq damında öz toyu qlarını saxlamağa başlamışdır. Hazırda da onun 3 toyuğu həmin fərdi yaşayış evinin toyuq damındadır. 2008-ci ildən 2016-cı ilədək İddiaçı1 həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində olan ağaclara və kollara qulluq etmiş, yeni ağaclar əkmişdir. O, bilavasitə qonşuluqda yerləşən evdə yaşadığından daimi olaraq miras qalan ata evinə nəzarət etmiş və vaxtaşırı olaraq həmin fərdi yaşayış evində zəruri təmir-tikinti işləri aparmışdır. İddiaçı3 atası və anasının həyatının son vaxtlarında onların yanında olmuş, dəfndə, dəfn xərclərinin ödənilməsində iştirak etmiş, bilavasitə atasının xətsə olduğu vaxtlarda və dəfnindən sonra həmin fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etdiyini hamıya nümayiş etdirmiş, həmin evin kirəmitdən olan köhnə dam örtüyünü tam şəkildə tə mir etdirərək şiferlə dəyişmiş, həmin fərdi yaşayış evinin qapı-pəncərələrini dəyişmiş, həmin evdə kombi istilik sistemi qurdurmuş, evdə yeni hamam və tualet inşa etdirmiş, həyətdə kanalizasiya üçün quyu qazdırmışdır. Onun həyat yoldaşının gətirdiyi bütün cehiz əmlakları - mebel, yataq dəstləri, qab-qacaq, məişət texnikası həmin evdə olmuş və İddiaçı3 həmin evdə ailəsi ilə birlikdə yaşamaqla həm qeyd olunan əmlaklardan, həm də valideynlərindən miras qalan digər daşınar əmlaklardan (stul, divan, televizor və s.) istifadə etmişdir. İddiaçı Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı valideynlərinin razılığı ilə onların sağlığında 2003-cü ildə öz cehiz əmlakının bir hissəsini ata evində yerləşdirmişdir. Atasının vəfatı ilə bağlı 40 mərasimi verdikdən sonra 2008-ci ilin aprel-may aylarında özünün digər əmlaklarını - qaz sobasını, 4 ədəd xalçasını, elektrik sobasını, paltaryuyanı, şabalıdı rəngli divar mebelini, divan, stol və stullarını, taxtı, yorğandöşəyini, çilçırağını, servisini, qab-qacaq dəstini, tozsoranını, 1 çay servisini və 2 qəhvə servisini xalası qızının yoldaşı X8 "Moskviç" markalı avtomobili və kirayə tutulmuş 1 yük avtomobili ilə ünvan 5 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə gətirərək onun bir otağına yığmış, 2008-ci ilin may ayından sentyabr ayınadək həmin evdə yaşamış və bununla da miras əmlakı – fərdi yaşayış evini və həmin evdə olan digər əmlakları faktiki olaraq qəbul etmiş və bunu hamıya nümayiş etdirmişdir. Bundan sonra 2008-ci ildən 2016-cı ilədək Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı ailəsi ilə birlikdə 3 ay yay mövsümündə tam olmaqla, ilin qa lan vaxtları isə istirahət günləri bilavasitə ata evində yaşamışdır. Onlar həm əmlaka faktiki sahiblik etmək, həm də miras əmlakı faktiki idarə etmə üsulu ilə valideynlərindən miras qalan əmlakı faktiki qəbul etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Z.Hacıyev) ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m. olan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “XXXX” Mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, DƏDRX-nin sözügedən fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olu nması, həmin evə Cavabdeh1 175/400 hissədə, İddiaçı1 75/400 hissədə, İddiaçı3 75/400 hissədə və İddiaçı2 75/400 hissədə pay hüquqularının tanınması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 22-ci maddəsinə, Mülki Məcəllənin 1243, 1159, 1166, 1193, 1151, 1133, 1300, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)5604/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)4798/2020 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Apelyasiya Məhkəməsinin qətnaməsindən həm iddiaçılar, həm Cavabdeh1 və həm də digər cavabdeh 4 saylı “XXXX” X13 kassasiya şikayəti vermişlər. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin apellyasiya şikayətinin təmin olunmadığı hissədə ləğv edilərək, iddia tələbinin tam həcmdə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 qətnamənin ləğv olunaraq işin yeni apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4 saylı “XXXX” X13 qətnamənin tamamilə ləğv edilərək iddianın təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların kassasiya dəlilləri:
1. Qətnamənin mübahisələndirilən hissəsində apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1202.2., 1243, 1246, 1262, 1263, 1273-1-ci maddələrini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarını tətbiq etməli olduğu halda tətbiq etməyib və bu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. Beləki, Cavabdeh1 məhkəməyə təqdim etdiyi yazılı etirazında etiraf etmişdir ki, o ölkə hüdudlarından kənarda olduğu üçün həmin əmlaka faktiki sahibliyi 2016-cı ildən başlayıb. Hesab edirlər ki, Cavabdeh1 valideynlərinin “qırx” mərasiminə gələrək evdə qalması və anasının ölümündən sonra da həmin evə gəlməsi mirasın onun tərəfindən faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsində həyat yoldaşının adına olan öz evi vardır və Azərbaycan Respublikasına qayıdarkən o, həmişə öz evində qalıb. Onun valideynlərinin vəfatından sonra ata evinə gəlib yaşamasına (bacı-qardaşları ilə görüşmək üçün qısa müddətə - 1 neçə saatlığa gəlmə halları istisna olmaqla) dair işdə hər-hansı sübut yoxdur. Beləliklə, cavabdeh nə miras əmlaka faktiki sahiblik etmək üsulu, nə də miras əmlakı faktiki idarə etmək üsulu ilə qəbul etməyib.
2. Mülki Məccəllənin 1273-cü maddəsinə görə Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. mirasın qəbulunun və ya qəbulu" hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə görə Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Beləliklə, mirası qəbul etmək üçün miras açıldıqdan sonra 3 ay vaxt müəyyən olunduğu halda Cavabdeh1 10 il sonra notariusa mirasın qəbulu haqqında ərizə verib və notarius həmin ərizənin qəbulundan imtina etməli olduğu halda ərizəni təmin etmişdir. Mülki Məcəllənin 1202.2. maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il tarixli qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki ida rə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktaki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hər 3 iddiaçı həm əmlaka faktiki sahiblik etmək, həm də miras əmlakı faktiki idarə etmək üsulu ilə valideynlərindən miras qalan əmlakı faktiki olaraq qəbul etmişlər. Cavabdeh1 valideynlərinin yas mərasimində iştirak etmək üçün gəlməsi mirasın onun tərəfindən faktiki qəbul edilməsi kimi deyil, övladlıq borcunun yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.
4. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, sübutemə vəzifəsini düzgün bölüşdürməmiş, qətnaməni düzgün əsaslandırmamışdır. Cavabdeh1 nun kassasiya şikayətinin dəlilləri:
1. Mübahisəli ev xx.xx.1984-cü il tarixli bağışlama müqaviləsinə əsasən X27 adına qeydiyyatdan keçmişdir. X31 və Rəfiqə Məmmədova xx.xx.1960-cı il tarixdə nikaha daxil olmuşlar. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və cavabeh Cavabdeh1 onların övladlarıdır. X31 xx.xx.2007-ci il tarixdə tərtib etdiyi, 17 saylı dövlət notariat kontorunda təsdiq olunan və reyestrdə 2V-46 nömrə ilə qeyd olunan vəsiyyətnamə ilə sözügedən evi Cavabdeh1 vəsiyyət etmişdir. X31 xx.xx.2008-ci il tarixdə, Rəfiqə Məmmədova isə xx.xx.2008-ci il tarixdə ölmüşdür. Sözügedən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə ümumi sahəsi 121.2 kv.m. göstərilməklə X27 adına daşınmaz əmlakın dövlə t reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 4 saylı Bakı “XXXX” Mərkəzində notariat kontoruna ərizə ilə müraciət edərək, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə notariat kontoru tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamə ilə miras qoyanın vərəsəsi Cavabdeh1 olmaqla, miras əmlaka tam hissədə payı tanınmışdır. xx.xx.2018-ci il tarixdə miras əmlak olan ev tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin müqaviləsində 93,06 kv.m. göstərilmişdir. Lakin vəsaiyyətnamə üzrə vərəsəlik işi açıldıqda mirasqoyanm adına alınmış çıxarışda evin ümumi sahəsi 121.2 kv.m. kimi göstərilmişdir. DƏDRX-nin tərtib etdiyi texnik i pasporta görə də bəzi uyğunsuzluqlar müşahidə olunur. Belə ki, texniki pasporta görə, ümumi sahəsi 28.2 kv.m. olan və holl kimi göstərilən sahə əlavə olaraq daxil edilmişdir. Ancaq bu sahə ümumiyyətlə holl deyil, evin bünövrəsindən etibarən mövcud idi və valideynlərinin birgə nikahı dövründə həmin evə aid həyata keçirilmiş hər hansı bir artım və bəhər olmamışdır. Həmçinin, evin ətrafında olan torpaq sahəsinin də artırıldığı müşahidə olunur. Bu halda, həmin artımların hansı sənəd əsasında baş verməsi bəlli deyil. DƏDRX-nin əməkdaşı ölçmə işləri apararkən əlavə olaraq 3-4 sot torpaq sahəsinin hansı sənəd əsasında artırıldığına diqqət yetirməmiş, artırmanın tarixini və səbəbini müəyyənləşdirməmişdir. Məhkəmə bu halın aydınlaşdırılması üçün işdə iştirak edən tərəflərə şərait yaratmalı idi. B una görə məhkəmə yanlış olaraq miras əmlakı nikah dövründə əldə edilmiş birgə əmlak kimi başa düşülmüş və nəticədə mirasda payların müəyyənləşdirilməsinə ciddi təsir edərək, Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsə olmasına baxmayaraq məcburi pay alan iddiaçıların ümumi payı ona çatası pay hesabına xeyli dərəcədə artmışdır.
2. İddiaçıların miras əmlakı faktiki qəbul etmələri, ondan istifadə etmələri və üzərində hər hansı işlərin aparmaları ümumiyyətlə sübuta yetirilməmişdir. Belə ki, miras açıldıqdan sonra 11 il müddətin keçməsi bu halları sübuta yetirməyi qeyri-mümkün edir. İddiaçılar tərəfindən dəvət olunmuş şahidlər də, məhkəməyə konkret hər hansı fakt bildirməmişlər. Onların ifadələri iş üçün hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə yalnız iddiaçıların bir-birini təsdiq etməklə verdikləri ifa dələri əsas götürmüşdür.
3. Bundan başqa, qətnamədə göstərilir ki, vərəsəlik işinin açılması ilə əlaqədar notarius tərəfindən müəyyən hərəkətlər yerinə yetirilməmiş, digər vərəsələrin axtarılması üçün tədbirlər görülməmişdir. Ancaq miras əmlak üzrə qeydiyyatda olan hər hansı şəxs olmamış, həmçinin miras açılan gündən 10 il vaxt keçməsini nəzərə alaraq hər hansı bir vərəsənin məlumatsız olduğu nəzərə alınmamışdır. İddiaçılar mirasın açılmasından xəbərdar olmalarına baxmayaraq, ümumiyyətlə hər hansı notariat ofisinə müraciət etməmişlər. Əksinə İddiaçı1, cavabdehin adma verilmiş vəsiyyətnaməni gizlətməklə, verilməsindən imtina etmiş, bununla da mirasın açılmasından xəbəri olmuşdur. Digər İddiaçı3 isə RF vətəndaşı olması, onun Azərbaycana gəlib-getmə vaxtları məhkəmə tərəfindən öyrənilməmişdir. Halbuki, o, miras açıldığı vaxtdan sonra Azərbaycana yalnız 2015-ci ildən gəlməyə başlamışdır. İddiaçı3 qeyd edir ki, 2014-2015-ci illərdə miras əmlakda təmir-bərpa işləri aparmışdır. Lakin bunu təsdiq edən hər hansı bir sübut yoxdur. Məhkəmə isə, cavabdehin etirazını və yerli müayinə, ekspertizanın keçirilməsi barədə vəsatətlərini rədd etmişdir.
4. Eyni zamanda, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini məhkəmə nəinki tətbiq etməmiş, qətnamədə ümumiyyətlə bu halı təkzib edən heç bir əsas gətirməmişdir.
5. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, sübutemə vəzifəsini düzgün bölüşdürməmiş, qətnaməni düzgün əsaslandırmamışdır. 4 saylı “XXXX” X11 kassasiya şikayəti:
1. Mülki qanunvericiliyin tələblərinə əsasən ümumi iddia müddətinin 10 il olmasını nəzərə alaraq iddia tə ləbləri üzrə qətnamənin çıxarılması zamanı iddia müddətinin keçməsinin də nəzərə almağını Məhkəmədən xahiş etmişdik. Lakin əfsuslar olsun ki, işə baxan məhkəmə işin faktiki hallarını nəzərə almamış, iş üzrə iddiaçıların təqdim etdiyi sübutları ətraflı və obyektiv araşdırmamış qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. 2. Мiras qoyan X9 vəfatı ilə əlaqədar mövcud olan vəsiyyətnamə əsasında verilmiş xx.xx.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas olmamış və işə baxan məhkəmələr tərəfindən miras əmlakın ər-arvad olan X27 və Rafiqə Məmmədovanın birgə mülkiyyət hesab olunması üçün hər hansı bir qanuni əsas olmamışdır. Hansısa hallara görə miras əmlak miras qoyanlar olan A.Məmmədovun və Cavabdeh1nın birgə mülkiyyəti he sab olunsa belə, Cavabdeh1nın həyat yoldaşının ölümündən sonra ona məxsus olan hissəsində mirasın faktik qəbul edilməsi məhkəmə baxışlarında sübuta yetirilməmişdir. Əksinə məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, vərəsələrin mərhum anaları miras açılan zaman və daha sonrakı dövrlərdə ağır xəstəliyə (iflic olmuşdur) tutulduğundan həmin evdə ümumiyyətlə yaşamamış və təxmini 5 aydan sonra özü də vəfat etmişdir. Belə olduğu halda özünə çatası miras payın nə zaman faktik qəbul etdiyi belə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olduğu təqdirdə vərəsəlik üzrə vəsiyyətnamənin olduğuna görə, iddiaçıların məcburi pay hüququ tətbiq olunarkən mirası faktik qəbul etməmiş iddiaçılarının və Cavabdeh1 anaları Cavabdeh1nm məcburi payı onlar arasında bölünmür və bütövlüklə Cavabdeh1 vəsiyyətnamə üzrə çatacaq paya əlavə olunur. Belə ki, AR Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1202.1 -ci maddəsinə əsasən Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələr ə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə sasən Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Cavabdeh1 adına olan vəsiyyətnamə qüvvədə olduğuna görə, Cavabdeh1ya çatası olan pay vəsiyyətnamə üzrə olan vərəsə kimi, məhz ona çatmalıdı.
3. Qətnamədə göstərilir ki, vərəsəlik işinin açılması ilə əlaqədar notarius tərəfindən müəyyən hərəkətlər yerinə yetirilməmişdir. Bunlardan biri məhz digər vərəsələrin axtarılması üçün tədbir görülməməsi kimi göstərilir. Miras əmlak üzrə qeydiyyatda olan hər hansı bir şəxs olmamışdır. Həmçinin miras açılan gündən 10 il vaxt keçməsini nəzərə alaraq hər hansı bir vərəsənin məlumatsız olduğu nəzərə alınmamışdır. Sabunçu RİHB-nin qəsəbə üz rə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 2970 nömrəli arayışa əsasən, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi evdə mirasqoyanm vəfatına qədər yaşadığını, eləcə də hazırda həmin əmlaka faktik sahiblik cavabdeh tərəfindən həyata keçirildiyini və orada daimi pasport qeydiyyatında hər hansı bir şəxsin olmadığı göstərilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat’ın 96-cı bəndinin 2-ci abzasına əsasən Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Həmin Təlimatın 98-ci bəndinə əsasən Mirasın qəbul edilməs i, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Ancaq gördüyümüz kimi, iddiaçılar mirasın açılmasından xəbərdar olmalarına baxmayaraq ümumiyyətlə hər hansı bir notariat ofisinə müraciət etməmişlər. Belə olduğu halda bütün iddiaçılar tərəfindən miras əmlakın faktik qəbul olunması sübuta yetirilməmişdir.
4. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, sübutemə vəzifəsini düzgün bölüşdürməmiş, qətnaməni düzgün əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçıların vəkili Hacıyev Elşən Şahin oğlu kassasiya şikayətini müdafiə edərək, şik ayətin təmin edilməsini, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. V ərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Madd ə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik e tmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi a ktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hər üç kassasiya şikayətlərində mirasın qəbulu məsələsi mübahisələndirilir. İddiaçılar cavabdehin mirası qəbul etmədiyini, qarşı tərəf isə əksinə iddiaçıların mirası qəbul etmədiklərini, bununla bağlı hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyini bildirirlər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məsələ ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslı hesab o luna bilməz. Ona görə ki, məhkəmə araşdırmaları ilə mirasın faktiki olaraq kimlər tərəfindən və hansı tarixdə qəbul edilməsi ilə bağlı mənzərə aydın olmamışdır. Nəzərə almaq lazımdır ki, qanunverici mirasın qəbul edilmə müddətini konkret olaraq göstərmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Maddə 1246.) Həmin müddət mirasın qəbulunun hər iki üsuluna aiddir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiyi və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladığı hərəkətlər həmin müddət çərçivəsində baş verməlidir. Mirasın faktiki qəbulu ilə bağlı xüsusi norma nəzərdə tutulmamışdır. Ona g örə mübahisəli miras əmlakın faktiki qəbulu ilə bağlı tərəflərin sübutları həmin müddətə aid olmalıdır. Və yaxud, həmin hərəkətlər sonradan baş vermişdirsə, tələb edən tərəf həmin hərəkətlərin üzrlü səbəbdən vaxtında edilməməsini sübut etməli və mirasın qəbulu müddətənin uzadılmasını xahiş edə bilərdi. Hazırkı işdə nə iddiaçı tərəfin və nədə cavabdeh tərəfin mirasın qəbul edilmə müddəti ərzində mirası konkret olaraq hansı hərəkətləri yerinə yetirməklə qəbul etdikləri aydınlaşdırılmayıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi mirasın faktiki qəbulu əmlakın faktiki cəhətdən ələ keçirilməsi və ona sahib durmaq, adətən mülkiyyətçinin öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olduğu hərəkətləri özündə ehtiva edir. Nəzərə almaq lazımdır ki, istifadə olunmayan bağ evinin (hazırkı halda qardaşa vəsiyyət olunmuş bağ evinin) istifadə olunmayan anbarına qardaş və yaxud bacı tərəfindən hansısa əşyaların saxlanmaq üçün qoyulması, üç ədəd toyuğun (iddia ərizəsində qeyd olunur) onun damında saxlanması, yay aylarında həmin bağda dincəlmək və.s buna oxşar hərəkətlər yuxarıda qeyd olunan hərəkətləri (mirasın qəbulu üçün zəruri olan) ehtiva etmir. İşdə olan Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndənin verdiyi arayışda qeyd olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 1990-cı il tarixdən 2016-cı il ta rixədək mübahisəli evdə yaşamışlar. İşdən görünür ki, bütün vərəsələrin özlərinin ayrıca yaşayış evləri olmuş və ailələri ilə birgə orada yaşamışlar. Belə olan təqdirdə iddiaçıların miras əmlakda yaşamalarına dair təqdim edilmiş sübutların digər sübutlarla birgə dəyərləndirilməsinə zərurət vardı. Bundan başqa, mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflərin mərhum anaları X2 miras ev qalmış və tərəflər hələ 2014-cü ildə həmin evin iddiaçılardan İddiaçı1 vərəsəlik hüququnun tanınması üçün sənədləşmə işi aparmışlar. Həmin vərəsəlik işində (mülki işin 187-210cu səhifələri) İddiaçı2 və hazırkı iş üzrə Cavabdeh1 nun ərizələri var. Onlar miras əmlakı qəbul etmədiklərini təsdiq etdikləri üçün miras bütünlüklə İddiaçı1 mülkiyyətinə keçmişdir. Belə olan təqdirdə qətnamədə aradan qaldırıl ması mümkün olmayan ziddiyyət yaranır. Hazırkı işdə X4 miras payı vərəsələr arasında bölünübsə, deməli mirası (X4 hazırkı işdəki payını və digər evi) bütün vərəsələr qəbul ediblər. Çünki mirasın qismən qəbuluna yol verilmir. Digər vərəsəlik işinin göstəriciləri nəzərə (Həqiqətlə Rüfətin mirası qəbul etmədikləri) alınsa, onda belə qənaət hasil olur ki, iki nəfər vərəsə X4 mirasını ümumiyətlə qəbul etməyib (özlərinin etirafı ilə). Belə olan təqdirdə də, hazırkı iş üzrə nəticənin düzgün olmadığı qənaəti formalaşır. Bundan başqa, Cavabdeh1 etirazlarında etiraf etmişdir ki, o, Rusiya Federasiyasında yaşamış və vəsiyyət üzrə mirası 2016-cı ildə Bakı şəhərinə qayıtdıqdan sonra faktiki qəbul etmişdir. Hansıki, yuxarıda qeyd olunduğu kimi (MM-nin 1246-cı maddəsi) miras qanunla müəyyən edilən müddət ərzində qəbul edilməli idi. Göründüyü kimi mirasın açılmasından 11 il sonra hər bir tərəf mirasın onun tərəfindən qəbul edilməsini israr edir və ziddiyyətli sübutlara istinad edirlər. Ona görə ilk növbədə iddiaçı tərəf mirasın qanunla müəyyən edilən müddət ərzində hansı hərəkətləri ilə qəbul etməsini təsdiq edən sübutları təqdim etməli, həmin halı sübuta yetirdiyi təqdirdə cavabdeh tərəf öz növbəsində öz sübutlarını təqdim etməli idi. 1-ci tərəf həmin halı sübuta yetirə bilmirsə, mübahisə orada bitmiş olur, əks təqdirdə cavabdehin mirası qəbul edib-etməməsi yoxlanılır. Ona görə işə yenidən baxılarkən apelyasiya məhkəməsi sübutemənin bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin mirası faktiki qəbul etmələri ilə bağlı ətraflı araşdırma aparmalı, kimin hansı hərəkətləri ilə mirası qəbu l etməsini aydınlaşdırmalı, əlavə sübutlar təqdim olunacağı təqdirdə həmin sübutları hansı əsaslarla 1-ci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri aydınlaşdırılmalı (MPM-nin 372.2. maddəsi) və prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla qərar qəbul edilməlidir. Bundan başqa, kassatorlar miras əmlakın ər-arvadın birgə əmlakı olması ilə bağlı məhkəmələrin gəldiyi nəticəni mübahisələndirirlər. Birinci instansiya məhkəməsi qətnaməsində (qətnamənin 9-cu səhifəsinin sonu, 10-cu səhifənin əvvəli) həmin məsələyə belə qiymət vermişdir: “İşin faktiki hallarından göründüyü kimi, ünvan 2də yerləşən 600 kv.m torpaq sahəsinin nəzdində olan 3 otaqdan ibarət və ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 1984-cü ildə X10 bağışlanarkən miras qoyan X7 ilə rəsmi nikahda o lmuş, nikah dövründə iş materialları və hazırkı iş üzrə tərəflərin qəbul etdiyi kimi evin sahəsi artırıldığından, X12 ünvan 2də yerləşən 975 kv.m torpaq sahəsinin nəzdində olan 4 otaqdan ibarət və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evi miras qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, miras qoyana mübahisəli fərdi yaşayış evi bağışlanma əsasında keçməsinə baxmayaraq, həmin evin sahəsi genişləndiyi üçün köhnə qanunvericiliyin tələbinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak olaraq qəbul edilir və X3 mübahisəli fərdi yaşayış evinə ½ hissəyə mülkiyyət hüququ tanınır.” Göründüyü kimi 1-ci instansiya məhkəməsi əmlakın hansı əsaslarla, hansı maddi hüquq norması tətbiq edilməklə ər-arvadın birgə əmlakı hesab etməsini əsaslandırmamışdır. Qətnamə mübahisəli hüquq münasib ətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə “köhnə qanunvericiliyin tələbinə əsasən” mücərrəd söz birləşmələrini rəhbər tutub belə bir ciddi qərar qəbul etməkdə haqlı deyildi. Çünki həmin qərarla əmlakın hüquqi vəziyyəti dəyişdirilmişdir. Bu məsələ ilə bağlı Apelyasiya Məhkəməsinin də əsaslandırılması qənaətbəxş olmamışdır. Qətnamədə qeyd edilmişdir: “Məhkəmə kollegiyası, ilk növbədə qeyd etməyi zəruri hesab ki, mübahisə predmeti olan fərdi yaşayış evi ümumi sahəsi 93.06 kv.m. olmalqa xx.xx.1984-cü il tarixdə X29 bağışlanarkən o, Rəfiqə Məmmədova ilə nikahda olmuş və nikah dövründə evin sahəsi artırılaraq, 121.2 kv.m. olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sözügedən fərdi yaşayış evi X29 bağışlanma əsasında keçməsinə baxmayaraq, nikah dövründən evin sahəsi genişləndirilməklə həmin əmlakın dəyəri əhəmiyyətli dərəcədə artdığı üçün qanuna əsasən ər-arvadın birgə mülkiyyəti hesab edilməli və Rəfiqə Məmmədovanın həmin evə ½ hissədə mülkiyyət hüququ tanınmalıdır. Göründüyü kimi, X22 adına qeydiyyata alınmış fərdi yaşayış evini tam olaraq oğlu Cavabdeh1 vəsiyyət etsə də, həmin vəsiyyətnamə yalnız X27 e və olan ½ hissədə payına münasibətdə qüvvədədir.” Göründüyü kimi apelyasiya məhkəməsi də gəldiyi nəticəni əsaslandırmamışdır. Əmlak miras qoyana bağışlandığı üçün ona məxsus olmuşdur. Onun vəfatından bir neçə ay sonra 2008-ci ildə həyat yoldaşı X7 vəfat etmişdir. Məmmədova X6 əmlak mübahisəsi etməmiş, əmlakın birgə mülkiyyət kimi tanınmasını tələb etməmiş, bununla bağlı mübahisə açmamışdır. 13 ildən sonra vərəsələr iddia qaldıraraq miras qalan əmlakın mərhum valideynlərinə birgə əmlak statusunda malik olmasını iddia etmişlər. İşə baxan Apellyasiya Məhkəməsi belə bir tələbin qanuni əsasını axtarmamış, bu tələbi irəli sürməyə iddiaçıların sübyektiv hüquqlarının olub-olmamasını araşdırmamış, bağışlanan tikili ilə hazırda mülkiyyətdə olan evin sahə fərqini əsas tutaraq hesab etmişdir ki, ər-ar vad sonradan ərin mülkiyyətində olan evin dəyərinin artırılması üçün əhəmiyyətli vəsait qoyduqları üçün əmlak birgə əmlak hesab olunmalıdır. Nəzərə almaq lazımdır ki, mübahisənin həlli üçün ilkin addım olaraq tələbin düzgün qanuni əsasının tapılması məsələsi həll edilməlidir. Hər bir iş üzrə iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün dörd sualı cavablandırmaq lazımdır; Kim kimdən, nə və nəyə əsasən tələb edir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan dəqiqləşmə aparılmadan tələbin qanuni əsasını tapmaq və nəticə etibarı ilə mübahisəni düzgün həll etmək mümkün olmayacaq. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları rəhbər tutaraq belə hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunaraq iş yen i məhkəmə baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5604/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.