Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1252/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-ə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3738/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzr ə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı 2015-ci ildə Cavabdeh2 ilə ailə qurmuşdur. Tərəflərin uşaqları olmamışdır.
3. Mərkəzi Klinika” MMC ilə “xəstə” X5 və “xəstə yaxını” İddiaçı arasında 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 4-cü bəndinə görə “Toplanan yumurta hüceyrələri qadının həyat yoldaşının toxum hüceyrələri ilə mayalandırılacaqdır”. Müqavilənin 2.1.2-ci bəndinə əsasən “Xəstəxana” tibbi xidmətləri “Xəstə” və “Xəstə yaxını”-nın imzalamış olduğu və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavə - İİ-də təqdim olunan “Razılıq” formasına əsasən göstərir.
4. İddiaçı və cavabdeh X3 imzaladığı qeyd olunan “Kişi donordan istifadə razılığı” adlı tarixsiz sənəddə İddiaçı uşa ğa sahib ola bilməsi üçün başqa şəxsə aid “Donor spermlər”dən istifadə edilməsini tələb etdiyi göstərilir.
5. Bundan sonra İddiaçı və cavabdeh X3 xx.xx.2018-ci il tarixdə Xədicə və Zeynəb adlı iki uşaqları doğulmuşdur.
6. İddiaçı cavabdehlər X4 və Cavabdeh1-a qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, X1 mayalanmasından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü Xədicə və Zeynəb adlı uşaqların atasının müəyyən olunması, atası başqa şəxs müəyyən olunarsa onların şəhadətnamələrində düzəliş edilməsi, atalıq qrafasından onun adının çıxarılması, onun həmin uşaqlar üzərində valideynlik hüququnun etibarsız hesab edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(013)-89/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. İş üzrə qəbul edilmiş m əhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-ə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ödədiyi 40.000 manat pul vəsaitinin, 500.000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 ilə evliliyindən uşaqları olmadığına görə 2017-ci ildə müayinə və müalicə olunmaq üçün Cavabdeh1 MMC-nə müraciət etmiş, həkim ona süni mayalanma yolu ilə daha tez uşaq sahibi olmağın mümkün olduğunu bildirmişlər. İddiaçıya əməliyyat olunub normal toxum hüceyrələri götürməklə, yaxud donordan istifadə etməklə mayalanmanın mümkün olduğunu da bild irmişlər və iddiaçı donor təklifini rədd edərək cərrahi əməliyyat olunmağa razılıq vermişdir. Həkimlər iddiaçını əməliyyat edərək normal toxum hüceyrələri əldə etdiklərini bildirmişlər. xx.xx.2018ci il tarixdə əkiz uşaqlar dünyaya gəlmişdir. Lakin bir müddət sonra iddiaçıya bəlli olmuşdur ki, cavabdehlər iddiaçıdan xəbərsiz əlbir olaraq, donordan istifadə etmişlər. Bununla da iddiaçıya həm maddi, həm mənəvi ziyan vurulmuşdur.
9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.
10. Digər Cavabdeh2 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, iddiaçı donor haqqında razılığı imzalayarkən həmin razılığın mətni barəsində məlumatlı olmuş və razılaşmışdır.
11. B akı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) 02 sentyabr 2020-ci il tarixli, 2(009)- 1119/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Jalə Bünyatova ilə İddiaçı “Kişi donordan istifadə” ilə bağlı razılıq alınmışdır. Tərəflər müqaviləni imzalamaqla və sözügedən razılığa (“Kişi donordan istifadə” ilə bağlı) imza etməklə müqavilənin və razılığın bütün şərtlərini qəbul etmişlər. Müqavilədə və razılıqda qeyd olunmuşdur ki, ər-arvada donordan istifadə ilə bağlı hər bir hal izah edilmiş və tərəflər bununla bağlı razılıq əldə etmişdilər. Odur ki, iddiaçı sözügedən müqaviləyə və razılığa imza etməklə könüllü olaraq arvadının donordan istifadə etməsinə razılıq vermiş və bununla bağlı cavabdeh müalicə müəssisəsinə qar şı hər hansı bir tələbinin olmayacağını öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki halda 40.000 manat məbləğində maddi ziyanı geri tələb etməsi və müqavilənin etibarsız hesab olunmasını iddia etməsi əsassızdır.
13. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 337.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 10 avqust 2021-ci il tarixli, 2(103)-1216/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” iddiaçıya münasibətdə etibarsız hesab edilmiş, Cavabdeh1 MMC-dən 8586,34 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 45 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, iş üzrə 250 manat ekspertiza xərci Cavabdeh1 MMC-nə aid edilmişdir.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “Kişi donordan istifadə” ilə bağlı razılıq ərizəsini imzalamadığını, həmin ərizənin mövcudluğundan xəbəri olmadığını bil dirmiş və həmin razılıq ərizəsindəki imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi barədə ekspertiza keçirilməsinə dair vəsatət versə də, işə baxan məhkəmə ekspertiza keçirilməsi barədə vəsatətə hər hansı bir münasibət bildirməmiş, işin obyektiv araşdırılması yuxarıda qeyd edilən prosessual normaların tələblərinə uyğun həyata keçirilməmişdir. Nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı olmamışdır.
17. İddiaçı apellyasiya icraatında ekspertiza keçirilməsi barədə vəsatət verdiyindən, apellyasiya icraatında iddiaçının vəsatəti təmin edilərək, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MəhkəməEkspertiza Mərkəzinin 15 mart 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, mülki işin 110-cu vərəqəsində o lan “Kişi donordan istifadə” razılığı barədə ərizənin “Həyat yoldaşının razılığı” hissəsində “Ad, ata adı, soyadı” qrafasındakı “İddiaçı” yazıları və “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizanın qeyd edilən rəyi ilə razılaşmayan cavabdehin verdiyi vəsatət əsasında təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 03 iyun 2021-ci il tarixli rəyi ilə də mübahisələndirilən “Kişi donordan istifadə” razılığı barədə ərizədəki imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələblərinin birinci hissəsi Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin ona aid h issədə etibarsız hesab olunmasıdır. Əsası isə həmin müqavilə çərçivəsində onun adından tərtib olunmuş “Kişi donordan istifadə” razılığı barədə ərizənin onun tərəfindən imzalanmaması və belə razılıq verməməsidir.
19. Məhkəmə kollegiyası iddia tələbini həmin hissədə əsaslı hesab edərək bildirmişdir ki, apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyləri “Kişi donordan istifadə” razılığı barədə ərizədəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”-nin 4-cü bəndinə görə ”Toplanan yumurta hüceyrələri qadının həyat yoldaşının toxum hüceyrələri ilə mayalandırılacaqdır” xüsusi hal kimi göstərilmiş və iddiaçı həmin tarixli “Xəstə yaxınının razılığı” il ə bu müqavilə ilə razılaşmışdır. Lakin qeyd edilən müqavilədə “Kişi donor”dan istifadə ediləcəyi ilə bağlı hər hansı bir hal nəzərdə tutulmamışdır. Lakin iddiaçının adından onun tərəfindən mübahisələndirilən tarixsiz “Kişi donordan istifadə razılığı” adlı sənəd tərtib edilmişdir. Həmçinin apellyasiya araşdırması zamanı həmin ərizənin iddiaçı tərəfindən imzalanması və ya donordan istifadə olunması barədə iddiaçının razılığının olmasına dair hər hansı bir sübut müəyyən olunmamışdır. Belə olan halda müəyyən olunur ki, kişi donordan istifadə edilməsi iddiaçının iradəsinə zidd olduğundan, mübahisələndirilən müqavilə etibarlı əqd sayıla bilməz.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı əqdin etibarlığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi suby ektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.
21. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 337.4-cü maddələri hazırki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, Cavabdeh1 MMC-də tərtib olunan “Kişi donordan istifadə” razılığı barədə ərizə iddiaçı tərəfindən imzalanmadığından və iddiaçının iradə ifadəsini əks etdirmədiyindən, mübahisələndirilən müqavilə iddiaçıya münasibətdə etibarsız hesab edilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı iddia tələbində maddi ziyan kim i 40.000 manat pul vəsaitini cavabdehdən tələb etmiş və bu məbləğin 5000 manatının süni mayalanmaya görə, 35.000 manatın uşaqların süni nəfəs aparatında saxlanmasına görə ödənilmiş vəsait olduğunu bildirmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı maddi ziyan tələbini təsdiq edən sübut kimi xx.xx.2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”-ni təqdim etmişdir. Həmin müqavilə ilə müəyyən edilir ki, iddiaçı müqavilənin 3.1-ci maddəsinə görə 1840 manat ödəmişdir. Bundan əlavə iddia tələbinin maddi ziyan tələbi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Eyni zamanda Cavabdeh1 MMC kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-909/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-1216/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Kişi donordan istifadə razılığı” adlı sənədin 08 a vqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”-nin tərkib hissəsi olması barədə sonuncu müqavilədə hər hansı şərt yoxdur. Bu halda “Kişi donordan istifadə razılığı” adlı sənədin etibarsızlığının nəyə görə 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”-nin etibarsızlığına səbəb olması əsaslandırılmalı idi.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 MMC 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”-nin 4-cü bəndinə görə süni mayalandırmanı qadının həyat yoldaşının toxum hüceyrələri ilə mayalandırılacağı barədə müəyyən olunan şərti pozmuşdur. Müqavilə iştirakçısının müqavilə şərtini pozması faktı, müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllənin XİV fəslində müəyyən edilmiş əsaslara aid dey ildir.
28. Cavabdeh1 MMC-nin nümayəndəsi kassasiya şikayətində bildirmişdir ki, iddiaçı daha əvvəl uşaqların atalığı ilə bağlı verdiyi iddia üzrə Ağdam Rayon Məhkəməsində işə baxılarkən, “Kişi donordan istifadə razılığı” sənədini özü imzaladığını etiraf etmişdir və bu məhkəmənin qətnaməsində göstərilmişdir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həqiqətən də mülki işin 37-39-cü səhifələrində olan Ağdam Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(013)-89/2020 saylı qətnaməsinin kserosurətindən görünür ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh1 MMC-ə qarşı iddia ərizəsi verərək, X1 mayalanmasından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü Xədicə və Zeynəb adlı uşaqların atasının müəyyən olunması, atası başqa şəxs müəyyən olunarsa onların şəhadətnamələrində düzəliş edilməsi, atalıq qrafasında n onun adının çıxarılması, onun həmin uşaqlar üzərində valideynlik hüququnun etibarsız hesab edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(013)89/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.
30. Həmin qətnamənin mülki işin 38-ci səhifəsində olan vərəqin sonuncu abzasında qeyd olunur ki, «İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı başqa kişidən donor götürülməsinə razı olmadığını, lakin mahiyyətini başa düşməyərək bu barədə Mərkəzi klinikaya razılıq ərizəsi verdiyini etiraf etmişdir».
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı Ağdam Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(013)-89/2020 saylı qətnaməsində əksini tapmış izahatına MPM-nin 106.3-cü maddəsinə əsasən qiymət verilməsini tələb edir. Belə ki, MPM-nin işdə iştirak e dən şəxslərin izahatlarından bəhs edən 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Məhkəmə faktın etiraf olunmasının işin halla rının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır (maddə 106.4).
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 MMC-nin nümayəndəsinin kassasiya şikayətində göstərdiyi “iddiaçı Səbail Rayon Məhkəməsində işə baxılanda da üzləşmə zamanı həmin sənədi özü imzaladığını etiraf etməyə məcbur olmuşdur” dəlili əsassızdır. Çünki birinci instansiya məhkəməsinin iclas protokollarından və iddiaçının yazılı müraciətlərindən bu hal müəyyən olunmur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3738/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-ə və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, maddi zərərin əvəzi olaraq 8.586 (səkkiz min beş yüz səksən altı) manat 34 (otuz dörd) qəpik və mənəvi zərərin əvəzi olaraq 1.000 (min) manatın Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəlki apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyləri ilə “Kişi donordan istifadə” razılığı barədə ərizədəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir.
35. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsinin” barədə tələbi əsassızdır. Çünki məhkəmə araşdırması zamanı həmin müqavilənin etibarsızlığına dəlalət edən hallar aşkar olunmamışdır. İddiaçı bu tələbini “Kişi donordan istifadə razılığı” barədə sənədin onun tərəfindən imzalanmaması ilə əsaslandırır. Həmin sənədin iddiaçı tərəfindən imzalanmadığı yuxarıda qeyd edilən ekspertiza rəyləri ilə öz təsdiqini tapsa da, bu hal xx.xx.2017-ci il tarixli müqavilənin onun iradəsinə zidd olduğunu ehtiva etmir. Həmin müqavilənin predmeti aydın ifadə olunmuş, müqavilə yazılı formada bağlanmış, iddiaçı və cavabdehlər tərəfindən imzalanmışdır. Bir sözlə, xx.xx.20 17-ci il tarixli müqavilə tərəflərin iradəsinə, müqavilə bağlanarkən tərəflərin nəzərdə tutduqları nəticələrə uyğun olmuşdur. Həmin müqavilənin 4-cü bəndindən də görünür ki, Cavabdeh2 (Binyətova) ərinin – iddiaçının toxum hüceyrələri ilə mayalandırılmalı idi. Lakin bu mümkün olmadığı üçün “Kişi donordan istifadə razılığı” barədə sənəd imzalanmış, iddiaçının toxum hüceyrələrindən deyil, donorun toxum hüceyrələrindən istifadə olunmuşdur.
36. Məhkəmə qeyd etmişdir ki, cavabdeh MMC xx.xx.2017-ci il tarixli müqavilənin 4-cü bəndinin şərti pozmuş, müqavilə tərəfi olan iddiaçının razılığı olmadan donordan istifadə olunaraq süni mayalanma əməliyyatı həyata keçirilmişdir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsində isə müqavilədə nəzərdə tutulmuş öhdəliyin razılaşdırılmış qaydada icra edilməməsi səbəbindən müqavilənin etibarsız hesab edilməsi barədə müddəa nəzərdə tutulmamışdır.
38. Kollegiya qeyd etmişdir ki, cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmiş, MMC müqavilə şərtlərini pozmaqla iddiaçıya həmçinin mənəvi zərər də vurmuşdur. Məhkəmə iddiaçının çəkdiyi iztirab və əzabları, sair halları nəzərə alaraq, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi üçün cavabdehlərdən məhz MMC-dən iddiaçının xeyrinə ağlabatan məbləğdə, yəni 1.000 manat məbləğində kompensasiya tutulmasını qanuni və ədalətli hesab edir.
39. Beləliklə də apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. MPM-nin 385-ci maddəsinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul ed ilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
40. Odur ki, göstərilənləri və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdeh MMC-ə qarşı irəli sürülmüş iddia tələbinin maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə tələbləri yalnız cavabdeh MMC-ə aid hissədə və qismən əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi cavabdehin hüquqları ilə ya naşı iddiaçının da hüquqlarının qorunmasının təminat altında olmasına məsul olsa da, bunu etməmiş, mübahisəyə birtərəfli yanaşaraq qeyri-obyektivlik nümayiş etdirmiş, öz qərarını iş materiallarında olan sübutlarla deyil, formal mülahizələrdən ibarət fikirlərlə əsaslandırmış, dövlət adından çıxardığı qərarda qeyd edilən tələbləri pozaraq, tərəflərin bərabərlik prinsiplərini, müqavilə bağlayarkən iradə sərbəstliyinə, pozulmuş hüquqların məhkəmə vasitəsi ilə bərpa olunması prinsiplərinə əməl etməyərək, xx.xx.2017-ci il tarixli tərəflər arasında “süni mayalanmaya görə tibbi xidmət müqavilə”-sində iddiaçının iradə ifadəsinin pozulması, onun müqavilə üzrə razılaşdırılmış iradəsinin ziddinə edilmiş hərəkətlər nəticəsində pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə bərpa olunması üçün maddi hüquq normalarını tətbiq etməmiş, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli çoxtərəfli əqdin icrasında olunmuş qanunsuz hərəkətin nəticəsində müqavilə üzrə tərəf olan İddiaçı dəymiş zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini qət etsə də, mübahisələndirilən müqavilənin etibarsızlığının əsassız olduğunu bildirmişdir. Lakin yalnız əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin 2(102)-909/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında şərh edilən göstərişlərə əməl etməmiş, iddiaçı tərəfindən çəkilmiş xərclərin müəyyən edilməsi üçün Cavabdeh1 MMC-dən müvafiq maliyyə sənədlərini götürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qar şı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
44. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
45. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
46. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
47. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
48. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
49. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
50. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
51. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
52. Mad də 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mənəvi zərərə aid hissə istisna olmaqla iddianın təmin olunmamış hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxı mdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə iddianın rədd edilmiş hissəsində yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası iddianın təmin olunmayan hissəsi ilə bağlı (mənəvi zərərə aid hissə istisna olmaqla) apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların d əlillərinə hüquqi qiymət verildiyindən iddianın rədd edilmiş hissəsində (mənəvi zərərə aid hissə istisna olmaqla) maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, iddiaçının kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də iddiaçının kassasiya şikayəti qeyd olunan hissədə təmin olunmamalıdır.
63. Bununla belə, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddiaçının kassasiya şikayəti mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qismən əsaslıdır.
64. Belə ki, apellyasiya məhkəməsi mənəvi zərərə görə iddiaçının xeyrinə tutulan məbləği 1000 manat müəyyən etmiş və mövqeyini belə əsaslandırmışdır ki, bu məbləğ ağlabatan olmaqla ədalətlidir.
65. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, mənəvi zərərə görə iddiaçının xey rinə tutulan pul məbləği ədalətli sayıla bilməz.
66. Belə ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
67. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
68. Kollegiya cavabdeh MMC-nin törətdiyi pozuntunun səbəb olduğu mənfi nəticələri, iddiaçının keçirdiyi sarsıntı və iztirabları nəzərə alaraq hesab edir ki, qətnamə mənəvi zərərin əvəzi kimi sonuncunun xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilərək 500 0 manat həcmində müəyyənləşdirilməli, məhkəmə aktı qalan mübahisələndirilən hissədə qüvvəsində saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3738/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzi kimi iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilərək 5000 (beş min) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.