Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1265/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 04 » mart 2019-cu il İş № 2(102)-1265/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin Ələm oğludan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 iyul 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(011)-902/2018 saylı qətnaməsi il ə (hakim İlahə Abbasova) iddia təmin olunmuş, iddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahədə yerləşən istixanaya Cavabdeh İB tərəfindən hesablanmış 3430 `manat məbləğində borcun silinməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər S.Hacıyev və F.Talışinski, İş № 2(103)-6524/2018) İddiaçı Cavabdehnə qarşı «artıq hesablanmış qazın dəyərinin silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(011)902/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(011)902/2018 saylı saylı qətnaməsi ləğv olunmuş, iddia təm in edilməmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı «artıq hesablanmış qazın dəyərinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 04 may 2017-ci il tarixli, ******* saylı «Qazdan istifadə qaydalarının pozulması haqqında» akt əsasında artıq hesablanmış 3430 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, hər iki məhkəmə instansiyaları MPM-nin 14 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2018-ci il tarixli qətnaməsinin l əğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin MKnın 24 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kass asiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasmın 24 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olunan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən iş materiallarında olan sübutlara və hüququ faktlara istinad edilməsi faktiki halların araşdırılması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahədə yerləşən istixanada quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, nəticədə sayğaca müdaxilə faktları (sayğacın plombunun siminin qırıq olması, plomblar olan hissədə plastmas qapağın gövdədən aralı olması, zavod plombun alt hissədən kəsilməsi və yapışqanla bərkidilməsi, plastmas qapağın yan tərəfində kraşteynə birləşən qulaqcıqlarında və hesablayıcı mexanizminin rəqəmlərinin üzərində cızıq izlərinin olması və s.) aşkar olunmuş, bu b arədə müvafiq akt tərtib olunaraq, dəymiş ziyana görə əlavə sərfiyyat (60 gün üzrə 4200 manat) hesablanmışdır. İstər iddia ərizəsindən (tələbin mahiyyətindən), istərsə də iddiaçı tərəfin izahatından aydın olur ki, iddiaçı sayğacda aşkar olunmuş müdaxilələrə görə cavabdeh tərəfindən tərtib olunmuş aktı mübahisələndirməmiş, yalnız hesablamanın 60 gün üzrə aparılmasından narazı qalmış, hesablamanın 11 gün üzrə aparılmalı olmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, lakin qətnaməni əsaslandırmamışdır. Apellyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə qətnamədə sayğacda olan qüsurların iddiaçının təqsiri üzündən yaranması və hesablanmış 3430 manat məbləğində borcun əsasları ilə bağlı sübutların məhkəməyə təqdim olunmamasını qeyd etməklə kifayətlənmişdir. Hal buki, qeyd edildiyi kimi, iddiaçı tamamilə başqa əsaslardan çıxış edərək, müvafiq iddia tələbini irəli sürmüşdür. Bu səbəbdən də, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. İşdə olan «itrilmiş təbii qazın dəyərinin hesablanması» barədə tərtib edilmiş hesabatdan görünür ki, iddiaçıya məxsus istixanada olan qaz sayğacına edilmiş müdaxilə nəticəsində itirilmiş qazın bərpası aşağıdakı qaydada hesablanmışdır: - Qaz işlədicilərindən su qızdırıcı qazanın maksimal saatlıq qaz sərfi 17,5 m3/saat, orta günlük iş rejimi 20 saat, hesabat müddəti 60 gün qəbul edilməklə, hesablanmış məbləğ 17,5x20x60=21000 m3 (4200 manat) təşkil etmişdir. İşdə olan abonentin saldosundan görünür ki, sayğac dəyişdirildikdən (2017-ci ilin fevral ayı) s onra sərfiyyat nəzərə çarpacaq dərəcədə çoxalmışdır. Belə ki, 2017-ci ilin yanvar ayında 7325 m3, fevral ayında isə 3810 m3 sərfiyyat qeydə alındığı halda, sayğac dəyişdirildikdən sonra 2018-ci ilin müvafiq aylarında sərfiyyat 14231 m3 və 1450 m3 təşkil etmişdir. Eyni zamanda, 2016-cı il üzrə cəmi sərfiyyat 27474 m3 təşkil etdiyi halda, 2017-ci il üzrə sərfiyyat 69886 m3, 2018-ci ilin ilk 3 ayı üzə isə 39577 m3 təşkil etmişdir. Göründüyü kimi, sərfiyyatın bir neçə dəfə arması müşahidə olunur ki, bu da daha əvvəl sayğaca müdaxilə nəticəsində qaz sərfiyyatının daha az qeydə alınması ilə bağlı olmuşdur. Belə olan halda isə, cavabdeh itirilmiş qazın dəyərini bərpa etməkdə haqlı olmuşdur. İddiaçınınmübahisələndirdiyihesabatdangörünürki, ayüzrə (30 günədüşənsərfiyyat) sərfiyyat 10500 m3 təşkil etmişdirki, həminsərfiyyatdamüvafiqdövrüzrəqeydəalınmışaylıqsərfiyyatayaxındır (hətta, dahaazdır).İddiaçıhesablamanın 11 günüzrəaparılmalıolmasınıiddiaetsədə, tələbininəsasıkimiistinadetdiyihallarıəsaslandıravəsübutedəbilməmişdir. Beləliklə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özüözlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Apellyasiya Məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Az ərbaycanRespublikasıNazirlərKabinetinin 2011-ciil 12 maytarixli 80 nömrəliqərarıilətəsdiqedilmiş “QazdanistifadəQaydaları”nın 3.2 bəndinəəsasən, qazdanistifadəedənistehlakçılarqazqurğularınıonların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəməkollegiyasıhesabedirki, apellyasiyainstansiyasıməhkəməsininişmateriallarıüzrəgəldiyinəticəqanunivəəsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi halların mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etməməsindən əlavə göstərdiklərinin həqiqi olmasına dair də heç bir mötəbər sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən q ətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 24 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-1265/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1265/2019
04.03.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver