Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1244/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh X və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5915/2024 nömrəli mülki iş üzrə 28 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci tarixli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 05/330 saylı Ayrıc Aktı ilə, Cavabdeh2 ASC-nə yaşayış binalarının tikintisi və layihələndirilməsi üçun Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin yerində ayrılmış torpaq sahəsinin sərhəd xətləri və koordinatları müəyyən edilmişdir.
2. Bakı şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2005-ci il tarixli, 107 nömrəli Sərəncamı ilə, Cavabdeh2 ASC-nə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin tutdığu 0,3 torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və ti kintisinə həmin ASC-nə icazə verilmişdir.
3. Sifarişçi Cavabdeh2 ASC ilə icraçı "xxxx" MTK arasında xx.xx.2005-ci il tarixdə bağlanmış müqavilə ilə, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 27 aprel 2005-ci il tarixli, 107 saylı sərəncamı ilə Cavabdeh2 ASC-nə özünə məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə razılıq verilməsi qeyd edilməklə, həmin müqavilə ilə Cavabdeh2 ASC özünə məxsus Bakı şəhəri, Xətai prospekti 787-ci məhəllədə olan 0.3 hektar sahədə yaşayış binasının tikintisi "xxxx" MTK-nə həvalə edilmişdir.
4. Cavabdeh2 ASC ilə Cavabdeh3 MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli podrat müqaviləsinə əsasən sifarişçi Cavabdeh2 ASC yaşayış binasının tikintisini podratçı Cavabdeh3 MTK-nə tapşırmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi”nə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının istifadəsində olan 9757.3 kv.metr torpaq sahəsini 257.593 manata Cavabdeh2 ASC-nə satmışdır. 6. 22.05.2012-ci il tarixli Çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən 0.97573 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 ASC-nin adına qeydə alınmışdır.
7. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı6 və digərlərinin iddiası qismən təmin edilərək, ünvan 3 ünvanda yerləşən binanın ərazisində bina sakinlərinin avtomobillərlə gi riş-çıxışına, avtomobillərin saxlanılmasına maneçiliyin törədilməsi və lift-kart sisteminin quraşdırılması Cavabdeh3 MTK-nə həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 (bundan sonra- iddiaçılar) məhkəməyə müraciət edərək, cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 3170 saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi”, eləcə də cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh3 MTK tərəfindən ünvan 3 ünvanda yerləşən kooperativ bina sakinlərinin həmin binanın həyə tindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətdə ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. İddia ərizəsi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçılar, ünvan 3 ünvanda yerləşən kooperativ binada yaşayırlar. İddaçılar, sözügedən binada yerləşən mənzilləri Cavabdeh3 MTK ilə fərdi müqavilələr bağlamaqla əldə etmişlər. Həmin kooperativ rəhbərliyi ilə aralarında mənzil-məişət məsələləri, o cümlədən liftdən istifadə, binanın yerləşdiyi həyət ərazisinə şəxsi maşınlarla giriş-çıxış və onların saxlanması, habelə kommunal xidmətlərlə bağlı mübahisələr baş vermişdir ki, həmin mübahisələr üzrə məhkəmə çəkişmələri olmuşdur. Həmin çəkişmələrin nəticəsi olaraq sakinlərin həyət ərazisinə şəxsi maşınlarla giriş-çıxışına və onların həyətdə saxlanmasına, eləcə də liftdən istifadəyə məhdudiyyət aradan qaldırılsa da, bundan sonra yeni bir üsula əl atılmış, maşınların həyətdə saxlanmasına yalnız ödənişli əsaslarla icazə verilmişdir. Habelə, sakinlərin həmin binanın həyətində istirahət və gəzintisi Cavabdeh2 ASC, eləcə də Cavabdeh3 MTK-nin binasında və binanın həyətində hegemonluq və özbaşınalıq edən əməkdaşları tərəfindən bütünlüklə məhdudlaşdırılmışdır.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi izahatında bildirmişdir ki, mübahisəli sahəyə yerində baxış keçiriblər və faktiki sahəni ölçüblər. Özəlləşmiş sahə 9.757 kv.m olmuşdur. Bina tikintisi üçün n əzərdə tutulan sahə 3.000 kv.m olmuşdur. Yerində naturada ölçü işləri apararkən məlum oldu ki, həmin sahədən 910 kv.m kənarlaşma var. Həmin 900 kv.m-in 600 kv.m-i dəmiryol tərəfdən, 310 kv.m- i əsas yol tərəfdəndir. Artıq sahə hal-hazırda Cavabdeh2 ASC-nin mülkiyyətində qalan sahəyə birləşik sahədir. Bina üçün ayrılmış 3.000 kv.m ilə əlaqəsi yoxdur. Yerində baxış keçirilərkən onlara sənədlər təqdim olunur. Yerində bildirmək üçün əvvəlcədən komputerdə faktiki sahəni tutuşdurmaq lazımdır. Faktiki sahəni tutuşdurmaq üçün onlar yerində ölçü işləri aparmalı idilər. Yerində olub, faktiki sahəni ölçüb. 30 sot təyin edə bilir. Bilir ki, hardan bölünür. Çünki əvvəlcədən mülkiyyətində olan torpaq sahəsi bölünmüşdür. Onun sənədi artıq ayrılmışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-156/ 2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia təmin edilməmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən müqavilənin etibarlılığını şübhə altına alan hallar mülki iş materialları ilə müəyyən edilməmişdir və işdə, həmin müqavilənin etibarsızlığını özündə ehtiva edən heç bir sübut yoxdur.
13. Məhkəmə, iddia tələbinin Cavabdeh2 ASC və Cavabdeh3 MTK tərəfindən ünvan 3 ünvanda yerləşən kooperativ bina sakinlərinin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən ünvanda yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 ASC-nin adına qey də alınmışdır.
14. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Cavabdeh2 ASC özünə məxsus Bakı şəhəri, Xətai prospekti 787-ci məhəllədə olan 0.3 hektar sahədə yaşayış binasının tikintisini podrat müqaviləsinə əsasən "xxxx" (Bəm-Bəyaz) MTK-nə həvalə etməklə tikintisi reallaşdırılmış binanın mənzilləri sonuncu tərəfindən satılmışdır. Lakin, torpaq sahəsi Cavabdeh2 ASC-nin xüsusi mülkiyyətində qalmaqdadır. Cavabdeh2 ASC mülkiyətçi kimi ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Odur ki, iddiada göstərilən halların heç bir hüquqi əsası olmamaqla təmin edilməməlidir.
15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1, 227.2, 331.1, 337.1, 405.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iy ul 2008-ci il tarixli Qərarına, Mənzil Məcəlləsinin 35.1, 35.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4, 216-220, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı3 apellyasiya şikayətlərini iddia ərizəsində göstəriləndərə uyğun olaraq eyni məzmunda əsaslandırmışlar və əlavə olaraq qeyd etmişlər ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələb lərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5915/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova- sədrlik edən, məruzəçi, Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətlərinin təmin edilərək, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmamışdır. Belə ki, iddia tələbi 2 hissədən ibarətdir: Cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011-ci il t arixli 3170 saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi; Cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh3 MTK tərəfindən ünvan 3 ünvanda yerləşən kooperativ bina sakinlərinin həmin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi.
20. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2011-ci il tarixli, 3170 saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı müqaviləsi” qanunun tələbinə uyğun olaraq bağlanmışdır. Həmin müqavilənin bağlanması nəticə sində iddiaçıların hər hansı hüququnun pozulması halı müəyyən olunmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh3 MTK qarşı ünvan 3 ünvanda yerləşən kooperativ bina sakinlərinin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
22. Belə ki, qeyd olunan binanın tikintisi və layihələndirilməsi üçün ayrılmış 0,3 ha torpaq sahəsindən istifadəyə, avtomobillərin ödənişsiz saxlanmasına heç bir məhdudiyyət qoyulmur. Bina üçün ayrılmış torpaq sahəsinə bitişik sahə isə Cavabdeh2 ASC-nin mülkiyyətində olan sahədir və iddiaçıların həmin torpaq sahəsinə heç bir hüququ yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1, 227.2, 337.1, 405.1-ci, habelə Mənzil Məcəlləsinin 35.1, 35.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların yaşadığı bina və onu n tərkib hissələrinin yerləşdiyi torpaq sahəsi Mənzil Məcəllənin 35.1-ci və Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən onlara məxsus olmalı olduğu halda, işə baxan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən normalarını nəzərə almamış və beləliklə iddiaçıların subyektiv hüquqa malik olmadıqları ilə bağlı qənaətə gəlmişdir. Həmçinin kassasiya şikayətində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət qurumu olmaqla,”hakimiyyət” subyektidir. Lakin işin bu halı da apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, sözügedən qurumla bağlanan alqı-satqı müqaviləsinə Mülki Məcəllənin 339.1-ci maddəsinin tələbləri baxımından qiymət verilməmişdir. Həmin normaya görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılı ğa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh2 ASC məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, kassasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mə nzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
28. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.
29. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqdbağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdimübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
30. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzin in ödənilməsini tələb etsin.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. İddia çılar İddiaçı1, İddiaçı2 Nəsrulla oğlu və İddiaçı4 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiklərində, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. İddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla oğlu və İddiaçı4 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətlərinin təmin edilərək, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmamışdır.
44. Belə ki, iddia tələbi 2 hissədən ibarətdir: Cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 3170 saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi; Cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh3 MTK tərəfindən ünvan 3 ünvanda yerləşən kooperativ bina sakinlərinin həmin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi.
45. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2011-ci il tarixli, 3170 saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı müqaviləsi” qanunun tələbinə uyğun olaraq bağlanmışdır. Həmin müqavilənin bağlanması nəticəsində iddiaçıların hər hansı hüququnun pozulması halı müəyyən olunmamışdır.
46. Apellyasiya instansiyası mə hkəməsi, iddiaçıların cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh3 MTK qarşı ünvan 3 ünvanda yerləşən kooperativ bina sakinlərinin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
47. Belə ki, qeyd olunan binanın tikintisi və layihələndirilməsi üçün ayrılmış 0,3 ha torpaq sahəsindən istifadəyə, avtomobillərin ödənişsiz saxlanmasına heç bir məhdudiyyət qoyulmamışdır və bina üçün ayrılmış torpaq sahəsinə bitişik torpaq sahəsi isə Cavabdeh2 ASC-nin mülkiyyətində olan torpaq sahəsidir. İşin bu halları işə əlavə edilmiş 03 aprel 20 24-cü il tarixli ekspert rəyi ilə də təsdiq olunur və həmin rəydən görünür ki, Cavabdeh2 ASC-nə məxsus 5419,5 kv.metr torpaq sahəsinin çoxmənzilli yaşayış binasının tikintisi üçün ayrılmış 0,3 ha hissəsinin döngə nöqtələri (koordinatları) yerində müəyyən edilib və çoxmənzilli, çoxmərtəbəli sözügedən binanın məhz ayrılmış 0,3 ha torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Həmçinin sözügedən 0,3 ha torpaq sahəsində inşa edilmiş binanın tikintialtı sahəsinin 2.050 kv.metr, boş qalan sahənin isə 950,0 kv.metr olduğu müəyyən edilmişdir.
48. Göründüyü kimi, iddiaçıların mübahisələndirdiyi əqd, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmışdır və həmin əqdin bağlanması zamanı iddiaçıların aldadılmaları mülki iş materialları ilə təsdiq olunmur.
49. Əksinə, işə əlavə edilmi ş sübutlarla, o cümlədən iddiaçılarla cavabdeh "xxxx" MTK arasında bağlanmış podrat müqavilələri ilə təsdiq olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9757,3 ha torpaq sahəsi “Özəlləşdirilən müəssisə və obyektlərin ərazisi” kimi Cavabdeh2 ASC-nə satılmışdır. Belə olan halda özəlləşdirilən obyektə məxsus torpaq sahəsinin dövlət mülkiyyətində olması və həmin torpaq sahəsinin satışa, məhz aidiyyəti inzabati orqanın müvafiq aktından sonra çıxarılması istisna olunmur. İnzibati akt isə qüvvədədir.
50. Digər tərəfdən, işdən görünür ki, kassatorlar İddiaçı1, İddiaçı2 Nəsrulla oğlu və İddiaçı4 ilə cavabdeh "xxxx" MTK arasında yaşadıqları mənzillərə dair podrat müqavilələri hazırda mübahisələndirilən alqı-satqı müqaviləsindən sonra bağlanmışdır. Ona görə də iddiaçıların tələbinə əsasən s özügedən alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz.
51. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2(103)-5915/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.