Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-125/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-78/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhk əmənin binasında 22 yanvar 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanda yerləşən 0,0511 hektar torpaq sahəsi, üzərindəki 179 kv metr sahədən ibarət fərdi yaşayış evi ilə birlikdə X5 xüsusi mülkiyyətində olmuş, ölümündən sonra həmin əmlaka dair vərəsələri Cavabdeh2, X1 Məmmədkərim Şamil oğlunun adına 16 avqust 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında vərəsələrin paylı mülkiyyət hüququ qeydə alınmışdır.
2. X6 paylı mülkiyyətdən özünə məxsus payı 29 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı (bundan sonra – iddiaçı) satmış, əmlakın ümumi sahəsi 48,3 kv metr, yaşayış sahəsi 24,4 kv metr, köməkçi sahə 23,9 kv metr və 0,0219 ha torpaq sahəsinə a id hissəsi həmin müqavilə əsasında xx.xx.2018-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Əmlakın paylı mülkiyyətdə olan digər hissəsinə dair (ümumi sahə 129 kv metr, yaşayış sahəsi 20 kv metr, köməkçi sahə 109 kv metr, və 0,0292 ha torpaq sahəsi) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) adına xx.xx.2018-ci il tarixdə ümumi birgə mülkiyyət kimi qeydiyyat aparılmışdır. 3. 02.04.2021-ci il tarixdə tərəflər arasında əmlak bölgüsü barədə notarial qaydada təsdiqlənmiş müqavilə imzalanmış, müqavilənin şərtlərinə görə iddiaçıya məxsus hissənin 219 kv metr torpaq sahəsi və ümumi sahə: 48,3 kv metr, əsas sahə 24,4,0 kv metr, köməkçi sahə 23,9 kv metr olan fərdi yaşayış evinidən ibarət olması; cavabdehlərə məxsus hissənin isə 292 kv metr torpaq sahəsi və üm umi sahə 129 kv metr, əsas sahə 44 kv metr, köməkçi sahə 85 kv metr olan fərdi yaşayış evindən ibarət olması müəyyənləşdirilmişdir.
4. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixdə texniki pasport tərtib edilmiş, texniki pasportda xüsusi qeyd kimi göstərilmişdir ki, həyətyanı ərazidə 16,8 kv metr zəbt torpağı var, liter İ həmin əraziyə düşür, 78,3 kv metr sonradan artırılmış sahə var.
5. İddiaçının adına 0,0219 ha torpaq sahəsi üzərində yerləşən 48,30 kv metr sahəsi olan fərdi yaşayış evinə dair (yeni qaydalarla Şəki şəhəri, Vüqar Məmmədov küçəsi ev 33) xüsusi mülkiyyət hüquqları, həmçinin cavabdehlərin 0,0292 ha torpaq sahəsində yerləşən 129 kv metr sahəsi olan fərdi yaşayış evinə (yeni qaydalarla Şəki şəhəri, Vüqar Məmmədov küçəsi ev 31) dair ümumi paylı mülkiyyət hüquqları sonuncu dəfə xx.xx.2021ci il tarixdə qeydiyyata alınaraq bu barədə müvafiq çıxarış tərtib edilmişdir.
6. Cavabdeh1 tərəfindən mübahisəli ərazidə 1,8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində 22 kv metr tikili inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 0,0219 ha torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərəfindən inşa edilən qanunsuz tikilinin onların hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən, onun mülkiyyətində olan torpaq sahəsinin üzərində dəmir dirəklər və divarların üzərində təxminən 2 met r hündürlükdə qanunsuz tikili inşa edilmişdir. Həmin tikili ona məxsus evdən küçəyə gediş-gəliş yolunun üzərindədir və ona sərbəst şəkildə həyətindən istifadə etməyə imkan vermir, onun digər hüquqlarını da məhdudlaşdırır. Cavabdehlər onun mülkiyyət hüquqlarını kobud şəkildə pozduqlarına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı həmin evi alarkən onlar da alqı-satqı prosedurunun həyata keçirilməsinə razılıq vermişlər. Həmçinin iddiaçıya onun tərəfindən tikilmiş qeyd edilən 22 kv metrlik tikili ilə bağlı gələcəkdə ona qarşı hər hansı narazılığının olmaması ilə bağlı sözünü də almışdır. Beləliklə də iddiaçı bu tikilinin mövcudluğuna razılığını bildirmişdir. Göstərmişdir ki, həmin 1 o taqdan ibarət tikilini Kamil deyil, o tikmişdir və hazırda onun ailəsinin istifadəsindədir. Bundan başqa qeyd etmişdir ki, o həmin tikilini iddiaçı qeyd edilən evi qardaşı Şamildən almamışdan əvvəl tikdirmişdir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir.
10. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh2 digər cavabdeh və qardaşı Cavabdeh1 izahatına oxşar olan eyni məzmunlu izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən ünvanlanmış 06 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin hüquqi və texniki sənədləri yerində araşdırılmışdır. İddiaçıya aid torpaq sahəsinin yeri, mübahisə mənbəyi olan, sonradan cavabdehlər tərəfindən i nşa olunmuş və hal-hazırda yaşayış otağı kimi istifadə olunan sahənin olması müəyyən olunmuşdur. Reyestr nömrəsi **********57-10301 olan texniki pasport və çıxarışa əsasən iddiaçıya aid 0,0219 ha torpaq sahəsi, cavabdehlərin yaşadıqları fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi hal-hazıra kimi mübahisəsiz istifadə olunmuşdur. İki qonşu arasında alqı-satqı müqaviləsi bağlanarkən və bölgü sxemi işlənərkən hər iki tərəf razılıqlarını bildirmişlər.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli, 10/2814 saylı rəydə göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki LTİ-nin mütəxə ssisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********57- 10301 reyestr nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0219 ha torpaq sahəsi mülkiyyətçi iddiaçı tərəfindən istifadə edilir. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia edilən hissəsində, yer səthindən 1,8 metr yüksəklikdə metal konstruksiyalar üzərində inşa edilmiş sahəsi 22 kv metretr tikili Cavabdeh1 istifadəsindədir. Cavabdeh1 inşa etdiyi tikilinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın D övlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********57- 10301 reyestr nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0219 ha torpaq sahəsi üzərinə Cavabdeh1 tərəfindən tikili inşa edilmişdir. Cavabdeh1 tərəfındən inşa edilmiş 22 kv metretr tikili 1,8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində qurulmuşdur.
13. Şəki Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cahid İmanov, iş N 2(075)-72/2022) iddia qismən – Cavabdeh1 aid hissədə təmin, Cavabdeh2 münasibətdə rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçının tələbi hər iki cavabdehlərə qarşı yönəlmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaqda torpaq səthindən 1,8 metr hündürlükdə metal konstruksiya üzərində tikilmiş 22 kv metrlik tikili cavabdehlərdən Cavabdeh1 tərəfindən inşa edilmiş və həmin otaq hazırda onun istifadəsindədir. Belə olan halda digər Cavabdeh2 iddia üzrə hər hansı cavabdehlik daşıya bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 22 aprel 2021-ci il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 2 (yeni qaydalarla: AZ-5500, ünvan 4 ünvanında 0,0219 ha torpaq sahəsi üzərində 1,8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində qurularaq Cavabdeh1 tərəfındən inşa edilmiş 22 kv metr tikili onun öz hesabına sökülməli, əsaslı olmadığından iddia Cavabdeh2 münasibə tdə rədd edilməlidir
15. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13cü (İ və İİ bəndləri), 29-cu (İ, İİ, İV bənləri) maddələrinə, “İnsan hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarına və MM-nin 139.1 və 152.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin tikiliyə iddiaçının hüquqları sonradan deyil, qardaşı Şamil Məcidov un mülkiyyət hüquqları qeydə alınarkən mülkiyyət hüquqları əsasında qeydə aldırmaqla mövcud olmuşdur. 0,0511 ha torpaq sahəsində olan 342,6 kv metlik fərdi yaşayış evi 3 qardaşın ümumi mülkiyyətində olmuşdur. Şamil Məcildov öz payına düşən hissəni satmış və ona məxsus hissənin satılmasına iddiaçı razılıq verməmişdir. Məhkəmə maddi hüquq normasını səhv tövsif edərək ona məxsus əmlakı mülkiyyət hüquqları əsasında qeydə alınmasına baxmayaraq hesab etmişdir ki, həmin tikili qanunsuz tikilidir. Məhkəmə onun mülkiyyətində olan əmlakını İddiaçı əmlakı hesab etməkdə haqlı olmamışdır. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Ona məxsu s həmin tikililər onun mülkiyyətində İddiaçı mülkiyyət hüquqları qeydə alınanadək mövcud olmuşdur. İddiaçının onun mülkiyyətində olan əmlakın sökülməsini tələb etmək hüququ yoxdur.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev, iş N 2(107)-78/2023) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia Cavabdeh1 münasibətdə də rədd edilmişdir.
20. Apellyasiya instansiyası məhk əməsi qeyd etmişdir ki, sökülməsi tələb olunan torpaq səthindən 1,8 metr hündürlükdə metal konstruksiya üzərində tikilmiş 22 kv metrlik tikili iddiaçı mübahisəli evi və torpaq sahəsini cavabdehlərin qardaşı olan Şamil Məcidovdan xx.xx.2018-ci il tarixdə alqı-satqı yolu ilə aldığı zaman artıq mövcud olmuş, torpaq sahəsi mülkiyyətçi alqı-satqı vasitəsilə mülkiyyət dəyişərkən üzərində inşa edilmiş tikili ilə yüklü şəkildə keçmişdir.
21. Mübahisəli tikili torpaq sahəsinin həmin vaxt mülkiyyətçisi olan Şamil Məcidovun razılığı ilə inşa edilmişdir. Həmin torpaq sahəsi xx.xx.2018-ci ildə İddiaçı satıldığı zaman sonuncunun aldığı əmlakın yüklü olmasına hər hansı etirazı da işin hallarından görünmür. Bu hal Cavabdeh1 qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolv erilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir. İddiaçının alqı-satqı müqaviləsi bağlamaqla qarşılığında pul ödəyərək aldığı əmlakı görməməsi və üzərində olan tikilidən xəbərinin olmaması da inandırıcı hesab edilmir. Eyni zamanda kollegiyanın iclasında izahat verən iddiaçı torpaq sahəsini alan zaman həmin tikilidən xəbərdar olduğunu bildirmişdir.
22. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 139.1, 152.1, 157.4, 164.1, 165.1, 173.1, 173.2, 173.3, 173.4, 180.1, 180.4, 560.3.4, 567, 568 və 572.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayətinə dair” xx.xx.2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti v erərək qətnamənin ləğv edilməsi, müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikilinin sökülməsini tələb etmək iddiaçının mülkiyyət hüququndan sui-istifadəsi deyil, bu hüququn həyata keçirilməsinin təmin edilməsidir. Tikintiyə razılıq iddiaçı tərəfindən verilməmişdir və bu səbəbdən iddiaçının qanunsuz tikilinin inşasına dair müsbət əvvəlki rəftarı, yaxud etirazsız davranışı mövcud olmamışdır, belə bir rəftar olmuşdursa da, iddiaçının deyil, əvvəlki mülkiyyətçinin ola bilərdi. Bu səbəbdən iddiaçının qanunsuz tikilinin sökülməsini tələb etməsi hüquqdan sui-istifadə sayıla bilməz, çünki iddiaçı öz rəftarına zidd hər hansı bir hüququ həyata keçirməmişdir.
25. Apellya siya məhkəməsi həmçinin hüquqdan sui-istifadəni bununla əsaslandırmışdır ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Halbuki, iddiaçının tikilinin sökülməsini tələb etməsi cavabdehə ziyan vurma kimi dəyərləndirilə bilməz. Çünki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikili inşa edilməsi iddiaçının mülkiyyətindən istifadə hüququnun həyata keçirilməsinə birbaşa maneə törədir. Belə ki, qanunsuz tikili iddiaçının torpaq sahəsində yer səthindən 1,8 metr hündürlükdə metal konstruksiya üzərində tikilmişdir.
26. Göründüyü kimi, qanunsuz tikilinin 1,8 metr hündürlükdə metal konstruksiya üzərində tikilməsi iddiaçının öz torpaq sahəsində rahat hərəkət etməsinə mane olur, çünki 1,8 metr hündürlük insanların hərəkəti ü çün kifayət qədər aşağı ölçüdür, torpaq sahəsinə daxil olan şəxslərin həmin qanunsuz tikilinin altından əyilərək keçməsinə zərurət yaradır və bu da həmin şəxslər üçün təhlükə mənbəyidir.
27. Eyni zamanda, qanunsuz tikili torpaq sahəsində avtomobillərin də hərəkətinə maneə törədir. Həmçinin qeyd edilməlidir ki, tikili iddiaçıya məxsus olan torpaq sahəsinə günəş işığının düşməsinin də qarşısını alır.
28. Bununla yanaşı, qanunsuz tikilinin pəncərələri birbaşa olaraq iddiaçının torpaq sahəsinə baxır, bu da iddiaçının həmin ərazidən rahat istifadəsinin qarşısını alır, onun şəxsi həyat toxunulmazlığını pozur, çünki cavabdeh həmin qanunsuz tikilinin pəncərəsindən birbaşa olaraq iddiaçının şəxsi həyatını, gün ərzində nə etdiyini görə bilir və bu da iddiaçının öz mülkiyyətində olan ərazidə rahat (k imsənin nəzərindən kənar) yaşaya bilməməsinə səbəb olur.
29. Cavabdeh tərəfindən qeyd edilən tikilinin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olan qardaşının razılığı ilə tikilməsi dəlili də əsassızdır. X9 əvvəl cavabdehin öz qardaşına məxsus olduğu, onlar arasında doğma-yaxın münasibət mövcud olduğu üçün qardaşının şəxsi həyat toxunulmazlığı təhlükə altında olmamışdır. İddiaçı isə cavabdehə tamamilə yad bir şəxsdir və bu səbəbdən iddiaçı tərəfindən həyətyanı sahənin cavabdehin müşahidəsindən kənar şəraitdə olmasını istəməsi isə haqlı olaraq şəxsi həyat toxunulmazlığı hüququnun müdafiəsinə yönəlmişdir. 30. “İnsan Hüquq və X3 haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbinə əsasən “mənzil” də şəxsi həyata hörmət huququna aiddir və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüq uqi mövqeyinə əsasən qonşularla yanaşı, yaşamanın doğurduğu adi çətinliklərin hüdudlarından kənara çıxan narahatlıq (Apanaseviç Polşaya qarşı, 98-ci bənd) şəxsin öz mənzilindən rahat istifadə etmək hüququna təsir göstərdikdə (X2rşı, 42 və 51-ci bəndlər) Konvensiyanın 8-ci maddəsinin tələbləri pozulmuş olur.
31. Qanunsuz tikilinin pəncərələrinin birbaşa olaraq iddiaçının torpaq sahəsinə baxması qonşularla yanaşı yaşamanın doğurduğu adi çətinliklərin hüdudlarından kənara çıxan narahatlıqdır və bu şəxsi həyata hörmət hüququnun ciddi pozuntusudur.
32. Cavabdehin tikili və ya onun altında yerləşən torpaq sahəsi üzərində heç bir hüququ olmadığı halda, başqasının ona qarşı hüququndan sui-istifadə etməsi mümkünsüzdür. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
29. Cavabdeh1 nümayəndəsi Vək il1 kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, mübahisələndirilən tikililər qanunsuz tikili olmayıb, 04 sentyabr 2018-ci il tarixli texniki pasporta, 18-20 sentyabr 2018-ci il tarixli çıxarışa əsasən onun və qardaşı Cavabdeh2 mülkiyyətində olan tikililərdir. Məhz DƏDRX-nin Şəki Ərazi İdarəsi 19 aprel 2021-ci il tarixli həmin texniki pasporta saxtakarlıq etdiyindən bu hal ona məlum olan kimi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı 19 aprel 2021-ci il tarixli texniki pasportda olan yanlışlığın aradan qaldırılması, yeni texniki pasportun verilməsi barədə öhdəliyinin qoyulması barədə müraciət etmişdir. İddiası hazırda ic raatdadır. Kassasiya şikayətinin dəlilləri əsaasız olduğundan şikayətin rədd edilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.
33. Maddə 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər.
34. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.
35. Maddə 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan h əmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər.
36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
37. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
38. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçi rilməsi hüquqdan sui-istifadədir.
39. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
40. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
41. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.
43. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırda iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı tərəfindən mübahisələndirilən tikili üst tikilidir, yerdən 1,8 metr hündürlükdə inşa edilmişdir, bir daşınmaz əmlakdan başqa daşınmaz əmlaka çıxıntı şəkildə iddiaçıya məxsus trorpaq sahəsinin üzərindədir.
54. Lakin işin mübahisəsiz hallarına görə iddiaçının sökülməsini tələb edən üst tikili alqı-satqı müqaviləsini bağlamamışdan əvvəl mövcud olmuş, iddiaçı 2018-ci ildə əldə etdiyi əmlakı həmin tikili ilə birlikdə qəbul etmi şdir. Sözügedən tikili cavabdehlərin qardaşı olan əvvəlki mülkiyyətçi Şamil Məcidovun vaxtında və onun razılığı ilə tikilmişdir. İddiaçı yaşayış evindən payını Şamil Məcidovdan alarkən mübahisələndirilən çıxıntılı mövcud olmuş, Şamil Məcmdovun evdən və həyətyanı torpaq sahəsindən payını alqı-satqı yolu ilə qəbul etmiş, bununla da özbaşına tikilinin mövcud olması ilə razılaşmışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
56. Odur ki, qeyd olu nanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-78/2023 nömrəli iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.