Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3733/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Mayılova (Həsənova) Vüsalə Həsən qızı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4nə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə, müddətin bərpası barədə ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Mayılova (Həsənova) Vüsalə Həsən qızı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 M TK-ya qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-580/2025 nömrəli, 2025-ci il 13 noyabr tarixli qərardadından cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsən qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC cavabdehlər X9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 MTKya qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər C avabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 94327.63 AZN, faiz borcu üzrə 37157.09 AZN olmaqla, cəmi 131484.72 AZN kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46.45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 422 AZN dövlət rüsumu və 1.82 AZN xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: cavabdehlər ½ hissədə Cavabdeh3 və ½ hissədə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi: ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 2024-cü il 19 dekabr tarixli, e-2(012)-1833/2024 nömrəli qətnaməsi ilə (hakim X1) iddia qismən təmin edilmiş, Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada 94327,63 manat məbləğində əsas, 30746,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 125074,21 manat pulun, ödənilmiş dövlət rüsumu üçün 415,07 manat, xidmət haqqı 0,62 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ½ hissədə Həsənova (Mayılova) Vüsalə Həsən qızına və ½ hissədə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 120350 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutulması, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Həsənova (Mayılova) Vüsalə Həsən qızı və Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə onların əmlakları ilə birgə həmin evdən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 250 manat məbləğində pul vəsaitinin Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğin də pul vəsaitinin Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. Qətnamədən cavabdehlər Cavabdeh1 və Mayılova (Həsənova) Vüsalə Həsən qızı ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 iyul tarixli, 2(105)-580/2025 nömrəli qətnaməsi ilə (hakimlər - X11 (sədrlik edən və məruzəçi), X14 və X12) apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1833/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilərək – ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 76,8 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 104 000 (bir yüz dörd min) manat müəyyən edilmiş, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə müstəqil qiymətləndirmənin icrası ilə əlaqədar 300 manat hesab xərcinin müştərək qaydada Mayılova (Həsənova) Vüsalə Həsən qızı və Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Qətnamədən cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsən qızı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün 2025-ci il 16 sentyabr tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2025- ci il 29 sentyabr tarixli, 2(102)-3195/2025 nömrəli qərardadı ilə (hakimlər X10 (məruzəçi), X6 və X2 ) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 iyul tarixli, 2(105)-580/2025 nömrəli qətnaməsindən cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsən qızının verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 22 oktyabr tarixli, 2(105)-580/2025 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(102)-580/2025 nömrəli iş üzrə 2025-ci il 14 iyul tarixli qətnaməsindən cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsən qızı tərəfindən verilmiş kassasiya şikayəti (dövlət rüsumunun az məbləğdə ödənilməsi əsası ilə) geri qaytarılmışdır.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 iyul tarixli, 2(105)- 580/2025 nömrəli qətnaməsindən yenidən kassasiya şikayəti vermiş və kаssаsiyа şikаyətinə “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə vəsatət əlavə etmişdir.
10. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırda həmin qərardadda qeyd olunan məbləğdə rüsum cavabdeh X9 tərəfindən ödənilmişdir. Kassasiya şikayəti verilməsi müddəti üzrlü səbəbdən ötürülmüşdür. Azərbaycan Re spublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilən halların nəzərə alınması və kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi xahiş edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 13 noyabr tarixli, 2(105)-580/2025 nömrəli qərardadı ilə (hakimlər - X11 (sədrlik edən və məruzəçi), X7 və X3) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 iyul tarixli, 2(105)-580/2025 nömrəli qətnaməsindən cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsən qızının vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş kаssаsiyа şikayəti verməsi üçün ötürülmüş müddətinin bərpa ed ilməsinə dair vəsatət (ərizə) təmin edilməmiş, kassasiya şikayətinin cavabdehə geri qaytarılması qərara alınmışdır.
12. Qərardad onunla əsaslandırılmışdır ki, əvvəla vəsatətdə prosessual müddətin üzürlü səbəblərdən ötürülməsinə dair əsaslı heç bir hal qeyd olunmamışdır. Belə ki, sözügedən qətnamədən ilk dəfə cavabdeh Vüsalə Həsənova tərəfindən verilən kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmuş və imzalanmışdır. Bu qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan məbləğin qanuni həddə ödənilməməsi isə kassasiya şikayətinin lazımı müddət ərzində verilməməsini istisna edən üzrlü hal sayıla bilməz. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Azərba ycan Respublikasının müvafiq qanunvericilik aktlarında kassasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən müddət və digər tələblər, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib. Qeyd edilməlidir ki, kassasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, forma və məzmuna ciddi riayət olunmaması və s. hallar kassatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır.
13. Kollegiyanın qənaətinə görə kassasiya şikayətinin qaytarılması kassatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxil ə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən sui-istifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Əks halda, bu kimi hallar ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər.
14. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3, 129.1, 129.2, 130.1, 135.5, 403.1, 402.2.2, 408.1.3, 408.1.7, 408.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsə n qızı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin baxışa təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2025-ci il 10 oktyabr tarixdə cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsən qızı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2025-ci il 29 sentyabr tarixli, 2(102)-3195/2025 nömrəli qərarında qeyd edilən nöqsan tamamilə aradan qaldırıldıqdan sonra (dövlət rüsumu tam ödənildikdən sonra) kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə elektron sistem vasitəsi ilə verilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizənin ele ktron sistemə yüklənməsini nəzərə almayaraq, kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması məsələsinə baxılması üçün 22 oktyabr 2025-ci il tarixdə, saat 15:30-da məhkəmə iclası təyin etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-580/2025 nömrəli, 2025-ci il 22 oktyabr tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(102)-580/2025 nömrəli iş üzrə 14 iyul 2025-ci tarixli qətnaməsindən cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsən qızı tərəfindən (vəkili Vəkil3) verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Nəticədə qanunsuz qərardad qəbul etmişdir. Məhkəmənin daxili nömrəsinə yığıb əlaqə saxlanılaraq müddət bərpası barədə ərizə verilməsinə baxmayaraq, hansı səbəbdən əriz əyə baxılmaması ilə maraqlandıqda işə baxan hakimin köməkçisi hakim məzuniyyətdə olduğundan iş materiallarının baxılması üçün digər hakimin icraatına verildiyindən qarışıqlıq olduğunu, bu səbəbdən də kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəyə baxılmadığını bildirmişdir. Bu müraciətdən sonra 2025-ci il 7 noyabr tarixdə kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə verilmiş ərizəyə baxılması 13 noyabr 2025-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(105)580/2025 nömrəli, 13 noyabr 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2025-ci il tarixli, 2(105)-580/2025 nömrəli qətnaməsindən verilmiş kаssаsiyа şikayəti verməsi üçün ötürülmüş müddəti nin bərpa edilməsinə dair vəsatət (ərizə) təmin edilməmiş, kassasiya şikayətinin cavabdehə geri qaytarılması qərara alınmışdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsi kassasiya şikayətinin geriyə qaytarılma səbəbi kimi dövlət rüsumunun az ödənilməsini göstərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunub verildiyini əsas gətirərək, ərizədə qeyd olunan halı üzrlü hesab etməmişdir. Lakin Apellyasiya məhkəməsinin işə baxan hakimin özü texniki yanlışlığa yol verərək, laqeydlik edərək məhkəmənin elektron kabinetinə kassasiya müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə yüklənməsinə baxmayaraq, həmin ərizəyə baxmadan kassasiya şikayətini geri qaytarmış, ərizə barədə məlumat verildikdən sonra ərizəyə baxılması üçün məhkəmə iclası təyin edərək ərizəni təmin etməmişdir.
18. Cavabdeh tərəfindən rüsum ödənilərkən texniki yanlışlığa yol verilmiş, xx.xx.2025-ci il tarixdə 105 manat məbləğində pul vəsaiti ödənilərək kassasiya şikayəti verilmiş, daha sonra texniki yanlışlıq aradan qaldırılmış, xx.xx.2025-ci il tarixdə 106 manat da onun tərəfindən tam ödənilmişdir. Bu müddət ərzində kassasiya şikayəti verilməsi üçün müddət ötürüldüyündən müddət bərpasına dair ərizə verilmiş, lakin apellyasiya məhkəməsi tərəfindən cavabdehin texniki yanlışlığın aradan qaldırmasına (kassasiya şikayəti verilməsi üçün dövlət rüsumunu tam şəkildə ödəməsinə) baxmayaraq ərizə təmin edilməmişdir. Bununla da cavabdehin məhkəməyə müraciət etmək hüququ məhdudlaşmışdır. Göründüyü kimi, cavabdeh qərardadda göstərilmiş halları aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə mü raciət etmiş, lakin məhkəmə kollegiyası qanunsuz və əsassız olaraq ərizəni təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə 20. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həy ata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
24. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
25. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
26. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur;
27. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddə t keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
28. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
29. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
30. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
31. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə veri lməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
32. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
33. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.
35. Maddə 408.1.3 Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
36. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
37. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, X4 şikayəti ilə əlaqədar qəbul etdiyi 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxs in iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM- in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsən qızı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə prosessua l hüquq normalarının tələblərinə uyğun olmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqd im etməyə borcludur.
46. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi cavabdehin elektron kabinetinə 15 iyul 2025-ci il tarixdə yerləşdirilmiş, cavabdeh 11 sentyabr 2025-ci il tarixdə həmin qətnamədən kassasiya şikayəti vermiş, lakin qanunvericiliklə müəyyən edilmiş qaydada 210 manat dövlət rüsumu ödəməli olduğu halda, 104,50 manat ödəmiş, bu səbəbdən kassasiya şikayəti Ali Məhkəmənin 29 sentyabr 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.
47. Cavabdeh tərəf bundan sonra 10 oktyabr 2025-ci il tarixdə əlavə olaraq 105 manat dövlət rüsumu ödəmiş və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir.
48. Qeyd edilən ərizədə cavabdeh müddətin buraxılmasının üzrlü səbəbi kimi yalnız dövlət rüsumunun tam məbləği nin onun tərəfindən ödənilməsinə istinad etmişdir.
49. Bununla bağlı qeyd edilməlidir ki, dövlət rüsumunun qanunvericiliklə nəzərdə tutulmuş qaydada tam ödənilməsi qətnaməni mübahisələndirən tərəfin prosessual vəzifəsidir. Bu baxımdan mülki mübahisədə iştirak edən tərəfin qəbul edilmiş qətnamədən kassasiya şikayəti vermək üçün dövlət rüsumunu tam ödəməsi, özü-özlüyündə müddətin ötürülməsinin üzrlü hesab edilməsinə əsas vermir.
50. Belə vəziyyətdə üzrlü səbəb kimi araşdırılmalı və qiymət verilməli hal, dövlət rüsumunun vaxtında və düzgün ödənilməməsinin səbəbləri çıxış edə bilərdi ki, müddətin bərpasına dair ərizədə bununla bağlı hər hansı istinada rast gəlinmir.
51. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddətin b ərpasından imtina etmişdir.
52. Məhkəmə kollegiyası ərizəni rədd etmiş apellyasiya məhkəməsinin o dəlili ilə də razılaşır ki, kassasiya şikayətinin verilməsi zamanı kassator tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməməsi onun öz səhvi nəticəsində baş verirsə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşməməlidir.
53. Qeyd olunanlara əsasən bu qənaətə gəlmək olur ki, cavabdeh mübahisəli qətnamədən kassasiya şikayətini prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməklə vermiş və bunun üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 54. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respu blikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, bel ə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Su mqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-580/2025 nömrəli, 2025-ci il 13 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.