Məhkəmə qərarları › İş №2(102)-1233/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1233/2025

21.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1233/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Göygöl Rayon Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbulu müddətinin uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Göygöl Rayon Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2363/2024 nömrəli iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı 1 hüquqi varisi (arvadı) İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı1 xx.xx.1965-ci ildə Xanlar rayonu Toğana kəndində anadan olmuş və Mingəçevir şəhər Ş.İ.Xətai küç.ev 22,mənzil 20-də qeydiyyatda olmuşdur.

2. İddiaçı1 2-ci qrup müharibə əlili olmuşdur.

3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 285 saylı arayışında İddiaçı1 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi və müharıbə veteranı olduğu göstərilmişdir.

4. Göygöl rayon Notariat Ofisinin İddiaçı1 ünvanladığı xx.xx.2023-cü il tarixli 25 saylı məktubunda qanunla nəzərd ə tutulmuş mirasın qəbulu müddətini ötürdüyündən və həmçinin vərəsələr arasında həmin miras əmlaka dair mübahisə olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

5. X16 xx.xx.2007-ci tarixdə vəfat etmişdir.

6. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 111 nömrəli arayışda İddiaçı1 anası X10 məxsus olan Toğanalı kəndindəki evdə yaşadığı və işi ilə əlaqədar olaraq gedib-gəlməsi, torpaqdan istifadə etməsi C.Hüseynovanın həmin evi İddiaçı1 vəsiyyətnamə verdiyi, İddiaçı1 mirası qəbul etdiyi gösrərilmişdir.

7. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 20 nömrəli cavab məktubunda X7 təsərrüfatında qeydiyyatda olan, adları qeyd edilən şəxslər Göygöl rayonu Toğanalı kəndində qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda həmin evdə yaşamadıqları, X8 vəfat etdiyi göstərilmişdir.

8. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 20 nömrəli cavab məktubunda X7 təsərrüfatında qeydiyyatda olan, adları qeyd edilən şəxslər Göygöl rayonu Toğanalı kəndində qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda həmin evdə yaşamadıqları, X8 vəfat etdiyi göstərilmişdir. 9. Хаnlar rayonu Notariat Kontorunda 17 sentyabr 2007-ci ildə 2V-İ-112 № reyestrdə qeyd edilmiş vəsiyyətnaməyə əsasən X4 rayonu, Toğana kəndində yerləşən evini (mənzilini) İddiaçı1 vəsiyyət etmişdir.

10. Abunə kodu **********00032 №-li, ünvan 2 ünvanında olan elektrik sayğacı İddiaçı1 məxsusdur.

11. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 07 nömrəli arayışında görünür ki, mərhum X7 ölən bir günə kimi oğlu İddiaçı1 ilə birgə yaşamış, Toğanalı kəndndə xx.xx.2007-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra İddiaçı1, Cavabdeh2, X21, X17 və gəlini X26 adlı vərəsələri qaldığı, mərhumun oğlu İddiaçı1 anası rəhmətə gedəndən sonra həmin evdə yaşaması, gedib-gəlməsi və torpaqdan istifadə etməsi və mərhumun valideyinlərindən sağ qalanının olmaması göstərilmişdir. 12. 12.06.2023-cü il tarixli, 3-48-16 RA/2/11/178/8/2023 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayonu İcra hakimiyyəti Başçısının Toğana kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid 01 №-li təsərrüfatbaşına kitabın 40 №-li şəxsi hesab vərəqində X7 adına 0,18 ha həyətyanı torpaq sahəsi, 1959-cu ildə tikilmiş ümumi sahəsi 36 kv metr olan ev qeydə alınmışdır.

13. X22 xx.xx.2007-ci il tarixdə Göygöl rayonu, Toğana kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.2007-ci ildə 13 №-li akt qeydi tərtib olunmuşdur.

14. X36 xx.xx.1984-cü il tarixdə Göygöl rayonu, Toğana kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.1994-cü ildə 09 №-li akt qeydi tərtib olunmuşdur.

15. X27 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda ölmüşdür. Ölüm haqqında xx.xx.2023-cü ildə 232 №-li akt qeydi tərtib olunmuşdur.

16. X37 xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1993-cü ildə 525 №-li akt qeydi tərtib olunmuşdur.

17. X42 xx.xx.2014-cü il tarixdə Göygöl rayonu, Toğanalı kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.2015-ci ildə 21 №-li akt qeydi tərtib olunmuşdur.

18. Həsənov Nəriman Hüseyn oğlu və X5 nikahı haqqında xx.xx.1957-ci il tarixdə 09 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Göygöl rayon Toğana kənd İnzibati Nümayəndəliyidir. 19. 27 avqust 1965-ci ildə andan olmuş İddiaçı1 atası Həsənov Nəriman Hüseyn oğlu, anası isə X11r.

20. X30 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı1 cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə onun maraqlarına toxunan şəxs qismində tanınmasını xahiş etmişdir.

21. X30 xx.xx.1962-ci ildə Xanlar rayonunun Toğana kəndində anadan olmuş və Xanlar rayonu Toğana kəndində qeydiyyatdadır.

22. X37 xx.xx.1993-cü ildə Gəncə şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1993cü ildə 525 №- li akt qeydi tərtib olunmuşdur.

23. X37 və X31 xx.xx.1984-cü ildə Toğana kənd sovetində nikahlarını rəsmiləşdirmişlər və bu haqqda 07 № ilə akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir.

24. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən X23 verilmiş xx.xx.2024-cü il tarixli 5-47-26/3-2-75 nömrəli arayışda X18 qaynı İddiaçı1 Toğanalı kəndində qeydiyyatda olmadığı və yaşamadığı göstərilmişdir.

25. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən X23 verilmiş xx.xx.2024-cü il tarixli 5-47-26/3-2-74 nömrəli arayışda H.Həsənovanın 1984-cü il tarixdə mərhum X37 ilə ailə həyatı quraraq qaynanası X10 məxsus yaşayış evində 2 övladı ilə birlikdə yaşadığı göstərilmişdir.

26. X43 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı1 cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cav abdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə onun maraqlarına toxunan şəxs qismində tanınmasını xahiş etmişdir.

27. Hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, X30 istifadəçi kodu **********10500 ünvan 4 ünvanında təbii qazdan istifadə üçün 20 (iyirmi) manat, istifadəçi kodu **********00217 olan işıqdan istifadə üçün 10 (on) manat və qeydiyyat kodu ********* olan stasionar telefondan istifadə üçün 4 (dörd) manat ödəniş etmişdir.

28. Xanlar rayon, Toğanalı Bələdiyyəsi (VÖEN **********) tərəfindən verilmiş 155579 seriyalı, xx.xx.2009-cu il tarixli qəbzdən görünür ki, Həqiqət Həsənova 2005-2006-20072008- 2009-cu illərdə əmlak vergisi üçün 10 (on) manat ödəniş etmişdir.

29. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən X32 verilmiş xx.xx.2024-cü il tarixli 5- 47-26/3-2-73 nömrəli arayışda X2 xəstə olan qardaşı X33 baxıb ona qulluq etdiyi, Elşənin bütün dəfn xərclərini və məzar daşını məhrum X27 özünün vəsaiti hesabına ödədiyi, Həsənova Tünzalənin xx.xx.2023-cü il tarixdə Toğanalı kəndində mərhum anası X10 məxsus evdə vəfat etdiyi, vəfat etdikdən sonra həmin evdə X12 övladlarının yaşadığı göstərilmişdir. 30. 21.08.2024-cü il tarixli 142/24 saylı Azərbaycan İstilik Elektrik Stansiyası MMCnin X56 və Avtomatika sexinin aparıcı mühəndisi İddiaçı1 verilmiş arayışda göstərilmişdir ki, həqiqətən İddiaçı1 xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. xx.xx.2007-ci il tarixində Mingəçevir ŞMX-ya kəskin başağrısı, baş gic əllənmə, ürək bulanma, ümumi zəiflik şikayətləri ilə müraciət etmiş, müayinə olunmuş və davamlı olaraq ambulator müalicələr almışdır. xx.xx.2008-xx.xx.2008-ci il tarixində "Sağ tərəfli boğulmuş çəp qasıq xayalıq yırtığı" diaqnozu qoyulmuş və cərrahi əməliyyat icra olunmuşdur. xx.xx.2011 - xx.xx.2011-ci il tarixində "Vegetativi-damar distoniyası, Nevrasteniya" diaqnozu ilə stasionar müalicə almışdır. xx.xx.2013 - xx.xx.2013-cü il tarixində isə ÜİX Kardioskleroz, kəskin koronar sindrom diaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2014 xx.xx.2014-cü il tarixində "Kəskin Beyinciyin sağyarımkürəsinin işemik tip insultu" diaqnozu ilə Mingəçevir ŞMX- da stasionar müalicələr almışdır. Daha sonra isə xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014- 2012.2014, x x.xx.2015-xx.xx.2015, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016xx.xx.2016, xx.xx.2016-xx.xx.2017-xx.xx.2017, xx.xx.2017- xx.xx.2017, xx.xx.2018xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023 xx.xx.2023-cü-il tarixlərində davamlı olaraq stasionar müalicə olunub. 31. "xxxx" MMC tərəfinən verilmiş xx.xx.2020-ci il tarixli, 100/09-07-130 nömrəli arayışdan görünür ki, arayış Azərbaycan İstilik Elektrik Stansiyası” MMCnin X56 və avtomatika sexinin aparıcı mühəndisi İddiaçı1 ondan ötrü verilmişdir ki, o həqiqətən xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuşdur. Bundan əlavə xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək qabillyəti olmamaq vərəqəsində olmuş və bu barədə "xxxx" MMC-yə xəstəlik vərəqəsi təqdim edilmişdir.

32. Torpağın mülkiyyətə verilməsinə dair JN-106A Kod 50810018 saylı şəhadətnamədən görünür ki, X10 Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə 0,15 hektar torpaq sahəsi verilmişdir.

33. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1445/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərardadına əsasən Cavabdeh3 və nümayəndəsi-Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(066)- 1318/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı1 cavabdehlər X21 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış s axlanılması qərara alınmışdır.

34. Göygöl Rayon Məhkəməsinin 2(066)-1364/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı1 ərizəsinə əsasən Göygöl rayon Toğana kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair JN 106A KOD 50810018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də X20 deyil, X22, X28 deyil, X42 olması və həmin sənədin mərhum X13 və mərhum X29 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir.

35. Göygöl Rayon Məhkəməsinin 2(066)-1318/2018 nömrəli iş üzrə 10 oktyabr 2018ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) İddiaçı1 anasından və qardaşından qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasına dair iddiası (ərizə) təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-613/2020 nömrəli iş üzrə 15 yanva r 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4580/2020 saylı qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-613/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

36. Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh Göygöl rayon No tariat ofisinə qarşı “mirasın qəbulu müddətinin üzadılması və miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə X24 və Cavabdeh2 işə cavabdeh qismində cəlb edilmələri qərara alınmışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)1552/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-219/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

38. Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X14, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və Cavabdeh2, üçüncü şəxs Cavabdeh1na qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, anası X6 və qardaşı X19 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair onun və vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh X21 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə apellyaisya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5525/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)899/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

40. Gəncə Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(104)-480/2024 nömrəli qərardadı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X30 tərəfindən quraşdırılmış 21433196M1784447 nömrəli işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)890/2024 saylı qərardadı ilə İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs X30) işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(104)-480/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(114)890/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

41. Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(104)-219/2022 nömrəli qərardadı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X21 və X30) qarşı “Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə mərhum X9 və X15 mülkiyyət h üquqlarının tanınması, bu barədə onların hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüququnun tanınması və bu barədə hüquqların dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-131/2022 saylı qərarı ilə (hakim U.Osmanov) iddianın qismən təmin edilməsi, Göygöl rayonu, Toğana kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mərh um X9 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X21 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(104)-219/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2-1(114)-131/2022 saylı qərarı ləğv edilmiş, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X21 və X30) qarşı “Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə mərhum X9 və X15 mülkiyyət hüquqlarının tanınması, bu barədə onların hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

42. İddiaçı1 cavabdehlər Göygöl rayon Notariat ofisi, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 2007-ci il tarixdə vəfat etmiş anası X22 və 18 avqust 2014-cü ildə vəfat etmiş qardaşı X19 miras qalmış, Göygöl rayonu, Toğana kəndində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin miras əmlaklar kimi qəbul edilməsi üçün buraxılmış müddətin gecikdirilməsinin səbəbinin üzrlü hesab olunmaqla uzadılması və həmin əmlaklardan onun payının müəyyən olunması və yalnız onun tərəfindən qəbul olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

43. Mülki iş məhkəmənin icraatında olarkən İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil3 iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək 13 oktyabr 2007-ci ildə vəfat etmiş X6 miras qalmış əmlakın vəsiyyət üzrə qəbulu müddətinin və xx.xx.2014-cü ildə vəfat etmiş X19 miras qalmış əmlakın qanun üzrə qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

44. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının anası X22 03 oktyabr 2007-ci ildə, qardaşı X38 18 avqust 2014-cü ildə, bacısı X21 2023-cü ildə, qardaşı X37 isə 1992-ci ildə vəfat etmişlər. İddiaçının bacısı X25 ailə qurmuş və 40 ilə yaxın müddətdir ki, Gəncə şəhərində yaşayır. Qardaşı Cavabdeh2 isə 1993-cü ildən Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. Mərhum anası Cəmilə Hüseynovanın və qardaşı Elşən Həsənovun vəfatından sonra Göygöl rayonu, Toğana kəndində yerləşən 0,15 ha torpaq sahəsi miras qalmışdır. Qeyd olunan torpaq sahəsinə JN-106A KOD 50810018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. İddiaçının anası və qardaşı vəfat etdikdən sonra miras qalmış torpaq sahəsi v ə fərdi yaşayış evini faktiki olaraq iddiaçı qəbul etmişdir. Eyni zamanda da, anası Cəmilə Hüseynova 17 sentyabr 2007-ci ildə Göygöl rayon Dövlət Notariat Kontorunda Göygöl rayonu, Toğana kəndində yerləşən evini vəsiyyətnamə ilə ona vermişdir. Bundan sonra iddiaçı notariat ofisinə mirasın qəbulu üçün müraciət etmişdir. Lakin, notariat ofisindən iddiaçıya mirasın qəbulu üçün qanununla nəzərdə tutulmuş müddətin ötürüldüyü bildirilmiş və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

45. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Mülki Məcəllənin 1152-ci maddəsində göstərilib ki, şəxsin mülkiyyətində olmayan əmlaka o halda vəsi yyət oluna bilər ki, gələcəkdə miras açılan vaxt həmin əmlak onun mülkiyyətində olsun. Hazırda da o evin heç bir sənədi olmadığına və dövlət qeydiyyatından keçmədiyinə görə vəsiyyətnamə qanuni qüvvədə olsa da, faktiki olaraq vəsiyyətnamə əsasında heç bir şey etmək mümkün deyildir, yəni özü-özlüyündə etibarsız vəsiyyətnamədir. Digər tərəfdən, vəsiyyətnamə ev ilə bağlı verilmiş, torpaqla bağlı verilməmişdir. Miras əmlakda torpaq, həmin torpağın üzərində ev olsa da, ev qeydiyyatdan keçməmişdir. 2-ci hissə torpaqla bağlı: iddiaçının iddiası üzrə Ali Məhkəmənin qərarı var. 15 noyabr 2021-ci il tarixli 5525 nömrəli qərarı məhkəməyə təqdim etmişdir. Həmin qərarın 8-ci səhifəsində göstərilmişdir ki, iddiaçının mirası qanunla nəzərdə tutulmuş müddətdə faktiki qəbul etməməsi müəyyən edilmişdir. Yəni bu qərar preyudisial əhəmiyətə malikdir. Ola bilər Konstitusiya Məhkəməsi 2023-cü ildə qərar qəbul eləyər ki, müddət məsələsi götürülsün, lakin o ondan sonrakı olan məsələlərə aiddir və bununla bağlı qanuni qüvvəyə minmiş preyudisial əhəmiyyətli məhkəmə qərarı vardır. Preyudisial əhəmiyyətə malik məhkəmə qərarı da təbii ki, işə baxan məhkəmələr üçün qanunvericiliyin tələbinə əsasən məcburidir. Yəni bu halda mirası qəbul etmədiyinə görə qəbul etmənin müddətinin uzadılmasından söhbət gedə bilməz. Hesab edir ki, hazırkı məqamda tamamilə iddia əsassızdır və rədd edilməlidir. İddiaçı ardıcıl olaraq məhkəmədə 2 iddia qaldırmışdır. İlk olaraq 2018-ci ildə vərəsəlik müddətinin uzadılması ilə bağlı ayrıca iddia verilmişdir. xx.xx.2020-ci il tarixdə apellyasiya məhkəməsinin qərarı ilə müstəqil tə ləb kimi irəli sürülə bilmədiyi, yəni burada payın müəyyən edilməsini də müəyyən eləməli, sonra verməli olduğu tələbi baxılmamış saxlanılmışdır. İkinci tələb, o dediyi 15 noyabr 2021-ci il tarixli qərarı isə mirasa dair vəsiyyət və ya qanun üzrə payın müəyyən edilməsi tələbinə dairdir və həmin qərarla iş araşdırılması zamanı sübuta yetirilib ki, iddiaçı miras əmlakı qəbul etməyib və bu da məhkəmənin qərarında öz əksini tapıb. Belə olan halda da, miras qəbul olunmayan halda mirası qəbul etmənin uzadılması müddətindən necə söhbət gedə bilər. Miras qəbul edilməli idi ki, onun müddətinin uzadılmasından söhbət getsin. Ona görə də Konstitusiya Məhkəməsinin bu plenum qərarı, qeyd olunan qərarlar hazırkı mübahisəyə şamil olunmamalıdır. Hesab edir ki, preyudisial əhəmiyyətə malik məhkəmə qərarı old uğuna görə iddia tələbi rədd edilməlidir.

46. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X43 izahatında göstərmişdir ki, iddiaçı qeyd edir ki, həmin evdəkilərə o baxmışdır. Demək istəyir ki, Natiq qəbiristanlıqdan içəri girsin desin görüm onun anası, bacısı, qardaşı harada yatır. Natiq bacısı rəhmətə gedəndə heç bacısının üstünə gəlməmişdir. Bacısı ankoloji xəstə olmuş və onun bacısını bir neçə il o müalicə elətdirmişdir. Natiq heç bir dəfə zəng edib soruşmamışdır ki, bacısı haradadır. Dayısı Moskvadan pul yollamış o isə pulu gedib başqaları ilə yemişdir. Bu barədə kənd camaatından da sorğulana bilər. O özü qazidir, ikinci qrup əlilldir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Əlavə olaraq sualları cavablandırarkən bildirdi ki, Natiq heç vaxt həmin evdə olmamışdır, bu barədə kənd camaatından da sorğulana bilər. Onun özünün şəxsən 30 yaşı var və Natiqi orada görməmişdir. O anadan olandan bacısı və dayısının yoldaşı ilə həmin evdə yaşamışdır. Onun qeydiyyatı da Göygöl rayonu, Toğana kəndidir. O, Tünzalənin oğludur. Tünzalə Cəmilənin qızıdır. Həmin evdə doğulmuş, indi də orada yaşayır. Bacısı Bakıda oxuyur deyə arada gedir bacısının yanına və orada qaldığı müddətdə də işləyir, sonra yenə qayıdır kəndə. Söylədiklərini kənd camaatıda təsdiqləyə bilər. Həqiqət rəhmətə gedən dayısının yoldaşıdır. O, 1995-ci il təvəllüdlüdür. Doğulan bir gündən həmin evdə yaşayır. Anası və bacısı, hamı orada yaşamışlar.

47. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 göstərmişdir ki, hazırkı mübahisə predmeti olan ev 1957-ci ildə inşa edilmiş evdir. Həmi n evdə son vaxtlarda yenidənqurma işləri getmişdir. Evin daşı və şüşəbəndindən başqa hər şey yenidən qurulmuşdur. 1957-ci ildə inşa edilmiş ev yenidən bərpa olunmuş, bununla bağlı şahidlər də var, həmçinin evi düzəldən şəxsdə yaşayır. O həmin evdə yaşamış, qızı da Gəncədə yaşayır. 20 ildir onların övladları məktəbdə işləyir, orada qeydiyyatdadır. O özü 35 ildir kənd məktəbində işləyir. Həmin vaxtı çöldə qalıb işləməmişdir ki, həmin evdə qalmışdır. Natiq evə gəlməmiş, evi idarə etməmiş, anasının yanına qonaq qismində gəlmişdir. İndi arayış verib ki, o həmin illər ərzində xəstə olmuşdur. İndi iş yerindən arayış gətirsin ki, həmin müddətdə Natiq işdə olmayıb, yoxsa maaş alıb. Xəstəxanadan həmin arayışları və iş yerindən işdə olmadığı günlərin arayışını gətirsin ki, o işdə olmamış, xəstə olmuş dur. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qızı ərə gedib 2 uşağı var, özü məktəbdə işləyir. Oğlu da dolanışıq tərzindən asılı olaraq Rusiyaya gedir, 3 aydır oğlu burda olmuş və yeni getmişdir. Yoldaşı 1993-cü ildən rəhmətə gedib. Qayınanası onu başqa yerə getməyə qoymamış, ona övladının qoxusunu nəvələrindən aldığını, onları heç yerə buraxmayacağını bildirmişdir. Oqtayın da anası Kəlbəcər qaçqınına getmiş, evi olmamışdır, o da həmin evdə ailə qurub, baldızı da ondan əvvəl həmin evdə yaşayıb, həmin gündən baldızı ilə o evdə yaşamışlar. Məktəbdə də kitabxanaçı işləyib ölən günədək, cəmi 3 ay müddətinə gedə bilməyib vəziyyəti ilə əlaqədar. Övladlarının adı: Əfqan və Əfsanədir. Ailə qurmazdan əvvəl orada yaşayıblar. Oğlu 1985-ci il təvəllüdlü, qızı isə 1984 -cü il təvəllüdlüdür. Natiqlə onun əlaqəsi yoxdur. Xaliq isə qaynıdır.

48. Göygöl Rayon Məhkəməsinin (hakim R.Mustafayev) 2(066)-31/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

49. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 hazırki iddia tələbində mərhum anası X6 miras qalmış əmlakın vəsiyyət üzrə qəbulu müddətinin və mərhum qardaşı X19 miras qalmış əmlakın qanun üzrə qəbulu müddətinin uzadılmasın tələb etmiş olsa da, iddiaçı tərəfindən mərhum anası X6 və mərhum qardaşı X19 qalmış miras qəbul edilmədiyindən və bu hal əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilərək, qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məh kəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X14, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və Cavabdeh2, üçüncü şəxs Cavabdeh1na qarşı anası X6 və qardaşı X19 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair onun vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmədiyindən və qeyd olunan məhkəmə qətnaməsində müəyyən edilmiş hallar hazırki iddia tələbi üzrə preyudisial əhəmiyyət daşıdığından artıq iddiaçının mərhum anasından və mərhum qardaşından qalmış mirasın qəbulu ilə bağlı müddəti mübahisələndirməsi üçün qanuni əsaslar aradan qalxmışdır.

50. Məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum anasından və mərhum qardaşından qalmış mirasın qəbul edilməsi müddətinin uzadılması nı tələb etsə də, artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçının ümumiyyətlə mərhum anasından və mərhum qardaşından qalmış mirası qəbul etməməsi müəyyən edildiyindən və həmçinin iddiaçının mirasın qəbul edilməsi müddətinin ondan aslı olmayan üzrlü səbəblərdən ötürməsi barədə mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

51. İddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyindən və bu hal qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edildiyindən, müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edən mötəbər sübutu təqdim edəbilmədiyindən iddiaçını hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli miras əmlakın üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Belə olan halda onun mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddiası rədd edilməlidir.

52. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1.1, 1243 və 1247-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

53. İddiaçı1 hüquqi varisi (arvadı) İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil3 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

54. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb ”anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. İ ddiaçı1 hazırki iddianı məhkəmədə xx.xx.2023-cü ildə qaldırmış və Göygöl Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(066)-949/2023 saylı qərardadı ilə onun cavabdeh Göygöl rayon Notariat Ofisinə qarşı “vərəsəliyin müəyyən edilməsi” tələbinə dair mülki işin icraatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin “miras” məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verdiyi sorğu üzrə qərar qəbul edilənədək dayandırılmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul olunduqdan sonra işin icraatı təzələnmişdir. Qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Qeyd etmişlər ki, İddiaçı1 Qarabağ Müharibəsi əlili olmaqla uzun müddət stasionar və ambulator müalicələrdə olmuşdur. 03 oktyabr 2007-ci ildə anası X20 vəfat edərkən, xx.xx.2014-cü ildə qardaşı X38 vəfat edərkən də, xəstə olmuşdur. Bunu təsdiq edəcək «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» PHŞ-nin 21 avqust 2024-cü il tarixli arayışını təqdim etmişik. Həmin arayışdan görünür ki, İddiaçı1 05 noyabr 2007-ci il tarixdən 16 noyabr 2007-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. 28 noyabr 2007-ci il tarixində Mingəçevir ŞMX-ya kəskin baş ağrısı, baş gicəllənmə, ürəkbulanma, ümumizəi flik şikayətləri ilə müraciət etmiş, müayinə olunmuş və davamlı olaraq ambulator müalicələr almışdır. 28 oktyabr 2008-03 noyabr 2008-ci il tarixində ona «sağ tərəfli boğulmuş çəp qasıq yırtığı» diaqnozu qoyulmuş və cərrahi əməliyyat icra olunmuşdur. 07 yanvar 2011-05 noyabr 2011-ci il tarixdə «vegetativi dammar distoniyası, tevrasteniya» diaqnozu ilə stasionar müalicə almış, xx.xx.2013- xx.xx.2013-cü il tarixində isə ÜİX kardioskleroz, kəskin koronar sindromdiaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2014-xx.xx.2014-cü il tarixində «kəskin beyinciyin sağ yarımkürəsinin işemik tip insultu» diaqnozu ilə Mingəçevir ŞMX– dastasionar müalicə almış, daha sonra isə xx.xx.2014-xx.xx.2014, xx.xx.2014xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014- 2012. 2014, xx.xx.2015- 7.03.2015, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016- xx.xx.2017, xx.xx.2017xx.xx.2017, xx.xx.2017- 16. 03. 2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023xx.xx.2023-cü il tarixlərində davamlı olaraq stasionar müalicələr almışdır. Məhz bu xəstəliklər səbəbindən 21 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə xəsarətlərinin hərbi travma, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması təsdiq olunmuş və xx.xx.2017-ci ildə «Spastik hemiplegiya, sol tərəfli hemiparez, hərəkətin məhdudlaşması diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Notariusa 2018-ci ildə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, ancaq müddət ötdüyündən ərizəs i təmin olunmamışdır. Xəstəliyi səbəbindən mirasın qəbulu ilə bağlı ərizənin verilməsi müddətini ötürmüş, ancaq bu müddət ərzində anası Cəmilə Hüseynovanın ona verdiyi vəsiyyətnamə özündə olmuş və vəsiyyətnamə bu gündə qüvvədədir, ləğv olunmamışdır. Prosessual qanunvericiliyin pozulması ilə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-in 82-ci maddəsinə istinad edərək göstərmişdir ki, «Məhkəmə işin faktiki hallarını və yuxarıda qeyd edilən Qanunvericilik normalarını nəzərdən keçirib qeyd etmişdir ki, İddiaçı1 hazırki iddia tələbində mərhum anası X6 miras qalmış əmlakın vəsiyyət üzrə qəbulu müddətinin və mərhum qardaşı X19 miras qalmış əmlakın qanun üzrə qəbulu müddətinin uzadılmasını tələb etmiş olsa da, iddiaçı tərəfindən mərhum anası X6 və mərhum qardaşı X19 qalmış miras qəbul edilmədiyin dən və bu hal əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilərək, qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X14, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və Cavabdeh2, üçüncü şəxs Cavabdeh1na qarşı anası X6 və qardaşı X19 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair onun vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmədiyindən və qeyd olunan məhkəmə qətnaməsində müəyyən edilmiş hallar hazırki iddia tələbi üzrə preyudisial əhəmiyyət daşıdığından artıq iddiaçının mərhum anasından və mərhum qardaşından qalmış mirasın qəbulu ilə bağlı müddəti mübahisələndirməsi üçün qanuni əsaslar aradan qalxmışdır» (qərardadın 15-ci s əhifəsinin son və 16-cı səhifəsinin ilk abzasları). Məhkəmə daha əvvəlki əsasla iddianı baxılmamış saxlamış, Gəncə Apellyasiya Məhkəməsinin 2 4 may 2024-cü il tarixli 2(104)-1379/2024saylı qərardalı ilə baxılmamış saxlama barədə qərardadı ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin həmin qərardadında məhkəmənin həmin mövqeyi ilə razılaşmamışdır. Məhkəmənin istinad etdiyi Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 saylı qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)- 899/2021 nömrəli qətnaməsindən görünür ki, mənim tələbim cavabdehlər X14, Verdiyeva(Rzayeva) Gülxar Nəriman qızına və Cavabdeh2, üçüncü şəxs Cavabdeh1na qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, anası X6 və qardaşı X19 miras qalmış Göygöl rayonu, Toğana kənd ində yerləşən 0,15 ha torpaq sahəsinə dair onun və vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi barədə olmuşdur. Mülki prosessual qanunvericiliyin tələbləri baxımından işi mahiyyəti üzrə həlledən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. İş üzrə məhkəmə qətnaməsi çıxarılmadığından məhkəmə işin fakitiki halları barədə səhv nəticəyə gəlmişdir.

55. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) 2(104)2363/2024 nömrəli iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 hüquqi varisi (arvadı) İddiaçı2 nümayəndəsi, vəkil X34 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilm əyərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəf apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, İddiaçı1 Qarabağ müharibəsi əlili olmaqla uzun müddət stasionar və ambulator müalicələrdə olmuşdur. 03 oktyabr 2007-ci ildə anası X20 vəfat edərkən, xx.xx.2014-cü ildə qardaşı X38 vəfat edərkən də xəstə olmuşdur. Bunu təsdiq edəcək «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» PHŞ-nin 21 avqust 2024-cü il tarixli arayışını təqdim etmişlər.

57. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarından görünür ki, 03 oktyabr 2007-ci il də anası X20, xx.xx.2014-cü ildə qardaşı X38 vəfat etmiş, İddiaçı1 isə mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, mirasın açıldığı vaxtdan kifayət qədər uzun bir müddət ötmüşdür. Həmin müddət ərzində iddiaçı Azərbaycan Respublikasında olmuş və mirasın açılmasından xəbərdar olmuşdur. İddiaçının hüquqi varisi tərəfindən iddiaçının müxtəlif vaxtlarda stasionar müalicələrdə olması barədə sənədlər təqdim edilsə də, həmin sənədlərdən görünür ki, iddiaçının 2007-ci ildən 2023-cü ilədək və 2014-cü ildən 2023-cü ilədək mirasın qəbulu üçün müraciət etməyə kifayət qədər imkanı olmuşdur. İddiaçı buraxılmış müddətin üzrlü olması ilə bağlı yetərli sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki M əcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da, qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.

58. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159.1, 1159.2, 1243.1, 1243.2, 1243.3, 1255, 1248.1 və 1248.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

59. İddiaçı1 hüquqi varisi (arvadı) İddiaçı2 (vəkil X34) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul etməklə iddianın təmin edilməsini xahiş etmişdir.

60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarını formal olaraq sadalamış, işin hallarına uyğun tövsif etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1- ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə kollegiyasının həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir kimi tələblərinə riayət etmədən əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi İddiaçı1 xəstə olmasına dair təqdim etdiyi arayışlara ümumiyyətlə qiymət verməmişdir. Həmin arayışı qəbul etməməsini əsaslandırmamışdır. Digər tərəfdən İddiaçı1 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin anası Cəmilə Hüseynovaya və qardaşı Elşən Həsənova məxsus olmasına dair Göygöl Rayon Məhkəməsində 2016-cı ildə iddia qaldırarkən də mirasın qəbulu ilə bağlı hərəkətləri edirdi. Həmin qətnamənin mövcud olması məhz 2016-cı ildə artıq mirasın qəbulu ilə bağlı hərəkət etdiyini təsdiq edirdi. Vərəsəyə miras payının verilməsi ilə bağlı hər hansı müddətin müəyyən edilməsi, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından konstitusiyaya uyğun hesab edilməmişdir.

61. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, iddiaçının mirası qəbul etdiyi nəticəsinə gəlindikdən sonra, iddianın mirasın açıldı ğı vaxtdan iki ay ərzində qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açılmamasına görə rədd edilməsi barədə mövqe özü-özlüyündə ziddiyyətli olduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarındakı hüquqi mövqelərə də uyğun olmamışdır. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 76). Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olard ı. İddiaçı1 mirasdan imtina etmədiyindən, mirasın qəbulu müddətinin uzadılması üçün üzrlü səbəb olaraq məhkəmə istənilən halı üzrlü hal olaraq nəzərə ala bilərdi. Miras payının müəyyən edilməsinə dair iddianın rədd edilməsinə dair qətnamə isə müddətin ötməsi əsası ilə olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

63. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

64. Maddə 1 159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 65. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 66. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

67. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

68. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmla ka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

69. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

70. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

71. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər

72. Maddə 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tu tulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir, ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmal ıdır.

77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual h üquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

81. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

83. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçının hüquqi varisi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

84. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsaslar yoxdur.

85. İddiaçının hüquqi varisinin kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

86. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

87. B eləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının hüquqi varisi İddiaçı2 tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2363/2024 nömrəli iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar