Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-124/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh Ağababa qızının vəkili X6 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1713/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Miras qoyan X3 18 oktyabr 1981-ci ildə ölmüşdür. Ondan miras qalmış əmlak Qusar şəhəri, Puşkin küçəsi 13-də 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsidir. Miras açılan anda 6 nəfər qanun üzrə vərəsə olmuşdur: miras qoyanın arvadı Cavabdeh, övladları Silvan, Samir, Könül, Elnarə və Nicat Kiçibəyovlar.
2. Silvan Kiçibəyov 10 mart 1990-cı il tarixdə vəfat etmişdir.
3. Nicat Kiçibəyov 25.03.2004-cü ildə tarixdə notarial qaydada miras payından imtina etmişdir. 4. 25 mart 2004-cü ilə tarixdə Qusar rayon dövlət notariat kontorundan Cavabdeh adına birgə nikah dövründə əldə edilmiş Qusar şəhəri, Puşkin küçəsi 13-də 0.04 ha torpaq sahəsin də yerləşən fərdi yaşayış evinin ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, ½ hissəsinə isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 5. 17.04.2013-cü ildə həmin torpaq sahəsi və üzərindəki ev daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.
6. Sözügedən fərdi yaşayış evi 11.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditor "xxxx" ASCnin tələb hüququnun təminatı kimi 12.07.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ipoteka ilə yüklü edilmişdir.
7. İddiaçılar bildirirlər ki, miras açıldıqda 19 yaşı olan İddiaçı2, 14 yaşı olan Könül Kiçibəyova və 5 yaşı olan İddiaçı1 anaları Cavabdeh və digər bacı-qardaşları ilə həmin evdə yaşamışlar. Sonralar Rusiya Federasiyasında yaşasalar da, hər yay gəlib orada qalm ış, evi öz vəsaitləri ilə bərpa və əsaslı təmir etmişlər, mübahisəli evin atalarından qalan əmlak kimi vərəsəlik qaydasında bölünməsini gözləmişlər. 2019-cu ilin ortalarında onlara məlum olmuşdur ki, həmin ev vərəsəlik qaydasında bütövlükdə anaları Cavabdeh adına rəsmiləşdirilmişdir.
8. İddiaçılar özlərinin vərəsəlik hüquqlarının pozulmasına istinad edərək aşağıdakı iddia tələblərini irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı 17.04.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum atalarına məxsus hissəsinin onların tərəfindən qəbul edilməsi müddətinin uzadılması və miras paylarının ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
10. İddiaçı1, İddiaçı2 və Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı 17.04.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi; ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum ataları X1 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi onların tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq vərəsəlik hüquqlarının tanınması və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsinin İddiaçı2, ¼ hissəsinin iddiaçı X2, ¼ hissəssinin İddiaçı1, ¼ hissəsinin isə Cavabdeh mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahi ş etmişlər.
11. İddiaçılar tələblərini belə əsaslandırılmışlar ki, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıların ataları X1 məxsus olmuşdur. Həmin şəxs 18 oktyabr 1981-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt İddiaçı2 19, iddiaçı X2 14, İddiaçı1 isə 5 yaşı olmuşdur. İddiaçılar həmin evdə doğulmuşlar, orada böyümüşlər. Mərhum ataları vəfat etsə də, uzun müddət həmin ev atalarının adında olmuşdur. Bu yaxınlaradək onlar həmin evin yenə də, atalarının adında olduğunu zənn etmişlər və həmin evə dair vərəsəliyin müəyyən olunmasını, mirasın vərəslər arasında bölüşdürülməsini gözləmişlər. Həmin müddət ərzində onlar Rusiyada yaşasalar da, mütəmadi olaraq həmin evə gəlib-getmişlər, hətta evi öz vəsaitləri ilə yenidən bərpa etmişlər və əsaslı şəkildə təmir etdirmişlər. Həmin evdə anaları Cavabdeh və qardaşları X7 yaşamışlar, lakin hər yay onlar da həmin evə gəlib xeyli müddət orada yaşamışlar. Həmin vaxtlar anaları Cavabdeh evə dair vərəsəlik müəyyən olunarkən atalarının evindən bütün vərəsələrə pay veriləcəyini, həmin evin gələcəkdə həm də onlara məxsus olacağını bildirmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında isə onlara məlum olmuşdur ki, artıq həmin evə dair vərəsəlik müəyyən olunmuş və ev bütövlükdə anaları Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin faktın dəqiqliyini yoxlamaq üçün Qusar şəhərində fərdi vəkil kimi fəaliyyət göstərən Vəkil vasitəsilə aidiyyəti qurumlara sorğular göndərmişlər və nəticədə məlum olmuşdur ki, həqiqətən də, 18 oktyabr 1981-ci il tarixdə vəfat etmiş ataları Nəsrəddin Kiçibəyovun miras ına dair vərəsəlik müəyyən olunmuş, Qusar rayon Notariat Kontoru tərəfindən anaları Cavabdeh adına həm “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” 25 mart 2004-cü il tarixli 2V-1-45 reyestr nömrəli Şəhadətnamə, həm də, eyni tarixli 2V-1-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Yəni, həmin evin ½ hissəsinə mülkiyyət hüququ tanınmaqla müvafiq şəhadətnamə, həm də digər ½ hissəyə dair mərhum atalarının vərəsəsi kimi tanınmaqla müvafiq Şəhadətnamə verilmişdir. Həmin ev həqiqətən də mərhum ataları ilə analarının birgə nikahları dövründə əldə edilmiş və onların birgə mülkiyyətlərində olmuşdur. Buna heç bir etirazları yoxdur. Lakin, evin mərhum atalarına məxsus ½ hissəsinə dair onların xəbəri olmadan vərəsəli k müəyyən olunmuşdur. Vərəsəliklə bağlı notariat işindən görünür ki, guya mərhum atalarının cəmi iki vərəsəsi, yəni anaları Cavabdeh və qardaşları Nicat Kiçibəyov olmuşdur. Halbuki, mərhum atalarının 5 qanun üzrə vərəsəsi olmuşdur. Bununla da, mərhum atalarının mirasına dair vərəsəlik müəyyən olunmaqla onlar, yəni Samir, Könül və Elnarə Kiçibəyov(a)lar gizlədilməklə onların vərəsəlik hüquqları pozulmuşdur. Mirasın onların tərəfindən vaxtında qəbul edilməməsinin səbəbi də onların uzun müddət anaları tərəfindən aldadılmaları, bu yaxınlaradək evin atalarının adında olmasını ona bildirməsi olmuşdur. Onlar həmin evdən miras payı alacaqlarını düşündüklərinə görə evin əsaslı təmirinə pul xərcləmişlər. Hətta, anaları evin hansı hissəsini, hansı vərəsəyə düşməsini də bildirmiş, öz aralarında faktik i olaraq evi bölüşdürmüşlər. Hər dəfə gələndə də, hər kəs evin özünə düşən hissəsində yaşamışdır. Hazırda isə onlara məlum olmuşdur ki, anaları həmin evi satmaq istəyir. Qanunun mənasına görə miras altı ay ərzində qəbul edilməmişdirsə, onun qəbuluna yol verilmir. Bu halda mirasın qəbulu müddəti məhkəmə tərəfindən uzadılmalıdır. Lakin, mərhum atalarının mirası anaları tərəfindən müddət uzadılmadan 23 il keçdikdən sonra qəbul edilmişdir. Bundan başqa, onlar həmin vaxt Qusar şəhərində olmamışlar və Rusiya Federasiyasında olmuşlar və bu səbəbdən də vərəsəlik müəyyən olunarkən Notariat Kontoru onları da axtarıb tapıb mirasa dair fikirlərini almalı idi. Lakin, Notariat Kontoru həmin hərəkətləri etməmiş və onların vərəsəlik hüquqlarını pozmuşdur. Bu səbəbdən də, hesab edirlər ki, mərhum atalarını n ünvan 1 ünvanda olan 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarət mirasa dair anaları Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə qanunsuz və əsassız verildiyindən, bu isə onların vərəsəlik hüquqlarını pozduğundan həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Bundan başqa, həmin evə dair anaları Cavabdeh adına verilmiş Seriya RX ******* saylı 17.04.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da qanunsuz və əsassızdır və bu səbəbdən də etibarsız hesab olunmalıdır. Həmin çıxarış həm də ona görə qanunsuzdur ki, evin yerləşdiyi 400 kv.metr torpaq sahəsi də, anaları Cavabdeh adına qeydiyyata alınmışdır. Halbuki, analarının adına verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamədə miras əmlak kimi yalnız fərdi yaşayış evinin ½ hissəsi göstərilmişdir. Yəni, torpaq sahəsi miras kütləsinə daxil olmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə analarının adına qeydiyyata alınmasının hüquqi əsası olmamışdır. Ona görə də, həmin çıxarış da qanunsuz və əsassızdır, onların mərhum atalarının mirasına dair vərəsəlik hüquqlarını pozmuşdur və bu səbəbdən də etibarsız hesab edilməlidir. Bundan başqa, onların tərəfindən mirasın qəbul edilməsi müddəti ona görə ötürülmüşdür ki, uzun müddət hesab etmişlər ki, anaları onlarla birlikdə mirası bölüşdürəcək və özü onların payını ayırıb verəcəkdir. Buna baxmayaraq, onların tərəfindən də, miras faktiki olaraq qəbul edilmiş və miras əmlakın yenidən qurulmasına, əsaslı təmir olu nmasına vəsait xərcləmişlər. Hətta, evdə hamıya düşən pay faktiki ayrılaraq ayrıca istifadəyə verilmişdir. Ona görə də, hesab edirlər ki, onların tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmalı və miras əmlakdan payları ayrılıb onlara verilməlidir. Bundan başqa, mərhum ataları Nəsrəddin Kiçibəyovun 5 övladı olmuşdur. Cavabdeh ilə birlikdə onun cəmi 6 qanun üzrə vərəsələri olmuşdur. Onlardan biri, yəni onların qardaşı X4 09.03.1990-cı il tarixdə vəfat etmişdir. Həmin şəxsin Elvira adlı bir övladı qalmışdır. Elvira adlı şəxs hazırda anasının ikinci həyat yoldaşı tərəfindən övladlığa götürülmüşdür. Ona görə də, mərhum atalarının mirasından həmin şəxsə pay verilə bilməz. Mərhum atalarının qanun üzrə vərəsələrindən olan Nicat Kiçibəyov isə miras payını qəbul etməməsi barədə rəsmi qaydada ərizə vermişdir. Ona görə də, Nicata da miras payı verilməməlidir. Beləliklə, mərhum ataları Nəsrəddin Kiçibəyovun mirasında pay almaq hüququ olan 4 vərəsə vardır. Həmin şəxslər aşağıdakılardır: Anaları Cavabdeh, İddiaçı2, iddiaçı X5 və İddiaçı1. Bu səbəbdən də, hesab edirlər ki, ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum ataları Nəsrəddin Kiçibəyova məxsus ½ (50 faiz) hissəsi 4 bərabər hissəyə bölünməli və onların 1/4 hissədə miras payları ayrılıb onların mülkiyyətinə verilməlidir. Bundan başqa, yuxarıda göstərilən fərdi yaşayış evinin ümumi sahəsi əvvəllər 40.20 kv.metr olmuş və həmin ev sonradan onların da vəsaiti hesabına genişləndirilərək 182.8 kv.metr olmuşdur. Ona görə də, həmin hal nəzərə alınmalıdır. 1
2. Cavabdeh X10 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçılar onun övladlarıdır. ünvan 1 ünvanda yerləşən ev onun özünə məxsus olmuşdur. İddiaçıların atalarının əmlakı olmayıb. O, iddiaçıların ataları Nəsrəddin Kiçibəyovla 1957-ci ildə ailə həyatı qurmuş, birgə nikahda olduqları zaman birlikdə ev tikdirmişlər. Əri Nəsrəddin 1981- ci ildə vəfat etmişdir. Həmin vaxt iddiaçı Elnarənin 5 yaşı olmuşdur. Nicatın 6 yaşı olmuşdur. O, təkbaşına 5 övlad böyütmüş, onları, o cümlədən Elnarəni öz zəhməti ilə oxutdurmuşdur. Əvvəllər ev 1 otaqdan və bir mətbəxdən ibarət olub. Ev qəzalı vəziyyətdə olduğundan evi yenidən qurmuşlar. 2000-ci ildən başlayaraq evi əsaslı təmir etməyə böyütməyə başlamışlar. İddiaçı 2003-cü ildən Rusiyaya getmişdir. Digər iddiaçılar da, Rusiyada olmuşlar. Onun yanında yalnız Nicat qalmışdır. O, həmin evi Nicatla birlikdə yenidən tikmişlər. Özünün vəsaiti ilə tikmiş, ona yalnız Nicat kömək etmişdir. O, müəllim işləmiş, əlavə uşaqlar hazırlamış və müqabilində pul qazanmışdır. Qazandığı pullarla da evi yenidən tikmişdir. 2004-cü ildə o, əri Nəsrəddinin adından öz adına vərəsəlik şəhadətnaməsi almışdır. Həmin vaxt vərəsələr barəsində arayış istəmişlər və o, həmin arayışı alıb notariusa vermişdir. Həmin arayışda iddiaçıların adlarının niyə göstərilməməsini bilmir. Həmin vaxt onun yanında yalnız Nicat olmuş, digər övladları Rusiyada olmuşlar. Ola bilər ki, buna görə arayışda ondan əlavə vərəsə kimi yalnız Nicatın adı göstərilmişdir. Elnarə uzun müddət Rusiyada olmuş, orada borcları olduğuna görə Azərbaycana gələ bilməmiş, 2019-cu ildə gəlmişdir. İddiaçılar heç vaxt onun qayğısına qalmamışlar, ona görə də, onlara miras payının verilməsini istəmir. Elnarə onun evində qeydiyyatda deyil, həmin şəxsi oradan qeydiyyatdan çıxarmışdır. Ona görə də, iddianı əsassız və qanunsuz hesab edir.
13. Qusar Rayon Məhkəməsinin (hakim A.Vəliyev) 17 fevral 2021-ci il tarixli, 2(029)-96/2021 nömrəli qətnaməsi ilə iddia və ona əlavənin təmin edilməsi, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı 17.04.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X1 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi iddiaçılar tərəfindən qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzrlü sayılaraq uzadılaraq vərəsəlik hüquqları tanınması və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsi İddiaçı2, ¼ hissəsinin iddiaçı Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının, ¼ hissəsinin İddiaçı1, ¼ hissəsinin isə Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir.
14. Məhkəmə Mülki Məcəllənin 19-cu, 149.2-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Nəsrəddin Kiçibəyovun mirasına dair vərəsəlik müəyyən olunarkən və Cavabdeh adına yuxarıda göstərilən 25 mart 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə v erilərkən miras qoyanın vərəsələrinin dairəsi düzgün müəyyən olunmamış, həmin şəxsin vərəsələri olan iddiaçılar Samir, Könül və Elnarə Kiçibəyov(a)lar mirasın açıldığı yerdə, yəni Qusar rayonunda olmadıqları halda, onların axtarışı həyata keçirilməmiş, mirasın qəbul edilməsi müddəti ötürülsə də, bütün vərəsələrin moirasa dair fikirləri alınmadan məhkəmədən kənar həmin müddət uzadılmaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Bununla da, həmin şəhadətnamə verilərkən Mülki Məcəllənin tələbləri, o cümlədən iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. İddiaçılar uzun müddət mirasın açıldığı yerdən kənarda Rusiya Federasiyasında olmaqla mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizələr verməsələr də, onlar həmin evin təmirində və yenidən qurulmasında və bununla da mirasın faktiki qəbul edilməsində iştirak etmişlər. Ona görə də, məhkəmə iddiaçıların dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, mirasın qəbul edilməsi müddəti, ötürülməsinin səbəbləri üzrlü sayılaraq uzadılmalı və Cavabdeh ilə birlikdə həmin şəxslərin də həmin mirasa dair vərəsəlik hüquqları tanınmalıdır. Bələliklə, həmin miras dörd vərəsə, yəni Aidə, Samir, Elnarə Kiçibəyov(a)ların və İddiaçı3 (Kiçibəyovanın) arasında dörd bərabər hissəyə bölünməklə hər birinin miras payı ¼ hissə müəyyən olunmalıdır. Nəsrəddin Kiçibəyovun vərəslərinin sırasına daxil olan Nicat Kiçibəyov mirasa dair susmaqla onu qəbul etməməsi və gələcəkdə də bununla bağlı heç bir iddiasının olmaması barədə notariat kontoruna ərizə verdiyindən həmin şəxsə miras payı verilməməlidir. Nəsrəddin Kiçibəyovun vərəsələrindən olan mərhum Silvan Kiç ibəyovun övladı Elvira Kiçibəyova isə başqa şəxs tərəfindən övladlığa götürüldüyündən həmin şəxs vərəsələrin sırasından çıxmış və ona görə də, həmin şəxsə də miras payı verilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) 05 iyul 2021-ci il tarixli, 2(105)-1713/21 nömrəli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin bu iş üzrə 17 fevral 2021-ci il tarixli 2(029)-96/2021 saylı qətnaməsinin ləğv e dilməsi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik müəyyən olunmaqla miras payın ayrılması tələbinə dair iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iş üzrə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi N.Ş.Kiçibəyov ilə Cavabdeh birgə nikahları dövründə əldə edilmişdir. İddiaçıların atası N.Ş.Kiçibəyov 18 oktyabr 1981-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra 6 nəfər qanun üzrə birinci dərəcəli vərəsələri, yəni arvadı Aida Kiçibəyova, övladları Silvan, Samir, Könül, Elnarə və Nicat qalmışlar. Həmin vərəsələrdən Silva n Kiçibəyov 10 mart 1990-cı il tarixdə vəfat etmişdir. X9 miras payından anası Cavabdeh xeyrinə imtina etmişdir. N.Ş.Kiçibəyov vəfat etdikdən sonra təxminən 2000-ci ildə köhnə ev sökülərək yerində Cavabdeh tərəfindən oğlu Nicatın köməkliyi ilə hazırki ev tikilmişdir. Cavabdeh əri N.Kiçibəyovun vəfatından sonra həmin evdə yaşamaqla Azərbaycan Respublikası Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən faktiki qəbul etmişdir. N.Kiçibəyov vəfat etdikdə İddiaçı2 19 yaşı olmuş, o, miras əmlak barəsində susmuş, miras əmlaka dair hər hansı şəkildə münasibətini bildirməmişdir. Digər iddiaçılar Könül Kiçibəyova həddi buluq yaşına 1985-ci ildə, İddiaçı1 isə 1989-cu ildə yetkinlik yaşına çatmışlar, mübahisə olunan miras əmlak barəsində susmuşlar, yəni hər üç vərəsə mirası qanunla müəyyən edilmiş qaydada v ə müddət çərçəvəsində qəbul etməmişlər. 2003-cü ildə iddiaçılar artıq Rusiya Federasiyasına köçmüşlər. 25 mart 2004-cü ilə tarixdə Cavabdeh adına 2V-1-46 saylı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. İddiaçılar Rusiya Federasiyasına köçənə kimi Könül Kiçibəyova 18 il ərzində, İddiaçı1 isə 14 il ərzində mirasın qəbulu barəsində heç bir hərəkət etməmişlər, miras barəsində susmuşlar, ona görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MM-nin 1273.1-ci maddəsi tətbiq edilməklə miras payları Cavabdeh keçmişdir. Birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddiaçılar tərəfindən ötürülmüş müddəti faktiki olaraq bərpa etməklə Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh A zərbaycan Respublikası ƏMDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən adına verilmiş RX ******* saylı 17 aprel 2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin Qusar filialın xeyrinə 12 iyul 2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ipoteka ilə yüklü edilmişdir. Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl daşınmaz əmlakın cavabdehin mülkiyyətdə olub-olmamasını, araşdırmamışdır. özgəninkiləşdirilməsini, həbsdə, yüklü olub-olmamasını Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. 1
9. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, qanunun mənasına görə miras altı ay ərzində qəbul edilməmişdirsə, onun qəbuluna yol verilmir. Bu halda mirasın qəbulu müddəti məhkəmə tərəfindən uzadılmalıdır. Lakin, mərhum atalarının mirası anaları tərəfindən müddət uzadılmadan 23 il keçdikdən sonra qəbul edilmişdir. Bundan başqa, iddiaçılar həmin vaxt Qusar şəhərində deyil, Rusiya Federasiyasında olmuşdurlar və bu səbəbdən də vərəsəlik müəyyən olunarkən Notariat Kontoru onları da axtarıb tapıb mirasa dair fikirlərini almalı idi. Lakin, Notariat Kontoru həmin hərəkətləri etməmiş və onların vərəsəlik hüquqları pozmuşdur. Bundan başqa, həmin evə dair Cavabdeh adına verilmiş Seriya RX ******* saylı 17.04.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reye strindən Çıxarış da qanunsuz və əsassızdır və bu səbəbdən də etibarsız hesab olunmalıdır. Həmin çıxarış həm də ona görə qanunsuzdur ki, evin yerləşdiyi 400 kv.metr torpaq sahəsi də, Cavabdeh adına qeydiyyata alınmışdır. Halbuki, onun adına verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamədə miras əmlak kimi yalnız fərdi yaşayış evinin ½ hissəsi göstərilmişdir. Yəni, torpaq sahəsi miras kütləsinə daxil olmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsini mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmasının hüquqi əsası olmamışdır. Ona görə də, həmin çıxarış da qanunsuz və əsassızdır. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi iddiaçılar tərəfindən mirasın qəbul edilməsi müddəti ona görə ötürülmüşdür ki, uzun müddət hesab etmişdirlər ki, anaları iddiaçılarla birlikdə mirası bölüşdürəcək və öz ü onların paylarını ayırıb verəcəkdir. Buna baxmayaraq, iddiaçılar tərəfindən də, miras faktiki olaraq qəbul edilmiş və miras əmlakın yenidən qurulmasına, əsaslı təmir olunmasına vəsait xərcləmişdirlər. Hətta, evdə hamıya düşən pay faktiki ayrılaraq ayrıca istifadəyə verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi isə mirasın qəbulu müddətinin iddiaçılar tərəfindən heç bir üzrlü səbəb olmadan ötürülməsi qənaətinə gəlmişdir. Halbuki, onlar mirası qəbul etmək barədə hərəkətlər etmişdirlər, evin təmir-bərpa işlərində yaxından iştirak etmişdirlər və öz evləri kimi həmin evə gəlib-getmişlər. Hər birinin ayrıca otağı olmuşdur. Bununla da, iddiaçılar mirası qəbul etdikləri öz hərəkətləri ilə nümayiş etmişdirlər. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi həmin halların heç birini nəzərə almamış və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi Cavabdeh tərəfindən də mirasın qəbulu müddətinin ötürülməsini, vaxtında notariat orqanına müraciət etməməsini və məhkəmə tərəfindən həmin müddət uzadılmadan onun vərəsəlik hüququnun tanınmasını, iddiaçıların xəbəri və razılığı olmadan adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini araşdırmamış və həmin hallara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi evin ipoteka ilə yüklü olmasını araşdırmamışdır. Həmin halı məhkəmə necə araşdıra bilərdi ki? Cavabdeh məhkəmə iclasında iştirak edərkən bu barədə heç nə bildirməmiş və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ipoteka haqqında məhkəməyə məlumat verməmişdir. Bundan başqa, evin ipoteka ilə yüklü edilməsi iddiaçıları vərəsəlik hüququndan məhrum edən hal kimi qəbul edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək qeyd etmişdir ki, kassator ilk öncə kassasiya şikayətinin MPM-də nəzərdə tutulan forma və məzmununa uyğun tərtib etməmişdir. Belə ki, kassasiya şikayətinin nəticə hissəsində kassator yalnız Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105) 1713/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini kassasiya instansiya məhkəməsindən xahiş edir. Halbuki kassasiya instansiya məhkəməsinin səlahiyyəti tək apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə bitmir, eyni zamanda iş üzrə yeni qərar qəbul etməklə (iddia tələbinin rədd, təmin, yaxud qismən təmin) tamamlanır. Hazırkı iş üzrə isə kassatoru yalnız Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1713/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsinin ləğvi maraqlandırır, daha iddia tələbinin təmin edilməsi məsələsi yox. İkinci olaraq, kassator iş üzrə zəruri olan bəzi məsələləri (mübahisəli evin birgə nikah dövründə əldə olunduğunu, iddiaçıların uzun müddət ölkədən kənarda yaşamalarını, miras əmlakı qəbulu ilə əlaqədar hər hansı bir qanuni hərəkət aparmadıqlarını və s.) etiraf edir ki, bu hallar mübahisə olunmayan hallardır. Üçüncü olaraq kassator bəzi məsələlərin mövcudluğunu -mirası vaxtında qəbul etməmələrinə əsas kimi iddiaçıların anaları (cavabdeh) tərəf indən aldanmaları; miras əmlakın yerində yeni ev tikmələri və bunun üçün müəyyən məbləğdə xərc çəkmələri; miras əmlakı öz aralarında faktiki olaraq qəbul etdiklərini; miras əmlakı öz aralarında faktiki olaraq böldüklərini və hər birinin öz hissəsindən istifadə etdiklərini; mütəmadi olaraq miras əmlakdan istifadə etdiklərini göstərsə də, həmin məsələlərin sübutu kimi hər hansı bir mötəbər sübut (sənəd) iş materiallarına, o cümlədən sürülən məsələlərin yalnız formal xarakter daşıdığının sübutudur. Dördüncü olaraq, kassator cavabdeh tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi alınarkən miras əmlakla bağlı vərəsələr kimi onların notariat orqanı tərəfindən çağırılmaması halını əsas kimi irəli sürmüşlər. Nə qədər ki, iddiaçılar miras əmlakı faktiki qəbul etməmişlər o zaman notariat orqanı tərə findən onların mirasın qəbulu ilə bağlı çağrılmaları əsassızdır və bu barədə notariat orqanının hərəkəti tam qanuna uyğundur. Nəticə olaraq, kassasıya şikayəti əsassızdır, çünki iddia tələbi əsaslı deyil. Belə ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi N.Ş.Kiçibəyov ilə Cavabdeh (cavabdeh) birgə nikahları dövründə əldə edilmişdir. Buradan aydın olur ki, miras əmlakın yarısı məhz Cavabdeh qanuni mülkiyyətinə aid olmalıdır. Miras əmlakın yarı hissəsinə gəlincə N.Ş.Kiçibəyov 18 oktyabr 1981-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra 6 nəfər qanun üzrə birinci dərəcəli vərəsələri, yəni arvadı Aida Kiçibəyova, övladları Silvan, Samir, Könül, Elnarə və Nicat qalmışlar. Həmin vərəsələrdən heç biri miras əmlakı qanuni formada qəbul etməmişlər. Yalnız vərəsələrdən - Cavabdeh və Nicat Ki çibəyov həmin evdə yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər. Digər 4 vərəsə - Samir yetkinlik yaşına çatmasına baxmayaraq, Silvan, Könül, Elnarə miras əmlakı yetkinlik yaşına çatandan sonra qanuni olaraq qəbul etməmişlər. Eyni zamanda onların miras əmlakı faktiki qəbul etmələri də sübut olunmur. Belə ki, onların anaları Cavabdeh baş çəkmələri, yaxud bir neçə gün onun yanında qalmaları miras əmlakın faktiki qəbulu demək deyil. Çünki onların məhz miras əmlak sayılan evə gəlmələrinin əsas səbəbi miras əmlakı idarə etmək deyil, analarına baş çəkmək olmuşdur. Əks halda miras əmlakın faktiki qəbulu ilə əlaqədar onların əlində bir sübut olardı, halbuki bu barədə hər hansı sübut onlar tərəfindən işə baxan məhkəmələrə təqdim edilməmişdir. Miras qoyanın ölümündən 19 il sonra miras əmlakın qəbul u iddiaçıların maraq dairəsində olmamışdır. Bu isə onların bu niyyətdə olmamalarını bir daha sübut edir, baxmayaraq ki, onlar anaları tərəfindən aldadıldıqlarını bildirmişlər. Məhz 19 ildən sonra evin yaşamaq üçün yararsız hala düşməsi səbəbindən miras əmlakı faktiki qəbul edən şəxslər - Cavabdeh və Nicat Kiçibəyov evi yenidən tikmək qərarına gəlmiş və bunu həyata keçirmişlər. Məhz bu zaman da iddiaçılar miras əmlakın sökülməsi, yerində yeni ev tikilməsi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, sökülən miras əmlakın qəbul edilməsi istiqamətində hər hansı bir hərəkət etməmişlər. Miras əmlak sayılan evin sökülərək yerində yeni ev tikilməsindən 20 il ərzində iddiaçılar miras əmlakın qəbulu ilə maraqlı olmamış, yalnız 20 ildən sonra hazırkı iddia tələbini irəli sürmüşlər. Bu isə onu sübuta yetirir ki, iddiaçılar miras əmlakı miras qoyanın ölümündən 39 il sonra mübahisələndirmiş və bu müddətdə mirasın faktiki qəbulu ilə bağlı hər hansı bir hərəkət aparmamışlar. Eyni zamanda iddiaçılar miras əmlakın qəbul müddətinin ötürülməsinin üzrlü sayılaraq uzadılmasını tələb etsələr də hər hansı bir üzrlü səbəb göstərməmiş və bu üzrlü səbəb barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. 38 ildən sonra miras əmlakın miras əmlakı faktiki qəbul edən şəxslər - Cavabdeh və Nicat Kiçibəyov tərəfindən qəbul edilməsinin rəsmiləşdirilməsi məsələsində notariat orqanı məhz 2 vərəsəni mirasa çağrılması məsələsində haqlı olaraq digər vərəsələri çağırmamışdır. Çünki mirasın faktiki qəbulu miras əmlakı faktiki qəbul edən şəxslər - Cavabdeh və Nicat Kiçibəyov tərəfindən həyata keçirilmişdir v ə bu səbəbdən də mirasa məhz onların çağırılması qanunidir. Beləliklə, yuxarıda göstərilən hallar bir daha onu təsdiq edir ki, kassasiya şikayəti əsassızdır, heç bir mötəbər sübuta əsaslanmır və yalnız formal mülahizə əsasında irəli sürülmüşdür. Bu isə öz növbəsində şikayətin rədd olunması üçün başlıca əsasdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün h esab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının 2000-ci ildək qüvvədə olan Mülki Məcəlləsi:
23. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
24. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
25. Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
26. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına d axildir.
27. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərə səyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan 24.11.2005-ci il tarixli, 4 nömrəli Qərarı: Respublikası Ali Məhkəməsi Plenumunun
32. Bənd
5. Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Kassasiya baxışının hədləri
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istin ad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Kollegiya, kassasiya şikayətinin və ona etirazın dəlillərini araşdıraraq, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi 18.10.1981-ci ildə Nəsrəddin Kiçibəyovun ölümü ilə açılmış miras üzrə vərəsəlik hüququna dair mübahisəyə həmin tarixdə qüvvədə olan Mülki Məcəllənin deyil, 2000-ci ildən sonra qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etmişdir.
37. Halbuki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır (§ 29). 38. 1981-ci ildə qüvvədə olan Mülki Məcəlləyə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar, ər (arvad) birinci növbə vərəsələr hesab olunurlar. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (§ 23-27).
39. Apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, iddiaçılar mirasın qəbulu barəsində heç bir hərəkət etməmişlər.
40. Bununla yanaşı, həmin məhkəmə müəyyən etmişdir ki, mirasın açıldığı 18 oktyabr 1981-ci ildə iddiaçılardan İddi açı2 19 yaşı olmuş, Könül və İddiaçı1lar isə yetkinlik yaşına çatmamışdılar.
41. Eyni zamanda Cavabdeh məhkəməyə bildirmişdir ki, əri vəfat etdikdən sonra beş övladını təkbaşına böyütmüşdür.
42. Beləliklə, əgər iddiaçıların miras açıldıqdan sonra mübahisə predmeti olan evdə cavabdehlə birlikdə yaşamaları mübahisə olunmursa, onların mirası faktiki qəbul etməmələri barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət qanunvericiliyə uyğun hesab edilə bilməz.
43. Nəzərə alınmalıdır ki, istinad olunan qanuna görə, qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur (§ 27).
44. Bu hal ona dəlalət edir ki, vərəsə mirası hər hansı formada qəbul etdikdən sonra əmlak üzərində mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququna isə qanunvericiliklə təminat verilir, mülkiyyətdə olan əşya dan müəyyən müddət ərzində istifadə olunmaması həmin hüququ aradan qaldırmır.
45. Bundan əlavə, iddiaçılar mübahisəli evi öz vəsaitləri ilə bərpa və əsaslı təmir etdiklərini, cavabdeh tərəf isə evi yenidən tikdiyini bildirmişdir.
46. Apellyasiya məhkəməsi qətnaməsində təxminən 2000-ci ildə köhnə ev sökülərək yerində Cavabdeh tərəfindən oğlu Nicatın köməkliyi ilə hazırkı evin tikildiyini qeyd etsə də, əvvəla, bunun hansı mötəbər sübutlarla təsdiqləndiyini göstərməmişdir.
47. İkincisi, həmin fakt sübuta yetirildiyi halda bunun mübahisənin hüquqi həlli baxımından əhəmiyyəti, daşınmaz əmlakın dövlət reyestrində əvvəlki evə dair qeydin silinib-silinməməsi, yenisinə dair qeyd aparılıb-aparılmaması, nəticə etibarilə yeni bir daşınmaz əşyanın əmələ gəlib-gəlməməsi, əgər gəlmişsə miras kütləsinə da xil olan torpaq sahəsində yerləşən tikilinin hüquqi statusunun nədən ibarət olması və onun üzərində tərəflərin hansı əşya hüquqlarının yaranması təhlil edilməmiş, istinad olunan həmin xüsusata mülki qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir.
48. Məhkəmələr tərəfindən o da müəyyən olunmuşdur ki, sözügedən fərdi yaşayış evi 12.07.2013cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
49. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi həmin hala istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
50. Apellyasiya məhkəməsi, rayon məhkəməsinin qətnaməsini ləğv edərkən sözügedən yüklülüyə istinadən qeyd etmişdir ki, “Məhkəmə mübahisəni həll edərkən hər şeydən əv vəl daşınmaz əmlakın cavabdehin mülkiyyətdə olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə, yüklü olubolmamasını araşdırmamışdır”.
51. Kollegiya bildirir ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin “daşınmaz əmlakın cavabdehin mülkiyyətdə olub-olmaması”, “özgəninkiləşdirilməsi” barədə fikirləri həm hüquqi baxımdan, həm də işin müəyyən edilmiş hallarına aidiyyəti baxımından anlaşılmazdır, bu ifadələrin hansı məsələlər üçün işlədildiyi aydın deyil.
52. Halbuki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir (§ 32).
53. Bundan əlavə, apellyasiya məhkəməsi məhdud əşya hüququ olan ipotekanın yaranma əsaslarını, habelə daşınmaz əşyanın dövlət reyestrindəki məlumatlara güvənərək əşy a hüququ əldə edən vicdanlı şəxslərin hüquqlarının müdafiəsinə dair mülki qanunvericiliyin tələblərini də nəzərdə saxlamaqla, mübahisə predmeti olan daşınmaz əşyanın kreditorun xeyrinə ipoteka ilə yüklü edilməsinin hazırkı iş üzrə vərəsəlik mübahisəsinə təsirini, bu çərçivədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin apellyasiya şikayətinin mümkünlüyünü yenidən təhlil etməmişdir. Məlum olduğu kimi, MPM-nin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
54. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, yuxarıda qeyd edilənlər nəzə rə alınmaqla, iddiaçıların, o cümlədən digər vərəsələrin miras açıldığı andan mübahisə predmeti olan evdə yaşamaları, mirası bu yolla qəbul edib-etməmələri, 1990-cı ildə Silvan Kiçibəyovun vəfat etməsinin və 2004cü ildə Nicat Kiçibəyovun mirasdan imtinasının vərəsəlik paylarına təsiri, yekun olaraq mübahisəli torpaq sahəsi və ev üzərində kimlərin vərəsəlik hüquqlarının və hansı həcmdə əmələ gəldiyi müəyyənləşdirilməli, nəticəsindən asılı olaraq iddia tələbləri qanuni və əsaslı şəkildə həll edilməlidir.
55. Bu məqsədlə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(105)-1713/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.