Məhkəmə qərarları › İş №2(102)-1279/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1279/2025

07.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1279/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şirkətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şi rkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-81/2025 nömrəli 9 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X5 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş (undan sonra - Saziş) imzalanmış, 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli Qanuna əsasən həmin Saziş Qanun statusunu almışdır. 15 may 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat Şirkəti qismində X4 şirkəti fəaliyyət göstərir.

2. Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, iddiaçının isə saziş üzrə istifadəsində olan torpaq sahəsində, yəni şirkətin saziş ərazisi hüdudlarında, 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində, Binəqədi/DYP-nin a/h/111 məhəllə 0003/mənzil 0199 ünvanda özbaşına tikili inşa etməsi müəyyən olunmuşdur.

3. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 825 nömrəli qərarına əsasən, Biləcəri Bələdiyyəsinin hüdudları daxilində uzun müddətdən bəri tikdirdiyi evin altındakı və ətrafındakı 250 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında ünvan 3 ünvanında yaşayan vətəndaş Cavabdeh adına bir kv.metr i 4,50 manat hesablanmaqla alğı-satqı yolu ilə sənədləşdirilmişdir.

4. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilən xx.xx.2019-cu il tarixli A-784 nömrəli arayışa əsasən, Biləcəri Bələdiyyəsinin hüdudları daxilində xx.xx.2007-ci il tarixli 825 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 250 kv.metr torpaq sahəsi sənədləşdirilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3690/2022 nömrəli, 1 fevral 2022-ci il tarixli qərardadı ilə, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı Cavabdeh istifadəsinə 250 kv.m. torpaq sahəsinin ayrılması haqqında 825 nömrəli xx.xx.2007-ci il tarixli qərarının q anunsuzluğunun tanınmasına dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş 15 may 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər han sı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da müəyyən olunur ki, Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 7 sentyabr 2007-ci il tarixli, 825 nömrəli qərarı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Şirkəti iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində, Binəqədi/DYP-nin a/h/İİİ məhəllə 0003/mənzil 0199 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 10 manat dövlət rüsumunun tutu lması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən şirkətin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 5-ci sahəsində şirkətin saziş ərazisi hüdudları (1.397439,547 4478822,583; 2.397452,103 4478829,408; 3.397461,890 4478810,413; 4.397449,849 4478803,588 koordinatlar) daxilində, Binəqədi/DYP-nin a/h/İİİ məhəllə 0003/mənzil 0199 ünvanında lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, şirkətin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X5 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli Qanuna əsasən saziş qanun statusunu almışdır. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə v erilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, şirkətin məhkəməyə təqdim etdiyi sübutlardan göründüyü kimi iddiaçı cavabdehin özünün iddia etdiyi müqavilə ilə ona ayrılmış torpaq sahəsini zəbt etdiyini sübut edə bilməmişdir. 20 ildən artıqdır ki, həmin torpaq cavabdehin istifadəsindədir və üzərində ev tikərək ailəsi ilə birlikdə həmin evdə yaşayır. Həmin vaxtdan Bakı şəhəri Biləcəri Bələdiyyəsi bu torpaqların bələdiyyə torpaqları olduğuna görə cavabdehdən torpaq və əmlak vergisi almışdır. Həmin ərazidə olan qonşularla bərabər, cavabdeh də Bakı şəhəri Biləcəri Bələdiyyəsinə ərizə ilə müraciət edərək, uzun illər istifadəsində olan torpaq sahəsini ona satılmasını xahiş etmişdir. Cavabdehin yaşadığı bu ərazi dövlət tərəfindən Azəriqaz, Azərişıq, Azərsu tərəfindən komunal xidmət xətləri ilə təmin edilmiş, cavabdehin tikərək yaşadığı fərdi yaşayış evi müqavilələrə əsasən kommunal xidmətlərlə təmin edilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən cavabdehə satılmış torpaq sahəsində cavabdeh fərdi yaşayış evi tikərək ailə üzvləri ilə bu evdə yaşayır, bu ev cavabdehin və onun ailəsinin yeganə yaşayış yeridir. Cavabdehin inşa etdiyi fərdi yaşayış evi yaşayış məntəqəsinin ortasında yerləşir, ətrafda yüzlərlə evlər vardır. Bu evlərinin içərisində yalnız cavabdehə qarşı bu iddianın qaldırılması ona qarşı iddiaçının qərəzli olması kimi qiymətləndirilir. Məhkəmə nəzərə almalıdır ki, iddiaçının qeyd etdiyi kimi evin özbaşına tikili olması, yəni 20 il əvvəl tikilməsi və istifadə edilməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Binəqədi rayon X1 Alış Əzizulla oğlunun istifadəsinə 250 kv.m. torpaq sahəsinin ayrılması haqqında 825 saylı xx.xx.2007-ci il tarixli qərarı qüvvədə olduğu halda hazırki iddia tələbi təmin edilə bilməz. Nəzərə almaq lazımdır ki, əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsinə aid olmuş olsaydı belə, ötən 20 il ərzində, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə və onun ailə üzvlərinə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş, cavabdeh özünün və ailəsinin mənzil şəraitini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə edir. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində cavabdehin həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə razı olmalarını bildirmişlər. İşin faktiki hallarına əsasən, həm də iddiaçının Mülki Məcəllənin 180-ci maddəsinin tətbiqi ilə bağlı iddia ərizəsindəki dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, cavabdehin və ailə üzvlərinin uzun müddət ərzində yaşadıqları evin heç bir təminat olmadan sökülməsi və onları n faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. İddiaçı əslində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini təhrif etmişdir. Belə ki, iddiaçının istinad etdiyi məhkəmə qərarlarının cavabdehə aidiyyatı yoxdur. Qanunverici bu maddədə eyni tərəflər arasında eyni predmet barəsində olan məhkəmə qərarlarını nəzərdə tutur. Göründüyü kimi 17 il əvvəl, yəni 2005ci il tarixdə iddiaçının istifadəsinə verilmiş ərazidə əgər cavabdeh və ailə üzvləri qanunsuz olaraq torpağı zəbt etmişdilərsə və iddiaçıya ayrılmış torpaq sahəsində qanunsuz tikili aparmışdırsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən cavabdeh barəsində şikayət etməmişdir. İddiaçı iddia ərizəsində mövcud qanunvericiliyin normalarını yazmaqla kifayətlənmiş, lakin 17 il əvvəl həmin qanunvericiliyin tələbləri daxilində heç bir iddia və şikayət etməmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Buna görə də iddiaçının tələbinə iddia müddəti tətbiq olunmalıdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-437/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddiа rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdehin və onun ailə üzvlərinin yeganə yaşayış yeri olduğundan, neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində yerləşən mübahisəli tikilidə yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin olunmasını qeyri-mümkün hesab etmişdir.

11. Bundan başqa, məhkəmə cavabdehin iddia tələblərinə iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, özbaşına tikili inşa edən şəxsin həmin tikiliyə hüququ yaranmadığından iddiaçının iddia tələblərinə iddia müddətinin tətbiq edilməsi mümkün deyildir. Belə ki, cavabdehə inşa etdiyi tikiliyə sərf etdiyi vəsaitin əvəzi olan ədalətli kompensasiya verilməklə onun topraq sahəsindən çıxarılması mümkündür. Ona görə də, məhkəmə cavabdehin iddia tələblərinə iddia müddət inin tətbiqinə dair ərizəsini təmin etməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 178.1, 178.2, 180.1, 180.2, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3, 11.4, 22.3, 46.1, 46.2, 48.4, 66, 67, 68-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsinin cavabdehə ayrılması barədə Bakı şəhəri Biləc əri Bələdiyyəsinin 825 nömrəli, xx.xx.2007-ci il tarxli qərarının heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, cavabdehin həmin arqumenti 15 may 2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin arqumenti olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin müvafiq qərarı öz qüvvəsini itirtiyi üçün onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyildir və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusundadır. İddiaçı şirkət əməliyyat şirkəti olaraq podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neftqaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Buna baxmayara q, həmin sazişdə kontrakt sahəsinin hər hansı hissəsi ilə bağlı torpaq sahələrini zəbt edən şəxslərə kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, Mülki Məcəllədə torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Lakin göründüyü kimi hazırki iş üzrə torpaq sahəsinin mülkiyyətçisi bu iş üzrə cavabdeh deyildir. Yəni torpaq sahəsi müvafiq beynəlxalq Sazişlə şirkətin istifadəsinə verildiyi üçün şirkətin özünə aid olan torpaq sahəsinə görə cavabdehə kompensasiya ödəməsi absurd fikirdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1254/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apell yasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə iddianı rədd etməkdə haqlı olmuşdur. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq qeyd edilməlidir ki, sökülməsi tələb edilən tikili hazırkı iş üzrə cavabdehin və onun ailə üzvlərinin yeganə yaşayış yeri olduğundan, onlara mövcud yaşayış yerinə və həyat şəraitinə ekvivalent təminat verilmədən yaşayış yerlərindən məhrum edilməsi yolverilməzdir.

17. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikilinin mövcud qanunvericiliyə əsasən qanunsuz tikili sayılması işin mübahisəsiz halı olsa da, bu fakt özlüyündə hazırkı iddianın təmin olunması üçün kifayət deyil. Belə bir yetərlilik ancaq iddia cavabdehə müvafiq kompensasiya təklif etməklə qaldırılsa mövcud ola bilərdi.

18. Bundan başqa, məhkəmə kollegiyası şikayətin sazişdə kompensasiyanın ödənilməsi ilə bağlı hər hansı müddəa olmaması barədə dəlilinə münasibətdə bildirmişdir ki, bu öhdəlik Saziş əsasında deyil, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarında göstərdiyi mövqeyə əsasən və şəxslərin mənzil toxunulmazlığı hüququnun təminatı üçün qanuni əsaslarla yaranmış öhdəlikdir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü, 43-cü maddəsinin 1-ci, 71-ci maddəsinin 1 və 2ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.1, 159, 1 80.1-ci, Torpaq Məcəlləsinin 111-ci, Mənzil Məcəlləsinin 2.1-ci, Mülki Prosesual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərəkən sadalanan maddi hüquq normalarını pozmaqla yanaşı, şirkətə qarşı qərəzli mövqe nümayiş etdirərək iddiaçı Şirkət tərəfindən təqdim edilən sübutlara, torpaq sahəsinin təyinatına, torpaq sahəsinin əsl sahibinin və mülkiyyətçisinin araşdırıl masına və ümumiyyətlə cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş tikiliyə dair hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmamasına, mübahisəli tikilinin yerləşdiyi torpağa dair cavabdeh tərəfindən təqdim edilmiş Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 825 saylı qərarının müvafiq Qanun əsasında öz qüvvəsini itirdiyinə əhəmiyyət verməmiş, iş üzrə tikinti-texniki ekspertizası təyin etməmiş, bir sözlə şirkətin xeyrinə olan bütün dəlillərə hüquqi qiymət vermədən cavabdehin qanunsuz və hüquq pozan əməllərinə yönəlmiş əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi, cavabdehin mübahisəli torpaq sahəsində özbaşına tikili inşa etməsi şirkətin hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Bundan başqa, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin göstərilən normalarının tələblərini də kobud surətdə pozmaqla, cavabdehin qanunsuz inşa etdiyi tikiliyə qanuni qüvvə verməklə həmin tikilini özbaşına tikili hesab etməmiş və bununla da şirkətin qanuni iddia tələbinin təmin edilməməsi qənaətinə gəmişdir. Həmçinin, məhkəmə kollegiyası qətnamə qəbul edərkən nəzərə almamışdır ki, cavabdehin arqumenti olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin müvafiq qərarı öz qüvvəsini itirdiyi üçün onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusundadır. Eyni zamanda, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, istənilən torpaq sahəsinin təyinatı hər hansı qurumun və ya təşkilatın deyil, yalnız Nazirlər Kabinetinin müvafiq qərarı ilə dəyişdirilə və ya müəyyən edilə bilər. Bundan əlavə, cavabdehin sözügedən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə heç bir hüququ mövcud deyildirsə və cavabdeh özbaşına olaraq şirkətə məxsus ərazini zəbt edərək orada şirkətin heç bir razılığı olmadan qanunsuz tikili inşa etmişdirsə, bu hal cavabdehin qanunsuz əməli nəticəsində şirkətin ona hər hansı bir məbləğdə kompensasiya ödəməli olması anlamına gəlmir. Məhkəmənin özünün də vurğuladığı kimi, mübahisəli tor paq sahəsi şirkətə məxsus kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən də şirkətə aid torpaq sahəsində cavabdehin inşa etdiyi tikili də özbaşına tikili hesab edilməlidir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2261/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərarı ilə (hakimlər - Zəki Babayev (məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3 fevral 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

23. Məhkəmə kollegiyası iddia tələbinin həllinə dair apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair Sazişin coğrafi kordinatları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar, cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir.

24. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarına istinad edərək bildirmişdi r ki, həmin qərara görə qeyd olunmuşdur ki,“...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.

25. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üz ərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh ünvan 3 ünvanında özbaşına olaraq tikdirdiyi evin altındakı və ətrafındakı 250,0 kv.metr torpaq sahəsini Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 825 nömrəli qərarına əsasən bir kv.metrini 4,50 manat hesablanmaqla alğı-satqı yolu ilə adına sənədləşdirsə də, həmin alğı-satqı qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublik asının Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş 15 may 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Odur ki, Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin mülkiyyətində olmayan həmin torpaq sahəsinə dair qərar qəbul etmək və alğı-satqı həyata keçirmək səlahiyyəti olmadığından, həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 07 sentyabr 2007-ci il tarixli, 825 nömrəli qərarı Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyindən, adı çəkilən bələdiyyə qərarının hər hansı hüquqi qüvvəsi olmamışdır.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsi və mütənasibliyi) baxımından qiymətləndirilməli, gəlinən nəticə mülki qanunvericiliyin müvafiq normasının dispozisiya şərtlərinə uyğun şəkildə əsaslandırılmalıdır.

28. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.1, 159, 180.1-ci, Torpaq Məcəlləsinin 111-ci, Mənzil Məcəlləsinin 2.1-ci, Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 76.2, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci i craat

29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-81/2025 nömrəli, 9 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Elnur Həsənov (sədrlik edən və məruzəçi), Leyla Əliyeva və Təranə Mahmudova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbi təmin edilmiş, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində (1.397439, **********,583; 2.397452, **********,408; 3.397461,890 4478810,413; 4.397449,849 4478803,588 koordinatlar daxilində) Binəqədi/DYP-nin a/h/111 məhəllə 0 003/mənzil 0199 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin Cavabdeh hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı şirkətinin istifadəsinə qaytarılması, qətnamənin həmin hissədə, özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman icra edilməsi qət edilmişdir.

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün əsas mövcud deyildir. Cavabdehin inşa etdiyi tikilinin İddiaçı şirkətinin istifadəsinə verilmiş sahənin hüdudları daxilində yerləşdiyi işin müəyyən olunan halıdır. Bu səbəblə kollegiya hesab etmişdir ki, həmin sahəyə dair cavabdehin məqbul və “qanuni gözlənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. Onun həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası olmamış, bu sahiblik hər hansı qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanmamışdır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və iddia tələbinin təmin olunması üçün əs as təşkil etmişdir.

31. Həmçinin kollegiya hesab etmişdir ki, qətnamənin icra qaydası və müddəti müəyyənləşdirilməlidir. Belə ki, iddiaçı şirkət hazırda müvafiq torpaq sahəsində neft-qaz hasilatı ilə bağlı işlərin həyata keçirilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Əksinə, verilən izahatlarla və fotoşəkillərlə müəyyən olunmuşdur ki, mübahisəli özbaşına tikilinin yerləşdiyi sahədə hal-hazırda neft-qaz hasilatı ilə bağlı işlər həyata keçirilmir (həmin sahədə neft quyusu və ya neftin (təbii qazın) nəqli üçün boru xətti və sair qurğular yoxdur), orada çoxsaylı yaşayış evləri inşa olunmuşdur.

32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 139.1, 139.3, 152, 157.8, 180.1-ci, Torpaq Məcəlləsinin 111-ci, Mənzil Mə cəlləsinin 2.1-ci, Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 97.1, 220.6, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ailəsinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə səlahiyyəti Azərbaycan Respublikası Konstitusiyasının 142-146-cı maddələri ilə tənzimlənən yerli özünü idarə qurumu olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinə müraciət etmiş və müvafiq torpaq sahəsi bələdiyyə tərəfindən ayrılmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 7 sentyabr 2007-ci il tarixli 825 nömrəli qərarı əsasında alğı-satqı yolu ilə almışdır. Buna görə də həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi özbaşına tikili hesab edilə bilməz.

35. Məhkəmə işə baxarkən həqiqətə nail olmaq üçün cavabdehə torpaq ayırmış Biləcəri Bələdiyyəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 21 noyabr 2024-cü il tarixli rəyində tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növünün dövlət, uqodiyasının tikinti altında, kateqoriyasının – yaşayış məntəqələrinin torpaqları olduğu müəyyən edildiyini nəzərə almamışdır, iddianın təmin edilməməsi barədə qətnamədən verilmiş apellyasiya şikayəti obyektiv ar aşdırılmamış və nəticədə əsassız olaraq təmin edilmişdir.

36. Məhkəmə işə baxarkən həqiqətə nail olmaq üçün iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyi halda iddianın təmin edilməsi barədə qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətini obyektiv araşdırılmamış və nəticədə təmin edilməklə qanunun tələblərini pozmuşdur. İddiaçı mübahisəli torpaq sahəsinin onun icarəsinə verilmiş ərazisini reyestrində qeydə alınmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

38. Maddə

13. Mülkiyyət. I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

39. Maddə

29. Mülkiyyət hüquq u I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

40. Maddə

43. Mənzil hüququ İ.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

41. Maddə

71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı... İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıq ları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

42. İİİ. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeyd iyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

47. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

48. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

49. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

50. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna la zımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla t ikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

51. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

52. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

53. Maddə

111. Azərba ycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

54. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müə yyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu

55. Bənd 1. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor nef t yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

56. Bənd

4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

57. Bənd

5. Bu q anun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası

58. Maddə

8. Şəxsi və ailə həyatına hörmət hüququ Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya c inayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. «İnsan hüquqları və əsas Konvensiyasının 1 saylı protokolu azadlıqlarının müdafiəsi haqqında» Avropa

59. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üç ün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasınln Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara v ə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədl ərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məh kəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkə məsinin qətnaməsini qismən ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Belə ki, işə baxmış məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə cavabdeh, iddiaçının qanuni əsalarla istifadəsində olan torpaq sahəsində özbaşına ev inşa etmişdir.

73. İddiaçının zəbt olunmuş torpaq sahəsindən qanuni istifadə hüququnun olması, onun həmin əmlaka sahibliyinin mülkiyyətçi hüquqları ilə qorunmasını tələb edir. Çünki Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

74. Cavabdehin mübahisəli torpaq sahəsinin ona bələdiyyənin qərarı əsasında məxsus olması, uzun müddət istifadə etməsi, bu səbəbdən həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin özbaşına tikili hesab edilə bilmədiyi barədə dəlillərinə işə baxmış apelyasiya instansiyası məhkəməsi qiymət vermiş və haqlı olaraq qeyd etmişdir ki, Biləcəri Bələdiyyəsinin mülkiyyətində olmayan torpaq sahəsinə dair qərar qəbul etmək və alğı-satqı həyata keçirmək səlahiyyəti olmadığından, həmçinin bu qərar Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyindən, adı çəkilən bələdiyyə qərarının hər hansı hüquqi qüvvəsi olmamışdır.

75. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və sakinlərin çıxarılması tələbləri ilə bağlı olan “Əhmədo va Azərbaycana qarşı” Avropa Məhkəməsinin qərarında Konvensiyanın 8-ci maddəsinin pozuntusu müəyyən edildiyinə görə, analoji işlərdə yol verilən xarakterik səhvlərin aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən məhkəmələrə icmal məktubu göndərilmişdir. Həmin icmal məktubunda məhkəmələrə izah olunmuşur ki, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

76. Bununla yanaşı, Konvensiyanın 8-ci ma ddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.

77. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməli dirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmjn ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.

78. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qətnaməyə «qətnamənin həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməsi» barədə bənd əlavə etmişdir.

79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nət icə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

80. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şika yətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

82. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-81/2025 nömrəli 9 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar