Məhkəmə qərarları › İş №2(102)-1245/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1245/2025

10.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1245/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamə üzrə vərəsə hesab edilmə, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı ləyaqətsiz vərəsə hesab olunma tələblərinə dair birləşdirilmiş mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim) Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamə üzrə vərəsə hesab edilmə, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı l əyaqətsiz vərəsə hesab olunma tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-175/2025 nömrəli iş üzrə 11 fevral 2025-ci il tarixli qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə:

1. İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 on altı may iki min onuncu il tarixdə yazdığı vəsiyyətnamə əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək,xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli ev vəsiyyətnaməsinin qanuni hesab edilməsi və İddiaçı vəsiyyət üzrə vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qaradağ Rayon Məhkəməsinin (hakim Gülnar Əhmədova) 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 12 noyabr 2019-cu il tarixdə vəfat etmiş X3 tərəfindən tərtib edilmiş 16 may 2010-cu il tarixli ev vəsiyyətnaməsi qanuni hesab edilmiş və İddiaçı 12 noyabr 2019-cu ildə vəfat etmiş X1 (16 may 2010-cu il tarixli ev vəsiyyətnaməsi üzrə) vəsiyyət üzrə vərəsəsi hesab edilmiş, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və ekspertizanın keçirilməsi ilə bağlı çəkilmiş məhkəmə xərci cavabdehə aid edilmişdir.

3. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və tələbin rədd edilməsini xahiş etmişdir

4. Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 539/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmış, Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)539/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti baxılması üçün işlə birli kdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İkinci iş üzrə:

5. İddiaçı cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Gülnar Aslanova) ilə iddia tələbi təmin edilməmişdir.

7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-2350/2024 nömrəli, xx.xx.2024-cü il Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “ləyaqətsiz vərəsə hesab olunma barədə” iddia tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı icraat dayandırılmışdır.

9. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən narazı qalan İddiaçı verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, hakim Sabit Bəhramzadənin icraatına (2(103)-6453/2024) verilmiş, Bakı A pellyasiya Məhkəməsinin 2(103)-6453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim S.Bəhramzadənin sədrliyi ilə) işlərin birlikdə baxılması üçün bir icraatda - 2(103)- 2350/24 nömrə altında birləşdirilməsi qərara alınmışdır.

10. Bundan sonra xx.xx.2024-cü il tarixli qərardadla dayandırılmış iş üzrə icraat təzələnmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov,E.C.Kazımov) 2(103)-175/2025 nömrəli iş üzrə 11 fevral 2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2350/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mümkünlük qərardadının ləğv edilməsi və Maraqlı şəxs tərəfindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikay ətinə apellyasiya qaydasında baxılmasının qeyrimümkün hesab olunması və onun şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hər iki iş üzrə İddiaçı miras qoyan Xanbala Eyyubovun bacısı qızıdır, Maraqlı şəxs X.Eyyubovun (övladlığa götürdüyü) oğludur. X.Eyyubov xx.xx.2019-cu ildə vəfat etmişdir. X.Eyyubov xx.xx.2010-cu il tarixli vəsiyyətnamə ilə bütün əmlaklarını bacısı qızı İddiaçı vəsiyyət etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin vəsiyyətnamənin qanuni (etibarlı) olduğu, eləcə də İddiaçı həmin vəsiyyətnamə üzrə vərəsə olduğu müəyyən edilmişdir. Həmin qətnamə ilkin olaraq Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən mübahisələndirilmiş, lakin sonradan apellyator şikayətindən imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətdən imtina qəbul edilmiş və apellyasiya icraatına xitam verilmişdir. Qətnamə həmin tarixdən qüvvəyə minmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixində rayon məhkəməsinə müraciət edərək həmin qətnaməni rəsmi olaraq almış və miras qoyanın birinci növbə vərəsəsi olmasına istinad edərək və MPM-in 357.2-ci maddəsinə əsasən qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmış və onun şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə M araqlı şəxs apellyasiya şikayəti mümkün hesab edilərək baxışa təyin edilmişdir. Həmin şikayətə apellyasiya qaydasında baxılarkən İddiaçı Maraqlı şəxs ləyaqətsiz vərəsə hesab edilməsinə dair birinci instansiya məhkəməsinə iddia ərizəsi verərək ikinci iş üzrə icraat başlatmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birləşdirilmiş iş üzrə İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “Maraqlı şəxs ləyaqətsiz vərəsə hesab edilməsi”nə dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbu l edilərək, iddia tələbi təmin edilmiş və cavabdeh Maraqlı şəxs xx.xx.2019-cu ildə vəfat etmiş miras qoyan X2 münasibətdə ləyaqətsiz vərəsə hesab edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ikinci qətnamə üzrə iddia tələbinin təmin edilərək, Maraqlı şəxs xx.xx.2019-cu ildə vəfat etmiş miras qoyan X2 münasibətdə ləyaqətsiz vərəsə hesab olunması, İddiaçı cavabdeh Bakı Şəhəri 8 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)- 539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması ilə bağlı halı aradan qaldırır.

15. Kollegiya öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3 66.1, 366.2, 366.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və Maraqlı şəxsXanbala oğlu tərəfindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli,xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkün hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfin şikayət vermə hüququnun olmasından irəli gələrək, birinci iş üzrə apellyasiya şikayəti qeyri-mümkün hesab oluna bilməzdi. Maraqlı şəxs ikinci iş üzrə ləyaqətsiz vərəsə hesab olunması barədə işin müqəddəratı öz həllini tapana kimi birinci iş üzrə icraat dayandırılmalı idi. Ona görə də hazırki halda ikinci iş üzrə qətnamə öz qanuni qüvvəsini almadığından, Maraqlı şəxs tərəfindən mübahisələndirildiyindən birinci iş üzrə qəbul edilmiş qətnamə MPM-nin tələblərinə əsasən onu sonuncunun hüquq və vəzifələrinə toxunmuş hesab olunur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir.

20. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yer li özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

21. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

22. Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.

23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfin dən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

24. Maddə 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

25. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

26. Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin for ma MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir).

27. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:

28. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə.

29. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

30. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

31. Maddə

393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

36. Hazırki kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərardadının tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəmə sinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

38. Belə ki, hər iki iş üzrə İddiaçı miras qoyan Xanbala Eyyubovun bacısı qızıdır, Maraqlı şəxs X.Eyyubovun (övladlığa götürdüyü) oğludur. X.Eyyubov xx.xx.2019-cu ildə vəfat etmişdir. X.Eyyubov xx.xx.2010-cu il tarixli vəsiyyətnamə ilə bütün əmlaklarını bacısı qızı İddiaçı vəsiyyət etmişdir.

39. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin vəsiyyətnamənin qanuni (etibarlı) olduğu, eləcə də İddiaçı həmin vəsiyyətnamə üzrə vərəsə olduğu müəyyən edilmişdir.

40. Maraqlı şəxs xx.xx.2024-cü il tarixində rayon məhkəməsinə müraciət edərək həmin qətnaməni rəsmi olaraq almış və miras qoyanın birinci növbə vərəsəsi olmasına istinad edərək və MPM-in 357.2-ci maddəsinə ə sasən qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmış və onun şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

41. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs apellyasiya şikayəti mümkün hesab edilərək baxışa təyin edilmişdir. Həmin şikayətə apellyasiya qaydasında baxılarkən İddiaçı Maraqlı şəxs ləyaqətsiz vərəsə hesab edilməsinə dair birinci instansiya məhkəməsinə iddia ərizəsi verərək ikinci iş üzrə icraat başlatmışdır.

42. Birləşdirilmiş iş üzrə İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “Maraqlı şəxs ləyaqətsiz vərəsə hesab edilməsi”nə dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 2 (002)1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş və cavabdeh Maraqlı şəxs xx.xx.2019-cu ildə vəfat etmiş miras qoyan X2 münasibətdə ləyaqətsiz vərəsə hesab edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ikinci qətnamə üzrə iddia tələbinin təmin edilərək, Maraqlı şəxs xx.xx.2019-cu ildə vəfat etmiş miras qoyan X2 münasibətdə ləyaqətsiz vərəsə hesab olunması, İddiaçı cavabdeh Bakı Şəhəri 8 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni n verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması ilə bağlı halı aradan qaldırır.

44. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(103)-2350 nömrəli, xx.xx.2024-cü il tarixli mümkünlük qərardadı ləğv edilmiş, Maraqlı şəxs tərəfindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab olunmuş və onun şikayətinin geri qaytarılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfin dən prosessual qanunvericiliyin tələblərinə formal yanaşılmış, müvafiq normalar düzgün tətbiq edilməmiş və nəticədə Maraqlı şəxs məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur.

46. Belə ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, apellyasiya instansiya məhkəməsində iki iş bir icraatda birləşdirilmiş, eyni tarixdə 2-ci iş üzrə işin mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul olunmuş, digər işi üzrə işə apellyasiya şikayəti verən işə cəlb olunmayan və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə maraqlarına toxunan şəxs kimi tanınmış Maraqlı şəxs apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsi bu nəticəsini 2-ci iş üzrə Maraqlı şəxs artıq ləyaqətsiz vərəsə hesab olunması ilə bağlı məhkəmə aktının qəbul olunması ilə əsaslandırmışdır.

47. Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbindən aydın olur ki, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə həmin Məcəlləninin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir.

48. Göstərildiyi kimi hər iki məhkəmə aktı eyni tarixdə qəbul olunmuş, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayəti verən şəxsin şikayətini qeyri-mümkün hesab edərkən istinad etdiyi məhkəmə qətnaməsinin qanuni qüvvəyə minmədiyini nəzərə almamışdır.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündə n 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

50. Belə olan halda apellyasiya instansiya məhkəməsi MPM-nin 357 və 364-cü maddələrinə əsasın şəxsin qətnamə ilə maraqlarına toxunan şəxs olaraq qəbul edildiyi və apellyasiya şikayəti mümkün hesab edildiyi andan qəbul olunmuş işi mahiyyəti üzrə həll edən məkəmə aktı qanuni qüvvəyə minmiş hesab edilmir.

51. Beləliklə, qanuni qüvvəyə minməmiş qətnamədə müəyyən edilmiş hallara istinad edilərək isə digər iş üzrə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Mülki Prosessual Məcəllənin yuxarıda istinad olunan normalarına və həmin Məcəllənin 15, 233, 393-cü maddələrinin tələbinə uyğun olmamışdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.

53. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kass asiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı).

54. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mə nfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006cı il 26 sentyabr tarixli Qərarlar).

56. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

57. Hazırkı halda məhkəmə kollegyiası qeyd etməyi zərəri hesab edir ki, qanui qüvvəyə minməmiş məhkəmə aktında müəyyən edilmiş hallar, digər işin həlli üçün mübahisəsiz hallar k imi qəbul edilərək qiymət verilməli deyil.

58. Bu baxımdan Maraqlı şəxs məhkəmə müdafiəsi hüququn təmin edilməsi baxımından qərardad ləğv edilməli, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 fevral 2025-ci il tarixli, 2(103)175/2025 nömrəli qərardadı ləğv edilərək, mülki iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar