Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-129/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi» tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi, miras əmlakda payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçılar İddiaçı2 və vəkili Vəkil, İddiaçı1 iştirakı ilə, Sumqayıt A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli 2(105)2258/2021 saylı qətnaməsindən İddiaçı2 kassasiya şikayətinə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 451738 saylı, 527697 saylı və 086383 saylı ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X8 22.11.1996-cı ildə, X9 16.04.2012-ci ildə vəfat etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında 21.10.2012-ci il tarixli, 353 saylı vərəsəlik şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 16.04.2012-ci ildə vəfat etmiş X2 vərəsələri İddiaçı1, İddiaçı2 və X6r. Miras əmlak ünvan 1 ünvanında yerləşən mənzil olmuşdur. İddiaçılar miras əmlakdan qardaşları X4 xeyrinə imtina etd iklərindən daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən mübahisəli mənzil 22.11.2012-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. X11 isə 31.05.2020-ci ildə vəfat etmişdir. 184613 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 24.09.2008-ci ildə anadan olmuşdur. Uşağın atası X11, anası isə X5r. 252011 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X11 ilə Qanuni nümayəndə arasındakı nikahın pozulması 05.01.2017-ci il tarixdə 02 saylı akt ilə qeydiyyata alınmışdır. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8V/25, mənzil 34 və Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 23,2 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə (bundan sonra – mübahisəli əmlaklar) dair YYYun birinci dərəcəli vərəsəsi kimi Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən 193 saylı reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, mübahisəli mənzil 01.03.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 Cavabdeh qanuni nümayəndəsi 000 LLLna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum qardaşları X4 vərəsələri kimi tanınmaqları, iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və miras əmlakın bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, YYY V saylı evin 3 otaqlı 34-cü mənzili iddiaçıları n mərhum ataları X3 mülkiyyətində olmuş, 1996-cı ildə atalarının vəfatından sonra mənzil mərhum anaları X2 adına özəlləşdirilmişdir. 16.04.2012-ci il tarixdə anaları X9 vəfat etmiş və ondan miras qalmış mənzil və qaraj iddiaçılar tərəfindən X7 bağışlanmışdır. Belə ki, iddiaçılar ailə qurub ata evindən köçmüş və Sumqayıt şəhərində öz ailələri ilə birlikdə yaşamışlar. YYYla iddiaçılar öz aralarında belə razılığa gəlmişlər ki, evi və qarajı satıb payları bölsünlər. Lakin, 31.05.2020-ci il tarixdə YYY qəfildən vəfat etmiş və hazırda valideynlərindən miras qalmış ev və qaraj vərəsəlik hüququ əsasında 1-ci növbəli vərəsə kimi mərhum X1 Zümrüd İsmayıl qızına keçmişdir. YYY mənzili və qarajı satıb payların bölünməsi barədə sözünü yerinə yetirə bilməmişdir. Odur ki, onlar valideynlərindən və qardaş larından qalmış mirasda öz paylarının müəyyən edilməsini və mirasın şərikləri arasında bərabər paylara bölünməsini istəmişlər. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin ləğvi edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu nəticəsində Sumqayıt regional “Asan xidmət” mərkəzi notariat ofisindən 2V-251 və 2V-297 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin rəsmiləşdirilməsi haqqında vərəsəlik işinin surəti məhkəməyə göndərilmişdir. Həmin vərəsəli k işindən müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8V/25, mənzil 34 və Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 23,2 kv.metr sahəsi olan qeyriyaşayış sahəsinə (bundan sonra – mübahisəli əmlaklar) dair YYYun birinci dərəcəli vərəsəsi kimi Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli əmlaklar iddiaçıların anaları V.V.V000nın mülkiyyətində olmuşdur. V.V.V000 16.04.2012-ci ildə vəfat edən zaman iddiaçılar və YYY onun qanun üzrə vərəsələri olmuşlar. İddiaçılar miras əmlakda olan paylarından YYYun xeyrinə imtina etmişlər və miras əmlak 2012-ci ildə YYYun mülkiyyətinə keçmişdir. YYY 31.05.2020-ci ildə vəfat etmiş və mübahisəli əmlaklar onun birinci dərəcəli vərəsəsi (qızı) kimi Cavabdeh ke çmişdir. Yəni, Cavabdeh YYYun birinci dərəcəli, iddiaçılar isə ikinci dərəcəli vərəsələri olduğundan iddiaçıların YYYun miras əmlakından pay almaları mümkün deyildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların əsas dəlillərindən biri ondan ibarət olmuşdur ki, onlar V.V.V000nın miras əmlakından onlara çatacaq paydan imtina etməyə bu şərtlə razı olmuşlar ki, YYY həmin əmlakı sataraq paylara uyğun bölüşdürəcək. Lakin, YYY öz vədini yerinə yetirmədən vəfat etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar həqiqətən, YYYla aralarında belə bir razılaşmanın olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Eyni zamanda mübahisəli əmlak YYYun mülkiyyətinə 2012-ci ildə keçmiş, YYY isə 2020-ci ildə vəfat etmişdir. YYYun səkkiz il ərzində həmin əmlakı bölüşdürməməsi iddiaçıların onunla həqiqətən belə bir razılaşmalarının olmasını şübhə altına alır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıların digər dəlili isə cavabdehin qanuni nümayəndəsinin YYYla boşanmasına baxmayaraq onun miras əmlakına sahib olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak cavabdehə deyil, YYYun birinci dərəcəli vərəsəsi kimi qızı Cavabdeh keçmişdir. Cavabdeh isə yalnız Cavabdeh qanuni nümayəndəsidir və onun mübahisəli əmlak üzərində mülkiyyət hüququ mövcud deyildir. Məhkəmə iddianı əsassız hesab etməyərək təmin etməmişdir. Birinci instansiya məhkəməsi Öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1151.2, 1159.1.1, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1160-cı maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçılar İddiaçı1 və İddia çı2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar N.000nın miras əmlakdan onlara çatacaq paydan imtina etməyə bu şərtlə razı olmuşlar ki, FFF həmin əmlakı sataraq qiymət uyğun bölüşdürəcək. Onlar ailə qurub ata evindən köçmüş və Sumqayıt şəhərində öz ailələri ilə birlikdə yaşamışlar. Cavabdeh onların qardaşlarının keçmiş arvadı, Cavabdeh anası, yəni qanuni nümayəndəsidir. Onun nə qardaşlarının, nə də analarının üzərində heç bir haqqı yoxdur. Buna baxmayaraq cavabdeh qardaşların mirasına sahib çıxmışdır. Məhkəmə bunları araşdırmamışdır. İddiaçılar Sumqayıt Şəhər Mə hkəməsinin 09 aprel 2021-ci il tarixli 2(060)-1301/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) 12 iyul 2021-ci il tarixli 2(105)-2258/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 09 aprel 2021-ci il tarixli 2(060)-1301/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiyanın gəldiyi nəticə ilə razılaşaraq iddiaçıların birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparmadan, onların təqdim edilmi ş dəlillərinə qiymət verilmədən əsassız qətnamə qəbul edilməsi barədə gətirdiyi dəlili qəbul etmədiyini qeyd etmiş və hesab etmişdir ki, faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159, 1146, 1160-cı maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli 2(105)-2258/21 nömrəli qətnaməsinin ləğv olunmasını, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti ilə onunla əsaslandırılmı şdır ki, apelyasiya instansiyası məhkəməsi yalnız cavabdehin irəli sürdüyü sübutları əsas götürərək tam və obyektiv məhkəmə araşdırması aparmadan qətnamə qəbul etmişdir. İddiaçı qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində göstərilmişdir ki, onun və bacısı 000 X15 mərhum qardaşları YYYla aralarında olan razılaşma barəsində məhkəməyə heç bir sübut təqdim etməmişlər. Lakin onların arasında həqiqətən də belə razılaşma olmuş, lakin onlar doğma və mehriban bacı-qardaş olduqlarından belə bir razılaşmanı rəsmiləşdirməyə heç vaxt ehtiyac duymamışlar. İş materiallarında olan rəsmi sənədlərdən də görünür ki, mərhum qardaşları ilə 000 LLL arasında olmuş rəsmi nikah 25.01.2017ci il tarixdə pozulmuşdur. Mərhum qardaşları xəstə olmuş və onların himayəsində olmuşdur. Mərhum qardaşla rı ilə öz aralarında olan şifahi razılaşmaya görə onlar valideynlərindən qalmış miras əmlakdan onlara çatacaq paydan imtina etməyə o şərtlə razı olmuşlar ki, qardaşları nə vaxtsa həmin əmlakı (mənzili və qarajı) satıb onların da bərabər paylarını verəcək. Lakin, buna baxmayaraq iddiaçılar qardaşlarının sağalmasına çalışmış, miras əmlakın satılıb bölünməsi barədə düşünməmişlər. Onlar qardaşlarının erkən vəfatını və vəfatından sonra baş verəcək hüquqi nəticəni görə bilməzdilər. İddiaçı qeyd edir ki, məhkəmə isə işin bu hallarını nəzərə almadan qətnamə qəbul etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14, 88, 217, 416 və 417.1.4-cü maddələrini maddələrinə istinad etməklə əsaslandırmışlar. Məhkəməyə kassasiya şikayətinə dair yazılı etiraz və ya izahat daxil olm amışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 və vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021ci il tarixli 2(105)-2258/21 nömrəli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-c ü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları vərəsə sayılır. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətn amə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Qətnamədən yalnız iddiaçılardan biri şikayət verdiyindən onun kassasiya şikayətinin dəlilləri əsasında qətnamə yanız ona aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövq eyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçılar mərhum FFFla aralarında razılaşmanın olması barədə nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişlər. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçıların birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 106.1-ci ma ddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissə də dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli 2(105)2258/21 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-129/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-129/2022
10.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver