Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1288/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1288/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X4 və X7 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2018-ci il tarixli, 2(103)11553/2018 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.X.Mirzəyev) 24 yanvar 2018-ci il tarixli, 2(007)-683/2018 saylı qətnaməsi ilə iddia təmin edilə rək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin içdən-içə 129 kv.m-dən ibarət yaşayış sahəsinin sökmək üçün Cavabdeh1nə təhvil verilməsi, bu müqavilə ilə şərtlənmiş müddətdə və qaydada "Cavabdeh1” Mənzil Tikinti Kooperativi tərəfindən inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində Cavabdeh2 üçün nəzərdə tutulmuş mənzilin onun tərəfindən qəbul edilməsi ilə əlaqədar bağlanmış 15 iyul 2017-ci il tarixli 31 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) 27.04.2018-ci il tarixli, 2(103)-4461/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Nizamirayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.R.Vəliyeva, T.A.Qoldman və Q.A.Əsgərov) 03.09.2018-ci il tarixli, 2(102)-5724/2018 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təminolunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov) 22.10.2018-ci il tarixli, 2(103)-11553/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri NizamiRayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və onun vəkili X13 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2018-ci il tarixli qətna məsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti maraqlı şəxs olmaqla) qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şükürova X3 Samir Şərifağa oğlu ilə 12 aprel 1997-ci il tarixində rəsmi nikaha daxil olmuş və həmin vaxtdan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşamışdır. Onların birgə nikahından 1997-ci təvəllüdlü İddiaçı2 və 2000-ci il təvəllüdlü X15 anadan olmuşdur. Ailədə yaşanan mübahisələrə görə sonradan boşanmışlar. İddiaçı Şükürova X3 Samir Şərifağa oğluna qarşı “mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia əri zəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21293/2001 saylı, 06 noyabr 2001-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin olunmuş və İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və iki azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Hazırda həmin qətnamə qüvvədədir. İddiaçılar mübahisəli fərdi yaşayış evində 59 saylı Mənzil Kommunal İstismar Sahəsində qeydə alınaraq yaşamışlar. Bu ilin yay aylarında onlar evdə olmadıqları bir zamanda Cavabdeh1 tərəfindən onların yaşadıqları ev razılıqları olmadan sökülmüşdür. Qanuni məhkəmə qətnaməsi ilə onların iddiaçıların yaşayış evinə istifadə hüquqları tanınmış, həmin evə qeydiyyata alınmışlar və hazırda başqa yaşayış yerləri yoxdur. Mübahisəli ev onları n yeganə yaşayış yeridir. Hal-hazırda iddiaçı qızı ilə birlikdə kirayə mənzildə yaşamaq məcburiyyətində qalmışlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin içdən-içə 129 kv.m-dən ibarət yaşayış sahəsini sökmək üçün Cavabdeh1nə təhvil verir, bu müqavilə ilə şərtlənmiş müddətdə və qaydada «Cavabdeh1” Mənzil Tikinti Kooperativi tərəfindən inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində İddiaçı2xamm Ağa qızı onun üçün nəzərdə tutulmuş mənzili qəbul edir. Qeyd olunanlardan göründüyü kimi iddiaçıların hüquqları cavabdehlər tərəfindən müqavilə bağlanarkən kobud şəkildə pozulmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən mənzilə aid cavabdehlər İddiaçı2xamm Ağa qızı və Cavabdeh1 arası nda bağlanmış 15 iyul 2017-ci il tarixli 31 saylı daşınmaz əmlakın sökülməsi haqqında və çoxmənzilli, hündürmərtəbəli yaşayış evində Cavabdeh2 üçün nəzərdə tutulmuş mənzilin qəbul edilməsi müqavilənin etibarsız hesab edilməsi zərurəti yaranmışdır.Qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin içdən-içə 129 kv.m-dən ibarət yaşayış sahəsinin sökmək üçün Cavabdeh1nə təhvil verilməsi,bu müqavilə ilə şərtlənmiş müddətdə və qaydada "Cavabdeh1” Mənzil Tikinti Kooperativi tərəfindən inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində Cavabdeh2 üçün nəzərdə tutulmuş mənzilin onun tərəfindən qəbul edilməsi ilə əlaqədar bağlanmış 15 iyul 2017-ci il tarixli 31 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. İş üzrə yuxarıda göstərilə n məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 və onun vəkili X13 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində hakimin araşdırmadan səhv ifadələri, yəni 06 noyabr 2001-ci il tarixdən iki az yaşlı uşaqları ilə birlikdə onun mənzilinə köçürülməsindən xəbəri olmaması və ondan gizli şəkildə qeydiyyata düşməsindən xəbəri olmaması halları öz mülahizələri ilə hakim qanunsuzluq edərək, qanunun tələblərini bir daha pozaraq, Ali Məhkəmənin qərarını müzakirə etmişdir. Onun oğlu ilə iddaçı İddiaçı1 və iki övladı bir gündə olsun mübahisəli mə nzildə yaşamamışlar və yaşamaq faktı bütün qonşulara da məlum idi. Ali Məhkəmənin qərarının Apellyasiya məhkəməsi üçün məcburiliyi MPM-nin 420-ci müddəasında təsbit edilmişdir. Eyni zamanda məhkəmə iddaçının 17 il müddətdən çox bu ailə ilə heç bir əlaqəsi və bağlılığı olmaması hallarına göz yummuş və Ali Məhkəmənin qərarını faktiki ləğv edilməsini düzgün hesab etmişdir. İş materiallarında olan iddiaçının təqdim etdiyi sənədlərlə cavabdehlərin təqsirliyi tam şəksiz təkzib edilməz olduğu bir halda məhkəmə instansiyaları sübutlara hüquqi qiyməti düzgün verməmiş, hətta buna cəhd göstərməmişlər. Məhkəmə faktiki formal xarakter daşımış və cavabdehin mövqeyinə uyğun birtərəfli, qərəzli qanunsuz, ədalətsizqərar qəbul etmişdirlər. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak et diyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 22.10.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməy ib, iş üzrə Bakı şəhəri Nizamirayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 15 iyul 2017-ci il tarixli 31 saylı müqavilənin surətinə əsasən, Cavabdeh2 bu müqaviləyə əsasən Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Nəsimi Rayon MKTB-nin 59 saylı MKİS tərəfindən verilmiş 144 saylı 15 iyul 2017-ci il tarixli arayışa əsasən özəlləşdirilməmiş və öz istifadəsində olan ünvan 2 ünvanında yerləşən içdən-içə faktiki ölçüsü 129 kv.m.-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh1 MTK-yə təhvil verir, bu müqavilə ilə şərtləndiri lmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul edir. 59 saylı MKİS tərəfindən verilmiş 197 saylı 07 noyabr 2017-ci il tarixli 2 saylı forma arayışına əsasən, ünvan 3 ünvanında yerləşən Cavabdeh2 babasından qalan mənzildə özü, X8, X9, X10, İddiaçı2, İddiaçı1 və X6 qeydiyyatdadırlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1293/2001 saylı 06 noyabr 2001-ci il tarixli qətnaməsinin surətinə əsasən, X1 qızının Bakı şəhəri, Nəsibbəy Yusifbəyli küçəsindəki (keçmiş Leninqrad prospekti) 25/27 evə yaşayış hüququnun tanınması və onun iki azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı1 ünvanlanmış 09 avqust 2017-ci il tarixli 13- 11/2/S-95 saylı məktubunda nümayəndəliyə təqdim edilmiş sənədlərə əsasən İddiaçı1 yaşayış və istifadə hüququ nəzərə alınmaqla müqavilə şərtlərinin dəyişdirilməsi məqsədilə məhkəməyə müraciət etmək *** tövsiyə edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunur ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən ) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək hüququ münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin hallarından görünür ki, iddiaçı 1997-ci il tarixdə mübahisəli mənzilə gəlin köçmüş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1293/2001 saylı 06 noyabr 2001-ci il tarixli qətnaməsi ilə onun mənzilə yaşayış hüququ tanınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində müəyyən olunan qaydada həll olunmalıdır. 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında müba hisələr məhkəmə qaydasında həll edilir. Həmin maddənin məzmunundan görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında qeyd olunan mənzillə əlaqədar müqavilə bağlanarkən İddiaçı1 və İddiaçı2 cavabdeh İddiaçı*** qızı ilə eyni hüquqlara malik olmuşlar. Lakin İddiaçı1 və İddiaçı2 hüquqları pozularaq sökülən mənzildə onların yaşamaq hüquqları nəzərə alınmamış və sökülən mənzilin əvəzinə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə bağlanan 15 iyul 2017-ci il tarixli müqavilədə İddiaçı1 və İddiaçı2 mənzilə olan hüquqları pozulmuş və onların müqavilənin tərəfi kimi iştirak etməli olduğu halda müqavilənin bağlanmasına cəlb olunmamışlar. Bundan başqa Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə bağlanan 15 iyul 2017-ci il tarixli müqavilənin 2.2.2 bəndindən də aydın olur ki, İddiaçı1 və İddiaçı2 söküləcək mənzildə istifa də hüquqları olmuşdur və bunu bilə-bilə müqaviləyə bağlamış tərəflər müqaviləni bağlayarkən İddiaçı1 və İddiaçı2 xəbər verməmişlər. Belə olan halda, mübahisəli olan 15 iyul 2017-ci il tarixli müqavilə etibarlı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1.-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, bağlanmış əqd 339.1-ci maddəsinin tələblərinə əsasən etibarsız hesab olunmalıdır. Belə ki, İddiaçı2xnım Ağa qızı iddiaçıların mənzilə dair eyni hüquqlarının olmasını və eyni vəzifələr daşımasını bildiyi halda digər tərəflə, Cavabdeh1 MTK ilə pis niyyətlə razılığa gələrək əqd bağlamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbu l etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya kollegiyası hesab edir ki, nə qədər ki qanuni qüvvəsini almış qətnamə ilə iddiaçının sonradan sökülmüş mənzilə dair istifadə hüququnun olması tanınmışdır və mübahisələndirilən müqavilənin bağlanmasınadək onun həmin mənzildə yaşamamaqla bu yaşayış sahəsinə ehtiyyacının olmaması əsası ilə mövcud istifadə hüququna xitam verilməmişdir hazırda bu əsasa istinad edilməsi əhəmiyyətsizdir. Odur ki, iddiaçının həmin mənzilə dair xitam verilməmiş istifadə hüququ olduğundan cavabdehlə bərabərhüquqlu şəxs qismində onunla razılaşdırılmadan mənzilə dair bu şəkildə müqavilə bağlana bilməzdi. Azərbaycan Respublika sı MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2018-ci il tarixli, 2(103)-11553/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-1288/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1288/2019
11.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver