Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1276/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh2, Ofisinə qarşı iş üzrə Cavabdeh1 və Bakı şəhəri 48 saylı Notariat QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakda pay hüququnun müəyyən edilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X2 vəkili Vəki2 Cavabdeh2 vəkili Vəkil1 və cavabdeh Bakı şəhəri 48 saylı Notariat Ofis inin vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı Şəhəri 48 saylı Notariat Ofisinə qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlaka pay hüququnun müəyyən edilməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,************* saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsinin (0,1329 ha), Bakı şəhəri, ************** saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsinin (0,1235 ha), Bakı şəh əri, ************** saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsinin (0,1572 ha) Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri 48 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2014-cü il tarixli xx-xx, xxxx, xx-xx saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, nikah dövründə əldə olunmuş Bakı şəhəri, Xəzər rayonu, ****************** saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsinin (0,1329 ha), Bakı şəhəri, ************* saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsinin (0,1235 ha), Bakı şəhəri, ************ saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsinin (0,1572 ha) bölünərək 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə Cavabd eh1 pay hüququnun müəyyən edilməsi və həmin payın naturada ölçülərək ona təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan dörd uşaqları doğulmuşdur. Evliliyin ilk vaxtlarında mehriban yaşasalar da, bir qədər sonra münasibətlərdə ciddi dəyişikliklər müşahidə olunmuş və münasibətlər pozulmuşdur. 2015-ci ilin dekabr ayında tərəflər birlikdə Latviyanın Riqa şəhərinə köçmüşlər. Orada yaşadıqları demək olar ilk aylardan iddiaçı Cavabdeh1 müxtəlif kazinolarda qumar oynamağa başlamışdır. Riqa şəhərində yaşadıqları müddət ərzində Cavabdeh1 500.000 Avro məbləğində kazinolarda pul uduzmuşdur. O, iki il ərzində cavabdehə köməklik göstərib, həkimlərə, psixoloqlara aparmışdır. E. Riqa prokurorluğunda ərizə yazıb, xahiş etmişdir ki, onu kazinolara buraxmasınlar. Lakin bütün bunlara baxamayaraq, yenə də bu yoldan dönmürdü. 2018-ci ilin yay aylarında **** şəhərində kirayə haqqını ödəməyə belə pulları olmamış, bu səbəbdən o, anasına müraciət etmişdir. Anası onlara ************ istiqamətində 5 ədəd bilet almışdır. Cavabdeh isə Bakı şəhərinə qayıtmışdır. Bir müddət keçəndən sonra cavabdeh yalvarmışdır ki, iddiaçı və uşaqları Bakıya qayıtsınlar. Bu səbəbdən 2018-ci ilin noyabr ayında iddiaçı və dörd övladları Bakı şəhərinə qayıtmışdılar. Münasibətin bərpası mümkün olmadığından xx.xx.2019-cu ildə nika hları rəsmi pozulmuşdur. Cavabdeh1 hər zaman gördüyü işlərdən onu uzaq tutub və bu səbəbdən hər hansı bir daşınmaz və daşınar əmlakların alqı-satqısından onun xəbəri olmamışdır. Bu səbəbdən nikah rəsmi pozulandan sonra müxtəlif sorğular edib, məlum olmuşdur ki, Cavabdeh1 birgə nikah dövründə müəyyən əmlaklar əldə etmiş, lakin onun xəbəri və icazəsi olmadan sonradan başqasının adına özgəninkiləşdirmişdir. Hal-hazırda o, nikah dövründə əldə edilmiş ümumi birgə əmlakların bölünməsi və həmin əmlaklara mülkiyyət hüquqlarının həyata keçirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh1 birgə nikah dövründə əldə olunan Bakı şəhəri, ************ saylı sahələrin bir hi ssəsində yerləşən torpaq sahəsini (0,1329 ha) XX saylı DNK-nın xx-xxx reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə; Bakı şəhəri, ************** saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsi (0,1235 ha) XX saylı DNK- nın xx-xx reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə; Bakı şəhəri, ***************** saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsi (0,1572 ha) XX saylı DNK-nın xx-xx reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. Sözügedən əmlakın üzərində cavabdeh Cavabdeh1 tərəfindən sərəncam verilərkən onun mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Cavabdeh1 mübahisələndirilən əmlakın özgəninkiləşdirilməsinə dair onun razılığının olmadığını bilmişdir. Hətta Bakı səhəri 48 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli ****** nömrəli cavab məktubuna əsasən, cavabdeh Cavabdeh1 müqavilə bağlayarkən şəxsiyyət vəsiqəsində subay olduğunu və notariusa alıcı tərəfindən satıcının subay olmasına dair ərizə verdiyinə görə notarius bu səbəbdən hesab edib ki, alqı-satqı müqaviləsi bağlana bilər. Həmçinin notarius cavab məktubunda bildirir ki, müqavilə bağlandığı an elektron-notariat avtomatlaşdırılmış informasiya sisteminin təkmilləşməməsinə görə Cavabdeh1 vətəndaşlıq vəziyyətini yoxlamaq mümkün olmamışdır. Lakin təəssüf ki, Bakı şəhəri 48 saylı X4 hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatdan xəbəri yoxdur. 2014-cü ildə Təlimata əsasən vətəndaşın vətəndaşlıq vəziyyətinin yoxlanılması üçün şəxsiyyət vəsiqəsində yazılandan asılı olmayaraq, Notarius VVAQ İdarəsində n arayış tələb etməli idi. Belə bir arayış tələb olunsa idi, təbii ki notarius Cavabdeh1 evli olduğunu biləcəkdi. Notarius həmçinin cavab məktubunda alıcı Cavabdeh2 satıcı barəsində verilmiş subaylıq haqqında ərizəyə da istinad edib. Cavabdeh2 tərəflərin ailəvi dostu olub və keçmiş ərinin işəgötürəni olub. Yəni Cavabdeh2 hamıdan yaxşı bilirdi ki, Cavabdeh1 evlidir və onun 4 övladı var. Cavabdeh Bakı şəhəri 48 saylı Notariat Kontorunun nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(006)-*****/2020 nömrəli (hakim Rəşid Səmədov) qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, "xxxx” MMC-nin təsisçilərindən biri olan Cavabdeh2 ilə Cavabdeh1 yaxın yoldaşlıq münasibəti olmuşdur. Bununla əlaqədar Cavabdeh1 "xxxx” MMC ilə işgüzar münasibətləri olmuşdur. Belə ki, “xxxx” MMC-yə məxsus olan 4,2 ha. və 0.1 ha. torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisinin aparılması üçün 32 torpaq sahəsinə ayrılaraq ayrı ayrı-ayrı fiziki şəxslərin adlarına və “xxxx” MMCnin adına sənədləşdirilmişdir. Bunun üçün torpaq sahəsinin bölgü sxemi tərtib edilmiş, 13 nəfər fiziki şəxsin adına torpaq sahəsinin bölünməsi ilə bağlı tərtib edilmiş bölgü sxemi adlarına sənədləşdiriləcək şəxslərin iştirakları ilə xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 48 saylı notariat kontorunda həmin şəxslərin imzaları ilə təsdiq edilmişdir. Həmin şəxslərdən biri də Cavabdeh1 olmuş və onun adına 3 torpaq sahəsi (0,1329 ha. torpaq sahəsi, 0,1235 ha. torpaq sahəsi və 0,1572 ha. torpaq sahəsi) rəsmiləşdirilmişdir. Göründüyü kimi "xxxx” MMC-yə məxsus olan 4.2 ha. və 0.1 ha. torpaq sahəsinin tərkib hissəsi olan 0,1329 ha. torpaq sahəsinin, 0,1235 ha. torpaq sahəsinin və 0,1572 ha. torpaq sahəsinin Cavabdeh1 satılması və torpaq sahəsinə mülkiyyət hüququnun yaranması anında onun tərəfindən torpaq sahəsinin dəyəri satıcıya ödənilməmişdir. Torpaq sahəsi Cavabdeh1 adından “xxxx” MMC-nin təsiçisi Cavabdeh2 adına alqı-satqı müqaviləsi bağlandığı anda da tərəflər arasında torpaq sahəsinin dəyərininin ödənilməsi həyata keçirilməmişdir. Mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, ******************** saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsi (0,1329 ha), Bakı şəhəri, ********* sahələrin bir hissəsində yerləşən torpaq sahəsi (0,1235 ha), Bakı şəhəri, ********** saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsi (0,1572 ha) tərəflərin birgə nikahları dövründə Cavabdeh1 adına rəsmiləşdirilsə də, onların birgə qazancı hesabına əldə edilməmişdir. “xxxx” MMC-yə məxsus olan 4,2 ha. və 0.1 ha. torpaq sahəsinin xx xxxxxx 2014-cü il tarixdə və xx xxxxxx 2014-cü il tarixdə alqı-satqı müqavilələri ilə Cavabdeh1 və digər şəxslərə satılması və həmin torpaq sahəsinin xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 və qeyrilərinə alqı-satqı müqaviləsi ilə satılması tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqavilələri bağlanarkən hər hansı ödəniş edilmədiyini göstərir. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Belə ki, iddiaçı mübahisə predmeti olan əmlakların alqı-satqısına dair xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı tələblə 4 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, 354-cü maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq, həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa o lunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. İşin faktiki hallarından göründüyü kimi mübahisələndirilən əqdlər bağlanan zaman iddiaçı P.Demidova ilə cavabdeh ər-arvad olmuşlar və iddiaçı bu əqdlərin bağlanmasından məlumatının olmaması inandırıcı deyildir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb o lunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti pozmaqla məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı Şəhəri 48 saylı Notariat Ofisinə qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlaka pay hüququnun müəyyən edilməsi və s. tələbi»nə dair iddia ərizəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 33.1, 33.3, 33.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.4, 225.6, 324.1, 324.2, 337.1, 337.3, 354.1, 354.2, 372.1, 372.2, 390, 404.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Azad İmanov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-*****/2 020 nömrəli qətnaməsnin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, həmin müqavilələr hüquqi nəticə doğurmaq üçün bağlanmamışdır, onlar formal xarakter daşımışdır, ona görə də bu torpaq sahələri tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilən əmlak hesab oluna bilməz. Həmin alqı-satqı müqavilələri ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olmuşdur, ona görə də həmin əqdlər etibarsızdır (əhəmiyyətsizdir). Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərə finin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır.Hazırkı işdə iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr xx.xx.2014-cü il tarixdə iddiaçı ilə cavabdeh birgə nikah dövründə bağlanmış əqdlərdir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə doğru olaraq qeyd etmişdir ki, iddiaçının əqdlərin bağlanmasından məlumatının olmaması inandırıcı deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin baxılmas ı üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi maddi hüquq normalarını pozaraq hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Ailə Məcəlləsinin normalarının tələblərini pozmuşdur. Məhkəmə nədənsə hesab etmişdir ki, qeyd olunan müqavilələr hüquqi nəticə doğurmaq üçün bağlanmamışdır, onlar formal xarakter daşımışdır, ona görə də bu torpaq sahələri tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilən əmlakı hesab oluna bilməz. Həmçinin Məhkəmə bilə-bilə səhv nəticəyə əsaslanmışdır. Belə ki, Məhkəmə hesab edir ki, yuxarıdakı məsə lənin baxılmasına AR MM-nin 354.1 -ci maddəsi tətbiq olunmalı və əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət müəyyən olunmalıdır. Lakin Məhkəmə nədənsə, həmin maddənin 2 bəndinə diqqət yetirməmişdir. Belə ki, AR MM-nin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. P.P.Demidova yalnız 2019-cu ildə vəkil tərəfindən edilən sorğulara cavablar gəldikdə məlumat almış və AR MMnin 354.2-ci maddəsinə uyğun məhkəməyə müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyas ı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı X6, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 vəkili Vəkil kasasiya şikayətinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X5 və cavabdeh Bakı şəhəri 48 saylı Notariat Ofisinin vəkili Vəkil3 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdir ilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya həd əyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 372.1 və 372.2. Başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçı kasasiya şikayətində də ərinin işləri, bağlamış olduğu müqavilələr barədə məlumatlı olmamasına, yalnız vəkil sorğusuna cavab nəticəsində məlumat ədlə etməsinə, hüququnun pozulduğunu bildiyi zamandan məhkəməyə müraciət etməsinə istinad etsə də, bu hal iş materialları ilə müəyyən edilməmişdir ki, apelyasiya məhkəməsi də haqlı olaraq tərəflər həmin zaman ər-arvad münasibətində olduğu üçün iddiaçını n müqavilələr barədə məlumatlı olmamasını inandırıcı hesab etməmişdir. Müqavilələrin hüquqi nəticə doğurmaq üçün bağlanmaması, onların formal xarakter daşıması barədə apelyasiya kollegioyasının qənaəti üzrə isə qeyd etmək lazımdır ki, apelyasiya kollegiyası bu qənaətini də iş materiallarında olan müqavilələr, müqavilələr üzrə ödənişin həyata keçirilməməsi əsasında formalaşdırmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X6 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-******/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.