Məhkəmə qərarları › İş №2(102)-1260/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1260/2020

28.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1260/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X1 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim C.F.İmanov) x nömrəli, 19 oktyabr 2018-ci il tаrixli qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” KB ASC, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi və İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu xərci onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev) 2(107)-284/2019 nömrəli, 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı tərəfindən verilmiş apellyаsiyа şikаyəti təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tаrixli, x saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Q.Ə.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və Ə.Ə.Şadiyev) 2(102)-4332/2019 nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qərarı ilə iddiаçı İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsi nin 14 fevral 2019-cu il tarixli 2(107)-284/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.H.Şüxxxxov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və R.Ə.Əliyev) x nömrəli, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tаrixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər “xxxx” KB ASC, Cavabdeh2 MMC və Şəki rayon İcra və Probasiya şöbəsinə qarşı –hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 16 may 2018-ci il tarixli 60 nömrəli protokolun və həmin protokol əsasında bağlanmış 16 may 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİ RAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun p ozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşə birinci dəfə baxan Ali Məhkəmənin qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsi ikinci hərracla bağlı öz qətnaməsini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin 07-09 aprel 2018-ci il tarixli 061 (3436) buraxılışının təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən əmlak kompleksi kimi müəssisəsinin açıq hərracdan satışını 07 may 2018-ci il tarixdə saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC və İddiaçı ünvanlanmış 07 aprel 2018-ci il tarixli hərracın keçirilməsi ilə bağlı bildirişlərin və 07 aprel 2018-ci il tarixli xəbərnamənin təsdiq edilmiş surətindən görü nür ki, İddiaçı 28 fevral 2018-ci il tarixli bildirişləri 20 aprel 2018-ci il tarixdə şəxsən qəbul etmişdir. Halbuki həmin tarixdə birinci hərrac keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunun tələbinə əsasən birinci bildiriş hərracın keçirilməsinə 30 təqvim günü qalmış verilməli olduğu halda, iddiaçıya 20 aprel 2018-ci il tarixdə hərracın keçirilməsinə 17 gün qalmış çatdırılmışdır. Bundan başqa qanunun tələbinə əsasən hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilməli və bildiriş göndərilməli olduğu halda nə ikinci elan verilmiş, nə də ki, ikinci bildiriş göndərilmişdir. İşdə bununla bağlı heç bir sübut yoxdur. “İpoteka haqqında” ARQ-nun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. İş materiallarında olan: Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1168/2016 saylı 22 noyabr 2017-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx KM" MMC və İddiaçı 7175.18 manat əsas, 487.78 manat faiz, 500 manat cərimə borcu olmaqla, cəmi 8162.96 manat kredit borcu, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan "xxxx KM" MMC-nin mülkiyyətində olan Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin açıq hərracda ilkin satış qiyməti 24000 manat olmaqla satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına "xxxx KM" MMC-nin "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 24 iyul 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli daşınmaz əmla kın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx KM" MMC-nin mülkiyyətində olan Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə 60 ay müddətinə “xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. “Kaspi” qəzetinin 28 fevral 2018-ci il tarixli 039 (3414) buraxılışının surətindən görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satışının 30 mart 2018ci il tarixdə saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. “Kaspi” qəzetinin 07-09 aprel 2018-ci il tarixli 061 (3436) buraxılışının surətindən görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satışının 07 may 2018-ci il tarixdə saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. 16 may 2018-ci il tarixli 60 nömrəli hərracın yekunları barədə protokolun və hərracın yekunları haqqında alqı- satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 24000 manat müəyyən olunmuş, ilkin hərracdan satılmadığından ikinci hərracda 25% endirimlə 15300 manata «xxxx» KB ASC-yə satılmışdır. Hərracın keçirilməsinə dair bildirişlərin İddiaçı çatdırılmasını təsdiq edən xəbərnamələrin əslindən görünür ki, birinci hərracın keçirilməsinə dair bildiriş 01 mart 2018-ci il tarixində, ikinci hərracın keçirilməsinə dair bildiriş 07 aprel 2018-ci il tarixində iddiaçıya məxsus iki ünvana (birinci ünvan ünvan 1) göndərilmiş, həmin bildirişlər müvafiq olaraq 12 mart 2018-ci il tarixində və 20 aprel tarixində, yəni hər iki hərracı n keçirilməsindən əvvəl iddiaçı İddiaçı tərəfindən şəxsən təhvil alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1168/2016 saylı 22 noyabr 2017-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq mübahisə predmeti olan Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin açıq hərrac vasitəsi ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, bununla bağlı 28 fevral 2018-ci ildə “Kaspi” qəzetində elan verilmişdir. Əmlak hərracın birinci dövriyyəsində satılmadığından, ikinci hərracın keçirilməsi ilə bağlı 07 aprel 2018-ci ildə “Kaspi” qəzetində elan verilmişdir. 30 mart 2018-ci il tarixdə saat 11:00-da nəzərdə tutulmuş birinci hərracın keçirilməsinə dair bildiriş 01 mart 2018-c i il tarixində, 07 may 2018-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ikinci hərracın keçirilməsinə dair bildiriş 07 aprel 2018-ci il tarixində iddiaçıya məxsus iki ünvana (birinci ünvan ünvan 1) göndərilmiş, həmin bildirişlər müvafiq olaraq 12 mart 2018-ci il tarixində və 20 aprel tarixində İddiaçı tərəfindən şəxsən təhvil alınmışdır. Elan əsasında Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən əmlak kompleksi keçirilən açıq hərracda «xxxx» KB ASC tərəfindən alınmışdır. Hərracın nəticələri üzrə protokol tərtib edilərək alıcıya təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi məlum bildirişlərin iddiaçıya bir-neçə gün gec çatdırılması ilə bağlı məsələni də müzakirə edərək, belə düzgün qənaətə gəlmişdir ki, bu hal qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, tədqiq olu nan işdən bəlli olur ki, iddiaçı faktiki olaraq sözügedən bildirişləri aldıqdan sonra da hərəkətsizlik nümayiş etdirmiş və hərracda iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567-ci maddəsinə əsasən alqı -satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə hə yata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respu blikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla təsdiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı kassas iya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar