Məhkəmə qərarları › İş №2(102)-1254/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1254/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1254/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarına 7000 manat kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə olan istifadə hüququnun kompensasiya ödənilməklə itirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı hüquqi varisi oğlunun, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)-453/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi oğlu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı ******* saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan mənzili İddiaçı adına 887 saylı reyestr kitabında 133241 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(001)-8311/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hü quqlarının itirilməsi və mənzildən çıxarılması barədə tələbinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzinin xx.xx.2019-cu il tarixli ******* saylı arayışına əsasən xx.xx.1972-ci il təvəllüdlü oğlu, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1933-cü il təvəllüdlü İddiaçı ünvan mənzilində daimi qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 9000 manat kompensasiya ödənilməklə ünvan mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan mənzili 1933-cü il təvəllüdlü iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, bu barədə ona xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının oğlu oğlu Cavabdeh1 ilə xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından cavabdehlər xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. Onların nikahı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi ilə pozulmuş, bundan sonra da cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqda davam edirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8311/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçının cavabdehlərə qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə və mənzildən çıxarılmalarına dair iddia tələbi rədd edilərək cavabde hlərin istifadə hüququna xitam verilməsinin, yalnız iddiaçı tərəfindən adekvat məbləğdə kompensasiya təklif olunduqda mümkün ola bilməsi qətnamədə qeyd olunmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 bu iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə vəsatət təmin edilərək Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək cavabdehlərə 7000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Bünvan mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Səlimova Səadət) 2(001)-3990/2019 saylı, xx xxxx 2019-cu il tari xli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində istinad etdiyi halı, yəni təklif etdiyi kompensasiyanın mənzilinə istifadə hüququ olan cavabdehlərin istifadə hüquqlarının əvəzləşdirilməsi üçün yetərli olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehlərə mənzilə olan istifadə hüquqlarının əvəzləşdirilməsi üçün təklif etdiyi kompensasiya bu hüquqların əvəzləşdirilməsi üçün yetərli olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, Azərbaycan Respublikası Konstitusiyasının 33, 60-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək əs aslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3990/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Həsənov Elnur) xx xxxxxx 2020-ci il tarixli 2(103)453/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3990/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği ödəmiş tərəfə aid edilmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının mənzilinin yerləşdiyi ərazidə, hazırki vaxtda həmin mənzilə oxşar şəraitli 1, 2 və 3 otaqlı mənzilin orta aylıq kirayə haqınının müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatı keçirilmiş, “xxxx” MMC tərəfindən verilən xx.xx.2019-cu il tarixli rəydə ünvan mənzilin yerləşdiyi ərazidə, hazırki vaxtda həmin mənzilə oxşar şəraitli 1 otaqlı mənzilin kirayə haqqı 220 manat, 2 otaqlı 300 manat və 3 otaqlı 350 manat məbləğində müəyyən edildiyi göstərilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı xx.xx.2019-cu il tarixdə ölümü ilə əlaqədar olaraq oğlu oğlu onun prosessual hüquq varisi qismində tanınmışdır. Sonucu məhkəmə iclasında iddiaçı tərəf kompensasiya məbləğini artıraraq, 9000 manat kompensasiya verilməklə cavabdehlərin istifadə hüququ na xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, cavabdehlərə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. İddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin təklif olunan 7000 manat kompensasiya məbləğinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə istifadə hüququ olan mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyinə dair gəldiyi nəticə əsaslıdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunan hallar təklif edilən kompensasiya məbləğinin yetərli olmadığı qənaətinə gəlməyə əsas verir. İddiaçının prosessual hüquq varisinin apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya məbləği də yuxarıda göstərilən meyarlar nəzərə alındığında iddianı təmin etməyə imkan verən məbləğ kimi qiymətləndirilə bilməz. Çünki həmin məbləğin cavabdehlərə, davamlı surətdə və müəyyən müddət ərzində mübahisəsi gedən mənzilə xas olan şəraitlə müqayisədə oxşar şəraitli evdə yaşamaq imkanı verəcəyi ağlabatan deyildir. İddiaçı hüquqi varisi oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-453/202 0 nömrəli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası öz qətnaməsində R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilən mövqeyini hüquqi baxımdan düzgün şərh etməmişdir. Məhkəmə kollegiyasının mövqeyi tamamilə əsassızdır. İş üzrə qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün şərh edilməyib, prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulub. Məhkəmə öz qətnaməsini tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmayıb, işdə tərəf kimi çıxış edərək sübutlara, o cümlədən iş üzrə təyin etdiyi məhkəmə qiymətləndirmə ekspertizasının rəyinə düzgün qiymət verməyib. Ona görə də həmin qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyası mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasında tarazlıq yaradılmalı olduğunu qeyd etsə də, qətnamədə iddiaçının mülkiyyət hüququnun universal hüquq olmasına, həmin hüququn tam şəkildə (mübahisəli mənzilə sahiblik, ondan istifadə və sərəncam hüququ da daxil olmaqla) neçə reallaşdıracağına qiymət verməmişdir. Bununla da qəbul etdiyi qətnamə ilə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrindən, Beynəlxalq hüquqi aktlardan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152- ci maddəsindən irəli gələn hüquqlarının məhdudlaşdırılmasma, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tələblərinə əməl edilməməsinə əhəmiyyət verməmişdir. Qeyd edilən hüquq normaları məhkəmə kollegiyasının iş üzrə istinad etdiyi R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarındakı mövqeyi aydın şəkildə və yaşayış hüququ ilə müqayisəli şəkildə şərh edilsə də, məhkəmə kollegiyası yaranmış mübahisənin həlli zamanı həm ölkə Konstitusiyasının, həm beynəlxalq hüquq normalarının, həm də milli qanunvericiliyin iddiaçının ( mülkiyyətçinin ) xeyrinə şərh edilməli olan müddəalarının nəzərə almalı olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci ma ddəsinin tələblərini də pozaraq sübutları tam, qərəzsiz, hərtərəfli və obyektiv şəkildə araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. İş materillarından da görünür ki, məhkəmə kollegiyası mübahisəli mənzilin aylıq kirayə qiymətini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və həmin ekspertizanın xx.xx.2019-cu il tarixli rəyində ünvan mənzilin yerləşdiyi ərazidə, hazırkı vaxtda həmin mənzilə oxşar şəraitli 1 otaqlı mənzilin kirayə haqqı 220 manat, 2 otaqlı mənzil 300 manat, 3 otaqlı 350 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza rəyini nəzərə alsaq əgər cavabdehlərə ilkin olaraq təklif edilən 7000 manat, daha sonra apellyasiya icraatı zamanı təklif edilən 9000 manat kompensasiyaya eyni ərazidə, eyni şəraitli 1 o taqlı mənzil kirayə edərək 40 ay ( 3 il, 4 ay ), 2 otaqlı mənzil kirayə edərək 30 ay ( 2 il, 6 ay ), 3 otaqlı mənzil kirayə edərək 25 ay (2 il, 1 ay) müddətə yaşamağın mümkün olduğunu ortaya çıxarmışdır. Məhkəmə kollegiyası isə konkret müddət göstərmədən, iddiaçının əvvəlcə 7000 manat, daha sonra isə 9000 manat təklif etməsini, göstərilən sonuncu məbləğin hansı səbəbdən ağlabatan kompensasiya olmamasını əsaslandıra bilməmişdir. Həm də baxmayraq ki, cavabdehlər özləri də həmin kompensasiyanı qəbul etmədikləri və yaxud az olması barədə heç bir fikir bildirməmiş, eyni zamanda hansı məbləğdə kompensasiyaya razılaşa biləcəklərini nə birinci, nə də apellyasiya icraatı zamanı söyləmişlər. Məhkəmə kollegiyası birtərəflilik prinsipinin şərtlərini pozaraq öz xidməti vəzifəsində sui-istifadə edərək i ddiaçı tərəfindən təklif edilən 9000 manat kompensasiyanı yetərli hesab etməmişdir. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı hüquqi varisi oğlu və onun vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-453/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. İşlə əlaqədar digər Cavabdeh3 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə i clasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin Azərbaycan Respublikası MPM-nin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı hüquqi varisi oğlu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə baxarkən yuxarıda qeyd edilən Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini və həmin maddi hüquq norması ilə bağlı Konstitusiya Məhkəməsinin şərhlərini nəzərə almamışdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin Azərbaycan Respublikası MPM-nin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına görə birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün hə min məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi təklif edilən kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, həmin kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq özü müəyyən etməli və iddiaçının həmin məbləğlə razı olub-olmadığını aydınlaşdırma lı idi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi kompensasiya məbləğini müəyyən edərkən cavabdehlərin hər birinin yetkinlik yaşına çatmasını, onlara birlikdə və ya ayrılıqda kompensasiya veriləcəyini, onlara hansı müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən kompensasiya verilməli olduğunu ətraflı araşdıraraq, gəldiyi nəticələri qətnamədə əsaslandırmalıdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib qeyd edir ki, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hall arının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qan unvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquqi varisi oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-453/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar