Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1241/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “18” fevral 2019-cu il iş № 2(102)-1241/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı2 qəyyumu X2 və vəkili Vəkil iştrakları ilə, Cavabdeh “xxxx” MTK-nın Bakı Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: Z.Ə.Əliyev; 2(009)-183/2018) iddiaçı qəyyumu X2 cavabdeh “xxxx” MTK qarşı, Səbail rayon İcra Hakimiyyəti və Cavabdeh3 Hümbət qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” MTK ilə Cavabdeh3 Hümbət qızı arasında bağlanmış 19.08.2016-cı il tarixli müqavilə Bakı şəhəri,************************ saylı mənzilinin sökülməsi üçün kooperativə təqdim olunması və əvəzində yeni mənzilin Cavabdeh3 verilməsi hissəsində etibarsız sayılması, Bakı şəhəri,*************** saylı evin ümumi sahəsi 38,5 kvadrat metr olan, iki otaqlı, 8 saylı mənzilin əvəzinə həmin binanın yerində inşa edilən yeni yaşayış binasında eyni sahədən az olmamaq şərtiilə təmirli mənzilin C6 verilməsi vəzi fəsi “xxxx” MTK-nın üzərinə qoyulması, “xxxx” MTK-dan hüquqi xidmət xərcinə görə 500 manat məbləğində pul tutularaq C6 ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixl,qətnaməsi ilə (hakimlər:İ.S.Şirinov (sədrlik edən və məruzəçi),T.S.Səmədov və E.C.Kazımov; 2(103)-8250/2018) cavabdeh “xxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı C6 qəyyumu X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MTK tərəfindən qəyyumu olduğu əri C6 xüsusi mülkiyyətinə müdaxilə edərək şəxs mülkiyyətində olan Bakı şəhəri,************** saylı binanın 2 otaqlı, 8 saylı mənzili onun və mənzildə qeydiyyatda olan ailə üzvlərinin razılığı olmadan və əvvəlcədən mülki qanunvericiliyə uyğun müqavilə bağlamadan sökülməsinin, mülkiyyətçiyə çatası kirayə pulunun mülkiuuətçisi olmayan şəxslərə ödəməsinin, onun və Bakı şəhəri 12 saylı hüquq məsləhətxanasının müraciətlərinə cavab verməməsinin qanunsuz olması, bu səbəbdən məcbur olub müqavilə bağlayaraq vəkil qurumuna ödədiyi 1.000(min) manat pulun, məhkəmənin hesabına ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsi, Cavabdeh3 Hümbət qızı ilə bağlanmış 19.08.2016-cı il tarixli, ****** saylı müqavilənin etibarsız hesab edilməsi, 2016-cı ilin avqust ayından yeni mənzil onlara təhvil verilənə kimi hər ay 300(üç yüz) manat pulun onlara və anlaqsız, fəaliyyət qabliyyəti olmayan, 1-ci qrup əlil C6 kirayədə, nəzarət altında saxlanılması üçün ödəmə klə, cavabdehin sökdüyü Bakı şəhəri,********** saylı binanın yerində inşa etdiyi çoxmərtəbəli binadan onlara 2 otaqlı təmirli mənzilin verilməsi öhdəliyinin “xxxx” Mənzil Tikinti Koperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı C6 Sabunçu rayon Məhkəməsinin 08.04.2004-cü il tarixli qətnaməsi ilə fəaliyyət qabliyyəti olmayan şəxs sayılmışdır və M8 onun qəyyumudur. Bakı şəhəri, ************* saylı binanın, 8 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına qeydiyyata alınmışdır. Buna baxmayaraq məcburi köçkün Cavabdeh3 öz ailəsi ilə birlikdə həmin mənzilə yerləşərək orada yaşamışdır. Bu səbəbdən İddiaçı2 məcburi köçkün A6 (Cavabdeh3 əri) qarşı məhkəmədə iddia qaldıraraq onun ailəsi ilə birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir. Səbail rayon məhkəməsinin 04.07.1994-cü il traixli qətnaməsi ilə iddia təmin edilmiş, A6 öz ailə üzvləri ilə birlikdə mənzilən çıxarılmaları qət edilmşdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” MTK-nın vəkili və nümayəndəsi M8 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386cı maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi hüquq no rmalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı2 qəyyumu X3 və vəkili Vəkil kassasiyaşikayətinin təmin edilməməsini xahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX serialı, ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 27 saylı binanın, 8 saylı mənzilinin mülkiyyətçisi İddiaçı2dir. Sabunçu rayon Məhkəməsinin ********* saylı 08.04.2004-cü il tarixli qətnaməsi ilə C6 fəaliyyət qabliyyəti olmayan şəxs sayılmışdır və Mahi Cəfərova onun qəyyumudur. Səbail rayon Məhkəməsinin ******* saylı 04.07.1994-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Allahverdiyev öz ailə üzvləri ilə birlikdə mənzilə n çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.201-cı il tarixli, 86 mömrəli qərarı, Səbail rayon İcra Hakimiyyəti Başçısının 21 iyul 2016-cı il tarixli 101 nömrəli sərəncamı, “xxxx” MTK ilə Cavabdeh3 arasında bağlanmış 19.08.2016-cı il tarixli müqaviləyə əsasən məcburi köçkün məskunlaşdığı Bakı şəhəri, ****************** yaşayış kompleksinin tikintisi məqsədi ilə kooperativə təhvil vermiş, kooperativ isə mənzilin əvəzinə inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 49,53 kv.m olan,4-cü mərtəbədə yerləşən, bir otaqdan ibarət, təmirli ***** * nömrəli mənzili Cavabdeh3 müvəqqəti yaşaması üçün aylıq 300 manat pul ödənilir, məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqda, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürüldükdə Cavabdeh3 1C saylı mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibar sız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 352 -ci maddəsinə əsasən qdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. - 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, C6 Sabunçu ra yon Məhkəməsinin 08.04.2004-cü il tarixli qətnaməsi ilə fəaliyyət qabliyyəti olmayan şəxs sayılmış və M8 onun qəyyumu təyin olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 27 saylı binanın, 8 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına qeydiyyata alınmışdır. Səbail rayon Məhkəməsinin 04.07.1994-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək A8 öz ailə üzvləri ilə birlikdə mənzilən çıxarılması qət edilmişdir. Cavabdeh3 ilə xxxx” MTK arasında mənzilin sökülməsi üçün təqdim olunmasına və ya onun əvəzində yeni mənzilin Cavabdeh3 verilməsinə dair müqavilə bağlanarkən sonuncunun həmin mənzilə sərəncam vermək səlahiyyəti olmamışdır. Cavabdeh3 ilə xxxx” MTK arasında bağlanmış 19.08.2016-cı il tarixli müqavilə Bakı şəhəri, *************** saylı mə nzilin sökülməsi üçün kooperativə təqdim olunması, habelə onun əvəzinə yeni mənzilin Cavabdeh3 verilməsi hissəsində etibarsız sayılmalıdır. İddiaçı mülkiyyətinə vurulmuş zərərin əvəzinin ona yeni mənzil verilməlidir. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının müqavilənin bütünlüklə etibarsız sayılması və xxxx” MTK tərəfindən ödənilən aylıq 300 manat kirayə haqqının ona verilməsi tələbini əsaslı saymır.Kirayə haqqı qəzalı olan və dövlət orqanlarının qeyd edilən aktları əsasında sökülən binalarda faktiki yaşayan sakinlərin yeni bina tikilənədək başqa yaşayış sahəsində yerləşdirilmələri üçün nəzərdə tutulmuşdur. İddiaçı isə Bakı şəhəri, ***************** saylı mənzilində faktiki olaraq yaşa mamış və oradan söküntü ilə bağlı başqa yerə köçürülməmişdir. Bu səbəbdən xxxx” MTK-nın faktiki yaşayan sakin Cavabdeh3 başqa yerə köçrülməsi ilə bağlı ona kirayə pulunun verilməsinə dair razılaşma etibarsız sayıla və həmin pul iddiaçıya verilə bilməz və iddia həmin hissədə rədd edilməlidir. xxxx” MTK isə dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxs olmadığından, iddia “müraciətə cavab verməməsinin qanunsuz olması” hisəssində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə raz ılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 26 sentyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-1241/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1241/2019
18.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver