Məhkəmə qərarları › İş №2(102)-1286/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1286/2025

27.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1286/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X8 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar X8 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6 395/2024 nömrəli iş üzrə 11 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar X8 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 27 may 2025-ci ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZ-İ № 679161 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07 avqust 2014-cü il tarixdə vəfat etmişdir.

2. İddiaçılar X8, İddiaçı2 və Cavabdeh2 X4 övladlarıdır.

3. İşin mübahisəsiz halıdır ki, X9 vəfat etdikdən sonra ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh2 yaşamış və mirası faktiki qəbul etmişdir.

4. Qeyd edilən fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və 29 sen tyabr 2023-cü il tarixdə həmin ev Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar X8 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş, Bakı şəhəri, Səbail rayonu, 8-ci X15 küçəsində yerləşən 20 nömrəli mənzil barədə 26 sentyabr 2023-cü il tarixdə verilmiş və reyestrdə 2V-79 nömrə ilə qeydə alınmış Cavabdeh2 adına olan “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, iddia ərizəsi üçün ödənilmiş 100 məbləğində dövlət rüsumunun və həmçinin vəkilə, nümayəndəyə çəkilən 330 manatın alınaraq iddiaçılara ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 və İddiaçı2 Cavabdeh2 ilə doğma bacı-qardaşdırlar. İddiaçıların atası X9 07 avqust 2014-cü il tarixdə vəfat etmiş, vəfat etməzdən əvvəl mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, 8-ci X15 küçəsində yerləşən 20 nömrəli mənzil olmuşdur. X1 vəfat etdikdən sonra həmin əmlakla bağlı tərəflər arasında mübahisə olmasına baxmayaraq, cavabdeh qəsdən iddiaçılara xəbər vermədən notariat orqanına vərəsəlik X8 və İddiaçı2 Cavabdeh2 ilə doğma bacı-qardaşdırlar. İddiaçıların atası 07 avqust 2014-cü il tarixdə X9 vəfat etmiş, vəfat etməzdən əvvəl mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, 8-ci X15 küçəsində yerləşən 20 nömrəli mənzil olmuşdur. X1 vəfat etdikdən sonra həmin əmlakla bağlı tərəflər arasında mübahisə olmasına baxmayaraq, cavabdeh qəsdən iddiaçılara xəbər vermədən notariat orqanına vərəsəlik işinin açılmasına nail olmuş və bu zaman X1nun digər vərəsələri barədə notariat orqanına məlumat verilmədiyindən, iddiaçılar atasından onlara çatmalı olan əmlak payını almaqdan məhrum olmuşlar. İlk olaraq qeyd olunur ki, miras qoyanın ölümündən 10 (on) il sonra cavabdeh notariat orqanına müraciət etmişdir. Baxmayaraq ki, həmin müraciəti notarius qəbul edə bilməzdi və miras əmlakın qəbulu faktının tanınması məhkəmə qaydasında həyata keçirilməli idi. Belə ki, mərhum 07 avqust 2014cü il tarixdə vəfat etdiyinə görə, onun ölümündən 6 ayın keçməsi 07 yanvar 2015-ci il tarixdə tamam olmuşdur. Notariat işinin də məğzindən müəyyən olunur ki, mirasın qəbulu ilə bağlı xx.xx.2023-cü il tarixdə notariat orqanına müraciət olunmuşdur. Deməli, mirasın qəbulu faktı məhz buna görə də notarius vasitəsi ilə həyata keçirilə bilməzdi. İkinci növbədə o qeyd olunur ki, mərhumun ölümündən sonra iddiaçılar həmişə evə gedib gəlmişlər və bu haqda heç vaxt söz-söhbət olmamışdır. Eyni zamanda, iddiaçılar X8 və İddiaçı2 anası X7 2019-cu ildə vəfat edənədək bu məsələ müzakirə olunmamışdır. İddiaçılar mərhum anasının ölümündən, yəni qırx mərasimi veriləndən sonra evdən qovulmuş, evin açarı isə cavabdeh tərəfindən dəyişdirilmişdir. Buna görə də ancaq Cavabdeh2 iddiaçıları evə buraxmamışdır. Məhz bundan istifadə edən cavabdeh notarial qaydada belə bir əməliyyat aparmış, digər vərəsələrin paylarını da öz adına rəsmiləşdirilmiş, hazırda da həmin ev onun mülkiyyətindədir. Beləliklə, artıq 2024-cü ilin iyul ayında iddiaçılara məlum olmuşdur ki, cavabdeh onlara bildirmədən gizlin formada notariat orqanında vərəsəlik işinin açılmasına nail olmuş və qəsdən notariat ofisində mərhumun digər vərəsələrini gizlətmişlər. İşin faktiki halları ilə bir daha təsdiq olunur ki, mirasın açıldığı zaman - 07 avqust 2014-cü il tarixdə miras qoyan X9 övladları X8 və İddiaçı2 birinci dərəcəli vərəsə hesab olunduğu halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin almış vərəsə bu barədə notariat kontoruna doğru məlumat verməmiş və miras əmlakı şəhadətnamə əsasında qəbul etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) e-2(009)-1784/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Səbail rayonu, 8-ci X15 küçəsində yerləşən 20 nömrəli mənzilə miras pay kimi Cavabdeh2 vərəsəlik hüquqlarının tanınması barədə verilmiş xx.xx.2023-cü il tarixli 2V-79 reyestr №-li Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini əsaslandırarkən ona istinad etmişdir ki, vərəsəlik şəhadətnaməsi verilərkən və mirasda məcburi pay müəyyən edilərkən notarius tərəfindən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi tam yoxlanılmamış və şəhadətnamə qanunvericiliyin tələbi pozulmaqla verilmişdir. Belə olan halda, cavabdehin adına verilmiş vər əsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 1133-cü, 1134-cü, 1159-cu, 1243-cü maddələrinə, “Notariat haqqında” Qanunun 60-cı maddəsinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 103-cü maddəsinə, Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 115-ci, 121-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan əmlak 2014-cü ildə ata sı X4 vəfatından sonra oğlu Cavabdeh2 və anası X7 tərəfindən sahibliyə və istifadəyə qəbul edilmişdir. 2019-cu ildə anası vəfat etdikdən sonra isə əmlak tək Cavabdeh2 sahibliyində və istifadəsində olmuşdur. Əmlakla bağlı bütün kommunal ödənişlər və əmlak vergisi ancaq Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Əmlakın Cavabdeh2 istifadəsində olması faktı iddiaçılar öz ərizələrində və nümayəndəsinin çıxışında təsdiq edilmişdir və mübahisləndirilməyən haldır. Lakin qarşı tərəf mənzildən istifadə edilməməsi səbəbini mənzildən qovulması ilə əsaslandırmış və buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin mənzil qəzalı vəziyyətdə olmuş və müəyyən məbləğdə xərc tələb edirdi. Mənzilin qəzalı olması mülki iş materiallarında olan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğ İdarəsi tərəfi ndən verilmiş məktublarda da öz təsdiqini tapır. Mənzilin həmin dövrdə qəzalı olmasına görə və bununla bağlı xərc tələb edilməsinə görə iddiaçıların əmlaka hər hansı maraqları olmamış və qəbul etməmişlər. Qeyd olunan əmlaka maraq, artıq Cavabdeh2 tərəfindən əmlaka xeyli miqdarda xərc çəkildikdən sonra yaranmış və hal-hazırki iddianın verilməsinə səbəb olmuşdur. Bundan başqa, miras qalmış əmlak qanun üzrə əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladığı əsasında Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Bu əsasla əmlakı qəbul edilmiş şəxsin digər şəxslər barədə notariat ofisinə məlumat verməsi barədə öhdəliyi olmamışdır. Bundan başqa, iddiaçılar tərəfindən onların əmlakın faktiki qəbul edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir, ancaq şifahi mülahizələrlə kifa yətlənmişlər. Mübahisə predmeti olan əmlakın Cavabdeh2 istifadəsində və sahibliyində olması faktı iddiaçılar öz ərizələrində və nümayəndəsinin çıxışında təsdiq edilmişdir və işin mübahisələndirilməyən halıdır. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq Bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Qeyd olunan qanunvericilik norması hazırki mübahisədə tətbiq edilməlidir. Belə ki, AR Konstitusiya Məhkəməsinin Plenumunun 23 dekabr 2023-cü il tarixli Qərarı ilə qüvvədən düşsə də, lakin Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında qeyd etmşdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. İş materiallarından aydın görünür ki, vərəsəlik münasibətləri 2023-cü ilin dekabrından əvvəl yaranmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6395/2024 nömrəli iş üzrə 11 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (S.Bəhrəmzadə (sədrliyi və məruzəsi ilə), hakimlər V.Sadıqov və X.Mərdanova) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1784/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar X8 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 sa ylı Notariat Ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı” tələbi təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işin faktiki hallarına əsasən tərəflər bacı-qardaşdırlar. Tərəflərin atası X9 07 avqust 2014-cü il tarixdə mübahisəli evdə vəfat etmişdir. Cavabdehin özü də həmin evdə yaşamış, anaları da 2019-cu ildə öldükdən sonra da məhz həmin evdə yaşamış və 2023-cü il tarixdə isə miras əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etmişdir. Sonuncu isə miras əmlak üzərində, yəni Bakı şəhəri, Səbail rayonu, 8-ci X15 küçəsində yerləşən 20 nömrəli mənzilə dair tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 29 sentyabr 2023-cü il tarixdə çıxarış əldə etmişdir. Hazırda isə iddiaçılar ataları nın ölümündən 10 (on) il keçdikdən sonra cavabdehin notariat orqanına müraciət etməsi ilə qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdükləri halda miras əmlak üzərində onların da birinci dərəcə vərəsə kimi paylarının olması əsası ilə cavabdehin adına verilmiş şəhadətnamənin etibarsızlığını tələb edirlər, həmin tələb də qanuni və əsaslı hesab edilə bilməz.

14. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur.

15. Mübahisə predmeti olan əmlak 2014-cü ildə tərəflərin ataları X4 vəfatından sonra oğlu Cavabdeh2 və anası X7 tərəfindən sahibliyə və istifadəyə qəbul edilmişdir. 2019-cu ildə anası vəfat etdikdən sonra isə əmlak tək Cavabdeh2 sahibliyində və istifadəsində olmuş, iddiaçıları isə mənzilə dair hər hansı tələbləri olmamışdır. Əmlakın Cavabdeh2 istifadəsində olması faktı iddiaçıların öz ərizələrində də təsdiq edilmişdir. Göründüyü kimi qeyd olunan hallar işin mübahisləndirilməyən hallarıdır. Lakin qarşı tərəf mənzildən istifadə edilməməsi səbəbini mənzildən qovulması ilə əsaslandırmaqla buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, işin bu halı təsdiqini tapsa idi belə keçən illər ərzində qanunla vərəsəliyin qəbulu qaydasında iddiaçıların müraciət etmələrinə hər hansı bir maneə olmamışdır. Bununla da iddiaçılar miras əmlakı faktiki qəbul etmədikləri halda, eyni zamanda qanunla vərəsəliyin qəbul edilməsi üçün müraciətin edilməsi üçün nəzərdə tutulmuş müddəti də ötürmüşlər. Buna görə də məhkəmə tərəfindən hazırki iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

16. Nəticədə miras qalmış əmlak qanun üzrə əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladığı əsasında Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Bu əsasla əmlakı qəbul edilmiş şəxsin digər şəxslər barədə notariat ofisinə məlumat verməsi barədə də artıq öhdəliyi qalmamışdır. Bundan başqa, iddiaçılar onların tərəfindən əmlakın faktiki qəbul edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, ancaq şifahi mülahizələrlə kifayətlənmişlər. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəfin məhkəmədə verdikləri ifadələr qarşı tərəfin məhkəməyə təqdim etdikləri sübutlarla təkzib olunmuş, cavabdeh tərəfindən onların evə daxil olmasına mane törətməsi, evin açarlarının dəyişdirilməsi mübahisəli evdə onla rın yaşamasını və miras əmlakı idarə etməklə və ya ona faktiki yiyələnməklə miras əmlakı faktiki qəbul etdiklərini təsdiq etmir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1243.3, 1246, MPM-nin 14.1, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçılar X8 və İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, miras qoyanın ölümündən 10 (on) il sonra cavabdeh notariat orqanına müraciət etmişdir. Baxmayaraq ki, həmin müraciəti notarius qəbul edə bilməzdi və miras əmlakın qəbulu faktının tanınması məhkəmə qaydasında həyata keçirilməli idi. Belə ki, mərhum 07 avqust 2014-cü il tarixdə vəfat etdiyinə görə, onun ölümündən 6 ayın keçməsi 07 yanvar 2015-ci il tarixdə tamam olmuşdur. Notariat işinin də məğzindən müəyyən olunur ki, mirasın qəbulu ilə bağlı xx.xx.2023-cü il tarixdə notariat orqanına müraciət olunmuşdur. Deməli, mirasın qəbulu faktı məhz buna görə də notarius vasitəsi ilə həyata keçirilə bilməzdi. Apellyasiya məhkəməsi işin tam və obyektiv və hərtəfli araşdırılmasının təmin edilməsi məqsədilə mübahisə predmeti olan əmlakın kimin sahibliyə və istifadəyə qəbul edilməsini, iddiaçıların hansı əsaslara görə mənzildən istifadə edilməməsini və hansı səbəbə görə mənzildən qovulması kimi hallar natamam qalmış və bu amillər nəzərə alınmamışd ır. Bu da öz növbəsində iddiaçıların mülkiyyət hüquqlarının kobudcasına pozulması ilə yanaşı əldə edənin belə hüququn məcburi payının olması barədə vərəsə statusunu əlindən almışdır. Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair çıxarışın ləğvi üçün əsas yaratdığından bununla bağlı araşdırma aparmamış və bununla bağlı məhkəmə həqiqətə nail olmaq üçün heç bir tədbir görməmişdir. Kassasiya şikayətində MM-nin 385-ci, 386-ci maddələrinin, “Notariat haqqında” Qanunun 60-cı maddəsinin, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 103-cü maddəsinin, MPM-in 86, 217-ci maddələrinin pozuntusuna istinad edilmiş, qətnamə qəbul edilərkən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 12731-ci maddələrinin Azərbaycan Respublikası Konstitu siyasının 29- cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqenin nəzərə alınmadığı qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassatorlar şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

24. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

25. Maddə 1243.2. vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdi yini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

26. Maddə 1243.3 vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

27. Maddə 1246. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı dərc edildiyi günədək qüvvədə olan) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

28. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyət i sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

32. İlk növ bədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

33. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə 07 avqust 2014-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakla bağlı yaranmışdır.

34. Miras qoyan öldüyü vaxt MM-nin 1246-cı maddəsi qüvvədə olmuş və mülki qanunvericilikdə mirasın qəbulunun 2 qaydası nəzərdə tutulmuşdur- formal və qeyriformal. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkr et hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyril ərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları).

35. Apellyasiya məhkəməsi tərəfindən işdə olan sübutlar və tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçılar miras qoyanın 1-ci növbəli vərəsələri olsalar da onların MM-nin 1246-cı maddəsində müəyyən edilmiş 3 aylıq müddət ərzində mirası nə formal, nə də qeyri-formal üsulla (faktiki) qəbul etdikləri təsdiq edilmir. Buna görə də mirası faktiki qəbul etmiş cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyil.

36. Kollegiya iddiaçıların məcburi pay hüququna malik olduqlarının notarius və məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilləri də əsassız hesab edərək qeyd edir ki, MM-nin 1193-cü maddəsinə əsasən vərəsənin mirasda məcburi payı ilə bağ lı tələb miras qoyan tərəfindən vəsiyyətnamə verildikdə yaranır və MM-nin 1246-cı maddəsi qüvvədə olduğu müddətdə məcburi payın formal üsulla qəbulu üçün də mirasın açıldığı vaxtdan 3 aylıq müddət mövcud olmuşdur. Hazırkı halda miras qoyanın vəsiyyətnaməsi olmadığından məhkəmə tərəfindən iddiaçıların məcburi pay hüququ olub-olmaması müzakirə edilə bilməzdi. 37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının hazırkı mübahisə üzrə tətbiq edilməməsinin pozuntu olduğuna dair kassasiya şikayətinin dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, həmin qərarda qərarın qü vvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulduğundan məhkəmə tərəfindən düzgün olaraq hazırkı mübahisə üzrə tətbiq edilməmişdir. Belə ki, hazırkı halda tərəflər arasında vərəsəlik münasibətləri mirasın açıldığı vaxt-2014-cü ildə yaranmış, xx.xx.2023-cü il tarixli Qərar qəbul edilərkən isə hazırkı iddia məhkəmənin icraatında olmamışdır (iddia 2024-cü ilin avqust ayında qaldırılmışdır).

38. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş pozuntulara yol verilmədiyindən şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respubli kası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2(103)-6395/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar