Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1266/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “X12” QSC-nin nümayəndəsi X3, vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X5 ilə xx xxxxxxx 2010-cu il tarixli, 4xx/xx/2010 saylı X11 Müqaviləsinə əsasən, Rasim Dünyamalıyevə ümumi dəyəri 128.000 manat təşkil edən, "‘Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı və “Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobillərini lizinqə vermişdir. 2. xx xxxx 2013-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında öhdəliklərin verilməsi haqqında müqavilə bağlanmış, Cavabdeh1 müqavilə üzrə öhdəlikləri tam həcmdə qəbul etmiş, tərəflər arasında təhvil-təslim aparılmışdır. 3. xx xxxx 2013-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin əsas borclu ilə birlikdə müqavilə öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı öz öhdəs inə götürmüşdür.
4. İddiaçı, müqavilə üzrə öhdəliklərin cavabdehlər tərəfindən yerinə yetirilmədiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30.178 manat lizinq ödənişləri və 18.875 manat faiz, cəmi 49.053 manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, lizinq predmeti olan “Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı və “Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobillərinin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edil ən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdeh1 ilə aparılan danışıqlar heç bir fayda verməmişdir.
7. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişlər.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.Əhmədov) xx xxxxxx 2016-cı il tarixli, x nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada xx xxxxxxx 2010-cu il tarixli, 4xx/xx/2010 saylı X11 Müqaviləsi üzrə 30.178,45 manat lizinq ödənişləri borcunun, 5.917,98 manat faiz, cəmi ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 22 manat, cəmi 36.118,43 manat pul vəsaitinin İddiaçı-nin xeyrinə tutulması, lizinq predmeti olan “Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı və Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobillərinin Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxxx 2010-cu il tarixli, 4xx/xx/2010 saylı X11 Müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə və xx xxxxx 2015-ci il tarixədək lizinq mükafatı faizi qismində İddiaçı-yə lizinq ödənişləri borcu qismində 30.178,45 manat və faiz borcu qismində 5.917,98 manat məbləğində borcu yarandığına görə həmin pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) xx xxxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən real borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertiza sı təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18418 saylı, xx.xx.2015-ci il tarixli rəyinə nəzər saldıqda, bu rəyin həqiqətən də ixtisaslı və təcrübəli ekspert tərəfindən verildiyi şübhə yaradır. Çünki iddiaçı tərəfindən borcun şişirdilməsi halının aradan qaldırılması və real borcun müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmasına baxmayaraq, rəydə aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış konkret cavablar verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən, ziddiyyətlərin aradan qaldırılması və işin obyektiv həlli məqsədi ilə təkrar ekspertizanın keçirilməsi xahiş edilsə də, apellyasiya i nstansiyası tərəfindən xahişi nəzərə alınmamışdır. Bundan başqa, lizinq predmeti olan "Ford Cargo 3430" markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı və "Ford Cargo 3430" markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobillərinin Cavabdeh1 alınaraq İddiaçı-yə qaytarılması barədə məhkəmənin gəldiyi nəticə də əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəblə ri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. Maddə 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.
21. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
22. Maddə 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir.
23. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
24. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
25. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş mü ddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir.
26. Maddə 748-13.4. Lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır.
27. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
28. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
29. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
30. Maddə 448.1. Ə gər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 37. xx xxxxxxx 2010-cu il tarixli, 4xx/xx/2010 saylı X11 Müqaviləsindən görünür ki, İddiaçı X5 ilə bağladığı həmin X11 Müqaviləsinə əsasən ümumi dəyəri 128.000 manat təşkil edən, "‘Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı və “Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobillərini X6 və X1 öz mülkiyyətinə əldə edərək, həmin avtomobilləri X2 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. X5 isə öz növbəsində 96.000 manat məbləğində pul vəsaitini və həmin vəsaitə hesablanmış 37.018 manat məbləğində pul vəsaitini, cəmi 133.019 manat məbləğində pul vəsaitini 36 ay müddətinə, həmin tərəflər arasında müəyyənləşdirilmiş qrafik üzrə, iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. 38. xx xxxx 2013-cü il tarixli, öhdəliklərin verilməsi haqqında müqavilədən görünür ki, X5, İddiaçı ilə bağladığı xx xxxxxxx 2010-cu il tarixli, 4xx/xx/2010 saylı X11 Müqaviləsi üzrə öhdəliklərini, yəni “Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı və “Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobillərinə aid olan öhdəlikləri və hüquqları Cavabdeh1 vermiş, Cavabdeh1 isə bu öhdəlikləri tam həcmdə qəbul etmişdir. 39. xx xxxx 2013-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı xx xxxxxxx 2010-cu il tarixli, 4xx/xx/2010 saylı X11 Müqaviləsinin predmeti olan “Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı və “Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobillərini Cavabdeh1 təhvil vermişdir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2015ci il tarixli, 18418 saylı rəyindən görünür ki, X5 tərəfindən İddiaç ı-yə xx xxxx 2013-cü il tarixədək ümumilikdə 87.032 manat məbləğində ödəniş edildiyi müəyyən olunur.
41. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qəpik, cərimə qismində isə 960 manat 70 qəpik müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi Cavabdeh1 İslam oğlu tərəfindən İddiaçı xx xxxxxxx 2015-ci il tarixədək ümumilikdə 25.000 manat məbləğində ödəniş edildiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış öhdəlilklərin verilməsi haqqında xx xxxx 2013-cü il tarixli müqavilənin bağlandığı tarixdən sonrakı ödənişlər nəzərə alınmaqla Cavabdeh1 tərəfindən İddiaçı xx xxxxx 2015-ci il tarixinə ödənilməli olan əsas borcu 34.016 manat 45 qəpik, faiz borcu 5.917 manat 98 qəpik, cərimə qismində 3.445 manat 74 qəpik, ekspertizanın keçir ildiyi xx xxxxxx 2015-ci il tarixə əsas borcu 34.016 manat 45 qəpik, faiz borcu 8.241 manat 85 qəpik, cərimə qismində 5.019 manat 72 qəpik müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xx xxxxxxx 2010-cu il tarixli 4xx/xx/2010 saylı X11 və xx xxxx 2013-cü il tarixli öhdəliklərin verilməsi haqqında müqavilələr üzrə aparılmış ödənişlərin konkret olaraq hansı borcların silinməsinə yönəldilməsi haqqında məlumat olmadığına görə həmin suallarla bağlı tədqiqat aparılmamışdır. Ekspert baxışma təqdim edilmiş 2008-ci il tarixli “Ford-Cargo 3430” yük markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilin normal vəziyyətdə hal- İ hazırda orta bazar qiyməti təxminən 16.500 manat, qeyd olunan qüsurları (mühərriki və surət qutusunun işlək vəziyyətdə olduğu) nəzərə alınmaql a hazırki vəziyyətdə təxminən 25% çıxılma tətbiq edilməklə 12.375 manat müəyyən olunur. 2008-ci il buraxılışlı “Ford-Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili ekspert baxışma təqdim edilmədiyi üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır.
42. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X5 ilə xx xxxxxxx 2010-cu il tarixli, 4xx/xx/2010 saylı X11 Müqaviləsinə əsasən, X4 ümumi dəyəri 128.000 manat təşkil edən, "‘Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı və “Ford Cargo 3430” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobillərini lizinqə vermiş, xx xxxx 2013-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında öhdəliklərin verilməsi haqqında müqavilə bağlanmış, Cavabdeh1 müqavilə üzrə öhdəlikləri tam hə cmdə qəbul etmiş, tərəflər arasında təhvil-təslim aparılmış, kreditin təminatı olaraq xx.xx.2013-cü il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin əsas borclu ilə birlikdə müqavilə öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər tərəfindən öhdəliklər bir müddət icra olunsa da, sonradan lazımi qaydada icra olunmadığından onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır.
43. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin onun tərəfindən yerinə yetirilmiş 12000 manat ilkin ödənişin iddiaçı tərəfindən borc məbləğinə hesablanmaması dəlili və iddiaçı tərəfindən borc məbləğinin şişirdilməsi və düzgün hesablanmaması dəlilinin əsaslılığına dair hər hansı sübut (hesabat, rəy, ödəniş cədvəli və ya qəbzlər) təqdim edilmə mişdir.
44. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, borcun məbləği üzrə mühasibatlıq ekspertizası keçirilmiş, məhkəmələr həmin rəyi sübut kimi qəbul etmişlər. Ekspert rəyinin qeyri-mötəbər sayılması üçün sübutlar işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim olunmamışdır.
45. Kollegiya onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir.
46. Bundan əlavə, lizinq müqaviləsi üzrə öhdəliklərin pozulması halında lizinq obyektinin geri alınması qaydası qanunda nəzərdə tutulmuşdur (§ 25).
47. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.