Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1268/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlamadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Babayev Zəki Baba oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağışlamaqdan imtina” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1607/2024 nömrəli 20 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xudat şəhəri, Şəhriyar küçəsi 80 saylı ünvanda 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur.
2. İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 269.5 kv.m olan qeyri yaşayış binasına, ünvan 1 ünvanında yerləşən 0.0143 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. (Xaçmaz rayonu, 1 saylı notariat Ofisi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 4Ə-1908 nömrəli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsi)
3. İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 80 ünvanında yerləşən, ümumi sahəsi 185.3 kv.metr olan fərdi yaşayış evini, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır. (Xaçmaz rayonu, 1 saylı notariat Ofisi tərəfindən bağlanmış 12 iyul 2023-cü il tarixli, 4Ə1918 nömr əli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsi)
4. İddiaçı ümumi sahəsi 108.97 kv.metr olan ünvan 3 ünvanında yerləşən evi Cavabdeh bağışlamışdır. (Xaçmaz rayonu, 1 saylı notariat Ofisi tərəfindən bağlanmış 12 iyul 2023-cü il tarixli, 4Ə1917 nömrəli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi)
5. Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(067)-498/2024 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X1 anasının himayəsində saxlanılmaqla, onun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 300 manat aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 5 ünvanında yerləşən mənzilin Cavabdeh bağışlanmasından imtina olunmasının qəbul edilməsini və həmin əmlakların onun mülkiyyətinə qaytarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun arvadıdır. 03 avqust 2005-ci il tarixdə nikaha girmişlər, birgə nikahdan 2006-cı il təvəllüdlü X2 və 2008-ci il təvəllüdlü, X1 anadan olmuşdur. Cavabdehlər 2023-cü ilin ortalarında münasibətləri korlandıqdan sonra ona nikahın pozulmaması üçün ona təklif etdi ki, ona məxsus olan əmlakları onun adına keçirtsə onun uşaqları üçün təminat olac aqdır, o, isə əvəzində ailəni qoruyub saxlayacaq, nikahın pozulması halına yol verməyəcəkdir. Bu səbəbdən də o, ona məxsus əmlakları cavabdehə pay kimi vermişdir. Üzərindən qısa bir müddət keçdikdən sonra cavabdeh ona qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh onu aldatmış, aldatma yolu ilə əmlakları öz adına keçirmişdir. Bu halda onu ağır vəziyyətə salmış, maddi imkanını azaltmışdır və o, maddi cəhətdən imkansızlaşmışdır. Onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 269.5 kv.m olan qeyri yaşayış binasına, ünvan 1 ünvanında yerləşən 0.0143 ha torpaq sahəsinə, ünvan 2ünvanmda yerləşən, ümumi sahəsi 185.3 kv.metr olan fərdi yaşayış evinə, ünvan 2 ünvanmda yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə, ümumi sahəsi 108.97 kv metr ol an Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Mir Cəlal küçəsi,ev 72,mənzil 350 ünvanında yerləşən evə dair ünvan 7 iyul 2023-cü il tarixli, 4Ə-1908 nömrəli, 12 iyul 2023-cü il tarixli, 4Ə-1918 nömrəli, 12 iyul 2023-cü il tarixli 4Ə-1917 nömrəli “Daşınmaz Əmlakın Bağışlanması müqavilələri” bağlanmışdır.
8. Cavabdeh vəkili Vəkil2 izahatında göstərmişdir ki, bağışlanan əmlakların imtina olunması əsaslandırılmalıdır. Qarşı tərəfin dedikləri isə tamamilə əsassızdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin qərarında göstərilir ki, bağışlanma müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağşılamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Göründüyü kimi, bağış lama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Eyni zamanda Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəasında qeyd olunur ki, əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Sadalan an şərtlərdən heç biri baş verməyib. Hesab edir ki, iddianın təmin olunması üçün heç bir əsas yoxdur.
9. Məhkəmə iclasında şahid qismində dindirilən tərəflərin birgə nikahdan olan övladı X2 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdeh onun valideynləridir, heç biri ilə ədavəti yoxdur. Keçən il bu vaxtlar anası atasından boşanmaq istəyirdi. Lakin atası razı deyildi. Atası anasına deyirdi ki, uşaqların gələcəyi var, boşanmayaq. Sonra anası bir şərtlə razı oldu ki, əmlakları anasının adına keçirilsin. Belə də oldu. Atası əmlakları anasının adına keçirtdi. Bir müddət anası ilə atasının arası yaxşı oldu. Daha sonra anası atasına hədəqorxu gəlməyə başladı. Hətta onu evə buraxmırdı. Sentyabr ayında isə boşanma kağızı ilə gəldi. Əslində atası ilə anasının arasında heç bir problem yox idi. Atası anasını döyməyib, təhqir eləməyib. Anası şəxsən özü deyib ki, 3 əmlakı da adına keçirsən, boşanmayacaq. Bunu anasından özü soruşmuşdur. Anası bunu ona şəxsən özü deyib. Anası atasının qeyri-nikahdan uşağı olacağını əvvəldən bilirdi. Bu boşanmağa səbəb deyil. Hətta özü deyirdi ki, Allah vergisi olan uşaqdı. Yəni, heç nə demirdi. Sonradan bu məsələni problem elədi. Atasının qeyri-nikahdan olan yoldaşı da Xudatda yaşayır. O, qadın onlara gəlibgetmir. Atası özü ona ikinci yoldaşı olduğunu bildirmişdi. O, hazırda Xudatda yerləşən obyektdə nəzarətçi işləyir. Onun bu əmlak məsələsindən atası ilə anası danışarkən xəbəri olub. Yəni, onlar danışarkən eşitmişdir. Anası atasına hədə-qorxu gəlirdi. Atası da əmlakları anasının adına keçirib. Anası ilə axrıncı dəfə nə vaxt danışıbsa yadında deyil.
10. E v alqı-satqısı ilə bağlı fotoşəkillərdən (elandan) müəyyən olunur ki, Bakı şəhəri 9 mkr- M.Cəlal küçəsində olan yeni tikilidə yerləşən 2 otaqlı ev 215.000 manata satışa çıxarılmışdır.
11. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair № 01/2024 saylı arayışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 80 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi, ümumi sahəsi 185.3 kv.m olan tikilinin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 75000 manat, № 02/2024 Arayışdan müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən, 0.0143 ha torpaq sahəsində, tikilinin ümumi sahəsi 269.5 kv.m olan obyekt xx.xx.2024-cü il tarixinə bazar dəyəri 170000 manat, № 03/2024 Arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkrn, Mir Cəlal küçəsi, ev 72, 350 saylı mənzilin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 218000 manat dəyərində qiymətləndirilmişdir.
12. Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(067)-1657/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanmasından imtinasının qəbul olunması, iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu xərcinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. (X12)
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı öz arvadına heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi dəyərlər zəmi nində maddi dəyərləri yüksək olan (təxminən 463.000 manat) əmlakları öz arvadına bağışlamışdır. Nəticədə bununla o mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada əmlakları bağışlamaqla zənginləşdirmişdir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alan sağlam ailə münasibətlərinin kökünü sarsıdan hərəkət edərək, əmlakları qəbul etdikdən qısa müddət sonra nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hədiyyə alan olaraq hədiyə verənin ümidlərini puç edərək, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozmuş, nəticədə bağışlamanın motivini ara dan qaldırmış, bununla da bu hal hədiyyədən imtina üçün əsas yaratmışdır.
14. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskinə baxış keçirilən zaman da müəyyən olunmuşdur ki, iddiaçı qeyd olunan əmlakları ailə münasibətlərini qoruyub saxlamaq üçün cavabdehə bağışlasa da, cavabdeh iddiaçının qeyd olunan saf niyyətindən sui-istifadə etmiş, əmlaklar ona bağışlanandan sonra boşanma ilə bağlı məhkəməyə müraciət etməkdə yaxşı elədiyini bildirmiş, məhkəmə gedişatı zamanı səs yazısının da ona məxsus olmasını etiraf etmişdir.
15. Məhkəmə şahid ifadəsinə münasibətdə qeyd etmişdir ki, tərəflərin birgə nikahından olan övladları da bağışlanmış əmlakların ailə münasibətlərinin qorunub saxlanması üçün bağışlanmasının şahidi olsa da, anası bunun əksinə, ailə dəyərlərini və bütövlüyünü qorumaq əvəzinə boşanmağa üstünlük verdiyini, onun buna şahid olduğunu etiraf etmişdir.
16. Məhkəmə iş materiallarına əlavə olunmuş ev alqı-satqısı ilə bağlı fotoşəkillərə münasibətdə qeyd etmişdir ki, cavabdehin özünün də məhkəmə iclasında etirafedici ifadəsi ilə təsdiq olunmuş və nəticədə ortaya çıxan niyyətinin heç də ailənin qorunub saxlanması deyil, qeyd olunan əmlakların onun mülkiyyətinə keçməklə özünün bəhrələnməsinə nail olmaqdan ibarət olması müəyyən olunmuşdur. Başqa sözlə, iş materialları ilə təsdiq olunur ki, hədiyyəni qəbul etdikdən sonra, Cavabdeh ailə hüquq münasibətlərinə uyğun üzərinə qoyulmuş vəzifələri pozmuşdur.
17. Məhkəmənin qənaətinə görə, Cavabdeh bağışlanan əmlakları qəbul etməsi və bundan təqribən iki ay sonra bağışlamanın qarşılığında verdiyi vədə əməl etmədən İ ddiaçıla olan nikaha xitam verməsi barədə məhkəmədə iddia qaldırması onun əsas niyyətinin öz hüququndan sui-istifadə etməklə ərinin əmlakını özününküləşdirmək olduğunu deməyə əsas verir. Halbuki qüvvədə olan qanunvericiliyə görə hüquqdan suiistifadə qadağandır (Mülki Məcəllənin 16 və 560-cı maddələri).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 673.2, 673.2.1, 673.2.2, 673.2.3, 673.3, 673.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(067)-1657/2024 nömr əli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə bir sıra maddi və prosessual normaları pozmaqla qəbul edilmişdir. Məhkəmənin bağışlama müqaviləsinin sinallaqmatik deyil, birtərəfli müqavilə olduğunu bilməməsi heyrətvericidir. Halbuki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Digər tərəfdən, Mülki Məcəllənin 560-cı maddəsində suiistifadə halları sadalanmışdır. Məhkəmə Cavabdeh bunlardan hansına yol verdiyini belə açıqlamaq zərurəti hiss etməmişdir. Sanki C avabdeh bu maddədəki bütün sui-istifadə hallarına yol vermişdir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər”. Göründüyü kimi, həmin maddənin hazırkı mübahisəyə tətbiq edilə bilməsi üçün Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına və hüquqa zidd olaraq pozması tələb olunurdu. Birinci instansiya məhkəməsi Cavabdeh ailə münasibətlərindən irəli gələn hansı vəzifəni kobudcasına pozduğuna dair heç bir əsaslandırma aparmamışdır. Plenum Qərarının nəticə hissəsində açıq şəkildə ifadə edildiyi kimi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məs ələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir”. Cavabdeh boşanma tələbi ilə çıxış etməsi isə, heç bir halda, vəzifənin pozulması kimi qiymətləndirilə bilməz. Çünki Ailə Məcəlləsinin 14 və davamındakı maddələrindən aydın olduğu kimi, nikaha xitam verilməsini tələb etmə bir vəzifə deyil, ər-arvada tanınmış və qanunvericiliklə təminat altına alınmış bir hüquqdur. Azərbaycan ailə hüququ baxımından hər hansı şəxsin boşanma istəyini əsaslandırması belə tələb edilmir; eyni zamanda, iddiaçının ailə dəyərlərinə və Ailə Məcəlləsində nəzərdə tutulmuş sədaqət vəzifəsinə açıqaşkar zidd olan hərəkətləri (mütəmadi olaraq arvadına xəyanət etməsi, nikahdan kənar uşağının olması və s.) cavabdehin boşanma tələbində tamamilə haqlı olduğuna dəlalət etməkdədir. Beləliklə, Cavabdeh nikaha xitam verilməsini tələb etmək hüququnu həyata keçirməsinin Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulmuş “ailə vəzifəsinin kobudcasına pozulması” ilə hər hansı əlaqəsinin olmadığı ortadadır. Məhkəmə gəldiyi nəticəni əsaslandıra bilməmişdir, sadəcə olaraq, əsaslandırdığına dair bir görüntü yaratmışdır. Bunu anlamaq elə də çətin deyildir. Məhkəmə qətnaməsi, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının mətnindəki ifadələrin (sözlər, kəlmələrin) təkrarından ibarətdir. Halbuki, Mülki Məcəllənin 673.1.2-ci maddəsi və onun şərhinə dair Plenum qərarının hazırkı mübahisə ilə heç bir əlaqəsi olmadığı yuxarıda ətraflı şəkildə ifadə edilmişdir. Hətta həmin qərara istinad haqlı olmuş olsaydı belə, məhkəmə Qərarın mətnini öz qətnaməsində təkrarlamaqla kifayətlənə bilməzdi. X11 göstərilir ki, “Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir”. Dolayısı ilə, Plenum sadəcə əsas qaydaları müəyyən etdiyini, hər bir işin özünə məxsus cəhətlərinin olduğunu və bunların işə baxan məhkəmələr tərəfində n qüvvədə olan qanunvericiliyə uyğun şəkildə diqqətə alınmalı olduğunu ifadə etmişdir. Birinci instansiya məhkəməsi isə, faktları qiymətləndirmək əvəzinə, Plenum qərarının mətnini öz qətnaməsinə köçürməklə işini bitmiş saymışdır. Məhkəmə qətnaməsinin nəticə hissəsi də anlaşılmazdır. Məhkəmə qət etmişdir ki, “iddiaçının imtinası qəbul edilsin”. Həqiqətən, məhkəmə bununla nə demək istəmişdir?! Bu vəziyyət, aparılmamış “araşdırma”nın məntiqi nəticəsidir. Başqa sözlə, Məhkəmə nəinki iddianı təmin etməklə maddi hüquq pozuntusuna yol vermiş, həm də, gəldiyi nəticəni prosessual normalar baxımından düzgün şəkildə belə ifadə edə bilməmişdir. Məhkəmə qətnaməsi yalnız birtərəfli qaydada və qərəzli şəkildə tərtib edilmişdir. Bu hal, aparılan araşdırmanın da seyrinin bu yöndə olduğuna dəlalət etməkdədi r. Məhkəmə, İddiaçı ailə dəyərlərinə sadiq olan yüksək əxlaqlı bir ailə başçısı olduğunu onun 20 illik arvadı Cavabdeh isbat etməyə çalışmışdır. Halbuki, iddiaçı və cavabdeh arasındakı münasibətlərin kəskinləşməsinin səbəbkarı elə İddiaçı özüdür. Belə ki, İddiaçı Ailə Məcəlləsində nəzərdə tutulmuş vəzifələrini (ilk növbədə də, ailəyə sadəqət vəzifəsini) kobud şəkildə və mütəmadi olaraq pozaraq başqa bir qadınla faktiki olaraq birgə yaşamışdır. Ancaq maraqlısı odur ki, nə məhkəmə, nə iddiaçı özü, nə də ki, iddiaçının diktəsi altında hərəkət etmiş və iş üzrə şahid qismində dindirilmiş oğlu Mirkənan Məmmədov bu halı ailə qanunvericiliyinin və ailə dəyərlərinin kobud pozuntusu olaraq qiymətləndirməmişlər. Belə çıxır ki, İddiaçı ailə münasibətlərinin təməllərini kökündən sarsıdan davranışlara mütəmadi olaraq yol verməsi və faktiki birgə yaşadığı qadından uşağının olması normal bir haldır. Bundan başqa, məhkəmənin bağışlamanın motivini öz qulluq mövqeyindən çıxış edərək əsaslandırma cəhdi də qanunsuzdur. Belə ki, məhkəmə iddiaçının davranışlarının ailəsinin maddi vəziyyəti üzərində mənfi nəticələr doğurması faktını görməzdən gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı özü illər ərzində ər-arvadın birgə mülkiyyətinə daxil olan qazancının kifayət qədər əhəmiyyətli hissəsini arvadının/cavabdehin xəbəri belə olmadan faktiki birgə yaşadığı bir xanımın saxlanmasına xərcləmişdir. Sual odur ki, bağışlamanın motivinin iddiaçının xəyanətinin cavabdehə vurduğu maddi və mənəvi zərərin kompensasiyası ola bilməzdimi? Məhkəmə qətnaməsində göstərilir ki, “Məhkəmə araşdırması zamanı müəyyə n olundu ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Sonradan ailə daxili münaqişələr baş vermiş, cavabdeh ilə iddiaçı arasında əmlakların sonuncuya bağışlanacağı təqdirdə boşanmamaq vədi verməklə şifahi olaraq razılığa gəlmişlər. İddiaçı sözügedən əmlakları cavabdehə bağışlasa da, cavabdeh sonradan aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin aralarında olan razılığı pozması əsası ilə məhkəməyə müraciət edərək, bağışladığı əmlaklardan imtinanın qəbul edilməsini xahiş etmişdir”. Məhkəmənin bu qənaəti tamamilə qanunsuz və əsassızdır. Birincisi, tərəflər arasında bağlanmış bağışlama müqavilələri iş materiallarına əlavə edilmişdir. Əgər bu müqavilələr iddiaçının iddia etdiyi kimi, ləğvedici şərtlə bağlanmışdı sa, onda bu şərt də, müqavilənin tərkib hissəsi olmalı, yəni həmin müqavilələrdə aydın şəkildə ifadə edilməli idi. Ancaq bağışlama müqavilələrinin məzmununda belə bir şərt nəzərdə tutulmayıb. İkincisi, şahid Mirkənan Məmmədovun ifadəsinin qərəzli olduğu və şahidin iddiaçının diqtəsi altında hərəkət etdiyi ortada ikən məhkəmənin bu ifadəyə tənqidi yanaşmaması düşündürücüdür. Belə ki, şahid deyir ki, “... atası anasını döyməyib, təhqir etməyib.... Anası atasının qeyri-nikahdan uşağı olacağını əvvəlcədən bilirdi. Bu boşanmağa səbəb deyil...”. Maraqlıdır, şahid M.Məmmədov nəyin boşanma üçün əsas olub-olmadığını necə müəyyən edir? Digər tərəfdən, şahid deyir ki, “Anası şəxsən özü deyib ki, 3 əmlakı da adına keçirsən, boşanmayacaq. Bunu anasından özü soruşmuşdur. Anası bunu ona şəxsən özü deyib.... Anası atasına hədə-qorxu gəlirdi. Atası da əmlakları anasının adına keçirib. Anası ilə axırıncı dəfə nə vaxt danışıbsa yadında deyil”. Göründüyü kimi, şahid M.Məmmədov öz doğma anası ilə axırıncı dəfə nə vaxt danışdığını xatırlamır, ancaq anasının bağışlama müqavilələri müqabilində iddiaçıdan boşanmayacağını ona dediyini isə, çox aydın xatırlayır. Eyni zamanda, şahidin öz ifadəsində anasının atasına hədə-qorxu gəldiyini dəfələrlə vurğulaması da, onun məhz atasının təsiri altında hərəkət etdiyini bir daha təsdiq edir. Məhkəmə nədənsə, bu hədəqorxunun nədən ibarət olduğunu şahiddən soruşmamışdır. Üçüncüsü, iddiaçı iddia edir ki, bağışlamadakı məqsəd uşaqların gələcəyinin təminat altına alınması olmuşdur. Əgər həqiqətən də beləydisə, onda həmin əmlaklar niyə tərəflərin uşaqlarına bağışl anmamışdır?! Məhkəmə bu sualı da iddiaçıya verməmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1607/2024 nömrəli 20 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(067)-1657/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (X5 Süleymanovanın sədrliyi və məruzəsi, hakimlər X9 və X4 ibarət tərkibdə)
22. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticəsi ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, bağışlama, imtinanın qüvvədə olduğu müddətdə mübahisələndirilmişdir. Araşdırılan mübahisə üzrə bağışlanan əmlaklarin cavabdehin mülkiyyətinə keçməsi faktı olsa da, göründüyü kimi qanunvericilik bağışlamaqdan imtina ilə bağlı mübahisəyə baxılmasının mümkünlüyünü tanımışdır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh ailə münasibətlərinin davam edəcəyinə iddiaçını inandırmaqla ailə münasibətlərini sarsıdan hərəkətlərə yol vermişdir. Bu hal hədiyyədən imtina üçün əsas kimi qəbul edilməlidir.
24. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666, 673-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 89.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1607/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul e dilməsini xahiş etmişdir.
26. Kassasiya apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının bərabərlik, məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, qətnamədən də göründüyü kimi məhkəmə öz qənaətini formalaşdırarkən tərəflərə bərabər münasibət bildirməmiş, yalnız qarşılıqlı iddia ərizəsində istinad etdiyi hallara əsaslanmış, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da ədalətli olmayan qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 673.1-ci maddəsinə müvafiq olaraq məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından asılı olaraq müəyyən edilməli olduğu halda, apelyasiya məhkəməsi tərə findən həmin normada sadalanan hallar müəyyən edilməmişdir. Məhkəmə hüquq tətbiq edən orqan kimi işin faktiki hallarına ümumiyyətlə əhəmiyyət vermədən, şərtləndirilən öhdəliyin məhz iddiaçının təqsiri nəticəsində icrasının baş tutmamasını nəzərə almamış, formal mülahizələrə əsaslanan qərar çıxarmışdır. Məhkəmə bağışlamaqdan imtina səbəbi kimi hədiyyə alanın hədiyyə verən barəsində ailə hüquq münasibətlərinə uyğun olaraq birincinin üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmasına əsaslanmaqla yanlış təfsirə yol vermişdir. Məhkəmə işin faktiki hallarının araşdırılmasında maraqlı olmamış, iddiaçının cavabdehə qarşı fiziki şiddət göstərib göstərməməyi ilə bağlı sual verər, məsələni mahiyyəti üzrə araşdırardı. Məhkəmə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 24 noyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyin ziddinə olaraq öz qətnaməsini kifayət qədər əsaslandırmamışdır.
27. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1, 673.2, 673.3-cü maddələrinə, Ailə Məcəlləsinin 2, 3-cü maddələrinə “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” qərarına, Mülki Prosessual Məcəlləsinin 8,9, 217-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1607/2024 nömrəli 20 dekabr 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əsassız tərtib edilmişdir. Belə ki, işə baxmış məhkəmələr düzgün nəticəyə gəlmişlər, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmişdir. İşə baxmış məhkəmələr qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı qanuni qətnamələr qəbul etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti i lə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
31. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
32. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.
33. Maddə 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mü bahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.
40. İşdən görünür ki, iddiaçının tələbi qismən təmin edilmiş, apellyasiya baxışının predmeti iddianın təmin edildiyi hissə olmuşdur.
41. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan əmlakları cavabdehə onunla boşanmayacağı şərti ilə bağışlamış, cavabdeh isə bağışlama müqavilələri bağlandıqdan sonra nikahın ləğvi barədə iddia qaldırmaqla onu aldatmış, aldatma yolu ilə əmlaklarını ələ keçirmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi bağışlamaqdan imtinanın əsaslı olduğuna dair birinci instansiya m əhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin qanuni əsasını MM-nin 673.1.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmənin mövqeyi belə olmuşdur ki, hazırkı halda cavabdeh bağışlama müqavilələri bağlandıqdan qısa müddət sonra nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etdiyindən ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri pozmuşdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən hazırkı mübahisə üzrə maddi hüquq normasının tətbiqində səhvə yol verildiyi və MM-nin 673.1.2 -ci maddəsinin yanlış təfsir edildiyinə dair kassasiya şikayətinin dəlili əsaslıdır. MPM-nin 386cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
44. Bağışlama müqaviləsinə MM-nin 666.1-ci maddəsində verilmiş anlayışdan göründüyü kimi, bağışlama müqaviləsi əvəzsiz müqavilədir və hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. MM-nin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hazırkı halda tərəflər arasında daşınmaz əmlaklaral bağlı bağlanmış bağışlama müqaviləsinin məzmununda hər hansı şərt və öhdəlik nəzərdə tutulmamışdır.
45. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Qanuna əsasən heç kəs nikaha daxil olmağa məcbur edilə, o cümlədən nikahda qalmağa məcbur edilə bilməz.
46. Nəzərə alınmalıdır ki, tərəflərin bir-birinə qarşı ailə hüquq münasibətlərindən irəli gələn hüquqları və vəzifələri yalnız nikahda olduqları müddətdə qüvvədə olur. Hazırkı halda işdəki sübutlarla məhkəmə tərəfindən cavabdehin bağışlama müqaviləsi bağlandıqdan sonra nikah pozulanadək iddiaçıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozduğu (xəyanət, evi tərk etmə, uşaqlara, iddiaçının özünə və ya ailə üzvlərinə qar şı aqressiv rəftar və s) müəyyən edilməmişdir.
47. Kollegiya hesab edir ki, nikah qanunla könüllülük prinsipi üzərində qurulmuş ittifaq olaraq qəbul edildiyi üçün tərəflərin nikahda qalmaq və nikahı pozmamaq kimi vəzifələri yoxdur. Cavabdehin bağışlama müqavilələri bağlandıqdan sonra bir il ərzində nikahın pozulması üçün məhkəməyə müraciət etməsi onun hüququ olduğundan bu hərəkət heç bir halda ailə hüquq münasibətlərindən irəli gələn vəzifənin kobud pozuntusu kimi qiymətləndirilə bilməz.
48. Göstərilənlərə əsasən, hazırkı halda iddianın təmin edilməsi üçün MM-nin 673.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından mübahisələndirilən qətnamə ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
49. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir k i, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2024-cü il tarixli, 2(105)-1607/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən Cav abdeh bağışlanmasından imtinanın qəbul olunması barədə iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.