Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1270/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdeh x2, cavabdehin vəkili Quliyev Sahib Şahbala oğlu və cavabdehin nümayəndəsi x3 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(054)-228/2 019 saylı qətnaməsi ilə(sədrlik edən hakim K.Süleymanov) iddia qismən təmin edilmiş, cavabdeh x2ndan 30 aprel 2013-cü il tarixli “Razılaşma müqaviləsi” üzrə ödənilmiş 15.000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat - cəmi 15.030 (on beş min otuz) manat tutularaq iddiaçı x1nə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-2469/2019 saylı mülki iş) hazırki iş üzrə Oğuz Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(054)-228/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 aprel 2013-cü il tarixli “Razılaşma müqaviləsi ”nin etibarsız hesab edilməsi və müqavilənin nəticəsi olaraq cavabdehə ödənilmiş 15.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh x2, cavabdehin vəkili Quliyev Sahib Şahbala oğlu və cavabdehin nümayəndəsi x3 kassasiya şikayəti ni müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 23 avqust 2012-ci il tarixdə x1 tərəfindən tikinti aparılan binadan cavabdeh x2 ilə bağlı bədbəxt hadisə baş vermiş və cavabdeh xəs arət alaraq birinci qrup əlil olmuşdur. Hazırki iş üzrə tərəflər cavabdehə ödəniləcək aylıq müavinətin əvəzində ona birdəfəlik olaraq 15.000 manat pul məbləği ödənilməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər və bununla bağlı tərəflər arasında 30 aprel 2013-cü il tarixli “Razılaşma müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtlərində qeyd edilmişdir ki, 15.000 manat pul məbləğinin əvəzində cavabdehin baş vermiş bədbəxt hadisə ilə əlaqədar iddiaçıya qarşı heç bir tələbi olmayacaq, aylıq müavinətlərdən imtina edəcək, iddiaçıya qarşı müavinətin ödənilməsi və müalicə xərcləri ilə bağlı gələcəkdə də heç bir iddia qaldırmayacaqdır. Müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu halda, ona ödənilmiş pul məbləği Respublikada baş verən inflyasiya nəzərə alınaraq indeksasiya olunmaqla ger i qaytarılacaqdır. 30 aprel 2013-cü il tarixli “Razılaşma müqaviləsi”nə əsasən iddiaçı x1 tərəfindən cavabdeh x2 15.000 manat pul verilmişdir. Sonradan x2 x1-nə qarşı 30 aprel 2013-cü il tarixli “Razılaşma müqaviləsi”nin etibarsız hesab edilməsi, maddi və mənəvi zərər məbləğləri tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbi üzrə yekun məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2018-ci il tarixli 2 (102) - 3423 / 2018 nömrəli qərarı ilə x2 x1-nə qarşı iddia tələbi qismən təmin edilərək vurulmuş maddi zərərə görə 4170,10 manat, mənəvi zərərə görə 25.000 manat pul məbləğinin x1-dən tutularaq x2 ödənilməsi qərara alınmışdır. Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Məhkəmə kollegiyası cavabdehin şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2018-ci il tarixli 2 (102) - 3 423/2018 nömrəli qərarı qəbul edilərkən iddiaçı tərəfindən ona verilən 15.000 manat pul məbləği nəzərə alınmaqla vurulmuş maddi zərərə görə əlavə olaraq 4170,10 manat, mənəvi zərərə görə 25.000 manat pul məbləğinin x1-dən tutularaq ona ödənilməsi qərara alındığını bildirsə də, həmin məhkəmə qərarında belə bir qeyd edilməmişdir. Qeyd olunan məhkəmə qərarından görünür ki, 30 aprel 2013-cü il tarixli “Razılaşma müqaviləsi”nin etibarsız olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 30 aprel 2013-cü il tarixli “Razılaşma müqaviləsi” etibarsız hesab edildiyindən həmin müqavilənin nəticəsi olaraq bir tərəfin digər tərəfə verdiyi hər hansı məbləğ qanuni əsaslarla verilmiş məbləğ hesab oluna da bilməz. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansifya məhkəməsini n qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 10 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1270/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1270/2020
04.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver