Məhkəmə qərarları › İş №2(102)-1289/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1289/2023

28.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1289/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1268/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki şəhəri, Mahmud Əliyev küçəsi, dalan 5, ev 2 (yeni qaydalarla: ünvan 1 ünvanında mülkiyyətində olan 0.0789 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 47.1 m² yaşayış, 55.7 m² köməkçi sahədən ibarət fərdi yaşayış evi ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində xx.xx.2018-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının atasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3,000 manat məbləğində pul kompensasiya ödənilməsi qarşılığında ünvan 2 ünvanından məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sonradan İddiaçı iddia tələbinin əsasını dəyişərək Cavabdeh ona məxsus ünvan 2 ünvanından məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1992-ci il tarixdə Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evində anadan olmuşdur. Valideynləri 1991-ci ildə ailə qurmuş, həmin nikahdan o özü və qardaşı Müstəqim anadan olmuşdur. Lakin 1997-ci ildə atası ilə anası ayrılmışlar. Atası ilə anası ayrıldıqdan sonra o, Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evində yaşamışdı r. Ona nənəsi Minayə baxmışdır. Anası və atası isə hər ikisi ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuşlar. Belə ki, atası olan Cavabdeh Əhməd oğlu 2000-ci ildə Təranə Musayeva adlı qadınla ailə qurmuş, həmin nikahdan 1 uşaqları olmuşdur. Lakin çox keçməmiş cavabdeh Təranə ilə də boşanmışlar. Cavabdeh 2005-ci ildə Zərinə Mahmudova adlı qadınla 3-cü dəfə ailə qurmuşdur. Həmin nikahdan da cavabdehin 1 uşağı olmuşdur. Cavabdeh ailə qurduqdan sonra Şəki şəhəri, 124-cü kvartalda ev tikmiş və bir müddət orada yaşamışdır. Lakin sonradan 2019-cu ildə həmin evi sataraq ünvan 3ndə arvadı Zərinənin adına ev almış və hazırda da həmin evdə ailəlikcə yaşayırlar. X4 2013-cü ildə Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evini ona və qardaşı X1 bağışlamışdır. 2018-ci ildə isə qardaşı H ümmətli Müstəqim həmin fərdi yaşayış evindən özünə düşən hissəsini ona bağışlamışdır. Şəki rayonu, Mahmud Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi vərəsəlik əsasında 15 noyabr 2018-ci il tarixində ƏMDK yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən onun adına çıxarış verilmişdir. Lakin Cavabdeh mübahisəli mənzildən çıxmamışdır. Cavabdeh Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən, 2 saylı fərdi yaşayış evinin bir otağını bağlayaraq həmin otağın ona məxsus olduğunu bildirir. Bundan başqa cavabdeh həmin mənzildən yaşamaları onlara imkan vermir. Belə ki, səs-küy salır. Əlinə balta, kvalt, çəkic alaraq evi dağıdır. Bununla bağlı cavabdeh hətta inzibati məsuliyyətə də cəlb olunmuşdur. Bir sözlə bir mülkiyyətçi kimi onun və ailəsinin hüquqlarını pozur. Cavabdehin həmin mənzild ən istifadəsinə ehtiyacı yoxdur. O, başqa yerdə yaşayır və qeydiyyatdadır. Cavabdeh həmin mənzildən çıxmadığı üçün o, həmin mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və bununla da onun mülkiyyət hüquqları pozulur. Bundan başqa cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan həmin evdə yaşaya bilmir. Buna görə də 1 ilə yaxındır ki, kirayə tutaraq başqa evdə yaşayır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, xx xxxxxx 1969-cu il tarixdə Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evində anadan olmuşdur. Son beş ilə kimi həmin evdə yaşamışdır. Bildirmişdir ki, iddiaçı onun doğma övl adıdır. O, 1991-ci il də iddiaçının anası Məhəbbətlə ailə qurmuşdur. Onların birgə nikahlarından Əhməd və Müstəqim adlı iki övladları anadan olmuşdur. 1997-ci ildə o, Məhəbbətdən ayrılmışdır. Məhəbbət ondan ayrılandan sonra ailə qurmuşdur. Onlar ayrıldıqdan sonra Əhməd və Müstəqim onun yanında həmin evdə yaşamışlar. O, ikinci dəfə 2000-ci ildə Təranə adlı qadınla ailə qurmuşdur. Təranəni Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə gəlin gətirmişdir. Onların Təranə ilə nikahlarından bir qızları anadan olmuşdur. 2005-ci ildə Təranədən boşanmışdır. Onlar ayrıldıqdan sonra, Təranə uşağı da apararaq həmin evdən çıxıb getmişdir. Həmin bu müddət ərzində Əhməd və Müstəqim anası Minayənin yanında və himayəsində yaşamışlar. Sonradan o, Zərinə Mahmudova ilə ailə qurmuşdur. Hə min nikahlarından X2 adlı bir oğlu var. Zərinəni də həmin evə gəlin gətirmişdir. O, Zərinə ilə birlikdə 2017-ci ilə kimi, yəni Əhməd ailə qurana kimi Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evində yaşamışlar. Sonradan 2017ci ildə Şəki şəhəri, 124-cü kvartalda yerləşən torpaq sahəsində tikdirdiyi evə getmişlər. Həmin evdə həyat yoldaşı Zərinə və oğlu Nihadla yaşamışlar. 2019-cu ildə isə həmin evi satmış və ünvan 3 ünvanında yerləşən 43 saylı fərdi yaşayış evini almışlar. Həmin ev həyat yoldaşı Zərinənin adındadır. O, hal-hazırda Şəki şəhəri M.Əliyev küçəsində yerləşən 2 saylı evdə yaşayır. Şəki şəhəri M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evini anası Minayə 2013-cü ildə Əhməd və Müstəqimə bağışlamışdır. Ev miras kimi Əhməd və Müstəqimə bağışlanan zaman o, razılıq vermişdir. Həmin evdə xəstə anası və xəstə atası yaşamışdır. O, həmin evdə qalaraq atası və anasına baxmışdır. Hazırda atası və anası vəfat etmişdir. Həmin evi o özü illərlə tikdirmişdir. Hesab edir ki, vaxtilə atası və anasının yaşamış olduğu evin 1 otağı onundur və o həmin otaqdan çıxmayacaqdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 17 avqust 2022-ci il tarixli, 2(075)37/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur.

7. Məhkəmə işin hallarına, iş üzrə toplanmış sübutlara istinadən hesab etmişdir ki, cavabdeh qanunsuz olaraq iddiaçının mülkiyyətində olan evə daxil olmuş və hal-hazırda iddiaçının razılığı olmadan qeyd edilən mübahisəli mənzildə yaşayır. Bu isə mülkiyyətçinin mülkiyyət hüququnun pozulması və məhdudlaşdır ılması deməkdir. Buna görə də iddiaçı cavabdehin qeyd edilən mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum anasına məxsus olmuş, bağışlama müqaviləsi ilə həmin evi onun doğma oğlu İddiaçı bağışlamışdır. O, anadan olduğu gündən həmin evdə yaşamaqla orada qeydiyyatdadır, bu fakt iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışla öz əksini tapır. Həm in evdə həmçinin onun mərhum atası Sabir Hümmətov da yaşayırdı, o, həmin evdə yaşamaqla atası Sabir Hümmətova qulluq etmiş və onun yas mərasimini özü həmin evdə yaşaya-yaşaya qarşılamışdır. Lakin evin hazırki mülkiyyətçisi yəni iş üzrə iddiaçı oğlu İddiaçı onu həmin evdə yaşamağa və evdən istifadə etməyə qoymur. İşə baxan birinci instansiya məhkəməsi Şəki şəhər İHB-nin "Dolmabaxçalar” məhəllə nümayəndəsinin verdiyi arayış əsasında onun ünvan 5 ünvanında qeydiyyatda olduğunu əsas tutaraq əslində anadan olduğu və hazırki vaxtadək yaşadığı, həmçinin qeydiyyatda olduğu ünvan 6 ünvanını nəzərə alınmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını, onun məhkəmədə verdiyi ifadəni nəzərə almayaraq arvadına məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini ikinci evliliyindən olan xəstə övladının müalicəsi ilə əlaqədar alıcı ilə alqı-satqı etdiyini, evin satılma ərəfəsində olduğunu nəzərə almamış, onun mübahisə predmeti olan evdə daimi yaşadığını, xəstə və yaşlı atasına qulluq etdiyinə, onun yas mərasimini onun verdiyinə əhəmiyyət vermədən həmin evdə qeydiyyatda olduğu və yaşadığı halda öz xəyali nəzəriyyəsi əsasında həmin evdə yaşamadığını qeyd edərək qərəzli qətnamə qəbul etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.T.Məcidov - sədrlik edən və məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) 2 noyabr 2022-ci il tarixli, 2(107)1268/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə qərarları ilə cavabdehin mübahisəli evə istifadə hüququnun olmaması təsdiq edildiyindən həmin hallar hazırki iş üzrə yenidən sübut olunmur. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı təmin etməkdə haqlı olmuşdur.

13. Məhkəmə mövqeyini Mülki Məcəllənin 157.2. və 157.4.-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, həqiqətin üzə çıxarılması üçün heç bir addım atmamışd ır. Mübahisə predmeti olan yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış və cavabdeh onun atası olmaqla ailə üzvüdür və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxildir. İddianın təmin edilməsi barədə məhkəmələrin gəldikləri nəticələr əsassızdır. Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsini ehtiva edir. Lakin qeyd olunan əmlak cavabdehin sahibliyimdə deyil, cavabdeh sadəcə olaraq iddiaçının ailə üzvü olmaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən orada yaşayır. İşə baxan məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələrinə istinad etməkdə düzgün hüquqi nəticəyə gəlməmiş və maddi hüquq normalarını kobud şəkildə pozmuşlar. Bundan əlavə hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir.

16. Kassasiya şikayətinin əsaslandırılması kimi Azərbaycan Respublikası Konstitusiyasının 43, 71 və 127-ci maddələrinə, Mülki Məcəllənin 157-ci, Mənzil Məcəlləsinin 30-cu, Mülki Prosessual Məcəllənin 9, 14, 77, 81,88 və 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13, İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhk əmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1268/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar