Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1257/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X7 cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X14 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı X7 cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X14 və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2016/2024 nömrəli iş üzrə 19 dekabr 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. J№ 066D KOD 50500028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X5 və X6 mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha torpaq sahəsi verilmişdir.
2. X18 kitabında uçota alınmış AN 255566 saylı və AN 255578 saylı Torpaq sahəsinin planı və ö lçüsü sənədlərinə əsasən, müvafiq olaraq Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 saylı qərarı ilə Gədəbəy rayonu, Novoivanovka kəndində Cavabdeh1 Pavloviçin mülkiyyətinə 9099.93 kv.m. və 9200.04 kv.m. torpaq sahələri verilmişdir.
3. İddiaçı Hacıyev X13 rayonu, Novoivanovka kənd sakinləri ilə Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X14 və X10 xx.xx.1999-cu il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini və 1.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və 1957-ci tarixdə tikilmiş fərdi yaşayış evini razılaşdılmış qiymətə 15000000 rus rubluna İddiaçı satmış və həmin məbləği Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X14 və X10 almışdır.
4. Gədəbəy rayon Dövlət Arxivi tər əfindən verilmiş 15 fevral 2024-cü il tarixli, 16 nömrəli məktubda qeyd olunmuşdur ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Novoivanovka kənd X9 1996-2000-ci illərə dair 2 nömrəli Təsərrüfatbaşına kitabında 103-cü şəxsi hesabında sorğuda qeyd olunan X21 adına təsərrüfat qeyd olunmuş və qeyd edilən ailə üzvləri var; ailə başçısı xx.xx.1958-ci il təvəllüdlü X21, xx.xx.1969-cu il təvəllüdlü X15, xx.xx.1989-cu il təvəllüdlü X16, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh4. Həmin təsərrüfatın təsərrüfatın torpaq qrafasında 0.25 na torpaq sahəsi qeyd olunmuşdur.
5. Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 109 saylı arayışda qeyd olunmuşdur ki, Hacıyev X1 sakini olmuş Cavabdeh1 Pavloviçə məxsus olan (0.25 ha həy ətyanı və 1.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini) fərdi yaşayış evini 1999-cu il tarixdə sadə razılaşma yolu ilə (qonşuluq aktı) ilə almış və həmin tarixdən bügünkü günədək həmin evdən və həyətyanı və pay torpağından o istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novoivanovka kənd (sabiqdə) sakini olmuş cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X14 və Cavabdeh4 aid Gədəbəy rayonun Novoivanov kəndində yerləşən 1957-ci il tarixdə inşa edilmiş 48 kv.m. fərdi yaşayış evinin və Gədəbəy rayon AİK-nın xx.xx.1988-ci il tarixli 08 nömrəli qərarı ilə Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-066D, KOD 50500028 saylı şəhadətnamə əsasında 0.25 h a həyətyanı torpaq sahəsini və AİK-nın xx.xx.2007-ci il tarixli 3 nömrəli qərarı əsasında AN-255566 və AN-255578 saylı torpaq sahəsinin plan və ölçü sənədi əsasında verilmiş ümumilikdə 1.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onunla cavabdehlər arasında xx.xx.1999-cu il tarixdə sadə razılaşma yolu ilə bağlanmış alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, o, xx.xx.1999-cu il tarixdə Novoivanovka kənd sakini olmuş Cavabdeh1 Pavloviçdən 1957-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 48 kv.m. fərdi yaşayış evini və Gədəbəy rayon AİK-nın xx.xx.1988-ci il tarixli 08 nömrəli qərarı ilə Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-066D, KOD 50500028 saylı şəhadətnamə əsasında 0.25 ha həyətyanı torpaq sahəsini və AİK-nın xx.xx.2007-ci il tarixli 3 nömrəli qərarı əsasında AN-255566 və AN-255578 saylı torpaq sahəsinin plan və ölçü sənədi əsasında verilmiş ümumilikdə 1.83 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş torpaq sahəsini sadə razlaşma yolu ilə 15.000000 manat rus rubluna almışdır. Cavabdeh və ailə üzvləri sözügedən evi yaxın qonşuların iştirakı ilə ona satması barədə qonşuluq aktı tərtib edilmişdir. Cavabdeh və yuxarıda qeyd etdiyi ailə üzvüləri həmin evi və həyətyanı və pay torpaq sahələrini ona sadə razılaşma yolu ilə satmışlar. Sözü gedən fərdi yaşayış evini və həyətyanı və pay torpaq sahələrini o və ailə üzvləri idarə etmişlər. Gədəbəy rayonu Ermənistan Respublikası ilə həmsərhəd olduğu üçün və eləcə də hə min vaxt müharibə dövrünə təsadüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan rus millətində olan vətəndaşlar evlərini satıb Rusya Federasiyasının müxtəlif şəhərlərinə gedirdilər. Həmin vaxt o da cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X14 və Cavabdeh4 sadə razlaşma yolu ilə sözü gedən evi almışdır. Həmin vaxt cavabdehlər ona RFR-nın Saratov şəhərində olan qohumlarının yanına getdiklərini, orada məskunlaşdıqdan sonra qayıdıb gələcəklərini və lazımı sənədləri rəsmiləşdirəcəklərini bildirmişlər. O, həmin evdə ailəsi ilə birlikdə 1999-cu il tarixdən daimi olaraq yaşayırlar. Cavabdeh1 Pavloviç sözügedən evi ona satması barədə yaxın qonşuları məhkəmə prosesində iştirak edə bilərlər və bunu təsdiq edərlər. Eyni zamanda həmin tarixdə onun, Cavabdeh1 Pavloviç və ailə üzvləri i lə aralarında bağlanmış akt mövcuddur. Cavabdehə dəfələrlə həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini onun adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də, buna nail ola bilməmişdir. Belə ki, cavabdehlər 1999-cu il tarixdən Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışlar. O, müxtəlif şəxslərlə cavabdehin yerini öyrənməyə çalışsa da, bu mümkün olmamışdır. Sözü gedən fərdi yaşayış evi həyətyanı torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmin vaxtdan evdən və həyətyanı torpaq sahəsindən o, istifadə edir. Həmin evi və həyatyanı torpaq sahəsini cavabdehin yaşayış ünvanı məlum olmadığından öz adına rəsmləşdirə bilməmişdir. Belə olan halda cavabdehlər onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sözügedən fərdi yaşayış evinin və Gədəbəy rayon AİK-nın xx.xx.1988 -ci il tarixli 08 nömrəli qərarı ilə Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-066D, KOD 50500028 saylı şəhadətnamə əsasında 0.25 ha həyətyanı torpaq sahəsini və AİK-nın xx.xx.2007-ci il tarixli 3 nömrəli qərarı əsasında AN- 255566 və AN-255578 saylı torpaq sahəsinin plan və ölçü sənədi əsasında verilmiş ümumilikdə 1.83 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş torpaq sahəsini sadə razılaşma yolu ilə 15.000.000 rus rubluna almışdır.
8. Məhkəmə iclasında şahidlər X11 və X8 eyni məzmunlu izahatlar verərək bildirmişlər ki, onlar Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayırlar. İddiaçı onların həmkəndlisi və qonşusudur. İddiaçı alqı-satqı müqaviləsinin predmeti olan evi və torpaq sahələrini 1999-cu il tarixdə cavabdehlərdən almışdır. Həmin tarixdən həmin evdə iddiaçı və ailə üzvləri yaşa yır. Alqı-satqı zamanı X11 da iştirak etmişdir.
9. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 iyul 2024-cü il tarixli, 2(042)-702/2024 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbi təmin edilmiş, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, AN 255566 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Cavabdeh1 Pavloviçin mülkiyyətinə verilmiş 9099.93 kv.m. torpaq sahəsi, AN 255578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Cavabdeh1 Pavloviçin mülkiyyətinə verilmiş 9200.04 kv.m torpaq sahəsi, J№ 066D KOD 50500028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X5 və X6 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə və Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılov nanın, X5 və X6 adına olan fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X14 və X10 arasında bağlanmış 17 aprel 1999-cu il tarixli alqı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi təsərrüfatbaşına kitabda cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X14 və X6 adına olunmuş, həmin vaxt onların həmin evə və torpaq sahələrinə mülkiyyət hüquqlarına gözləntiləri olmuş, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 saylı qərarı ilə Cavabdeh1 Pavloviçin mülkiyyətinə 9099.93 kv.m və 9200.04 kv.m torpaq sahələri, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X5 və X6 mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha torpaq sahələri verilmişdir. 1999-cu il tarixdən həmin evdə İddiaçı və ailə üzvləri yaşamağa başlamışdır.
11. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən AN 255566 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Cavabdeh1 Pavloviçin mülkiyyətinə verilmiş 9099.93 kv.m torpaq sahəsi, AN 255578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Cavabdeh1 Pavloviçin mülkiyyətinə verilmiş 9200.04 kv.m torpaq sahəsi, Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X5 və X6 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair xx.xx.1999-cu ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdehlər həmin torpaq sahələrini və evi 15000000 rus rubluna iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehlərə vermiş və cavabdeh özünə məxsus sözügedən əmlakları iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapır. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əqdi notarial qaydada təsdiq etdirməmiş, cavabdehlər isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehlərin olmaması və onun alqı-satqı müqaviləsi bağlamaqdan yayınması mübahisəli torpaq sahələrinin və fərdi yaşayış evinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdeh lərlə alqı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında olan alqı-satqı əqdinin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehlərin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan SSR Mülki Məcəlləsinin 119, 120, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 9, 10, 17-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır və ona görə də, həmin əmlak barəsində sərəncam verilə bilməz. Məhkəmənin bu mövqeyi əsassızdır və məhkəmənin qətnamədə g östərdiyi dəlilləri işin hallarına uyğun deyil. İddiaçı sözügedən yaşayış evinin aldığını qeyd etsə də, Azərbaycan Respublikası mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş formada alqı-satqı müqaviləsi (yazılı formada, tərəflərin imzası ilə, notarial qaydada təsdiq edilmiş) bağlanmamışdır.
16. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X20 ifadəsində göstərmişdir ki, o, tərəflər arasında akt tərtib edilən vaxt Gədəbəy RİHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəsi işləmiş, 1999-cu ildə həmin kənddə icra nümayəndəsi işləyən zaman cavabdehlər özlərinə məxsus sözügedən yaşayış evini və torpaq sahələrini İddiaçı satmışlar. Həmin tarixdən həmin evdə iddiaçı və ailə üzvləri yaşayır. O, həmin akt üzrə imzaların həqiqiliyini təsdiq etmişdir. Cavabdehlərə aid yaşayış evi və torpaq sahələri 1999-cu ildən iddiaçının istifadəsindədir. Cavabdehlər isə 1999-cu ildə Rusiyaya getmişlər və harada yaşamaları məlum deyildir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2016/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə etdiyi hüquqi mövqeyini də nəzərə alaraq, qeyd etmişdir ki, mübahisə olunan daşınmaz əmlakla bağlı tərəflər arasında yazılı əqdin mövcudluğu, iddiaçının həmin əmlaka vicdanlı sahib kimi 25 il ərzin də fasiləsiz və etirazsız sahiblik etməsi və işin yuxarıda qeyd edilən halları birinci instansiya məhkəməsinin iddianı təmin etməkdə haqlı olmasını göstərir.
19. Məhkəmə kollegiyası həmin qənaətə gələrkən, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X4 və X2, məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X12 verdiyi ifadələrini də mötəbər sübut növü kimi qəbul etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 43, 44-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmış ki, apellyasiya instansiyası məhkəməsinin göstərdiyi kimi “fərdi yaşayış evinə dair qanuni gözlənti hüququ” mülkiyyət hüququnu əvəz etmir, deməli iddiaçı ilə cavabdehlər istəsələr belə fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsi mümkün olmayacaqdı.
23. Bundan başqa, apellyasiya məhkəməsi 17 aprel 19 99-cu il tarixli alqı-satqı əqdi etibarlı və bağlanmış hesab edib. Lakin AN 255566 saylı və AN 255578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərində Cavabdeh1 Pavloviçi mülkiyyətçi kimi göstərmiş, lakin qeyd edilən Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin subyekt siyasında (X17, X15, X16 və Cavabdeh4) adları qeyd olunan şəxslərə münasibətdə alqı-satqı əqdini etibarlı və bağlanmış hesab etməmişdir, buna görə də məhkəmə qərarının həmin hissədə icrası mümkün olmayacaqdır.
24. Məhkəmə kollegiyası 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, qeyd olunan torpaq sahələri və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiqləyən hər hansı sübut məhkəməy ə təqdim edilməmiş, bununla da daşınmaz əmlak üzərində cavabdehlərin sərəncam vermək hüququnun mövcud olmadığı müəyyən edilmişdir, belə olan halda isə cavadeh(lər) istəsə(lər) belə alqı-satqı müqaviləsini bağlamaq hüququna malik olmamışlar. Yəni adi qaydada tərəflər dövlət qeydiyyatında keçməmiş daşınmaz əmlakla bağlı notariat qaydasında alqı-satqı müqaviləsi bağlamaq hüququna malik olmamışlar, belə olan halda əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırılması mümkün deyil. Deməli həmin maddi hüquq norması tətbiq edilə bilməzdi. Məhkəmə kollegiyası göstərmişdir ki, alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahələrinə və fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X5 və X6 1999-cu il tarixədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətlə ndirir. Belə olan halda, cavabdehlərin qeyd edilən fərdi yaşayış evi və torpaq sahələri ilə bağlı sərəncam vermək hüququ olmuşdur. Bununla bağlı bildirilmişdir ki, adi halda heç bir fiziki və ya hüquqi şəxs daşınmaz əmlaka qanuni gözlənti hüququ əsasında notariat ofisində alqı-satqı müqaviləsi bağlaya bilməz. Bu bir tərəfdən Mülki Məcəlləyə, digər tərəfdən “Notariat haqqında” Qanuna ziddir, deməli həmin əqd qanuna zidd əməl olduğuna görə Mülki Məcəllənin 43-cü maddəsi tətbiq edilə bilməzdi.
25. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qey diyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsi
27. Maddə
43. Əqdin notariat formasının məcburiliyi və buna riayət edilməməsinin nəticələri əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin e`tibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticəl ər işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2016/2024 nömrəli mülki iş üzrə 19 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.