Məhkəmə qərarları › İş №2(102)-3540/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3540/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3540/2025 15.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi; pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cava bdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 avqust 2025-ci il tarixli 2(105)-50/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.İddiaçı “Azərbaycan Beynəlxalq Bankının “Abşeron” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2918- 07-2017-RA-RA nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 106 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 140.550.00 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqs ədilə Bank Cavabdeh2 ilə xx.xx.2017-cı il tarixli, 29-1807-2017-RA-RA nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında xx.xx.2018-cı il tarixli, 5640 nömrəli İpoteka müqaviləsi bağlanmış və cavabdehin mülkiyyətində olan ünvan 1 ipoteka ilə yüklü edilmişdir. 2.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********44 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiri ş qeydə alınmışdır. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən, ünvan 1 106 ay müddətinə "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2822 nömrəli reyestr kitabının 263227 nömrəli vərəqində qeydiyyata alınmışdır. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- iddiaçı Bank) tərəfindən Cavabdeh1 ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin surətinə əsasən, xx.xx.2017-ci il tarixli, 29-xx-xx-2017RA-RA nömrəli kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin tam şəkildə yerinə yetirilməsi xahiş olunmuş, 5 gün müddətin də öhdəlik yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Bank cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Bankın xeyrinə xx.xx.2017-ci il tarixli, 29-xx-xx-2017-RA-RA nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 124494.65 manat əsas borc, 12977.74 manat faiz borcu cəmi borcu 137472.39 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qey də alınması üçün ödənilmiş 30 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Bankın xeyrinə tutulmalı olan məbləğ xx.xx.2018-cı il tarixli, 5640 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4, 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılsın, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etsin, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə k ifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı Bank müxtəlif tarixlərdə məhkəməyə iddianın həcminin dəyişdirilməsi ərizələri ilə müraciət edərək (ümumilikdə 6 dəfə) son olaraq xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı Bankın xeyrinə 29-xx-xx-2017-RA-RA nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 125338.09 manat illik 10 % olmaqla hesablanmış faiz borcu üzrə 57247.98 manat və illik 5 % olmaqla hesablanmış faiz borcu üzrə 18034.86 manat, cəmi 200620.93 manat borc məbləğinin tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kada strı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 31.36 manat dövlət rüsumu və xidmət haqqının Cavabdeh1 tutulması, 29-xx-xx-2017-RA-RA nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanan xx.xx.2018-ci il tarixli 5640 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4, m1 ünvanında yerləşən ümumi sahəsi 97.81 kv.m olan 2 otaqlı mənzilin (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********76-05301-093013) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 məxsus i poteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4, m1 ünvanında yerləşən ümumi sahəsi 97.81 kv.m olan 2 otaqlı mənzildən (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********76-05301-093013) Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçı Bankın tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı Banka ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaç ı Bankın “Abşeron” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 29-18- 07-2017-RA-RA nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 106 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 140.550.00 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə iddiaçı Bank Cavabdeh2 ilə xx.xx.2017-cı il tarixli, 29-xx-xx-2017-RARA nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə iddiaçı Bank arasında xx.xx.2018cı il tarixli, 5640 nömrəli İpoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ünvan 1 ipoteka il ə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, iddiaçı Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir.xx.xx.2020-ci il tarixə Cavabdeh1 iddiaçı Banka 124494.65 manat əsas borc, 12977.74 manat faiz borcu cəmi borcu 137472.39 manat təşkil edir. Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 borc öhdəliyini icra etmir, buna görə də borcun təminatı kimi onun tərəfindən ipotekaya qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir.

9. İddiaçı Bank iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Bank Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılması üçün 2(034)-1/2024 saylı mülki iş məhkəmənin icraatındadır. MPMnin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbin in həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı halda isə tələbin dəqiqləşdirilmə ərizəsinin təqdim edilməsinin səbəbi ondan ibarətdir ki, məhkəmə prosesi zamanı mülki iş uzun bir müddət ekspertizada olmuş və cavabdeh tərəfindən qalıq borcdan ödənişlər edilməmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixli 9/7192 nömrəli ekspert rəyinə əsasən əsas borc və illik 5% hesablanmaqla faiz borcunun, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən isə illik 10 % hesablanmaqla bu günə olan faiz borcunun tələbi ilə bağlı tələblərini dəqiqləşdirmək zərurəti yaranmışdır. Belə ki, ekspert rəyinə əsasən cavabdehin əsas borc üzrə 125338.09 manat borcu mövcuddur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə 57247.98 manat (illik 10 % hesablanmaqla) faiz borcu mövcuddur. Əlavə olaraq, ekspert tərəfindən verilmiş rəydə olan məbləğlər əsas götürülməklə, sadə hesablama yolu ilə müəyyən edilir ki, cavabdehin xx.xx.2024-cü il tarixə 18034.86 manat illik 5% olmaqla hesablanmış faiz borcu mövcuddur (17129.54 manat (27.11,2023-cü il tarixə) + 52 gün x 17.41 (hər günə düşən faiz məbləği) = 18034.86 manat).

10. İddiaçı Bankın nümayəndəsi məhkəmədən dəqiqləşdirmə ərizələri nəzərə alınmaqla, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, izahatında bild irmişdir ki, iş üzrə verilmiş ekspert rəyində faiz borcu düzgün hesablansa da, əsas məbləğə münasibətdə yanlışlıqlar vardır. Mənzil 2017-ci ildə alınmış, yeni tikili evdir. Həmin vaxt mənzilin 1 kv.m-i 1600 manat məbləğində olmuş, indi isə, təxminən 2000-2500 manatdır. İpoteka müqaviləsində mənzilin qiyməti 156.000 manat dəyərində qiymətləndirilmişdir. Tərəflərindən xx.xx.2019-cu il tarixədək mütəmadi olaraq 19 ödəniş həyata keçirilmiş və ümumilikdə həmin tarixədək 38.044 manat məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı Bankın onlara təqdim etdiyi çıxarışdan da görünür ki, həmin ödənişlərdən xx.xx.2018-ci il tarixdə edilmiş 2002 manat, xx.xx.2018-ci il tarixdə edilmiş 2002 manat və xx.xx.2019-cu il tarixdə edilmiş 2000 manat məbləğində ödənişlər əsas borcun azaldılmasına yönəldilməmiş və borcdan düzgün silinməmişdir. Təqdim olunan çıxarış üzrə xx.xx.2019-cu il tarixədək əsas borcdan ümumilikdə 17457,62 manat azalma olmuşdur ki, həmin məbləği də ümumi borcdan (140550- 17457,62=123092,38 AZN) çıxdıqda 123092,38 manat əsas borc qalmalı idi. Ona görə də əsas borcun qalığı da düzgün hesablanmamışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh1 əmək haqqı hesabından ümumilikdə 3068,76 manat pul silinsə də, ümumi borcun məbləğində azalma olmamışdır. Zəngilan Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı ilə cari mülki iş üzrə məhkəmə mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuş, 13 sentyabr 2021-ci il tarixində tərtib olunmuş ekspertiza rəyində borc hesablanarkən tərəflərindən qeyd olunan faktlar nəzərə alınmamışd ır. Bundan əlavə, Zəngilan Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı ilə cari mülki iş üzrə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4,1 nömrəli mənzilin qiymətləndirilməsi barədə qiymətləndirici ekspertiza təyin olunmuş və 26 oktyabr 2021-ci il tarixli hesabatda mənzilin likvid dəyəri 90000 manat məbləğində göstərilmişdir. Mənzilin sahəsi (97.81 m2), təmir xərcləri, yerləşdiyi ərazi nəzərə alınsa, mənzilin likvid dəyərinin 90000 manat olması mümkün deyildir. Əksinə, hesabatı hazırlayan ekspert qərəzli mövqe nümayiş etdirmiş və qəsdən yalan rəy vermişdir. Elan saytlarında azacıq araşdırma aparmaqla asanlıqla müəyyən etmək olar ki, qeyd edilən ərazidə müvafiq təmirli mənzillərin dəyəri 240000-360000 manat aralığındadır. “Tap.az” elan saytından götürülmüş ə razi üzrə oxşar tipli mənzillərin satış qiymətlərinin əks olunduğu nümunələrə əsasən demək olar ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi ərazidə olan oxşar mənzillərin qiyməti 240.000 - 360.000 aralığında dəyişir. Buna görə də asanlıqla demək olar ki, mənzil düzgün qiymətləndirilməmişdir. İş üzrə iddiaçı olan Bank Zəngilan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, 29-18-07- 2017RA-RA nömrəli kredit müqaviləsi üzrə mövcud olan yekun borcun cavabdehdən tutulması və borc məbləğinin girov qoyulmuş daşınmaz əmlaka yönəldilməsini xahiş etmişdir. Həmin iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadla tərəflərindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 421.3, 423.2, 424.3, 447-ci maddələrinin əlaqəli şəkildə şərh olunm ası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunması əsas gətirilərək iş üzrə icraat dayandırılmışdır. Qeyd edilən normaların əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilən mövqeyinə əsasən qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir və iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Konstitusiya Məhkəməsinin bu mövqeyinə əsasən hesab edir ki, iddiaçı Bank xx.xx.2020-ci il tar ixli, 14/A1255 nömrəli “yaranmış kredit borcu üzrə öhdəliyin tam şəkildə icra olunması, əks halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada borcun ipoteka predmetinə yönəldiləcəyinə” dair bildirişi borcluya göndərməklə Cavabdeh1 ilə aralarında bağlanmış müvafiq kredit müqaviləsindən vaxtından əvvəl imtina etmiş və həmin tarixdən etibarən müqavilə ləğv edilmişdir. Nəzərə almaq lazımdır ki, adı çəkilən kredit müqaviləsi 106 aylıq müddətə bağlanmış və xx.xx.2026-cı il tarixədək qüvvədə qalmalı idi. Həmçinin Konstitusiya Məhkəməsinin müvafiq qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin şərh edilməsinə dair hissədə qeyd olunmuşdur ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilmə si, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğinin ödənilməsi barədə tələb irəli sürə bilər. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor bank bütün məbləği bütövlükdə tələb etdikdə, tələb etdiyi an müqavilədən imtina hesab olunur. Bu halda müqavilə xitam olunur. Xitam olunduqda 443.7-ci maddənin şərtinə toxunur. O maddə artıq öz qüvvəsini almış, tətbiq olunmalıdır. Tətbiq olunursa, artıq müqavilənin ləğvindən sonrakı dövrə 5% hesablanmalıdır. Onlarda isə müqavilə üzrə 10% hesablanır, bu günkü vaxta kimi olan bütün dövrlərdə iddiaçı Bank tərəfindən də, ekspertin rəylərində də 10% nəzərə alınmaqla hesablanmışd ır. xx.xx.2020-ci ildə bildiriş göndərilmişdir ki, bütün məbləği ödəyin və müqaviləyə xitam verirlər, əks halda ipoteka kreditinə qanunvericiliyin tələblərinə uyğun tutma yönəldiləcəkdir. Artıq bildirişin göndərilməsi iddiaçı Bank tərəfindən müqavilədən bir nömrəli imtina hesab olunmalıdır. Sonda cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/6031 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 18 iyul 2017-ci il tarixli, 29xx-xx-2017-RA-RA saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabde h1 iddiaçı Banka olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: sualda göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzrə 125.334,88 manat, faiz borcu üzrə 12.285,76 manat, rəyin tərtib edilmə tarixinə olan əsas borc üzrə 125.334,88 manat; faiz borcu üzrə 27.562,79 manat (rəy xx.xx.2021-ci il tarixdə tərtib edilib). İş materiallarından göründüyü kimi Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış 18 iyul 2017-ci il tarixli, 29-18- 37-2017-RA-RA №-li kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin iddiaçı Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında iddiaçı bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmamışdır. 13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, H /01-PLS nömrəli rəyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4, 1 saylı mənzilin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 100.000 manat, likvid qiyməti itsə 90.000 manat müəyyən edilmişdir.

14. «Bakı Qiymətləndirmə Mərkəzi» tərəfindən verilmiş 96 nömrəli qiymətləndirmə aktına əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 240.000 manat, likvid dəyəri isə 225.000 manat müəyyən edilmişdir.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/9299 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qrafiki v ə 18 iyul 2017-ci il tarixli, 29-xx-xx-2017-RA-RA №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 iddiaçı Banka olan borcu 04 may 2020-ci il tarixə (iddia tarixinə) 137.508,21 manat, əsas borc üzrə 124.494,65 manat, faiz borcu üzrə 13.013,56 manat, 30 dekabr 2021-ci il tarixə (ekspert rəyi tərtib olunan tarixə) 156.371,36 manat, əsas borc üzrə 124.494,65 manat, faiz borcu üzrə 31.876,71 manat təşkil edir. 16. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş LF-17 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti 275.000 manat, likvid dəyəri isə 255.000 manat təşkil etmişdir.

17. Maliyyə arayışına əsasən, cavabdehin banka xx.xx.2022-ci il tarixədək ödənilməmiş əsas borcu 124.494,65 manat, ödənilməmiş faiz borcu 39.93 3,08 manat olmaqla, cəmi 164.427,73 manat təşkil edir.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-9/7192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 29-xx-xx-2017-RA-RA nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Məhsəti Qardaşxan qızının iddiaçı Banka olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2020-ci il tarixədək, əsas borc üzrə 125.338,09 manat, faiz borcu üzrə 10.667,44 manat. İş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışının məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ümumilikdə xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə 2183,06 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğ faiz borcuna silinmişdir. Belə olan halda iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilən mövqeyə əsasən illik 5 faiz həcmində hesablanmaqla faiz borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixədək əsas borc üzrə 125338,09 manat, faiz borcu üzrə 29965,93 manat. xx.xx.2023-cü il tarixədək (rəy verilən tarixədək) əsas borc üzrə 125338,09 manat, faiz borcu üzrə isə 31846,00 manat.

19. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 19 yanvar 2024-cü il tarixli, 2(034)-1/2024 nömrəli qətna məsi ilə (hakim G.K.İmanova) iddianın qismən təmin edilməsi, cavabdeh X1 125338,09 manat əsas, 10667,44 manat faiz, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il (rəy verilən tarixədək) tarixədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilən mövqeyə əsasən illik 5 faiz olmaqla 31.846 manat faiz borcu, cəmi 167.851,53 manat məbləğində borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Banka ödənilməsi, cavabdeh X1 150 manat ekspertiza xərcinin tutularaq dövlət nəfinə ödənilməsi, tutma ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin likvid qiyməti 255.000 manat qiymətləndirilməklə satılması və satışdan əldə ediləcək pul vəsaitinin hesabına Cavabdeh1 iddiaçı Banka olan borcunu n ödənilməsi və iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

20. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, iddiaçı Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə dəfələrlə xəbərdarlıq olunmuş, buna baxmayaraq, cavabdeh kredit borcunun ödənilməsi üçün tədbirlər görməmiş, müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir.

21. Borcun məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, ekspert tərəfindən rəy verilən tarixə olan borc nəzərə alınmaqla iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilən mövqeyə əsasən, illik 5 faiz həcmində hesablanmaqla faiz borcu xx.xx.2023-cü il tarixədək 29.965,93 manat və xx.xx.2023-cü il tarixədək (rəy verilən tarixədək) əsas borc üzrə 125.338,09 manat, faiz borcu üzrə isə 31846,00 manat təşkil etmişdir.

22. Məhkəmə iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanla və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin həmin evə (mənzilə) tutma yönəldildikdə və mənzil satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürülməsi barədə ərizələri təqdim edilməmişdir. Ona görə də, iddiaçı Bankın iddia tələbinin Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması hissəsində təmin edilməməlidir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7, 296.1, 317, 319.1, 319.6, 385.1, 414-416, 425.1, 442, 443.1, 445.7, 448.1, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikası “İpoteka haqqında” qanununun 39.1, 39.3.3, 59.1 və 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məc əlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 360 və 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

24. Qətnamədən narazı qalan iddiaçı Bank apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(034)-1/2024 nömrəli qətnaməsinin cavabdehdən faiz borcunun tutulması, evin boşaldılması və evin likvid dəyəri hissəsində dəyişdirilərək Cavabdeh1 iddiaçı Bankın xeyrinə xx-xx-072017-RA-RA nömrəli xx.xx.2017ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 125338.09 manat, illik 10 % olmaqla hesablanmış faiz borcu üzrə 57247.98 manat və illik 5 % olmaqla hesablanmış faiz borcu üzrə 18034.86 manat, cəmi 200620.93 manat borc məbləğinin tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 31.36 manat dövlət rüsumu və xidmət haqqının Cavabdeh1 tutulması, 29-xx-xx-2017RA-RA nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanan xx.xx.2018-ci il tarixli 5640 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4, m1 ünvanında yerləşən ümumi sahəsi 97.81 kv.m olan 2 otaqlı mənzilin (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********76-05301-093013) ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 iddiaçı Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4, m1 ünvanında yerləşən ümumi sahəsi 97.81 kv.m olan 2 otaqlı mənzildən (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********76-05301-093013) Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsaitin iddiaçı Bankın tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı Banka ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. İddiaçı Bankın apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi müqaviləyə iddiaçının müraciəti əsasında bildirişin göndərildiyi xx.xx.2020-ci ildə xitam verildiyini əsas götürərək iddia tələbini faiz hissəsində qismən təmin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, mülki iş üzrə mübahisə 4 il davam etmiş, cavabdeh tərəfindən ödənişlər həyata keçirilmiş və müqavilə üzrə öhdəliklər davam etdiyindən müqaviləyə xitam verilməmişdir. Belə olan halda, müqavilə üzrə olan münasibətlər davam etmişdir. Bu səbəbdən sonuncu təqdim edilmiş ekspert rəyinə əsasən tələb dəqiqləşdirilmiş və faiz borcunun bildiriş tarixinə deyil, sonuncu təqdim edilmiş maliyyə arayışına əsasən təmin olunması xahiş edilmişdir. Belə olan halda hesab edirlər ki, Cavabdeh1 müqavilə üzrə tam məsuliyyət daşıdığından məhkəmə iddia tələbini tam təmin etməli idi. Əlavə olaraq həm iddiaçı, həm də cavabdeh tərəf məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığından, təkrar məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilməli və iddiaçı tərəfindən təqdim edilmiş vəsatətə əsasən ekspertizanın keçirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməli idi. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın ra zılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Sonradan yarana biləcək mübahisələrin qarşısının alınması məqsədi ilə ilkin satış qiymətinin ekspert rəyi əsasında müəyyən edilmiş likvid dəyəri ilə müəyyən olunmasını və buna etiraz etməmələri bildirilsə də, birinci instansiya məhkəməsi bunu nəzərə almamış və ilkin satış qiymətini müstəqil ekspert rəyində qeyd olunmuş likvid dəyəri ilə müəyyən etmişdir. Həmin Qanunun 47-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əs aslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Lakin, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq banka ödənilməsi tələbinin təmin olunmaması və qətnamədə qeyd olunmaması icra mərhələsində bankın tələb hüququnun pozulması ilə nəticələnə bilər. Bu səbəbdən, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq banka ödənilməsi tələbi təmin olunmalı və qətnamədə ayrıca qeyd olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəra rdadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbləri baxımından bunun üçün aşağıdakı 2 şə rtdən ən azı birinin mövcud olması zəruridir: yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması və ya; ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur. Bundan başqa cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini vaxtlı-vaxtında deyil, gecikmə ilə icra etmişdir. Belə ki, müqavilə üçün sonuncu icra müddəti xx.xx.2026-cı il müəyyən edilmişdir. Lakin cavabdeh iş üzrə təqdim edilmiş sübut vasitələrindən olan hesabdan çıxarış və maliyyə arayışından da aydın görünür ki, cavabdehin sonuncu ödənişi xx.xx.2022-ci il tarixinə təsadüf edir. Cavabdeh öhdəliyi onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Bundan əlavə cavabdehə təqdim edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəlik icra edilməmişdir. Nəticəd ə xx.xx.2024-cü il tarixinə kimi müqavilədə müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanaraq, cavabdehdən müqavilə müddəti üçün 10 faizlə hesablanmış 57247.98 manat pulun (faiz borcunun) tutulması məhkəmədən xahiş edilmişdir. Halbuki cavabdeh ilə müqavilə öhdəlikləri davam edən öhdəliyə əsaslanır. Məhkəmə prosessual pozuntu edərək, sübutları düzgün qiymətləndirmədiyindən maddi hüquq normaları da müvafiq olaraq düzgün tətbiq edilməmişdir. Əlavə olaraq Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4, m1 ünvanında yerləşən ümumi sahəsi 97.81 kv.m olan 2 otaqlı mənzildən (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********76-05301093013) Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə on un ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması hissəsində də təmin olunmalı idi. Çünki təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur. Məhkəmə isə əsassız olaraq iddianı həmin hissədə təmin etməmişdir. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət e tmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı Banka ödənilməsi hissəsində isə iddianın bu hissədə də təmin olunmaması ilə bağlı məhkəmə öz mövqeyini bildirməmişdir. Son olaraq, qətnamənin təmin edildi hissəsində cavabdehdən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 31.36 manat dövlət rüsumu və xidmət haqqının Cavabdeh1 tutulması qeyd olunmamışdır. Bu da öz növbəsində onu göstərir ki, iddiaçının tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi iddianı tam təmin etməli idi.

26. Cavabdeh X2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-1/2024 saylı qətnaməsinin ləğv edilməsi, idd ia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə işin faktiki hallarına uyğun deyildir. Belə ki, tərəfindən verilmiş vəsatət əsasında müvafiq kredit müqaviləsi üzrə müqavilə ləğv edilənədək mövcud olan əsas borc və faiz məbləğinin, eləcə də müqavilə ləğv edildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı mövqe nəzərə alınmaqla illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Həmin ekspertiza üzrə xx.xx.2023-cü il tarixli ekspert rəyindən aşkar şəkildə görünür ki, iddiaçı Bank ilə bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə rəy verilən tarixədək, yəni xx.xx.2023-cü il tarixinədək yekun əsas borc məbləği 125338,09 manat, faiz borcu isə ümumilikdə müqavilənin bağlanmasından həmin tarixədək 31846 manat məbləğində müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi əsassız olaraq xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan faiz borcunu ayrılıqda 31846 manat məbləğində hesablamışdır. Halbuki, ekspert rəyindən də aşkar şəkildə görünür ki, 31846 manat faiz borcu xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində yaranmış məbləğ deyil, müvafiq kredit müqaviləsinin bağlanmasından xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində yaranmış borc məbləğidir. Belə ki, xx.xx.2023-cü il tarixli ekspert rəyinin 4-cü s əhifəsində mövcud olan qrafikin 9-cu sütununa nəzər salınsa görünər ki, artıq xx.xx.2020-ci il tarixinə 10667,44 manat məbləğində faiz borcu mövcud idi. xx.xx.2020-ci il tarixindən sonra isə faiz borc məbləğləri üst-üstə toplanaraq ümumilikdə xx.xx.2023-cü il tarixində 31846 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixə olan faiz borc məbləği 10667,44 manat olaraq göstərildikdən sonra xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan yekun faiz məbləği 21178,56 manat olaraq göstərilməli idi. Yaxud da, cavabdehdən tutulmalı olan ümumi faiz məbləği olaraq 31846 manat qeyd edilməli idi. Hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin icra olunması cavabdehin əsassız olaraq 10667,44 manat məbləğində artıq pul ödəməsinə səbəb olacaqdır. Birinci instansiya məhkəməsin in qəbul etdiyi müvafiq qətnamədə həqiqətə uyğun olmayan digər bir məqam isə mənzilin bazar dəyəri ilə bağlıdır. Belə ki, məhkəmə qətnamədə mənzilin 255000 manat məbləğində qiymətləndirilməklə satılmasını qət etmişdir. Həmin məbləğ müəyyən edilərkən iş materiallarında olan "xxxx" Hüquq və Qiymətləndirmə şirkətinin xx.xx.2022-ci il tarixli, LF-17 nömrəli rəyi əsas götürülmüşdür. Qeyd edilən rəydə mənzilin bazar qiyməti 275000 manat, likvid dəyəri isə 255000 manat məbləğində müəyyən edilmişdir. Lakin, xx.xx.2024-cü il tarixində mənzilin yenidən qiymətləndirilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də məhkəmə heç bir əsas gətirmədən həmin vəsatəti təmin etməmişdir. Halbuki, qeyd edilən vəsatətdə müvafiq rəyin 2022-ci ilin iyul ayında tərtib olunması v ə hazırkı dövrdə daşınmaz əmlak bazarında oxşar mənzillərin qiyməti ilə eynilik təşkil etmədiyi qeyd edilmiş və əsaslandırılmışdır. Belə ki, həmin vəsatətə əlavə edilən tap.az elan saytından əldə olunmuş bərabər sahələrə malik olan və eyni ərazidə yerləşən təmirli mənzillərin qiymətlərinə dair çıxarışlardan da məlum olur ki, oxşar mənzillərin dəyəri hazırda 280***-******* manat aralığında dəyişir. Belə olan halda hesab edir ki, müvafiq mülki iş üzrə mübahisə predmeti olan mənzilin yenidən qiymətləndirilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə və mənzilin hazırkı dövrə görə real bazar dəyərinin və likvid dəyərinin müəyyən edilməsi zəruridir. İş materiallarından da aydın olduğu kimi tərəfindən xx.xx.2024-cü il tarixində Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə B akı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4, ünvanında yerləşən 1 nömrəli mənzilin hazırkı dövrə olan real bazar dəyərinin və likvid dəyərinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair əsaslandırılmış vəsatət verilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin vəsatəti heç bir əsas gətirmədən təmin etməmişdir. Həmçinin həmin vəsatətin təmin olunmamasına dair hər hansı bir qərardad qəbul edilməmiş və qətnamədə həmin vəsatətə ümumiyyətlə toxunulmamışdır. İş materiallarında Cavabdeh1 iddiaçı Banka ümumilikdə 42513,44 manat məbləğində faiz borcunun olmasına dair heç bir sənəd və ya dəlil mövcud deyildir. Bu səbəbdən də birinci instansiya məhkəməsi müvafiq qətnaməsində faiz borcu məbləğinə münasibətdə öz mülahizəsinə əsasən, heç bir dəlilə ə saslanmadan mövqe nümayiş etdirmişdir. Belə ki, məhkəmə mülki iş üzrə yekun qərar qəbul edən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyini əsas götürmüşdür. Həmin rəydə isə cavabdeh onun müvafiq kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək 10667,44 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixədək isə 21178,56 manat olmaqla, ümumilikdə 31846 manat məbləğində faiz borcunun olması qeyd edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnamədə qeyd etdiyi ümumi olaraq 42513,44 manat məbləğində faiz borcunu hansı yolla hesablaması, həmin qənaətə necə gəldiyi əsaslandırılmamış və sübuta yetirilməmişdir.

28. Bununla yanaşı, iddiaçı Bankın nümayəndəsi Cavabdeh1 nümayəndəsinin cavabdehin kart hesabından pulların silinməsi ilə bağlı ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək etirazında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən elektron məhkəmə vasitəsi ilə təqdim olunmuş ərizədə tutulmaların həyata keçirildiyi və müvafiq borcun tutulmalar həcmində azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş çıxarışlar mötəbər sübut sayılmır. Belə ki, cavabdehin nümayəndəsi məhkəməni yanıltmaq məqsədi ilə yanlış və dəqiqləşdirilməmiş məlumat vermiş, mobil bankdan əldə olunmuş çıxarışlarda əks olunan məbləğləri ödəniş kimi göstərməyə çalışıb məhkəmənin diqqətini əsas məsələdən yayındırmağa çalışmışdır. Belə ki, cavabdeh tərəfindən mobil tətbiqdən çıxarışlar əlavə edilsə də ödənişlə bağlı hər hansı bir qəbz sübut kimi əlavə edilməmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2024-cü il tarixdə qətnamə çıxarıldıqdan sonra cavabdehdən qətnamə üzrə borcun tutulması və faiz borcunun dayandırılması məqsədi ilə iddiaçı bank tərəfindən eyniləşmə xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir. Eyniləşmə prosesi bank tərəfindən qətnamə çıxarıldıqdan sonra qətnamədə göstərilən məbləğlə bankın sistemindəki borc məbləğinin uyğunlaşdırılması və dəqiqləşdirilməsi prosesidir və cavabdehin xeyrinə olan bir prosedurdur. Burada məqsəd qətnamədəki borcun düzgün icrasını təmin etməkdir. Birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixdə təqdim etdikləri sonuncu tələb dəqiqləşdirmə ərizəsi və maliyyə arayışından da göründüyü kimi Cavabdeh1 sistem üzrə (illik 10 faiz hesablanmaqla) 57247.98 manat borcu olmuşdu r. Qətnamə çıxarılan tarixdən sistem üzrə eyniləşmə getdiyi tarixə yəni xx.xx.2024-cü il tarixə qədər sistem üzrə faiz borcu hesablanmışdır. Beləliklə aydın görünür ki, sistem üzrə eyniləşmə aparılan tarixə qədər Cavabdeh1 sistem üzrə 60834.38 manat faiz borcu olmuş, qətnamə üzrə ondan 42513.44 manat faiz borcu tutulduğundan, Cavabdeh1 tərəfindən qətnamə üzrə borcun tutulması məqsədi ilə eyniləşmə aparılaraq yerdə qalan kəsr məbləğ üzrə 18320.94 manat iddiaçı bankın ehtiyat hesabından Cavabdeh1 xeyrinə silinmişdir. Mobil bank tətbiqində isə iddiaçı bankın ehtiyat hesabından silinmiş məbləğ kredit ödənişi kimi əks olunsa da qeyd olunan məbləğ Cavabdeh1 tərəfindən ödənilməmişdir. Yuxarıda da qeyd etdiyi kimi Cavabdeh1 mobil bankdan əldə olunmuş çıxarışlarda əks olunan məbləğləri ödəniş kimi göstərməyə çalışıb məhkəmənin diqqətini əsas məsələdən yayındırmağa çalışmışdır. Ödənişlə bağlı Cavabdeh1 tərəfindən heç bir ödəniş qəbzi əlavə olunmamışdır. Bu da öz növbəsində Cavabdeh1 mötəbər sübut təqdim etmədiyini göstərir. Məlumat üçün bildirir ki, qətnamədən sonrakı tarixə xx.xx.2024-cü il tarixdə 168 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 28 manat, xx.xx.2024-cü il tarixdə 56 manat, xx.xx.2024-cü il tarixdə 28 manat, xx.xx.2024-cü il tarixdə 28 manat, xx.xx.2025-ci il tarixdə 54.19 manat, xx.xx.2025-ci il tarixdə 29.81 manat, xx.xx.2025-ci il tarixdə 28 manat, xx.xx.2025-ci il tarixdə isə 28 manat olaraq ümumilikdə 532 manat silinmə aparılmışdır. Qeyd olunan məbləğlər qoşmaya əlavə olunan hesabdan çıxarışdan da aydın görünür. Bu cür yanlış təqdimatlar işin obyektiv araşdırılmasına mane olmaqla yanaşı işin süni formada uzadılmasına səbəb olur. Bu səbəbdən qarşı tərəfin qeyd etdiyi həmin məlumatların mötəbər sübut kimi nəzərə alınmaması və məhkəmə baxışının yalnız işin sübutlarla təsdiq olunmuş hallarına əsasən aparılmasını xahiş edir.

29. Bununla yanaşı Cavabdeh1 nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının rəyindən sonra Cavabdeh1 əmək haqqı kartından xx.xx.2024-cü il tarixdə 3 dəfə 2091,03 manat, xx.xx.2024-cü il tarixdə 18320,94 manat, xx.xx.2024-cü il tarixdə 168 manat, xx.xx.2024cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 28 manat, xx.xx.2024-cü il tarixdə 56 manat, xx.xx.2024-cü il tarixdə 28 manat, xx.xx.2024-cü il tarixdə 28 manat, xx.xx.2025-ci il t arixdə 54.19 manat, xx.xx.2025-ci il tarixdə 29.81 manat, xx.xx.2025-ci il tarixdə 28 manat, xx.xx.2025-ci il tarixdə isə 28 manat pul tutulmuşdur. Həmin məbləğlərin bir hissəsi Cavabdeh1 kart hesabında mövcud olan şəxsi vəsaitindən tutulsa da qalan məbləğlərin hansı vəsait hesabın tutulması, tutulan həmin məbləğlərin borcdan silinib-silinməməsi Cavabdeh1 məlum deyil. Buna görə də qeyd edilən halın araşdırılaraq, Cavabdeh1 kart hesabından tutulan məbləğlərin nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir.

30. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(105)-50/2025 saylı, xx.xx.2025-ci il tarixli (hakimlər – A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), A.A.Mahmudov, S.A.Qafari) qətnaməsi ilə, apellyasiya şikayətlərinin qi smən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-1/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh X1 125338,09 manat əsas, 10667,44 manat faiz, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faiz olmaqla 21178,56 manat faiz məbləği, 30.40 manat ödənilmiş dövlət rüsumu və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasında görə ödənilmiş 31.36 manat dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 157.245,85 (yüz əlli yeddi min iki yüz qırx beş manat, 85 qəpik) manat tutularaq, iddiaçı Banka ödənilməsi, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4, m1 ünv anda yerləşən ipoteka predmetinə yönəldilməklə, mənzilin açıq hərracdan satılması və satışından əldə edilən vəsaitin hesabına tələbin təmin edilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 279.400 (iki yüz yetmiş doqquz min dörd yüz) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan ən geci bir ay ərzində Cavabdeh1 mənzildən çıxarılması və mənzilin boşaldılması, cavabdeh X1 150 (yüz əlli) manat ekspertiza xərcinin tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, apellyasiya icraatı zamanı əmlakın qiymətləndirilməsinə dair məhkəmə xərci qismində yaranmış 50 manat xərcin 25 (iyirmi beş) manatı iddiaçı Bankdan 25 (iyirmi beş) manatı isə cavabdeh X1 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, apellyasiya icraatı zama nı əmlakın qiymətləndirilməsinə dair məhkəmə xərci qismində yaranmış 300 manat xərcin 150 (yüz əlli) manatı iddiaçı Bankdan 150 (yüz əlli) manatı isə cavabdeh X1 tutularaq, "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi və apellyasiya şikayətlərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

31. Məhkəmə kollegiyası iddiaçı Bankın mülki iş üzrə məhkəmə mübahisəsinin dörd il davam etməsi, Cavabdeh1 tərəfindən ödənişlər həyata keçirilməsi və müqavilə üzrə öhdəliklərin davam etdirilməsi səbəbindən müqaviləyə xitam verilməməsi, buna görə də Cavabdeh1 bildirişin göndərildiyi xx.xx.2020-ci il tarixdən qətnamə çıxarıldığı vaxta kimi müqavilə üzrə faiz məbləğlərinin hesablanmalı olması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, A zərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

32. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 bildirişin verildiyi xx.xx.2020-ci il tarixdən müqavilənin ləğv edilməsi qənaətinə gələrək kredit müqaviləsi üzrə həmin tarixədək hesablanmış faiz məbləğlərini tutmuşdur.

33. Bununla yanaşı, m əhkəmə kollegiyası Cavabdeh1 faiz məbləğinin düzgün tutulması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixədək kredit müqaviləsi üzrə yaranmış faiz borcu 10667,44 manat, həmin faiz məbləği ilə birlikdə Mülki Məcəllənin 447.5-ci maddəsinin tələbinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış illik 5 faiz məbləğinin cəmi isə xx.xx.2023-cü il tarixədək 31846 manat təşkil etmişdir. Yəni, Mülki Məcəllənin 447.5-ci maddəsinin tələbinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış illik 5 faiz məbləği 21178,56 manat (31846-10667,44=21178,56 manat) təşkil etsə də birinci instansiya məhkəməsi səhvən Cavabdeh1 10667,44 manat artıq pul tutulmasını qət etmişdir.

34. Buna görə də məhkəmə kollegiyası hesab edib ki, cavabdeh X1 125338,09 manat əsas, 10667,44 manat faiz, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faiz olmaqla hesablanmış 21178,56 manat faiz məbləğinin tutulması qət edilməlidir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanla və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin həmin evə (mənzilə) tutma yönəldildikdə və mənzil satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürülməsi barədə ərizələr təqdim edilməməsini əsas gətirərək, iddia tələbini ipoteka predmetinin açıq hərracda satıldıqdan ən geci bir ay ərzində mə nzilin boşaldılması və cavabdehin mənzildən çıxarılması hissəsində təmin etməməsi ilə razılaşmamış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə əsassız olmaqla, maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır.

36. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Hazırkı iş üzrə də mənzil məhz kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üçün ipoteka ilə yüklü edilmişdir. Buna görə də i ddia həmin hissədə təmin edilməli olan iddia olmuşdur.

37. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə isə qeyd edib ki, hər iki tərəfin apellyasiya şikayətinin dəlilləri əsasında məhkəmə kollegiyası tərəfindən iş üzrə ekspert və mütəxəssis rəyləri əldə edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025ci il tarixli, 9/186 nömrəli rəyi ilə ipoteka predmetinin likvid dəyəri 244.300 manat, "xxxx" MMC-nin 30 iyun 2025-cü il tarixli qiymətləndirmə rəyi ilə isə ipoteka predmetinin likvid dəyəri 279.400 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası mütəxəssis rəyini daha mötəbər hesab etmişdir.

38. Belə ki, həmin rəyə əsasən, rəyi verən mütəxəssis qiymətləndiricinin ixtisas şəhadətnaməsin ə malik olmaqla, fəaliyyət istiqaməti məhz daşınmaz əmlakın qiymətləndirilməsi olmuşdur. Digər tərəfdən iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş rəy təxminən üç il əvvəl əldə edilmişdir ki, keçən üç il ərzində daşınmaz əmlakın dəyərinin düşməsi ağlabatan hesab olunmamaqla, bunun əksi daha inandırıcıdır. Digər tərəfdən isə məhkəməyə təqdim edilmiş ekspert rəyinin qeyd hissəsindən tələb və təklifdən asılı olaraq, müəyyən edilmiş qiymətdə dəyişiklik olmasının istisna edilməməsi qeyd olunmuşdur ki, bu da ekspert rəyində qətiliyin olmaması anlamına gəlmişdir.

39. Buna görə də məhkəmə kollegiyası hesab edib ki, "xxxx" MMC-nin 30 iyun 2025cü il tarixli qiymətləndirmə rəyi daha mötəbər hesab olunmalı və ipoteka predmetinin hərracda ilkin satış qiyməti 279.400 manat məbləğində m üəyyən edilməlidir.

40. Məhkəmə kollegiyası iddia tələbini Cavabdeh1 ipoteka predmetinə olan istifadə hüququna xitam verilməsi və satışdan əldə olunacaq vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh1 tutulması hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, ipoteka predmeti hərracda satıldığı təqdirdə Cavabdeh1 həmin əmlaka mülkiyyət hüququna ümumiyyətlə xitam verilmiş hesab olunur ki, onun ayrıca istifadə hüququna xitam verilməsinə zərurət qalmır. Həmçinin, hazırkı qətnamə ilə borc məbləğinin tutulması qət olunur ki, ipoteka predmetinin açıq hərracda satılması nəticəsində əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə kifayət etməməsi halında da qətnamənin borcun tutulması hissəsi icra qanunvericiliyin tələbinə əsasən icra olunur. Buna görə də ipotekanın s atışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən yenidən tutulmasının qət edilməsinə də zərurət qalmır.

41. Məhkəmə kollegiyası cavabdehin qətnamə çıxarıldıqdan sonra onun əmək haqqında tutulmalar aparılması və həmin tutulmaların nəzərə alınması ilə bağlı yazılı etirazına münasibətdə qeyd etmişdir ki, hazırkı icraat çərçivəsində iddiaçının tələb etdiyi və qətnamə çıxarıldığı zaman birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin düzgün müəyyən edilib-edilməməsi yoxlanılmaqdadır ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra edilmiş ödənişlər icra icraatı zamanı aydınlaşdırılmalı və nəzərə alınmalı olan hal hesab olunur. Buna görə də məhkəmə kollegiyası tərəfindən bu istiqamətdə hər hansı bir araşdırma aparılmamışd ır.

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 279, 295, 317.1, 319.1, 381.1, 385.1, 385.2, 421.2, 421.3, 442, 443.1, 445.1, 445.7, 448.1 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası “İpoteka haqqında” qanununun 39.3.1, 39.3.2, 39.3.3, 59.3.1 və 59.3.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərardadına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 88, 217. 4, 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh1 (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(105)-50/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək Cavabdeh1 məxsus əmək haqqı kartından aparılmış qanunsuz tutulmalar nəzərə alınmaqla borcun yenidən müəyyən edilməsi məqsədilə araşdırma aparılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi mülki iş üzrə icraat zamanı qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, məhkəmə həqiqətə nail olmaq və işin hallarının tam və hərtərəfli araşdırılmasına lazımi şərait yaratmaq əvəzinə, natamam iş materialları əsasında işi tam aydınlaşdırmamış və tədqiq etməmiş xüsusilə də əsassız silinmələrə dair Cavabdeh1 müraciəti araşdırılmamışdır. Nəticədə Cavabdeh1 əleyhinə əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Göründüyü kimi, məhkəmə təqdim olunmuş sübutları tədqiq etmədən qətnamə çıxardığı üçün prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, iddiaçı Bank tərəfindən Cavabdeh1 əmək haqqı kartından ardıcıl olaraq tutulmalar həyata keçirilmişdir. Həmin məbləğlərin bir hissəsi Cavabdeh1 kart hesabında mövcud olan şəxsi vəsaitindən tutulsa da, qalan məbləğlərin hansı vəsait hesabına tutulması, tutulan həmin məbləğlərin borcdan silinib-silinməməsi Cavabdeh1 məlum deyil. Bu na görə də iddiaçı Bank tərəfindən cavabdehin əmək haqqı kartından tutulmaların hansı əsasla, hansı səbəblə həyata keçirildiyini, eləcə də müvafiq tutulmalar nəzərə alınmaqla Cavabdeh1 borcunun nə qədər olduğunu özündə əks etdirən müvafiq arayışın təqdim edilməsini və məhkəmə tərəfindən iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən cavabdehin əmək haqqı kart hesabından tutulan məbləğlərin səbəbləri nəzərə alınmaqla müvafiq borcun nəzərə alınmadan və müvafiq borc tutulmaların məbləği tutulmalar həcmində azaldılması barədə qərar qəbul edilməsini xahiş etsə də, qərar qəbul ediləndə bu hallar nəzərə alınmamışdır. Cavabdeh1 hesab edir ki, iş materiallarında olan Cavabdeh1 əmək haqqı kartından iddiaçı bank tərəfindən ardıcıl olaraq tutulmalar həyata keçirilmişdir. Cavabdeh1 müraciəti əsasında birin ci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(034)14/2021 nömrəli qərardadı ilə iddiaçı bank tərəfindən Cavabdeh1 məxsus əmək haqqı kart hesabından tutulmaların həyata keçirilməsinə qadağa qoyulmuşdur. Müvafiq qərardadın qəbul edilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizasının keçirildiyi vaxtdan sonrakı tarixlərdə Cavabdeh1 əmək haqqı kart hesabına pul vəsaitləri daxil edilmiş və həmin məbləğlər məhkəmə qərardadına zidd olaraq iddiaçı bank tərəfindən özbaşına şəkildə tutulmuşdur. Bununla belə, məhkəmə bu hissə üzrə hüquqi mövqe bildirməmişdir. Tutulmaların hansı əsasla aparıldığı və borcdan silinib-silinməməsi aydınlaşdırılmamış, bununla bağlı iddiaçı tərəfin əsaslandırması tələb edilərək iş materiallarına əlavə olunmamışdır. Bu əsasla da, işin f aktiki halları nəzərə alınmadığına görə Cavabdeh1 hesab edir ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-50/2025 saylı qətnaməsi ləğv edilməlidir.

45. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitutsiyasının 29, 60 və 71-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 14, 88, 217.1, 418.1 və 418.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

47. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

48. Maddə

279. Əgər müqavilədə ayrı qa yda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

49. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

50. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

51. Maddə 319.1. Əgər borclu icrasını təmi n etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

52. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

53. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bo rcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

54. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

55. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

56. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

57. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

58. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

59. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

60. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

61. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

62. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qay tarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanun:

63. Maddə 39.3 Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:

64. Maddə 39.3.1.ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir.

65. Maddə 39.3.2. ipoteka predmetinin təsviri;

66. Maddə 39.3.3.ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir.

67. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipo teka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

68. Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

69. Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə da ir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd olunmuşsur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ip oteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. 73.Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

75. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri: 77.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 78.Hazırkı kassasiya şikayətində Cavabdeh1 tərəfindən qətnamə tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 79.Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 80.Cavabdehin kassasiya şikayətinin dəlilləri onun tərəfindən verilmiş apellyasiya şikayətində və məhkəmə iclaslarında verdiyi izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiy mətləndirməyə zərurət görmür. 81.Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. 82.Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

83. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 avqust 2025-ci il tarixli 2(105)-50/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar