Məhkəmə qərarları › İş №2(102)-129/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-129/2024

15.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-129/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1270/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qə tnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə iddiaçı tərəfindən cavabdehə 150.000 manat məbləğdə borc verilmişdir. Həmin borcun təminatı olaraq müqavilədə Cavabdeh1 borcu qaytara bilməyəcəyi halda təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3799 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarına görə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il ta rixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı iddiası qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 150.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, tutmanın kredit müqaviləsinin şərtinə uyğun olaraq cavabdehin təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlan mışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 və üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 iddiaçının xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin Cavabdeh1 İddiaçı xeyrinə 150.000 manatın tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 2(104)-853/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi – Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir.

4. Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba görə, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli icra sənədi nin icrası ilə bağlı sonuncu dəfə xəbərdarlıq edilərək bildirilmişdir ki, 15 gün müddətində məhkəmə qərarının icrasını təmin etmədiyi halda Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması üçün barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə təqdimat veriləcəkdir.

5. Təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilə ilə təsisçi Cavabdeh1 Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamışdır.

6. Təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilə ilə Cavabdeh3 Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 50 faiz payını, Cav abdeh2 isə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 30 faiz payını X2 bağışlamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Cəlal oğlunun Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Babək” firmasındakı 100 faizlik təsis payının 50 faizini Cavabdeh3, 30 faizini Cavabdeh2 bağışlamasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin, həmin əmlakın cavabdehlərin adından X1 adına X10 Xidmət mərkəzinin Notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Tovuz Rayon Məhkəməsinin 2(062)-148/2023 nö mrəli iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə işin göstərilən hallarını yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymətləndirib, habelə Konstitusiya Məhkəməsinin müvafiq Qərarlarında əks olunmuş göstərişləri rəhbər tutmaqla hesab edir ki, mübahisələndirilən bağışlama müqavilələri hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanmamış və onların bəhrələnməsini istisna etməmişdir. Əksinə bağışlama müqaviləsinin bağlanılması Cavabdeh1 gələcəkdə borcun tutulması üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında tələbin yönəldiləcəyi əmlakı özgəninkiləşdirməklə bəhrələnməsinə yönəlmişdir. Bu yanaşma onun oğlanları olan X və XX tərəfindən atalarınd an bağışlama üzrə əldə etdikləri payın ailənin gəlini olan (XX-ın arvadı) XXX hədiyyə edilən zaman onların da iradə ifadələrinə şamildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, bağışlama müqavilələri uydurma əqddir. Yəni cavabdehlərin məqsədi bağışlama müqaviləsinin real məqsədlərinə xidmət edəcək hüquqi nəticə yaratmaqdan ibarət olmamışdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1270/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Beləliklə hazırki işdə əmlakın bağışlanması müqavilələri cavabdehlərdən Cavabdeh1 mülkiyyət hüququnun xitamına, Cavabdeh3 və Cavabdeh2 üçün əksinə mülkiyyət hüququnun yaranmasına, yəni hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Göründüyü kimi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iddiaçı müqavilə münasibətlərinin subyekti deyi ldir, müqavilənin predmeti iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın bağışlanması ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı bağışlamaq, müqavilə ləğv edildiyi təqdirdə hədiyyəni qaytarmaq və s.) müqavilənin tərəflərinə aiddir. Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir. Həmçinin iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehlərin mübahisəli bağışlama müqaviləri bağlamasına, bununla da onun tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktı nın icrasına olan hüququnun pozulmasına” dair irəli sürdüyü dəlili heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.... Göründüyü kimi iddiaçı qeyd edir ki, məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehlər mübahisəli bağışlama müqaviləri bağlamış, bununla da onun tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktının icrasına olan hüququnun pozmuşlar, lakin kollegiya hesab edir ki, bu iki hüquqi fakt arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilmir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müq avilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Beləliklə də, qanunvericilik şəxslərin azad surətdə müqavilə bağlamalarını məhdudlaşdırmamışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. B u mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh formal olaraq, yalnız görünüş üçün, yəni hüquqi nəticələr yaratmaq niyyəti olmadan, bağışlama müqavilələri rəsmiləşdirməklə mülki hüquqdan sui-istifadə etmiş və yalnız ziyan vurmaq niyyəti ilə həyata keçirilən hərəkətlərə yol vermişdir. Hansı ki, yuxarıda qeyd etdiyi maddi hüquq normalarının tələbinə əsasən, belə hü quqdan sui-istifadəyə yol verilmədiyi üçün, eyni zamanda bu məqsədlə həyata keçirilən razılaşmalar və hərəkətlər etibarsız olduğu üçün, həmin bağışlama müqavilələrinin etibarsızlığı tanınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Ko nvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. B ağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün a pellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnaməni n və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun al illiyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar: “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olu b-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır....... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Kassasiya şikayətlərində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətlərdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia rədd olunarkən maddi hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

26. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

27. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquq i nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə mü qavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

28. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsini n özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019 və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar).

29. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Beləliklə də, qanunvericilik şəxslərin azad surətdə müqavilə bağlamalarını məhdudlaşdırmamışdır.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir.

31. Birincisi, ilk instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən bağışlama müqavilələri hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanmamış və onların bəhrələnməsini istisna etməmişdir. Əksinə, bağışlama müqaviləsinin bağlanılması Cavabdeh1 gələcəkdə borcun tutulması üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında tələbin yönəldiləcəyi əmlakı özgəninkiləşdirməklə bəhrələnməsinə yönəlmişdir. Bu yanaşma onun oğlanları olan X və XX tərəfindən atalarından bağışlama üzrə əldə etdikləri payın ailənin gəlini olan (XX-ın arvadı) Gülnara hədiyyə edilən zaman onların da iradə ifadələrinə şamildir. Belə olan təqdir də məhkəmə hesab edir ki, bağışlama müqavilələri uydurma əqddir. Yəni cavabdehlərin məqsədi bağışlama müqaviləsinin real məqsədlərinə xidmət edəcək hüquqi nəticə yaratmaqdan ibarət olmamışdır.

32. Eyni məhkəmə qənaətini əsaslandıraraq qətnaməsində daha sonra göstərmişdir ki, işin halları mübahisələndirilən bağışlama müqavilələrinin hədiyyə verənlər tərəfindən “niyyətlərinin hədiyyə alanı zənginləşdirməkdən” ibarət olmamasına dəlalət edir. Əvvəla ona görə ki, bağışlama müqavilələri məhkəmə mübahisəsi gedişatında bağlanılmışdır. Həmin müqavilələr bağlanan zaman tərəflər borcun ödənilməsi və tələbin bağışlama müqavilələrinin predmeti olmuş mübahisəli əmlaka yönəldilməsi üzrə məhkəmə mübahisəsi başa çatmamış idi. Cavabdeh1 şüurlu şəkildə bilirdi ki, onun həmin borcu ödəməyə maddi imkanı yoxd ur (bu fakt onun barəsində cinayət işinin başlanması üçün təqdimat veriləcəyi barədə sonuncu dəfə xəbərdarlıq edilməsi ilə təsdiq edilir) və borcun ödənilməsinin yeganə təminatı təsisçisi olduğu “Babək” firmasındakı nizamnamə kapitalındakı payıdır. Məhz əvvəllər mübahisə predmeti olmuş borc müqaviləsi üzrə üzərinə təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Buna görə də onun tərəfindən həmin payın 80 faizi özgəninkiləşdirilmişdir. Eyni zamanda, birinci bağışlama müqaviləsi bağlanandan cəmi 1 ay sonra hədiyyə alan şəxslər öz paylarını ailənin gəlininə bağışlamışdır. Göründüyü kimi, hədiyyə verənlərin müqavilələri bağlamaqla niyyəti qətnamənin icrasının çətinləşdirilməsi yönündə olmuşdur.

33. İkincisi, qanunverici şəxslərin azad surətdə müqavilə bağlamalarını məhdudlaşdırmasa da, onların öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqlarını təsbit edərək, mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğunu tələb edib, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadəni və sui-istifadəni qadağan etdiyini açıq bəyan etməklə, bu qadağanın pozulacağı hallarda qeyd edilən əsasla həyata keçirilən razılaşmaların (hərəkətlərin) etibarsız sayılacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-c u maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarında da şərh olunmuşdur ki, “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxs ə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar, § 62).”

35. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı sayır.

36. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müda fiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqum entlərini diqqətlə araşdırmalıdırlar (X5rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, §67).

37. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

38. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən mad di və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

39. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§30-37) müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

40. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv yenidən baxılmaq ü çün həmin məhkəməyə göndərilməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1270/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar