Məhkəmə qərarları › İş №2(102)-1244/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1244/2019

14.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1244/2019 14.02.2019 ALİ MƏHKƏMƏ 14 fevral 2019-cu il şəhəri İş № 2(102)-1244/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x3nın vəkili Həmidov Elnur Əliyeviçin iştirakı ilə, cavabdeh x3nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2 (004)-429/16 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Əliyev) iddia tələbi qismən təmin edilərək, x3 və x4 arasında bağlanmış, ünvan 1 bağ evinin (həmin bağ sahəsində yerləşən, yaşayış sahəsi 75,3 kvadratmetr, yardımçı sahəsi 227,1 kvadratmetr olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin) bağışlanmasına dair ünvan 1 04 mart 2016-cı il tarixli, 4Ə-106 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 04 mart 2016-cı il tarixli 4Ə-106 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ünvan 1 bağ evinin (həmin bağ sahəsində yerləşən, yaşayış sahəsi 75,3 kvadratmetr, yardımçı sahəsi 227,1 kvadratmetr olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin) mülkiyyət hüququ əsasında x4nın adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və ünvan 1 bağ evinə mülkiyyət hüququna dair x4nın adına verilmiş daşınmaz əmlakın dövlə t reyestrindən çıxarışın etibarsız hesab edilməsi, x3 və x4 arasında bağlanmış, ünvan 2 mənzilinin bağışlanmasına dair ünvan 2rixli, 4Ə-65 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2rixli, 4Ə-65 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ünvan 2mənzilinin mülkiyyət hüququ əsasında x4nın adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və ünvan 2mənzilinə mülkiyyət hüququna dair x4nın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, «Toyota Rav4» markalı 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatİmtahan Şöbəsinin kompyuter-uçot bazasında 04 mart 2016-cı il tarixdə x6 adından qeydiyyatdan çıx arılması üzrə aparılmış əqdlərin etibarsız hesab edilməsi və «Toyota Rav4» markalı 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobilin x6 adından qeydiyyatdan çıxarılmasının qanunsuz hesab edilməsi, «Toyota Rav 4» markalı 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinin kompyuter-uçot bazasında x6 adına qeydiyyatının bərpa edilməsi, x6 miras qalmış və ünvan 1 bağ evinin (həmin bağ sahəsində yerləşən, yaşayış sahəsi 75,3 kvadratmetr, yardımçı sahəsi 227,1 kvadratmetr olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin) ½ hissəsinin 1/5 hissəsinə x1nun və ½ hissəsinin 1/5 hissəsinə x2nun vərəsəlik paylarının müəyyən edilməsi, x6 miras qalmış və ünvan 2 mənzilinin ½ hiss əsinin 1/5 hissəsinə x1nun və ½ hissəsinin 1/5 hissəsinə x2nun vərəsəlik paylarının müəyyən edilməsi, x6 miras qalmış «Toyota Rav4» markalı 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin 1/5 hissəsinə x1nun və ½ hissəsinin 1/5 hissəsinə x2nun vərəsəlik paylarının müəyyən edilməsi, x6 miras qalmış və x5 ********************, ******************** və ******************** nömrəli bank hesablarında 27 fevral 2016-cı il tarixdə mövcud olmuş müvafiq olaraq 0,70 (sıfır tam yüzdə yetmiş) ABŞ dolları, 62.058 (altmış iki min əlli səkkiz) ABŞ dolları 32 (otuz iki) sent və 545 (beş yüz qırx beş) Avro məbləğlərində pul vəsaitlərinin hər birinin ½ hissəsinin 1/5 hissəsinə x1nun və ½ hissəsinin 1/5 hissəsinə x2nun vərəsəlik paylarının müəyyən edilməsi, x6 miras qalmış və ünvan 3 1/5 hissəsinə x1nun və 1/5 hissəsinə x2nun vərəsəlik paylarının müəyyən edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7796/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Səmədov, İ.Şirinov və E.Kazımov) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2 (004)-429/16 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x3 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7796/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində - mərhum x6 x5-da olan hesablarında olan 62058,32 ABŞ dolları və 545 Avro məbləğində pul vəsaitlərinin hər birinin 1/2 hissəsinin 1/5 hissəsinə cavabdehlərin vərəsəlik payının müəyyən edilməsi hissəsində dəyişdirilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar x1 və x2 cavabdehlər x3, x4 və x5 qarşı ünvan 1 bağ evinin bağışlanmasına dair 12 saylı DNK-da təsdiq edilmiş 04 mart 2016-cı il tarixli, 4Ə-106 reyestr nömrəli bağışlama müqaviləsinin, ünvan 2mənzilinin 43 saylı DNK-da təsdiq edilmiş 07 mart 2016-cı il tarixli, 4Ə-65 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində x4 adına aparılmış qeydiyyatların və həmin qeydiyyatlar əsasında x4nın adına verilmiş çıxarışların etibarsız hesab edilməsinə, «TOYOTA RAV4» markalı 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobilin 04 mart 2016-cı il tarixdə ataları x6 adından qeydiyyatdan çıxarılmasının qanunsuz hesab edil ərək həmin avtomobilin iddiaçıların atalarının adına qeydiyyatının bərpa edilməsinə, atalarından miras qalmış ünvan 1 bağ evinə, ünvan 2 mənzilinə, «Toyota RAV4» markalı 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobilə və iddiaçıların atalarının «Bank Standard» qapalı səhmdar cəmiyyətindəki bank hesabında 27 fevral 2016-cı il tarixdə mövcud olmuş pul vəsaitinə hər birinin ¼ hissədə vərəsəlik qaydasında paylarının müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə bir neçə dəfə ərizə ilə məhkəməyə müraciət etmiş və yekunda cavabdehlər qismində yalnız x3, x4 və x7 qarşı tələblər irəli sürməklə, x5 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində göstərməklə, ünvan 1ı bağ evinin bağışlanmasına dair ünvan 1 04 mart 2016-cı il tarixli, 4Ə-106 reyestr nömrəli bağışlama müqaviləsinin, ünvan 2mənzilinin ünvan 2rixli, 4Ə-65 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində x4nın adına aparılmış qeydiyyatların və həmin qeydiyyatlar əsasında x4nın adına verilmiş çıxarışların etibarsız hesab edilməsi, «Toyota Rav4» markalı 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobilin 04 mart 2016-cı il tarixdə x6 adından qeydiyyatdan çıxarılmasının qanunsuz hesab edilərək, həmin avtmobilin x6un adına qeydiyyatının bərp a edilməsi, x3nın, x4nın və x7 ləyaqətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum edilmələri, x6 miras qalmış ünvan 1ı bağ evinə, ünvan 2mənzilinə, «Toyota RAV4» markalı 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobilə və x6un x5 3 bank hesabında 27 fevral 2016-cı il tarixdə mövcud olmuş 0,70 ABŞ dolları, 62.058 ABŞ dolları 32 sent və 545 Avro məbləğlərində pul vəsaitlərinə iddiaçılardan hər birinin ¼ hissədə, x6 miras qalmış ünvan 3 mənzilinə iddiaçılardan hər birinin ½ hissədə vərəsəlik qaydasında paylarının müəyyən olunması, x3 ödəniş günü manata olan məzənnə ilə 15.000 ABŞ dolları və 136 Avro məbləğində pul vəsaitinin x1 və 15.000 ABŞ dolları və 136 Avro məbləğində pul vəsaitinin x2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdı r ki, onlar Türkmənistan Respublikasının Krasnovodsk şəhərində, x6 və x8 birgə nikahından anadan olmuşlar. Onlar hələ körpə ikən anaları vəfat etmişdir. Hələ analarının sağlığında atası x6 və x3 ilə faktiki nikah münasibətlərinə daxil olmuş və anasının ölümündən sonra isə həmin nikahı rəsmiləşdirmişlər. Onlar analarının ölümündən sonra bir müddət cavabdeh x3nın yanında yaşamışlar. Sonradan atası x6 onu və qardaşı x2 yaşamaq üçün Azərbaycana, Daşkəsən şəhərində yaşayan babalarının evinə göndərmişdir. Təxminən 2000-ci ildə atası x6 da, ikinci nikahından olan arvadı x3 və həmin nikahdan olan qızı x4 ilə, habelə x3nın birinci nikahından olan qızları x7 və x9 ilə birlikdə, yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Onlar bir müddət Bakı şəhərində atası x6 və cavabdehlə birlikdə yaşasa da, sonradan y enidən Daşkəsən şəhərinə qayıtmışlar. Gəmi kapitanı olan atası x6 çox vaxt səfərlərdə olmuşdur. Atasının kifayət qədər böyük qazancı olmuş, buna görə də x6 ünvan 3 ünvan 2 mənzilini, habelə «Toyota RAV4» markalı 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdir. Bundan başqa, x6un x5 bank hesabları və həmin hesablarda kifayət qədər böyük pul vəsaiti olmuşdur. 27 fevral 2016-cı il tarixdə atası x6 kapitan işlədiyi gəmidə Ərəbistan yarımadası yaxınlığında olarkən qəflətən vəfat etmişdir. x6un vəfatı barədə dərhal onun arvadı x3ya və digər qohumlarına məlumat verilmişdir. x6un mülkiyyətində yuxarıda göstərilən əmlaklardan başqa vərəsəlik yolu ilə əldə etdiyi ünvan 3 mənzili olmuşdur. O və qardaşı x2 ataları x6 miras qalmış digər əmlaklarda paylarını vərəsəlik yolu ilə əldə etmək üçün notariat kontoruna müraciət etdikdən sonra məlum olmuşdur ki, x3 ərinin ölümü barədə xəbər tutduqdan sonra x6un sağlığında müxtəlif məqsədlər üçün ona verdiyi etibarnamədən qanunsuz istifadə edərək, yuxarıda göstərilən bağ evini və mənzili, habelə «Toyota RAV4» markalı 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobili, onun və qardaşı x2 xəbəri və razılığı olmadan, bağışlama müqaviləsi əsasında qızı x6anın adına keçirmiş, habelə x5 bank hesablarında olan pul vəsaitlərini çıxararaq mənimsəmişdir. Cavabdeh x3 bu niyyətini qızları x4 və x7nın köməyi ilə həyata keçirmişdir. Nəticədə cavabdehlər əlbir olaraq atası x6un son iradəsinin həyata keçirilməsinə real maneələr yaratmışlar. Çünki, x6un son iradəsi, onun ölümündən sonra əmlakının bütün vərəsələr arasında bərabər qaydada bölünməsindən ibarət olmuşdur. x6 hər hansı əmlakının vərəsələr arasında bərabər qaydada bölünməsini yox, tam olaraq kiminsə adına keçirmək istəmiş olsaydı, vəsiyyətnamə saxlaya və ya həmin əmlakı bağışlama yolu ilə başqasının adına keçirə bilərdi. x6 isə heç bir vəsiyyətnamə saxlamamaqla, onun əmlakının bütün vərəsələr arasında bərabər qaydada bölünməsini istəmişdir. Mülki qanunvericiliyə görə əgər vərəsələrdən hər hansı biri miras qoyanın son iradəsinin həyata keçirməsinə maneçilik törədərlərsə, ləyaqətsiz vərəsə hesab olunmalıdırlar. Belə olan halda, cavabdehlər ləyaqətsiz vərəsə hesab olunaraq x6un mirasından pay almaq hüququndan məhrum edilməlidirlər. Bundan başqa, mülki işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, atası x6 ölərkən onun hesabında 62.000 ABŞ dollarından artıq vəsait olmuşdur. Həm in məbləğin yarısı mərhum atası x6un mirası kimi ona və qardaşı x2a çatır. Həmin vəsait cavabdeh x3 tərəfindən bankdan qanunsuz etibarnamə ilə götürülərək, mənimsənildiyinə görə x3 15.000 ABŞ dolları və 136 Avro məbləğində pul vəsaitinin onun, 15.000 ABŞ dolları və 136 Avro məbləğində pul vəsaiti qardaşı x2 xeyrinə tutulmalıdır. Bundan başqa, atasından miras qalmış, Bakı şəhərində yerləşən bağ evi və mənzildə, habelə “Toyota RAV4” markalı avtomaşında cavabdeh x3nın birgə mülkiyyət payı ayrıldıqdan sonra, Daşkəsən şəhərində yerləşən mənzil isə miras əmlak kimi tam olaraq onunla qardaşı x2 arasında bərabər qaydada bölünməlidir. Çünki, mərhum atası x6un övladlığa götürdüyü, cavabdeh x3nın ilk nikahından olan digər qızı x9 2015-ci ildə məhkəmə qətnaməsi əsasında övladlığa götürməni ləğv etdi yi üçün, x6un vərəsəsi sayıla bilməz. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7796/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində mərhum x6 x5-da olan hesablarında olan 62058,32 ABŞ dolları və 545 Avro məbləğində pul vəsaitlərinin hər birinin 1/2 hissəsinin 1/5 hissəsinə cavabdehlərin vərəsəlik payının müəyyən edilməsi hissəsində dəyişdirilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarını n izahatları: Cavabdeh x3nın vəkili Həmidov Elnur Əliyeviç kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh x2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş material larında olan ölüm haqqında AZ-İ seriyalı, 109879 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x6 27 fevral 2016-cı il tarixdə Səudiyyə Ərəbistanı Krallığının Dammar vilayətinin Tanajib şəhərində ölmüşdür. İşdə olan doğum haqqında İ-Dİ seriyalı, 368454 saylı şəhadətnamənin surətindən görünür ki, x2 xx.xx.1992-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində, x6 və x8 birgə nikahından doğulmuşdur. İş materiallarında olan S1971590 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x1 12 iyul 1988-ci ildə Türkmənistan Respublikasının Balkan rayonun, Kənar qəsəbəsində, x6 və x8 birgə nikahından doğulmuşdur. Mülki işdə olan K ******* saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, x6 və x3 24 fevral 1995-ci il tarixdə Türkmənistan Respublikasında nikah bağlamış lar. Nikah bağladıqdan sonra qadına Abbasova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında İİ-Dİ seriyalı, 283385 saylı şəhadətnamənin surətindən görünür ki, x4 04 iyun 1995-ci ildə Türkmənistan Respublikası Çelken şəhərində, x6 və x3nın birgə nikahından doğulmuşdur. İş materiallarında olan B261999 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 aprel 1988-ci ildə Türkmənistan Respublikası Çelken şəhərində doğulmuş x7 doğum haqqında akt qeydində ata kimi x6 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 29 iyun 2016-cı il tarixli, 016-66863-1216 saylı arayışından görünür ki, “Toyota RAV4” markalı, 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 2 ünvanda qeydiyyatda olan x6 adına 10 dekabr 2010cu il t arixdə qeydiyyata alınmış və 04 mart 2016-cı il tarixdə onun adından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, sonuncunun adında 02 avqust 2006-cı il tarixdə “Nissan Tiida” markalı, 10 SD *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış və 12 aprel 2013-cü il tarixdə onun adından qeydiyyatdan çıxarılmışdır. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 mənzili 10 sentyabr 2013-cü il tarixdə x6 adına tam mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat Kontorunda 7E-16972 reyestr nömrəsi ilə qeydə alınmış, 10 dekabr 2015-ci il tarixli, 441966 saylı etibarnamənin surətindən görünür ki, x6 1 il müddətinə bütün əmlakını idarə etməyi və onun üzərindən sərəncam verməyi, buna müvafiq olara bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək və s. hərəkətləri x3 etibar etmişdir. İş materiallarında olan ünvan 1, 04 mart 2016-cı il tarixli, 4Ə-106 saylı reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə dair notariat işində olan sənədlərin surətlərindən görünür ki, həmin bağışlanma müqaviləsinə əsasən x6 etibarnamə üzrə nümayəndəsi x3, 19 mart 2009-cu il tarixli, **********51-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ əsasında x6 adına qeydə alınmış, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi 1431C ünvanında yerləşən, yaşayış sahəsi 75,3 kvadr atmetr, yardımçı sahəsi 227,1 kvadratmetr olan 5 otaqlı bağ evini və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsini x4 bağışlamışdır. x7 həmin bağışlama müqaviləsinin bağlanmasına razılıq vermişdir. İşdə olan Bakı şəhəri 43 saylı xüsusi notariat kontorunun notariusu x10 tərəfindən təsdiq edilmiş 07 mart 2016-cı il tarixli, 4Ə/65 saylı reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə dair notariat işində olan sənədlərin surətlərindən görünür ki, həmin bağışlanma müqaviləsinə əsasən x6 etibarnamə üzrə nümayəndəsi x3, 06 iyun 2015-ci il tarixli, **********73-05101-093087 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən x6 adına qeydə alınmış, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63 kvadratmetr, yaşayış sahəsi 47 kvadratmetr, yardımçı s ahəsi 16 kvadratmetr olan 3 otaqlı mənzili x4 bağışlamışdır. x7 həmin bağışlama müqaviləsinin bağlanmasına razılıq vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin 08 oktyabr 2016-cı il tarixli, **********49 saylı arayışından görünür ki, ünvan 2 3 otaqlı, ümumi sahəsi 63 kvadratmetr, yaşayış sahəsi 47 kvadratmetr, köməkçi sahəsi 16 kvadratmetr olan 51 saylı mənzil və Bakı şəhəri, Goradil qəsəbəsi, 1431C saylı bağ sahəsi x4nın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 64 saylı Mənzil İstismar Sahəsinin 04 mart 2016-cı il tarixli 22 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında 3 nəfər, x6, x4 və x7 daimi qeydiyyatdadırlar. İşdə olan Ləğv prosesinda olan “Bank Standard” Kommersiya Bankının ləğvedici Əmanətlərin Sığortalanması Fondunun 23 fevral 2007-ci il tarixli, 19/19244 saylı arayışından və ona əlavə edilmiş x6 x5 hesablardan çıxarışlardan görünür ki, x6 x5 ******************** nömrəli hesabında son əməliyyatın aparıldığı 13 yanvar 2015-ci il tarixə giriş və çıxış qalığı 0,70 ABŞ dolları olmuşdur. x6 x5 ******************** nömrəli hesabında isə 10 fevral 2016-cı il tarixə giriş qalığı 40.608 ABŞ dolları 32 sent olmuş və 02 mart 2016-cı il tarixdə x11 tərəfindən əmək haqqı ödənişi qismində həmin hesaba 21.450 ABŞ dolları məbləğində vəsait mədaxil edilmiş, həmin günün sonuna qalıq 62.058 ABŞ dolları 32 sent təşkil etmişdir. 03 mart 2016-cı il tarixdən 04 iyul 2016-cı il tarixədək olan dövr ərzində x6 ******************** nömrəli hesabından 62.058 ABŞ dolları 30 sent məbləğində pul vəsaiti məxaric edilmiş, 04 iyul 2016-cı il tarixə yekun qalıq 2 ABŞ dolları 02 sent təşkil etmişdir. Bundan başqa, x6 x5 ******************** nömrəli hesabında 21 yanvar 2013cü il tarixə giriş qalığı 545 Avro olmuş, 28 mart 2016-cı il tarixdə həmin hesabdan 544 avro 32 sent məxaric edilmiş və nəticədə həmin günün sonuna çıxış qalığı 0,68 Avro təşkil etmişdir. 27 fevral 2016-cı il tarixdən etibarən yuxarıda qeyd edilən hesablar üzrə bütün məxaric əməliyyatları etibarnamə üzrə nümayəndə x3 tərəfindən aparılmışdır. İş materiallarında olan x11nin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinə ünvanladığı 29 fevral 2016-cı il tar ixli məktubun surətindən görünür ki, x6 27 fevral 2016-cı il tarixdə təbii səbəblərdən ölmüşdür. İşdə olan “Qatar Airways” şirkəti tərəfindən verilmiş aviaqaimələrdən görünür ki, x6 cəsədi 14 mart 2016-cı il tarixdə x3 tərəfindən Qatar hava yollarına məxsus təyyarə ilə Bakı şəhərinə gətirilmişdir və buna görə x3 tərəfindən 3.854 Səudiyyə Ərəbistanı rialı ödənilmişdir. İş materiallarında olan x3nın Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinə ünvanladığı 02 mart 2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, x3 27 fevral 2016-cı il tarixdə Səudiyyə Ərəbistanı Krallığında vəfat etmiş x6 ölümü haqqında şəhadətnamə verilməsini həmin səfirlikdən xahiş etmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(004)8989/2015 sayl ı qətnaməsindən görünür ki, 08 noyabr 1986-cı il təvəllüdlü x9 (əvvəlki adı x9 ) x6 tərəfindən övladlığa götürülməsi ləğv edilmiş, 08 noyabr 1986-cı il təvəllüdlü x9 doğum haqqında şəhadətnaməsində adının dəyişdirilərək x9 kimi, ata qrafasında x12, ana qrafasında x3 qeyd olunmaqla ona yeni doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir. İş materiallarından görünür ki, 24 fevral 1994-cü ildən x3 ilə rəsmi nikahda olan x6 27 fevral 2017-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığında vəfat etmişdir. x6 x8 ilə birinci nikahından 2 uşağı – x2 və x1, x3 ilə nikahından isə 1 qızı – x4 vardır. Habelə x6 x12 birgə nikahından olan qızları x7 və x9nı övladlığa götürmüşdür. x9 x6 tərəfindən övladlığa götürülməsi x9 özünün ərizəsi əsasında Bakı şəhə ri Yasamal rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(004)-8989/2015 saylı qətnaməsi ilə ləğv edilmişdir. x6 ölümündən sonra həmin şəxsdən aşağıdakı əmlaklar miras qalmışdır: ünvan 3 mənzili, ünvan 2 mənzili və ünvan 5erləşən, yaşayış sahəsi 75,3 kvadratmetr, yardımçı sahəsi 227,1 kvadratmetr olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsi), “Toyota RAV4” markalı, 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobil, habelə x6 x5 ********************, ******************** və ******************** nömrəli bank hesablarında müvafiq olaraq 0,70 ABŞ dolları, 62.058 ABŞ dolları 30 sent və 545 Avro məbləğlərində pul vəsaitləri olmuşdur. x3nın ərinin ölümü barədə ən geci 02 mart 2016-cı il tarixdə xəbər tutmuşdur. Bundan sonra, x3 x6 tərəfindən onun adına verilmiş 10 dekabr 2 015-ci il tarixli, 441966 saylı etibarnamədən istifadə etməklə, 04 mart 2016-cı il tarixdə Bakı şəhəri, Goradil qəsəbəsi, 1431C saylı bağ sahəsini (həmin bağ sahəsində yerləşən, yaşayış sahəsi 75,3 kvadratmetr, yardımçı sahəsi 227,1 kvadratmetr olan 5 otaqlı bağ evini və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsini), 07 mart 2016-cı il tarixdə isə ünvan 2 mənzilini daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən x6 adından x4 bağışlamış, eyni zamanda 04 mart 2016-cı il tarixdə “Toyota RAV4” markalı, 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobil müvafiq əqd bağlanması yolu ilə x6 adından qeydiyyatdan çıxararaq, x4nın adına qeydə aldırmışdır. Bundan başqa, x3 10 dekabr 2015-ci il tarixli, 441966 saylı etibarnamədən istifadə etməklə, x6 x5 ******************** və ******************** nöm rəli bank hesablarından 27 fevral 2016-cı il tarixdən sonra müvafiq olaraq 62.058 ABŞ dolları 30 sent və 544 avro 32 sent məbləğlərində pul vəsaitini götürmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, ünvan 3 mənzili x6 mülkiyyətinə vərəsəlik yolu ilə keçmiş, ünvan 2 mənzili və ünvan 5erləşən, yaşayış sahəsi 75,3 kvadratmetr, yardımçı sahəsi 227,1 kvadratmetr olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsi) və “Toyota RAV4” markalı, 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobil isə x6 x3 ilə rəsmi nikahda olduğu dövrdə əldə edilmişdir. Göründüyü kimi, iddiaçılar mirası həm faktiki qəbul etmiş, həm də mirasın qəbulu barədə notariat kontoruna ərizə vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin arvadı və uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1289-cu maddəsinə əsasən hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. İşdən görünür ki, cavabdeh x3 əri x6un ölümü barədə xəb ər tutduqdan sonra digər vərəsələri vərəsəliyə çağırmaq əvəzinə x6 miras qalmış əmlakların bir qismini - ünvan 2 mənzili, ünvan 6lı, 90 HF *** dövlət qeydiyyat nişanlı avtomobili x6 tərəfindən onun adına verilmiş 10 dekabr 2015-ci il tarixli, 441966 saylı etibarnamədən istifadə etməklə, bağışlama müqavilələri bağlanması yolu ilə qızı x4nın mülkiyyətinə keçirmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi ilə etibarnaməyə xitam verilir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslə r barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. İşdə olan sübutlarla isə təsdiq olunur ki, cavabdeh x3 ən geci 02 mart 2016-cı il tarixdə x6un ölümü barədə məlumatlı olmuşdur. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə həmin Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-ci və 33 7.5-ci maddələrinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməklə mirasdan məhrum edilmələri hissəsində iddia haqlı olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən m iras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki hüquqa görə vəsiyyətnamə əqddir və vəsiyyətnamə vasitəsilə miras qoyan şəxs öz son iradəsini ifadə edir. Azərbaycan Respublikasının mülki qan unvericiliyində miras qoyanın vəsiyyətnamə saxlamamasını həmin şəxsin iradə ifadəsi kimi müəyyən edən hər hansı müddəa yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, iddiaçılar məhkəməyə mərhum ataları, 02 noyabr 1965-ci ildə anadan olmuş x6un, bilərəkdən və məqsədyönlü şəkildə, ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini vərəsələr sırasından və ya kənar adamlar sırasından bir və ya bir neçə şəxsə miras qoymamasını və ölümündən sonra miras əmlakının qanun üzrə vərəsələr arasında bərabər qaydada bölüşdürülməsindən ibarət iradə ifadəsinin olmasını təsdiq edən heç bir sübut təqdim etm əmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki münasibətlərdə bəzi vərəsələrin digər vərəsələri miras paylarından məhrum etmək və daha çox miras payı almaq məqsədilə bu və ya digər formada digər vərəsələri mirasdan məhrum etmə hallarına geniş rast gəldiyi halda, miras əmlakın bir hissəsi üzərində qanunsuz sərəncam verən və ya qanun üzrə vərəsələr sırasından bəzi şəxsləri mirasdan pay almaq imkanından məhrum edən vərəsələrin ləyaqətsiz vərəsə hesab edilmələri Mülki Məcəllənin ləyaqətsiz vərəsə barədə müddəasının mülki münasibətlərin bəzi iştirakçılarının əleyhinə genişləndirici izahına səbəb ola bilər ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiy yətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə uyğun olaraq, bütün növ daşınar və daşınmaz əşyalar ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 37.1 maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, x6 x5 ********************, ******************** və ******************** n ömrəli bank hesablarında olmuş və artıq x3 tərəfindən həmin bank hesablarından götürülmüş pul vəsaitlərinin miras kütləsinə aid edilməsi və həmin miras əmlakda tərəflərin paylarının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qüvvəyə minmədən, x3 ödəniş günü manata olan məzənnə ilə 15.000 ABŞ dolları və 136 Avro məbləğində pul vəsaitinin x1, 15.000 ABŞ dolları və 136 Avro məbləğində pul vəsaitinin x2 xeyrinə tutulması hissəsində iddia təmin edilməsinə faktiki və hüquqi əsaslar yoxdur. Belə ki, cavabdeh x3 verdiyi izahatında mərhum x6 x5 olan hesablarındakı pul vəsaitinin 40.000 ABŞ dolları məbləğindəki hissəsini mərhum x6un x13 olan borcunun əvəzinə həmin şəxsə verməsi, bir qismini isə mərhum x6un cənazəsinin Səudiyyə Ərəbistanından Azərbaycana gətirilməsinə və sonuncunun dəfn və yas mərasim lərinə sərf etməsi barədə dəlillər irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1249-cu maddəsinin mənasına görə digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, miras qoyanın dəfn edilməsi xərclərini çəkməyə haqlıdır. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə isə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları ilə (miras aktivi) yanaşı vəzifələrin (miras pass ivi) toplusu da daxildir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x3nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar