Məhkəmə qərarları › İş №2(102)-1276/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1276/2023

27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1276/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər:borcun silinməsi və pulun geri qaytarılması 27.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(103)7362/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 nömrəli bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən tərtib olunmuş bağ evinə aid olan **********00180 nömrəli abonentin saldosuna əsasən “ayın əvvəlinə borc” qrafasında 2012-ci ilin aprel ayında 4103,80 manat olduğu, “ödəniş” və “o cümlədən qeyri ödənişlər” qrafalarında həmin borcun ödənildiyi, 2012-ci ilin dekabr ayında “ayın əvvəlinə borc” qrafasında həmin tarixə heç bir borcun olmadığı qeyd edilmişdir. **********00180 nömrəli abonentin saldosundan və xx.xx.2017-ci il tarixli 2407 saylı, xx.xx.2017-ci il tarixli 2617 saylı, xx.xx.2017-ci il tarixli 1588 saylı, xx.xx.2018-ci tarixli 1640 saylı, xx.xx.2018-ci tarixli 2039 saylı və xx.xx.2020-ci il tarixli, 2084 saylı “Qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında” Aktlar ına əsasən bağ evinə qaz sərfiyatına görə 2017-ci ilin avqust ayında 2826 manat, 2017-ci ilin sentyabr ayında 35,60 manat, 2017-ci ilin oktyabr ayında 447,40 manat, 2017-ci ilin noyabr ayında 1308,20 manat, 2017-ci ilin dekabr ayında 1288,80 manat, 2018-ci ilin yanvar ayında 314 manat, 2018-ci ilin fevral ayında 554 manat, 2018-ci ilin mart ayında 78,60 manat və 2018ci ilin avqust ayında 1131,60 manat olmaqla, cəmi 7984,20 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra- iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə (abonent kodu **********00180) əsassız olaraq hesab lanmış 4103,80 manat borcun silinməsi və 2017-ci ilin avqust ayindan 2018-ci ilin avqust ayına kimi əsassız yazılmış cərimələrə görə ödənilmiş 7984,20 manat pul vəsaitinin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan bağ evində təbii qazdan istifadə etmişdir. Həmin bağ evinə cavabdeh tərəfindən **********00180 nömrəli abonent kodu verilmiş və bağ evini təbii qazla təchiz edən qaz xəttinin üzərində “Elster G-25 RVG EK-220” markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən tərtib olunan və ona məxsus ***** *****00180 nömrəli abonentin saldosunda 2022-ci ilin fevral ayı üçün 6241,80 manat borc göstərilmişdir. Həmin borcun haradan, hansı əsasla yaranması məlum olmamışdır. Habelə abonentin saldosundan görünür ki, hesablanmış 6241,80 manat borcun 4103,80 manatı saldonun “o cümlədən qeyri ödənişlər” qrafasında göstərilmişdir. Həmin məbləğ, 2012-ci ilin aprel ayında “o cümlədən qeyri ödənişlər” qrafasında göstərilmişdir. Bu məbləğ həmçinin saldonun 2012ci ilin aprel ayının “ödəniş" qrafasında da göstərilmiş və 2012-ci ilin dekabr ayında “ayın əvvəlinə borc” qrafasında onun həmin tarixə cavabdeh qarşısında heç bir borcunun olmaması görünmüşdür. Cavabdeh 10 il sonra 2022-ci ilin fevral ayında həmin məbləği yenidən borc kimi tələb etmişdir. Baxmayaraq ki, saldoya əsasən həmin borc 2012-ci ilin apre l ayında ödənilmişdir. Hətta borc ödənilməmiş olsaydı belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən 5 il müddətinin keçməsinə görə tələb qüvvəsini itirmiş olur. Bundan başqa, abonentin saldosunan məlum olmuşdur ki, cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulmasına dair” çoxsaylı aktlar tərtib edilərək cərimələr yazılmışdır. Tərtib olunan aktlardan və əsassız olaraq hesablanmış cərimələrdən xəbəri olmamış və yuxarıda qeyd edilən məbləği tam şəkildə cavabdehə ödəmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, izahatında iddiaçının yaşadığı mənzildə qaz sayğacına müdaxilə olunduğunu, buna görə də itirilmiş qaz sərfiyyatına görə borc hesablandığını göstərmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməs inin 28 iyul 2022-ci il tarixli, 2(011)-3043/2022 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin edilərək, iddiaçıya məxsus ünvan ünvanda yerləşən bağ evinə (abonent kodu **********00180) hesablanmış 4103,80 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi, cavabdehdən artıq ödənilmiş 4496,70 manat pul vəsaitinin alınıb iddiaçıya qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus bağ evinə 2012-ci ilin aprel ayında qazdan istifadə üzrə 4103,80 manat borc hesablanmış və həmin borc məbləği iddiaçı tərəfindən ödənilmişdir. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən heç bir hüquqi əsas olmadan həmin borc məbləğini 2022-ci ildə yenidən iddiaçının abonent saldosuna daxil edilmə klə əsassız olaraq ondan tələb edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 4103,80 manat borcun silinməsi hissəsində əsaslı və qanuni olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, 2017-ci ildə iddiaçıya məxsus bağ evinə qazdan istifadəyə görə cəmi 2325,40 manat borc hesablanmışdır. Belə olan halda qaz sayğacının olmadığı və işləmədiyi müddətdə iddiaçıya məxsus bağ evinə qaz sərfiyyatına görə hesablanmış məbləğ aylıq 387,50 manat olmaqla 9 ay ərzində 3487,50 manat təşkil etməli idi (2325,40/6=387,5x9ay=3487,50 manat). Halbuki, cavabdeh təşkilat tərəfindən qaz sərfiyyatına görə 7984,20 manat borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, 4496,70 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. (7984,203487,50=4496,70 manat). Məhkəmə öz hüquqi mövqeyini Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 551-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.4-cü bəndlərinə istinad edərək əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin iddiaya etirazının dəlilləri ilə əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(103)7362/2022 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova sədrlik edən, məruzəçi, E.Həsənov və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsinə mübahisələndirilən hissədə dəyişiklik edilmiş və cavabdehdən artıq ödənilmiş 2880,2 manat pul vəsaitinin tutulub iddiaçıya qaytarılması və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 4103,80 manat pulun 2012-ci ildə ödənilməsi cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında mübahisəli məbləğin, yəni 4103,80 manatın yenidən abonent saldosunda 2022-ci ildə göstərilməsini izah edə bilməmişdir. Cavabdeh təşkilat tərəfindən heç bir hüquqi əsas olmadan həmin borc məbləği 2022-ci ildə yenidən iddiaçının abonent saldosuna daxil edilməklə əsassız olaraq ondan tələb edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı və qanuni olmuşdur. Məhkəmə kollegiyası iddianın cavabdehdən artıq ödənilmiş 4496,70 manat pul vəsaitinin alınıb iddiaçıya qaytarılması hissəsində hesab etmişdir ki, birinci instansiya məhkəməsinin nəticəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olmamışdır. Belə ki, iddiaçının adına abonent saldosundan görünür ki, qaz sayğacının olmadığı və işləmədiyi müddəti 7 ay olduğu halda, birinci instansiya məhkəməsi bu müddətin 9 ay olmasını göstərmiş və iddiaçıya məxsus bağ evinə qaz sərfiyyatına görə hesablanmış aylıq 387,50 manat məbləğin 9 ay üzrə 3487,50 manat təşkil etməsini düzgün hesablamamışdır. Abonent saldosundan görünür ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək yazılmış cərimələrə görə hesablanmış məbləğ 8006,2 (5928+2078,2) manat təşkil etmişdir. Həmin məbləğlərin hansı meyarlarla müəyyən edilməsi mülki iş materiallarından görünmür. Abonent saldosuna əsasən 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək iddiaçıya məxsus bağ evində qaz sayğacı olmamışdır. Sayğac 2018-ci illin fevral ayında quraşdırılmışdır. İddiaçıya məxsus bağ evində qaz sayğacının olmadığı və işləmədiyi müddəti 7 ay olmuşdur (2017-ci ilin iyul ayından 2018-ci ilin y anvar ayınadək) və Məhkəmə kollegiyasının qənaətinə görə qaz sərfiyyatına görə hesablanmış orta aylıq məbləğ 729 manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, abonent saldosuna əsasən 2019-cu ilin iddiaçının həmin il üzrə qaz sərfiyyatı (sayğac işləyərkən) 8750,2 manat göstərilmişdir. Orta sərfiyyatı müəyyən etmək üçün həmin məbləğ 12 aya bölünmüşdür. Belə olan halda aylıq 729 manat orta sərfiyyat müəyyən edilmişdir ki, bu da ümumilikdə 7 ay üçün 5104 manat təşkil etmişdir (7 x 729 manat=5104). Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin saldoya əsasən 2022-ci ilin may ayından sonra abonentin ayın sonuna olan borcu 0 (sıfır) göstərilmişdir. Deməli, borc 0 (sıfır) göstərildiyi halda abonent tərəfindən cərimələr üzrə hesablanmış məbləğ 8006,20 (5928+2078,2) manat ödənilmişdir. Cərimə üzrə hesablanmış məbləğlərin ödənilməsini, abonent saldosunda borcun olmamasını məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi təsdiq etmişdir. İddiaçı iddia tələbində cərimələr üzrə 7984,2 manat artıq ödənilməsini qeyd etmişdir (halbuki bu rəqəm 8006,20 manat təşkil etmişdir). Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək yazılmış cərimələrə görə ödənilmiş 7984,20 manat məbləğindən sayğac işləyməyən 7 ay üçün hesablanmış orta sərfiyyatın cəmi 5104 manat çıxıldıqdan sonra 2880,2 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır (7984,2-5104=2880,2). Məhkəmə öz hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Qanunun 6.2, 13.9, 20, 21.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qan unun 3, 18, 26cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6-4.9, 6.5-ci bəndlərinə istinad edərək əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hesablama aparılarkən, hesablamanın əsası heç bir normativ hüquqi sənədə uyğun olmamış və normativ hüquqi sənədə istinad edilməmişdir. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsini tədqiq etməmiş, “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 6.5-ci bəndlərini səhvən iş üzrə tətbiq edilən hüquq norması kimi göstərmişdir. Göstərilən hüquq normaları, tərəflər arasında yaranmış müvafiq mübahisəni tənzimləyən hüquq normaları və işin mahiyyətinə də aidiyyəti olmamışdır. Kassator qeyd etmişdir ki, iş üzrə iddiaçı vergi uçotuna alınmış vergi ödəyicisidir (VÖEN: **********), fərdi sahibkardır, Xəzər rayonu ərazisində yerləşən 833 sotluq 2728,46 m2-lik bağ evində sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mübahisə də iddiaçı tərəfin ona məxsus bağ evində sahibkarlıq fəaliyyət inin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bağ evində 2019-cu il ərzində qaz sayğacı üzrə 8750,20 manat dəyərində təbii qaz sərf etdiyini müəyyən etmişdir, lakin məhkəmə araşdırmamışdır ki, iddiaçı bütün il ərzində bağ evində hansı fəaliyyətdə məşğul olur ki 2019-cu il tarixində ümumilikdə 8750,20 manat dəyərində qaz sərf etmişdir. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmış olduğu üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassator qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfin adına qeydiyyata alınmış abonent saldosuna nəzər salmış olsaydı müəyyən edərdi ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək iddiaçıya borc məbləğləri yazıldığı dövrdə, iddi açı 10/2017 və 11/2017-ci illər tarixində müvafiq olaraq 1000 manat və 1000 manat olmaqla qazdan istifadəyə görə cəmi 2000 manat məbləğində ödəniş etmişdir. Məhkəmə abonent saldosunu sübut qismində tədqiq etməmiş, saldonu sübut qismində düzgün qiymətləndirməmiş və iddiaçıya geri qaytarılacaq ödəniş məbləğinin dəyərini subyektiv riyazi hesablama metoduna əsasən müəyyən edərək iş üzrə yekun nəticədə səhv qənaətə gəlmişdir. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən artıq ödənilmiş 2880,20 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edərkən, məhkəmə iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qəbul edilən nəticənin hesablama əsas ı, eləcə də üsul və metodu heç bir normativ hüquqi sənədə uyğun olmadığı üçün, məhkəmə iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu qətnamənin əsaslandırıcı hissəsində göstərməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məs uliyyət daşıyır. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası g östərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Maddə

20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməl idir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə

18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 s aylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcıs ı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçiril ir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üç ün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddia ərizəsində göstərilən 4103,80 manat pulun 2012-ci ildə ödənilməsi cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında mübahisəli məbləğin, yəni 4103,80 manatın yenidən abonent saldosunda 2022-ci ildə göstərilməsini izah edə bilməmişdir. Cavabdeh təşkilat tər əfindən heç bir hüquqi əsas olmadan həmin borc məbləği 2022-ci ildə yenidən iddiaçının abonent saldosuna daxil edilməklə əsassız olaraq ondan geri tələb edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, iddianın cavabdehdən artıq ödənilmiş 4496,70 manat pul vəsaitinin alınıb iddiaçıya qaytarılması hissəsində hesab etmişdir ki, birinci instansiya məhkəməsinin nəticəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olmamışdır. Belə ki, iddiaçının adına abonent saldosundan görünür ki, qaz sayğacının olmadığı və işləmədiyi müddəti 7 ay olduğu halda, birinci instansiya məhkəməsi bu müddətin 9 ay olmasını göstərmiş və iddiaçıya məxsus bağ evinə qaz sərfiyyatına görə hesablanmış aylıq 387,50 manat məbləğ in 9 ay üzrə 3487,50 manat təşkil etməsini düzgün hesablamamışdır. Abonent saldosundan görünür ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək yazılmış cərimələrə görə hesablanmış məbləğ 8006,2 (5928+2078,2) manat təşkil etmişdir. Həmin məbləğlərin hansı meyarlarla müəyyən edilməsi mülki iş materiallarından görünmür. Abonent saldosuna əsasən 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək iddiaçıya məxsus bağ evində qaz sayğacı olmamışdır. Sayğac 2018-ci illin fevral ayında quraşdırılmışdır. İddiaçıya məxsus bağ evində qaz sayğacının olmadığı və işləmədiyi müddəti 7 ay olmuşdur (2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək) və Məhkəmə kollegiyasının qənaətinə görə qaz sərfiyyatına görə hesablanmış orta aylıq məbləğ 729 manat təşkil etmişdir. Apellyasiya instansi yası məhkəməsi həmçinin qeyd etmişdir ki, abonent saldosuna əsasən 2019-cu ilin iddiaçının həmin il üzrə qaz sərfiyyatı (sayğac işləyərkən) 8750,2 manat göstərilmişdir. Orta sərfiyyatı müəyyən etmək üçün həmin məbləğ 12 aya bölünmüşdür. Belə olan halda aylıq 729 manat orta sərfiyyat müəyyən edilmişdir ki, bu da ümumilikdə 7 ay üçün 5104 manat təşkil etmişdir (7 x 729 manat=5104). Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, həmin saldoya əsasən 2022-ci ilin may ayından sonra abonentin ayın sonuna olan borcu 0 (sıfır) göstərilmişdir. Deməli, borc 0 (sıfır) göstərildiyi halda abonent tərəfindən cərimələr üzrə hesablanmış məbləğ 8006,20 (5928+2078,2) manat ödənilmişdir. Cərimə üzrə hesablanmış məbləğlərin ödənilməsini, abonent saldosunda borcun olmamasını məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi də təsdiq etmişdir. Bundan başqa, iddiaçı iddia tələbində cərimələr üzrə də 7.984,2 manat artıq ödəmənin olduğunu iddia etmişdir (halbuki bu rəqəm 8006,20 manat təşkil etmişdir). Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək yazılmış cərimələrə görə ödənilmiş 7984,20 manat məbləğdən sayğac işləyməyən 7 ay üçün hesablanmış orta sərfiyyatın cəmi 5104 manatı çıxıldıqdan sonra 2880,2 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır (7984,2-5104=2880,2). Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Daha sonra cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinin tələblərindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(103)-7362/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar