Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1428/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı qanunsuz və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4024/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə İddiaçı Cavabdehnə qarşı qanunsuz və əsassız olaraq hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 6612,48 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 6612,48 (altı min altı yüz on iki manat 48 qəpik) manat məbləğində zərərin və 86,13 (səksən altı manat 13 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6698,61 (altı min altı yüz doxsan səkkiz manat 61 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni məhəllədə ailəsi ilə birliklə fərdi yaşayış evində yaşayır. Həmin evdə qaz sayğacı olmamışdır. Qaz xətləri yeraltı olmuşdur. O, dəfələrlə Cavabdeh İB-yə müraciət etməyinə baxmayaraq ona məxsus olan fərdi yaşayış evinə sayğac quraşdırılmamışdır. Nəticədə 21 iyun 2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları evdə olmayan vaxtda gələrək sayğac quraşdırmış və onu 6612,48 manat məbləğində cərimə etmişlər. Burada onun təqsiri olmamış, cavabdehin təqsiri ucbatından sayğac quraşdırılmamışdır. Bundan başqa, ona yazılan cərimə borcu isə şişirdilmiş rəqəmdir. Ona hər aya görə 300-400 manat borc hesablanmışdır. Onlar qazdan təkcə 4 gözlü qaz plitəsi vasitəsilə istifadə etmişlər. Belə vəziyyətdə ona hər ay qaz sərfiyyatına görə 300-400 manat məbləğində borc yazılması ağlabatan olmamışdır
4. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 02883739 saylı akt əsasında 583,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 328,32 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 328,32 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 812,16 manat, cəmi 6612,48 (altı min altı yüz on iki manat 48 qəpik) manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4024/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı yaşadığı, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evdə qaz sayğacına (abonent kodu: **********0001) dair hesablanmış 2335,68 manat cərimə borcunun silinməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 4276,8 manat məbləğində pul tutularaq Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının 5.5, 4.2, 4.7, 6.7-ci bəndlərinin, Mülki Prosessual Məcəllənin 76, 106-cı maddəsinin tələbləri ilə əsaslandırmışdır.
7. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin tərtib etdiyi aktlardan məlumatı yoxdur. Bu aktlar onların iştirakı olmadan tərtib edilmişdir və həmin aktlar tərəfindən imzalanmamışdır. Həmçinin, cavabdeh orqanın əməkdaşları tərəfindən tərtib olunan aktlar üzrə hesablanmış borc məbləğləri əsassızdır. Qaz xəttinə qanunsuz qoşulma faktı olsa da, qarşılıqlı iddiada qeyd edilən məbləğdə borc olmamalıdır. Belə ki, Cavabdeh İB buna görə, abonentin qaz xəttinə qanunsuz qoşulmasına görə də məsuliyyət daşıyır. Belə ki, cavabdeh tərəf Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na uyğun üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib etmiş və şişirdilmiş məbləği əsas götürməklə məhkəmədə qarşılıqlı iddia qaldırmışdır. İddiaçı vurulmuş ziyanı SOCARın Şurasının xx.xx.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən hesablamışdır Bu hesablama isə qanuni deyildir, çünki Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 844 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 2.4-cü bəndində şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” normativ hüquqi akt deyil, Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-cı bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Məhkəmə hesablanan cərimə borclarından orta hesabla 194,40 manat cərimə məbləğini orta hesabla götürülmüş məbləğ hesab edərək 22 ay üçün cərimə məbləğinin 194,40x22= 4276,8 manat olması nəticəsinə gələrək hesab edir ki, ilkin iddia qismən təmin edilərək 2335,68 manat məbləğində pul cərimə borcundan silinməli, qarşılıqlı iddia qismən təmin edilərək 4276,8 manat məbləğində cərimə borcu ilkin iddiaçıdan cavabdeh-qarşılıqlı iddiaçının xeyrinə tutulmalıdır.” Cavabdeh orqanın qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 02883739 saylıakt əsasında 583,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylıakt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylıakt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 328,32 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 328,32 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 812,16 manat, cəmi 6612,48 (altı min altı yüz on iki manat 48 qəpik) manat məbləğində Cavabdeh İB-yə maddi zərər dəymişdir. Bu akt nəticəsində tətbiq edilmiş cərimələr nəyi bildirir? Qaz xəttinə qanunsuz qoşulmaqla iddiaçı-abonentin istifadə etdiyi qaz sərfiyatı nəticəsində ödəməli olduğu borcu göstərir. Yəni, qazdan qanunsuz istifadə nəticəsində cavabdehə dəymiş zərəri. Yaxşı, bəs necə olur ki, evdə yalnız dördgözlü qaz plitəsi olduğu halda (bu faktı cavabdehin əməkdaşları da tərtib etdikləri aktda təsdiq etmişlər) 2020-ci ilin yay ayları ilə qış ayları arasında sərfiyyat fərqi demək olar ki, mövcud olmur, həmçinin 2021-ci ilin yay aylarındakı sərfiyyat 2020-ci ilin qış aylarına nisbətdə daha yuxarı olur? Bu hesablama nəyin, hansı göstəricilərin əsasında aparılmışdır, cavabdeh orqan bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə nə üçün 194,40 manat cərimə məbləğini orta hesabla götürülmüş məbləğ hesab etmişdir, halbuki 187 manat cərimə məbləği daha aşağı sayıla bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:
5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi - ilk iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaşadığı evdə təbii qazdan qeyri-qanuni istifadə etməsi işin mübahisəsiz halıdır. Mübahisə hesablanmış zərərin məbləği ilə bağlıdır.
18. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Abşeron rayonu, Mehdiabad qəsəbəsində ilk iddia üzrə iddiaçı tərəfindən qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etmiş və həmin faktlar aktlaşdırılmış, foto çəkilişlərlə lentə alınmışdır. Tərtib olunmuş xx.xx.2020-ci il tarixli 02883739 saylı akt əsasında 583,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 328,32 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 328,32 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 812,16 manat, cəmi 6612,48 manat məbləğində maddi zərərin vurulduğu müəyyən olunmuşdur.
19. Birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən hesablanan 194,40 manat maddi ziyanı orta hesabla götürülmüş məbləğ hesab edərək 22 ay üçün 194,40x22=4276,8 manat olması nəticəsinə gəlmişdir. Buna müvafiq olaraq İddiaçı abonent koduna hesablanmış 2335,68 manat borcun silinməsi və İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 4276,8 (6612,48-2335,68) manatın tutularaq Cavabdeh İB-yə ödənilməsi qənaətinə gəlmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
22. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4024/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.