Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-126/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “kredit (borc) müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4481/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixdə Cavabdeh İddiaçı 10.000 ABŞ dolları məbləğində borc pul vermiş, müqavilədə borcun qaytarılması üçün son tarix xx xxxx 2019-cu il göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü ildə cavabdehə 7800 manat borcunun yarandığını, həmin vaxt fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan qısa müddətə borcunu qaytaracağına dair vəd versə də, sonradan işinin pis getməsi ilə əlaqədar borcu ödəyə bilmədiyini, xx xxxx 2017-ci il tarixdə cavabdehin bo rca dair müqavilə bağlanmasını tələb etdiyini, buna görə Bakı şəhəri 9 saylı notariat kontorunda bu barədə müqavilə bağladıqlarını, lakin cavabdehin onun maddi vəziyyətinin çətinliyindən istifadə edərək müqavilədə borcun məbləğini 10 000 ABŞ dolları kimi qeyd etdirdiyini, hazırda notariusun verdiyi icra qeydinə əsasən ondan hazırki məzənnəyə uyğun olaraq 17 500 manatın tələb olunduğunu, halbuki borc müqaviləsinin 7800 manat borc üçün bağlandığını, beləliklə müqavilənin reallığı əks etdirmədiyini irəli sürmüş, bu səbəblə sözügedən müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Etibar Mustafayev) xx xxxxxx 2020-ci il tarixli 2(001)-1363/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddianı n əsası kimi müqavilədə göstərilən 10.000 ABŞ dolları məbləğində borcun əslində 7800 manat olmasını, həmin məbləğlə cavabdehin təkidi ilə məcbur razılaşdığını göstərsə də, bu mövqe inandırıcı deyildir. Belə ki, müqavilənin 1-ci bəndində müqavilə bağlanan tarixə ABŞ dollarının Azərbaycan manatına olan nisbəti 1 ABŞ dolları-1,75 manat kimi göstərilmişdir. Yəni, tərəflər müqavilə bağladıqları vaxt 1 ABŞ dollarının 1,75 manat təşkil etdiyini bilmiş, bunu bilə-bilə müqavilənin şərtləri ilə razılaşmışlar. Bundan başqa, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Hazırki halda isə, icra qeydinin mübahisələndirilməsinə dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından, əqdin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir və buna görə də iddia rədd olunmalı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 337.5-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)1363/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlə r – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) xx xxxx 2020-ci il tarixli 2(103)-4481/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1363/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilə rək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmaqla yanaşı iddiaçının məhkəmədə iştirakını, məhkəmə icraatının tərəflərin çəkişməsi prinsipi əsasında həyata keçirilməsini təmin etməmiş, sonda düzgün olmayan nəticəyə gəlmişdir. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında iddiaçının verdiyi ifadəsinə düzgün qiymət verməmişdir. Məhkəmə qətnaməsinin əsasını cavabdehin məhkəməyə verdiyi qısa izahat və adıçəkilən kredit müqavi ləsi təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında faktiki borcla bağlı məsələdə yanlış nəticəyə gəlmişdir. İddiaçının Cavabdeh faktiki borcu 7.800 manat olmasına və sonuncunun bu faktı dolayısı ilə təsdiq etməsinə baxmayaraq, məhkəmə tərəflərin izahatını deyil, 11.03.17-ci il tarixli kredit müqaviləsini əsas götürərək nəticəyə gəlmişdir. Eyni mövqedən Bakı Apellyasiya Məhkəməsi çıxış etmiş, birinci instansiya məhkəməsinin düzgün nəticəsinə gəlməsi ilə razılaşmışdır. Hər iki instansiya məhkəməsi nəzərə almamışlar ki, müqavilə imzalanan dövrdə iddiaçı çətin iqtisadi vəziyyətdə olmuş və cavabdeh onun düşdüyü vəziyyətdən sui-istifadə etmişdir. Halbuki, mülki qanunvericiliyin prinsiplərinə görə müqavilə imzalanan zaman tərəflər kənar təsirlərdən azad olmalı, bağlanmış müqavilə tərəfin çətin iqtisadi və maddi durumu ilə bağlı olmalı deyil. Apellyasiya instansiyası məhkəməsi də, tərəflər arasında yaranmış real münasibətləri və həmin dövrdə düşdüyü çətin iqtisadi durumu nəzərə almaqla qərar qəbul etməli olduğu halda bunu etməmiş və nəticədə düzgün olmayan qətnamənin qəbulu ilə mübahisəni yekunlaşdırmışdır. Birinci instansiya məhkəməsi kimi Bakı Apellyasiya Məhkəməsi də nəticəyə gələrkən mübahisəni qətiyyən araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə iddiaçı və onun vəkili lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq gəlmədikləri üçün və bunun səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanm ış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşa raq qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Göstərilənlər ə əsasən, kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün iş üzrə əsaslar müəyyən edilmədiyindən iddia düzgün olaraq təmin edilməmişdir. Kassasiya şikayətinin iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materiallarında olan poçt xəbərnaməsinə əsasən iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, buna görə də, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki ha lları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4481/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı