Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1263/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1212/2024 nömrəli mülki iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 058 saylı kredit müqaviləsinə əsasən, Bank Cavabdeh 180 ay müddətinə, illik 15% olmaqla 195.500 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 143/R saylı müqaviləyə əsasən sonuncunun sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binası, “B” blokunun 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.
2. Məhkəmənin sorğusuna əsasən, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh Rasim oğlu arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinin çıxarışı və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş mövcud deyildir.
3. Cavabdeh xx.xx.2008-ci il tarixli, 058 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 193.973,58 manat, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu 700,44 manat olmaqla, cəmi 194.674,02 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli, 058 saylı kredit müqaviləsi üzrə Cavabdeh (bundan sonra- cavabdeh) 193.973,58 manat əsas, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il ta rixli qərarına əsasən hesablanmış 700,44 manat faiz borcu olmaqla, cəmi 194.674,02 manat borcun tutulub iddiaçıya ödənilməsi, həmin kredit borcu üzrə tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binası, “B” bloku, 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.
5. İşin faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2008-ci il tarixli, 058/1 saylı kredit və ipoteka müqavilələri bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə xx.xx.2023cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bankın lisenziyasının ləğvindən əvvəlki dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borcu ödəni ş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin xx.xx.2023-cü il tarixə cəmi borcu 194.674,02 manat təşkil edir. Bundan 193.973,58 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 700,44 manat faiz borcu təşkil edir.
6. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(077)-3/2024 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın qismən təmin edilməsi, cavabdehdən xx.xx.2008-ci il tarixli, 058 saylı kredit müqaviləsi üzrə 193.973,58 əsas borcun, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 700,44 faiz borcu olmaqla, cəmi 194.674,02 manat borcun, 485 manat dövl ət rüsumunun iddiaçının xeyrinə tutulması və iddianın “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində və digər hissələrdə iddianın rədd olunması qət edilmişdir.
7. Məhkəmə, toplanılmış sübütlara hüquqi qiymət verərək qeyd etmişdir ki, cavabdehin iddiaçıya xx.xx.2008-ci il tarixli, 058 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə ödənilməmiş 193.973,58 manat əsas, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 700,44 manat faiz borcu olmaqla, cəmi 194.674,02 manat borcunun qalması iş materialları ilə təsdiq olunduğundan, iddia tələbi həmin borcun tutulmasına dair hissədə təmin edilməlidir.
8. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, tərəflə r arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binası “B” bloku 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzilin alınması məqsədilə 195.500 manat kreditin verilməsi üçün bağlanmış xx.xx.2008-ci il tarixli, 058 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin təminatı qismində qeyd olunan mənzilin ipoteka ilə yüklü edilməsi barədə tərəflər arasında xx.xx.2008-ci il tarixli, 058/1 saylı ipoteka müqaviləsinin bağlanmasına baxmayaraq, həmin müqavilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmamış, bu səbəbdən də, ipoteka müqaviləsi qüvvəyə minməmiş və bankın ipoteka predmeti olan mənzilə dair ipoteka hüququ əmələ gəlməmişdir.
9. Ona görə də, məhkəmə qeyd etmişdir ki, iddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi” və digər hissələr də əsassız olduğuna görə təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 439.3, 442, 443.4, 445.1, 445.2.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi halları iddiada və qətnamədə göstərildiyindən tamamilə fərqlidir. İşin həqiqi halları ondan ibarətdir ki, birinci instansiya məhkəməsi 13 il bundan əvvəl xitam verilmiş kredit müqaviləsi üzrə iddianın təmin edilməsi haqqında qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh 2008-ci ildə mənzil almaq istəmiş, bu zaman onun tanışı Zaur adlı şəxs bildirmişdir ki, İddiaçı ASC sədri Nadir İsmaylovun Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə tikdirdiyi binada münasib qiymətə mənzillər satılır. Cavabdeh həmin ünvana gedərək orada yerləşən İddiaçı ASC-in baş ofisində həmin Bankın sədri Nadir İsmayılovla görüşmüşdür. Bundan sonra cavabdeh, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının “B” bloku 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzili almaq qərarına gəlmişdi r. Məhz bu alqı-satqı müqaviləsinə görə xx.xx.2008-ci il tarixli kredit və ipoteka müqavilələri rəsmiləşdirilmişdir. Bundan sonra, cavabdeh həmin mənzilin təmirinə başlamış, 2009-cu ilin mart ayında təmiri başa çatdıraraq və ailə quraraq, həmin mənzilə köçmüşdür. Həmin mənzildə cavabdeh 2 il öz ailəsi ilə yaşamış, lakin 2011-ci ildə işləri ilə əlaqədar Böyük Britaniyaya köçməli olduğundan, həmin mənzili satmaq qərarına gəlmişdir. Bu məqsədlə cavabdeh Banka müraciət edərək orada yenə də İddiaçı ASC sədri Nadir İsmayılovla görüşmüşdür. Bu məqsədlə cavabdeh, İddiaçı ASC sədri Nadir İsmayılovu mənzilə baxmaq üçün gətirmiş, sonuncu isə mənzilə baxıb, təmiri bəyənib, onun yaxın qohumuna mənzil lazım olduğu üçün mənzilə görə 150.000 manat verməyə hazır olduğunu, kreditin qalan hissəsinin isə həmi n yaxın qohumunun ödəyəcəyini bildirmişdir. Beləliklə, cavabdeh və İddiaçı ASC-nin sədri Nadir İsmayılov həmin mənzilin alqı-satqısını etmiş, kredit müqaviləsinin əsli və cavabdehlə bağlanmış müqavilələr onun yanında ləğv edilmiş və Nadir İsmayılov cavabdehə mənzilə görə 150.000 manat ödəmişdir. Bundan sonra, cavabdeh mənzili boşaldaraq oradan çıxmışdır. Bununla da, artıq 2011-ci il tarixdə xx.xx.2008-ci il tarixli, 058 saylı kredit müqaviləsinə və xx.xx.2008-ci il tarixli, 058/1 ipoteka müqaviləsinə xitam verilmişdir. Bütün bu keçən 13 il ərzindən nə Bankdan, nə də ki hər hansı bir şəxsdən həmin kredit müqaviləsi ilə bağlı cavabdehə nə bildiriş, nə də ki zəng olunmamışdır. Hazırkı qətnamənin mövcud olmasından cavabdehə onun mobil telefon nömrəsinə icra şöbəsindən SMS daxil olmasından sonr a məlumat almışdır və dərhal nümayəndəsi vasitəsi ilə Şuşa rayon İcra Şöbəsinə, sonra isə məhkəməyə müraciət etmişdir. Bütün bu şərh edilənlər, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə dolayısı ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan belə müəyyən olunur ki, cavabdehin hesabı üzrə sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə 2.000 manat olmaqla icra olunmuşdur. Yəni bu keçən 12 il ərzində Banka heç bir ödəniş olunmamışdır. Belə olan halda sual yaranır, əgər cavabdehin aktiv kredit borcu var idisə bu 12 il ərzində Bank tərəfindən hansı səbəblərdən ona qarşı hər hansı iddia tələbi irəli sürülməmişdir. Nəyinki iddia tələbi heç xəbərdarlıq və ya zəng belə olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə kredi t müqaviləsinin əsli təqdim edilməmişdir. Çünki, bu kredit müqaviləsi yuxarıda şərh edildiyi kimi 2011-ci ildə artıq ləğv edilmişdir. Lakin görünən odur ki, bu hadisələrin üstündən 12 il keçdikdən sonra iddiaçı, hansısa arxiv sənədlərindən müqavilənin sürətini tapır və bu surətdən istifadə etməklə cavabdehə qarşı əsassız və qanunsuz iddia qaldırmışdır. İpoteka predmeti adlanan mənzil cavabdeh tərəfindən 2011-ci ildə Banka qaytarılmışdır. Birinci instansiya məhkəməsi tamamilə əsassız olaraq, yəni kredit öhdəliyini yaradan sənədin (müqavilənin) əsli olmadan Mülki Məcəllənin 385, 386,425, 442, 445, 448, 439.3-cü maddələrinə istinad etməklə əsassız qətnamə çıxarmışdır. Əgər hazırkı iddia tələbləri üzrə hər hansı borc tələbi faktiki olaraq qalmışdırsa, cavabdeh həmin borc tələbinin iddia tələbi ndə göstərilən mənzilinə yönəldilməsinə etiraz etmir. Çünki, həmin mənzil 2011-ci ildə onun tərəfindən İddiaçı ASC geri qaytarılmış, onun kredit öhdəliklərinə xitam verən Bank isə həmin mənzili özünün müəyyən etdiyi şəxsə satmışdır. İddia ərizəsi xx.xx.2023-cü ildə verilmişdir. Onda iddiaçının təqdim etdiyi imzasız və möhürsüz ödəniş cədvəlinə uyğun olaraq nəzəri baxımdan yalnız xx.xx.2022-ci ildən sonra ödənilməli pul vəsaitləri tələb edilə bilərdi. İşə baxan məhkəmə bu xüsusatları da nəzərə almamışdır. Bundan başqa, xx.xx.2022-ci ildən əvvəl olan tələblər üzrə iddia müddəti keçmişdir. Məhkəmə hazırkı iddia tələbi üzrə öhdəliklərə xitam verilməsi faktını araşdırmamışdır. Məhkəmə tərəflərin bərabərliyi prinsipinə riayət etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilmiş kserosurət sənədlərə əsaslanmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin əsillərini tələb etməmiş və sübut olmayan 12 il əvvəl qüvvədən düşmüş kserosurət sənədləri sübut kimi qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş kimi göstərilən heç bir hal maddi sübutlarla öz təsdiqini tapmamışdır.
13. Cavabdeh həmçinin apellyasiya şikayətinə baxılması zamanı iddia müddətinin tətbiq edilməsinə dair ərizə əlavə edərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının tələbləri tamamilə əsassızdır, həmçinin həmin tələblər üzrə iddia müddəti ötürülmüşdür. Hazırkı iddia üzrə iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələbl ərinə iddiaçı tərəfindən riayət edilməmiş və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini buraxmışdır. Hazırkı iddia tələbləri xitam verilmiş xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsaslanır ki, həmin kredit müqaviləsi üzrə iddia müddəti belə ötürülmüşdür. Belə ki, həmin kredit müqaviləsinin 3-cü bəndində göstərilir ki, bu müqavilə üzrə alınmış yaşayış sahəsi özgəninkiləşdirildikdə borcalan 5 iş günü ərzində ipoteka kreditini geri qaytarmalıdır. Hazırkı halda “ipoteka predmeti” 2011-ci ildə özgəninkiləşdirilmişdir. Belə olan halda, iddiaçı tərəf müqavilə üzrə müəyyən edilmiş iddia müddətinin başlanğıcını nəzərə alaraq, (yəni bu müqavilə üzrə alınmış yaşayış sahəsi özgəninkiləşdirildikdə borcalan 5 iş günü ərzində ipoteka kreditini geri qaytarmalıdır müddəsını) 3 il müddətində iddia qaldırmalı idi. Yəni, iddiaçı üçün mümkün iddia tələbi 2011-ci ildən sonra ən geci 2014-cü ildə qaldırıla bilərdi. Hazırda isə 2024-cü ildir, yəni artıq 10 ildən çox müddət keçmişdir. Cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə iclaslarından məlumatsız olması səbəbindən və məhkəmə iclaslarında iştirak etmədiyindən məcburiyyət qarşısında hazırkı ərizəni apellyasiya instansiya məhkəməsində təqdim etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 oktyabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, 21 iyul 2008-ci il tarixli, 058 saylı kredit müqaviləsinin 1-5-ci vərəqlərinin aşağı sağ hissələrində olan imzalar və 6-cı vərəqində ol an kreditor “Cavabdeh” qrafasında “Əliyev” yazısının aşağısında olan imza Cavabdeh tərəfindən icra edilmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1212/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli sədrlik edən, məruzəçi, Fuad Məmmədov və Ayaz Süleymanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binası, “B” bloku, 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzilin alınması məqsədilə 195.500 ma nat kreditin verilməsi üçün xx.xx.2008-ci il tarixli, 058 saylı kredit müqaviləsi bağlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi, “sözügedən müqavilələrin əsilləri”nin İddiaçı ASC-nin sədri Nadir İsmayılov tərəfindən ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsində borc alan Cavabdeh imzasının həqiqiliyini yoxlamaq məqsədi ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsində olan imza borclu Cavabdeh tərəfindən icra olunmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə razılaşmayaraq, onun iddia müddətinin tətbiqinə dair əirzəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2008-ci il tarixli kredit müqaviləsi 15 il müddətinə bağlanmış, müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Belə ki, Mülki Məcəllədə 3 illik iddia müddətinin olması nəzərə alınmaqla, hazırkı kredit müqaviləsi üzrə iddia müddətinin xx.xx.2026-cı il tarixdə bitməsinə baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə iddia müddətini keçirməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir.
21. Apellyasiya ins tansiyası məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 445.2.1, 448.2, 439.3, 443.4, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəflərin bərabərliyi prinsipinə riayət etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsaslanmışdır. Tərəflərindən məhkəməyə verilmiş vəsatətdə göstərilmişdir ki, mübahisəli mənzilin 21 iyul 2008-ci ildən indiyə qədər kimin (kimlərin) mülkiyyətində (sahibliyində) olması və müqavilələrin hansı tarixlərdə rəsmiləşdirilməsi, bu zaman "xxxx" ASC tərəfindən həmin əmlakın özgəninkiləşdirilməsinə razılıq ərizəsinin verilib-verilməməsi haqqında arayış verilməsi ilə bağlı tərəfidən "xxxx" MTK yazılı müraciət edilmişdir. Təəssüf ki, bu sorğuya heç bir cavab verilməmişdir. Nəzərə alaraq, ki, vəkil sorğusuna heç bir cavab verilməmişdir, məhkəmədən xahiş edilmişdir ki, məhkəmə tərəfindən həmin mənzilin 21 iyul 2008-ci ildən indiyə qədər kimin (kimlərin) mülkiyyətində (sahibliyində) olması və müqavilələrin hansı tarixlərdə rəsmiləşdirilməsi, bu zaman "xxxx" ASC tərəfindən həmin əmlakın özgəninkiləşdirilməsinə razılıq ərizəsinin verilib-verilməməsi haqqında "xxxx" MTK-dan sübutlar tələb edilsin. Məhkəmə tərəfindən "xxxx" MTK işə cəlb ediləsə də, iş üçün xüsusilə mühüm əhəmiyyət kəsb edən həmin sübutun tələb edilməsi təmin edilməmişdir. Həmin sübut təmin edilmiş olsa idi, aydın olacaq idi ki, ipoteka predmeti təşkil edən Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130- cu məhəllə, 1-ci yaşayış binası “B” bloku, 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzil cavabdehdə deyil və ipoteka saxlayana təhvil verilmişdir. Bundan başqa, işə baxan məhkəmə kredit borcunun məbləğinin doğruluğu ilə bağlı da hər hansı mötəbər sübuta istinad etməmişdir. Yalnız 13 il sonra iddia vermiş iddiaçı tərəfin təqdim etmiş olduğu sənədlərə istinad etmişdir. Halbuki, məhkəmə kredit borcu üzrə mötəbər sübut əldə edilməsi məqsədi ilə ən azından məhkəmə-mühasibatlıq ekspertizasını keçirməli idi. Hazırkı halda isə kredit borcu faktı yalnız "xxxx" ASC maliyyə arayışı ilə təsdiq olunur. Baxmayaraq ki, cavabdeh ümumiyyətlə kredit müqaviləsi üzrə öhdəliklərə 2011-ci ildə xitam verilməsi faktına istinad edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə h üququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
26. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəl lədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edi lməsi) başa düşülür.
32. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
33. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
34. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
36. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi B ankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.
37. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
38. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarı 39. “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. “Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı
40. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərə finin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibət inin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binası, “B” bloku, 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzilin alınması məqsədilə 195.500 manat kreditin verilməsi üçün xx.xx.2008-ci il tarixli, 058 saylı kredit müqaviləsi bağlanılmışdır.
52. Apellyasiya instansiyası məhkəməsi, “sözügedən müqavilələrin əsilləri”nin İddiaçı ASC-nin sədri Nadir İsmayılov tərəfindən ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsində borc alan Cavabdeh imzasının həqiqiliyini yoxlamaq məqsədi ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsində olan imza borclu Cavabdeh tərəfindən icra olunmuşdur.
53. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin ap ellyasiya şikayətinin digər dəlilləri ilə razılaşmayaraq, onun iddia müddətinin tətbiqinə dair əirzəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2008-ci il tarixli kredit müqaviləsi 15 il müddətinə bağlanmış, müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir.
54. Belə ki, Mülki Məcəllədə 3 illik iddia müddətinin olması nəzərə alınmaqla, hazırkı kredit müqaviləsi üzrə iddia müddətinin xx.xx.2026-cı il tarixdə bitməsinə baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə iddia müddətini keçirməmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. B u baxımdan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir.
56. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdeh, sözügedən mənzildə təmir işləri aparması; həmin mənzili kredit müqaviləsi üzrə qalan borcu ödəmək şərti ilə İddiaçı ASC-nin sabiq sədri Nadir İsmayılovun yaxın qohumuna təhvil verməsi və kredit müqaviləsinin vaxtında və lazımınca icra edilməməsi nəticəsində ona maddi zərər dəyməsi ilə bağlı, təqsirkar şəxslərə qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla mübahisə aça bilər.
57. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İ ş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1212/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.