Məhkəmə qərarları › İş №2(102)-1268/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1268/2022

02.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1268/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8535/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,21 hektar torpaq sahəsindən ibarət 1033 saylı bağ sahəsi 08 may 2014-cü il tarixdə X2 mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. X5 25 sentyabr 2001-ci il tarixdə vəfat etmiş, 22 may 2014-cü il tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontoru tərəfindən miras əmlak olan bağ sahəsindən onun oğlu Cavabdeh1 ½ hissədə, nəvələri X6 və X4 ½ hissədə payları müəyyən olunmaqla adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 10 iyun 2014-cü il tarixdə Cavabdeh1 sahəsi 0,21 ha olan 1033 saylı bağ sahəsinə tam mülkiyyət hüququ qeydiyyata alınmaqla adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bakı şəhəri 5 saylı Notariat Kontorunda təsdiq edilmiş 19 iyun 2 014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan 0,21 ha ölçüdə 1033 saylı bağ sahəsinin 0,035 ha hissəsini bacısı oğlu Cavabdeh2 bağışlamış, torpaq sahəsinin qalan 0,175 ha hissəsi Cavabdeh1 mülkiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin may ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli bağ sahəsinin mülkiyyət hüququ əsasında atası X3 məxsus olmasını, lakin qardaşı Cavabdeh1 vərəsə kimi onun adını gizlədərək öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Reyestrdən Çıxarış alıb həmin əmlak üzərində sərəncam verməklə onun vərəsəlik hüququnu pozmasını əsas göstərməklə mirasın qəbul edilmə müddətinin uzadılması, cavabde hin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın əvvəlki vəziyyətinə gətirilib vərəsəlik paylarının müəyyən olunması və adına vərəsəlik şəhadətnaməsinin verilməsinin notariusa həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3490/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim: T.B.Axundov) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək Cavabdeh1 mübahisəli bağ sahəsini bölməyəcəyini və hamının bağdan istifadə edəcəyini bildirməklə onu aldadaraq bağ sahəsinə mülkiyyət hüququ əldə etməsini, bütün bu müddət ərzində bağdan istifadə etməsinə baxmayaraq cavabdehin onun vərəsəlik hüq uqunu pozmaqla bağ sahəsini öz mülkiyyətinə keçirib onun üzərində sərəncam verməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8535/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(004)-3490/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçı larının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1159.1.1 Ölənin uşaqları, miras qoyan ın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququna malik olan birinci növbədə vərəsələr sayılırlar. Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququna malik olan birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci m addəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı qanunla müəyyən olunmuş müddətdə mirası qəbul etməmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bundan başqa, müəyyən olunmuşdur ki, iddiaçı miras əmlakın kütləsinə daxil olan atasına məxsus Bakı şəhəri, Yasamal rayonu, M.F. Axundov küçəsi, 7-ci dalan, 8 saylı evin ½ hissəsini qəbul etməkdən imtina etmişdir. Mülki Məcəllənin 1257-ci maddəsinə görə hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. (1257.1) Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. (1257). Göstərilən vəziyyətdə cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması üçün əsaslar olmadığından apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsini qanuni və əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilm əklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8535/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar