Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1258/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1258/21 (Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi) Bakı şəhəri, 11 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7703/2021 saylı, 01.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə "xxxx" MMC arasında 05 may 2017-ci il tarixli 190 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan ümumi dəyəri 68.000 (altmış səkkiz min) manat olan BMW 535i minik markalı avtomobil Cavabdeh 60 ay müddətinə lizinqə verilmiş və sonuncunun ödəməli olduğu məbləğ ödəmə cədvəlində göstərilmişdir. Cavabdeh avtomobildən müəyyən müddət istifadfə etmiş və sonradan avtomobil lizinq şirkətinə qaytarılmışdır. Lizinq şirkəti pul tələbinə dair iddia irəli sürərək cavabdehin lizinq obyektindən istifadəyə görə borcu yaranmasına istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə olan 21.567,62 manat əsas borc, 10.275,62 manat faiz borcu və 7500 manat dəbbə borcu olmaqla, cəmi 39.342,78 manat məbləğində borcun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu ödənişinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ödənişləri vaxtında etməmiş və öhdəliyin icrasını gecikdirmişdir ki, nəticədə onun borcu yaranmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(005)-120/2021 nömrəli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia qismən təmin edilmiş, Cavabdeh 21 567.62 (iyirmi bir min beş yüz altmış yeddi manat altmış iki qəpik) manat əsas borc, 10 275.62 (on min ik i yüz yetmiş beş manat altmış iki qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, ümumilikdə 31943,24 (otuz bir min doqquz yüz qırx üç manat 24 qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə belə hesab etmişdir ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəlləni n 442, 445, 747.1, 747-5.2, 748-1.12.4, 748-10.1 və 750-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2021-ci il tarixli, 2(103)-7703/2021 nömrəli qətnaməsi ilə (hakimlər N.Cəfərov – sədrlik edən və məruzəçi, E.Mehdiyev və X.Sarıyev) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(005)-120/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.
9. İddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı verdiyi izahatında avtomobilin lizinq şirkətinə daxil olduğunu etiraf etmiş, bunun 2020-ci ilin oktyabr ayında baş verdiyini bildirmi şdir. İddiaçının nümayəndəsi daha sonra bildirmişdir ki, həmin vaxt avtomobili lizinq şirkətinin əməkdaşları Bakı şəhəri, Babək prospektindəki avtosalonun qarşısında aşkar etmişlər. İzahatda qeyd edilənləri təsdiq edən sübutun (akt və s.) təqdim edilməsi iddiaçı tərəfə təklif edilmiş və bununla bağlı məhkəmə baxışı təxirə salınmışdır. Lakin, iddiaçının nümayəndəsi sübut təqdim etməmiş, növbəti məhkəmə iclasına isə gəlməmişdir. Cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş DYP arayışına əsasən, 19.09.2019-cu ildə avtomobil başqa şəxs (X1) tərəfindən idarə edilmiş, həmin şəxs göstərilən tarixdə yol hərəkəti qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Ona görə də, iddiaçı tərəfin məhkəməyə verdiyi, avtomobilin lizinq şirkətinə 2020-ci ilin oktyabr ayında daxil olm ası barədə məlumat həqiqi sayılmamışdır. O cümlədən qeyd olunmuşdur ki, iddiaçı tələb etdiyi məbləği 29.01.2020-ci il tarixinədək hesablamışdır. Halbuki, bu tarixdən 4 ay əvvəl - 19.09.2019-cu il tarixdə artıq həmin avtomobili başqa şəxs idarə edirdi.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı avtomobilin lizinq şirkətinə qaytarıldığı tarix barədə sübut təqdim etmədiyinə görə hesab olunmalıdır ki, avtomobil 2018-ci ilin fevral ayında (yəni, lizinq müqaviləsinin bağlandığı tarixdən 9 ay sonra) geri qaytarılıb. Belə ki, iddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi arayışa görə lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən 05.02.2018-ci il tarixədək (yəni 9 ay ərzində) ödəniş olub. Cavabdeh bildirir ki, avtomobil təxminən 7-8 ay onun sahibliyində olub, daha sonra avt omobili iddiaçıya qaytarıb. Cavabdehin izahatı da təxminən həmin tarixə uyğun gəlir. Cavabdeh bildirir ki, avtomobili geri qaytarana kimi lizinq müqaviləsi üzrə 18.000 manata yaxın pul ödəmişdir. İddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi arayışa görə 05.02.2018-ci il tarixədək cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə edilmiş ödənişin cəmi məbləği 10.271 manat təşkil edir. Lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh həmin tarixədək 13.956,21 manat, lizinq müddətinin (60 ayın) sonuna isə cəmi 93.041,22 manat ödəməli idi. İddiaçının 9 aylıq dövrə görə 10.271 manat məbləğində pul əldə etməsi və avtomobili öz mülkiyyətində saxlaması nəzərə alınarsa, onun iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etməsi əsaslı deyil. Bu tələbin arxasında lizinq verənin hər hansı mənafeyi dayanmır. Mülki Məcəllənin 750-ci maddəsində qeyd olunub ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Göründüyü kimi, lizinq verənə öz mənafelərinə aid olmayan tələbləri irəli sürməsi qadağan edilib. Həmin maddədə daha sonra qeyd olunub ki, tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İddiaçı avtomobilin qalıq dəyəri barədə məhkəməyə məlumat verməmiş, onu dəyərdən salan hadisələrin (məs., avtomobil qəzasının və s.) baş verməsi müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, cavabdeh avtomobil iddiaçıya ondan təhvil aldığı vəziyyətdə geri qaytarmışdır.
11. Beləliklə, apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır.
12. İddiaçı "xxxx" MMC qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı "xxxx" MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, avtomobilin iddiaçıya verilməsi riski və bununla bağlı sübutetmə yükü məhz cavabdehin üzərində olduğu halda, cavabdeh bu halı sübut edə bilməmişdi r. Belə olan halda, həmin əmlak üzrə avtomobilin iddiaçıya təhvil verildiyi tarixədək yaranmış maliyyə riski məhz cavabdehin üzərinə düşür ki, həmin risk üzrə də cavabdeh bütün lizinq ödənişini ödəməlidir. Cavabdeh avtomobili yararlı vəziyyətdə təhvil verməmiş, məhkəmə bu halı nəzərə almamışdır. Apellyasiya məhkəməsi iş üzrə borc məbləğini müəyyən etmək üçün mühasibatlıq ekspertizası təyin etməli idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı Cavabdeh etirazı daxil olmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı kassasiya şikayətində məhkəməyə yanlış informasiya verdiyini etiraf etmişdir. Kassasiya şikayətinin dəlilləri iş materiallarında olan sübutlarla ziddiyyət təşkil edir. Cavabdeh kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkə məsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmi ş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
18. Maddə.
750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü mad dəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Əvvəla, qeyd olunur ki, lizinq müqaviləsi əmlakdan istifadə müqaviləsidir. Lizinq ödənişləri də məhz əmlakdan istifadəyə görə yaranır. Ona görə lizinq müqaviləsi üzrə pul məbləği tələb olunursa, ehtiva edilir ki, həmin borc lizinq obyektindən istifadəyə görə tələb olunur.
29. Hazırkı işin xüsusiyyəti ondan ibarətdir ki, tərəflər arasında etibarlı lizinq müqaviləsi bağlanmış, lizinq obyektiv liziq alana verilmiş, lizinq alan müəyyən ödənişlər etmiş və müəyyən müddətdən sonra lizinq obyekti lizinq verənə qaytarılmışdır. Ona görə, işin mübahisəli halı lizinq obyektinin lizinq alanın istifadəsində hansı müddətdə qalmasıdır.
30. Apellyasiya Məhkəməsi avtomaşının lizinq şirkətinə qaytarılması, lizinq şirkətinin həmin avtomaşını başqa şəxsin istifadəsinə vermə si faktının baş verməsi mövqeyindən çıxış edərək sübutemə vəzifələrini bölüşdürmüşdür. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, bir halda ki, həmin halların baş verməsi təsdiq olunur, onda avtomaşının hansı vaxtda liziq alandan geri götürülməsini sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə hətta, həmin faktı təsdiq etdirmək üçün iddiaçsıya imkan vermiş, məhkəmə icolasını təxirə salmışdır. Hansıki, sübutlar 1-ci inatsniya məhkəməsinə təqdim edilməlidir. İddiaçı bu halı sübuta yetirə bilmədiyi üçün Apellyasiya Məhkəməsi mövcud faktları cavabdehin xeyrinə şərh etmişdir.
31. Apellyasiya Məhkəməsi işin faktiki halları kimi müəyyən etmişdir ki, 19.09.2019-cu il tarixdə avtomobil başqa şəxs (X1) tərəfindən idarə edilmiş, həmin şəxs göstərilən tarixdə yol hərəkəti qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı tərəfin məhkəməyə verdiyi, avtomobilin lizinq şirkətinə 2020-ci ilin oktyabr ayında daxil olması barədə məlumat həqiqi çıxmamışdır.
32. Eyni zamanda, iddiaçı tərəf avtomaşını nə vaxt geri alması ilə bağlı sübut təqdim etməməklə yanaşı, avtomaşını hansı vəziyyətdə geri almasına dair də sübutlar təqdim etməmişdir. Ona görə avtomaşının nasaz vəziyyətdə geri alınmasına istinad edçərək şirkətin zərərə düşməsi barədə dəlili də əsaslı sayılmamışdır.
33. Mülki Prosessual Məcəlləyə (§20-§22) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqd an sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
35. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, apellyasiya məhkəməsi haqlı olaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin etməyərək, prosessual qənaət prinsipinə riayət etmişdir. 36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.
37. Odur ki, kassatorun formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz. 38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o va xt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7703/2021 01.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəb ul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev saylı, Mehparə Əhmədova