Məhkəmə qərarları › İş №2(102)-1285/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1285/2025

07.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1285/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X6 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 16 saylı notariat ofisi və 17 saylı notariat ofisi cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dai r mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-982/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Lenin rayon XDS İK-nin 29/15 nömrəli xx.xx.1990-cı il tarixli qərarına əsasən Zabrat İİ qəsəbəsinin Şimal-qərb hissəsində 11-ci kavrtal 6 saylı sahədə X7 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

3. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 11-ci kvartal, 6 saylı sahədə yerləşən ümumi sahəsi 0.118994 ha olan torpaq sahəsinə X4 mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. 5. 22.10.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0.2 ha hissəsini 13.000 manat məbləğinə alıcı X1. 6. 10.08.2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0,0353 ha hissəsini 19.000 manat qiymətinə alıcı X2.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)3793/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı (mübahisə predm eti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 16 saylı notariat ofisi və 17 saylı notariat ofisi cəlb olunmaqla) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 16 saylı notariat ofisində və Bakı şəhəri 17 saylı notariat ofisində aparılmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilərək cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakdan ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahda olduğu dövrdə, yəni 1990-cı ilin mart ayında əvvəlki adı Lenin rayon olan (Sabunçu) İcraiyyə Komitəsinin qərarı əsasında iki nəfərdən ibarət gənc ailəyə fərdi yaşayış evi tikmək üçün Zabrat 2 qəsəbəsinin Şimal Qərb hissəsində 11-ci kvartalda 6 saylı 1200 kv.m-dən ibarət torpaq sahəsi ayrılmışdır. Bundan sonra 2011-ci ildə cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlak DƏDRX tərəfindən cavabdehin mülkiyyəti kimi rəsmi qeydiyyata alınaraq onun adına çıxarış verilmişdir. Həmin dövrdə dövlət idarəsində işləməklə yanaşı, işdən sonrakı asudə vaxtlarında fərdi əməklə məşğul olaraq onlara ayrılmış fərdi torpaq sahəsində yaşamaq üçün 11 il ərzində öz əllərinin qabarı ilə hazırkı evi tikərək həmin evdə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. 2012-ci taixində həyat yoldaşının xəyanətini sübuta y etirdikdən sonra onunla birgə yaşayışın qeyri-mümkün olduğunu cavabdehə, övladlarına və cavabdehin qohumlarına bəyan etmişdir. Bundan sonra ona cavabdehin qardaşları və oğlu tərəfindən təzyiqlər olmağa başlamışdır. Onlar müxtəlif vasitələrlə onu susdurmağa çalışmışlar. Bu mümkün olmadığı halda, ona müxtəlif şər və böhtanlar ataraq onu döyərək evdən qovmağa çalışmışlar. Ziyalı olduğu üçün baş vermiş münaqişənin sülh və qarşılıqlı razılaşma yolu ilə həll edilməsini və övladlarının gələcəyi naminə dövlət qrumlarına rəsmi müraciətlər edərək köməklik istəmişdir. Cavabdehin bacı və qardaşlarının təhriki ilə övladını öyrədərək onunla mübahisəyə təhrik etməsi səbəbindən xx.xx.2012-ci ildə işdən evə qayıdan zaman oğlu ilə arasında münaqişə yaranmışdır. Uzun müddət ailədə olan psixoloji gərginlik sə bəbindən əsəblərini cilovlaya bilməmiş, affekt vəziyyətində cinayət törətmişdir. Nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasının əvvəli xx.xx.2012-ci ildən hesablanmaqla 8 il 5 ay 7 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Həbsdə olduğu müddətdə cavabdeh bundan sui-istifadə edərək əvvəlcədən planlaşdırılmış şəkildə aidiyyəti üzrə 2013-cü ildə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 2022-ci ildə cavabdeh tərəfindən hər hansı bir notariat hərəkətlərinin aparılması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi müraciət etmişdir. Nazirliyin xx.xx.2022-ci il tarixli rəsmi məktubunda göstərilmişdir ki, xx.xx.20 12-ci ildən xx.xx.2021-ci illər ərzində cavabdeh tərəfindən heç bir notariat əməliyyatları aparılmamışdır. Lakin sonradan məlum olmuşdur ki, rəsmi nikahları pozulduqdan sonra cavabdeh Bakı şəhəri 16 və 17 saylı notariat ofislərinə müraciət edərək onun razılığı və xəbəri olmadan birgə nikah müddətində əldə etdiyi torpaq sahəsini başqa şəxslərə alğı-satqı yolu ilə satmışdır. Bununla da cavabdeh və Ədliyyə Nazirliyi tərəfindən onun bütün hüquqlarını kobud surətdə pozulmuşdur.

10. Cavabdeh iddiaya qarşı etiraz verərək bildirmişdir ki, qeyd edilən torpaq sahəsi 1990-cı ildə Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə Zabrat qəsəbəsi Sovetliyi tərəfindən Zabrat qəsəbəsi sakinlərinə pay torpağı kimi paylanmışdır. Həmin torpaq sahəsini valideynləri ona hədiyyə etmiş, yəni alğı-satqı yolu ilə a lınmamışdır. İddiaçı ona qarşı əmlak tələbi üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3793/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tələb rədd olunmuşdur.

11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)3196/2024 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia rədd edilmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və aralarındakı nikah Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6624/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikahın pozulması xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Mübahisə predmeti olan əmlaklar - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 11-ci kvartal, 6 saylı sahədə yerləşən ümumi sahəsi 0.118994 ha olan torpaq sah əsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2014-cü il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 11-ci kvartal, 6 saylı sahənin bir hissəsində yerləşən ümumi sahəsi 0.098994 ha olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Yəni qeyd olunan daşınmaz əmlaklar birgə nikah dövründə deyil, tərəflər arasında nikah pozulduqdan sonra Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Həmin əmlakların birgə nikah dövründə əldə edilməsi, həmçinin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq və əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 35, 36.1, 37.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.5-ci maddələrinə, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-982/25 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qə tnaməsi ilə (hakimlər X8 (sədrlik edən və məruzəçi), X9 və X10) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3196/2024 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

17. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən belə qənaətə gəlmişdir ki, torpaq sahəsi birgə nikah dövründə deyil, tərəflər arasında nikah pozulduqdan sonra Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Həmin əmlakların birgə nikah dövründə əldə edilməsi, həmçinin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq və əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

18. Halbuki həmin torpaq sahəsinə dair cavabdehin mülkiyyət hüququ tərəflərin birgə nikah dövründə - xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

19. Bununla belə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3793/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətinə iddiaçı ilə birgə nikahda olduqları dövrdə keçsə də, qanunvericiliyin tələblərinə əsasən ər-arvadın birgə mülkiyyəti sayılmır. Belə ki, torpaq sahəsi cavabdeh tərəfindən əvəzsiz şəkildə əldə edilmişdir.

20. Mülki qanunvericiliyin tələblər inə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir.

21. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qeyd olunan torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti sayılmadığı, yəni hazırkı iş üzrə iddiaçının sözügedən daşınmaz əmlaka birgə hüququnun olmadığı artıq müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 34, 36.1, 36.3-cü, Mülki Məcəllənin 225.2, 225.6, 337.1, 337.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil Alı oğlu) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-982/2025 saylı xx.xx.2025- ci il tarixli qətnaməsini tamamilə ləğv edib işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci maddəsinin tələbi kobud surətdə pozulmuşdur. Həmin maddədə deyilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Cavabdehlə birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı rəsmi sübutları məhkəməyə təqdim etməyinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi maddənin bu normasına hec bir əhəmiyyət verməyərək maddi hüquq pozuntusu etmişdir.

25. Bundan başqa Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32 və 36-cı mad dələrində göstərilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 2011-ci ildə cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlak DƏDRX tərəfindən cavabdehin mülkiyyəti kimi rəsmi qeydiyyata alınaraq onun adına çıxarış verilmişdir. Cavabdehlə rəsmi nikahı məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Apellyasiya məhkəməsi bu faktları nəzərə almamışdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

27. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır.

28. Maddə

34. Nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etd ikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).

29. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

30. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

32. Madd ə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı anda n etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndi rildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

48. Belə ki, apellyasiya instansiya məhkəməsi mülki iş üzrə müəyyən edilmiş halları əs as götürərək haqlı olaraq mübahisəli əmlakın onların birgə vəsaiti əsasında əldə edilmədiyi və əvəzsiz olaraq cavabdeh tərəfindən əldə edildiyinə əsaslanmaqla iddiaçının tələbini əsaslı hesab etməmişdir.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamal ı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-982/2025 nömrəli mülki iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar