Məhkəmə qərarları › İş №2(102)-1292/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1292/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1292/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə və Göyçay rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdlərin etibarsızlığı, ümumi əmlaka sərəncam verilməsi, mülkiyyətçilərin razılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətinə və Göyçay rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1309/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay rayon Aqrar İslahat Komissiyasının 5 dekabr 1998-ci il tarixli qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı), X6, X2, X7, X9, X1 təsərrüfatı məhsullarının istehsalı üçün 3,09 ha torpaq sahəsi verilmiş və torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. 2. 17 oktyabr 2006-cı il tarixdə həmin torpaq sahəsinin həmmülkiyyətçisi X10 ilə Cavabdeh2 (bundan sonra – cavabdeh və ya MMC) arasında torpaq sahəsinin 0,85 ha sahəsinin 1700 manata satılmasına dair müqavilə bağlanmışdır. Alqı-satqı zamanı digər mülkiyyətçilərin adından verilmiş xx.xx.2006-cı il tarixli alqı-satqıya razılıq ərizəsi notariat orqanına təqdim olunmuşdur.

3. İddiaçının birinci arvadı X3 11 may 2009-cu ildə, X12 16 iyul 2009-cu ildə və anası X10 15 may 2016-cı ildə vəfat etmişlər.

4. İddiaçı xx.xx.2002-ci ildən “Yüngül əqli gerilik, anadangəlmə lal-karlıq” diaqnozu ilə psixiatrın qeydiyyatındadır.

5. İddiaçı xx.xx.2011-ci il tarixdə Nümayəndə1 ilə nikaha daxil olmuş və sonuncu hazırkı işə iddiaçını nümayəndə qismində birinci və apellyasiya instansiyası məhkəməsində təmsil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə mərhum X5 cavabdehin direktoru X1 3 ilə Cavabdeh1 bağladığı, 17 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun, ailə üzvləri ilə ümumi birgə mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Göyçay rayonu Qarayazı kəndi ilə sərhəddə yerləşən 0,85 ha hissəsi başqa şəxs tərəfindən istifadə edilir. Torpaq sahəsinin boşaldılmasını tələb edərkən, sahənin Rahim Şirinlinin icazəsi ilə əkildiyi, torpaq sahəsinin ona məxsus olduğunu bildirilib. Sonradan ona məlum olub ki, X10 17 oktyabr 2006-cı il tarixdə torpaq sahəsinə dair cavabdehlə alqı-satqı müqaviləsi bağlayıb. Notariat işinə əlavə edilmiş torpaq sahəsinin satılmasına dair ərizədəki imza onun deyil və digər ümumi birgə mülkiyyətçiləri n imzaları eynidir. Maraqlıdır ki, həmin imza alqı-satqı müqaviləsinin sonunda 1 rəqəmindən sonra da edilmişdir və satıcı kimi mərhum anası Çiçək Ələsgərova göstərilsə də imzadan sonra mərhum həyat yoldaşı Hacıxanım Ələsgərovanın adı göstərilmişdir. X4 anasının əvəzinə imza etmək üçün səlahiyyət verən etibarnaməsi olmamışdır. O, ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün ümumi birgə mülkiyyətçilərdən heç birinə etibarnamə verməmişdir.

8. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, təmsil etdiyi şəxs ailə başçısı olan Çiçək Ələkbərovadan qeyd olunan torpaq sahəsini 1700 manata xx.xx.2006-cı il tarixdə Notariat kontorunda alqı-satqı etmişdir. Alqı-satqı zamanı ailə üzvləri, o cümləd ən, aktda qeyd olunan şəxslər də torpağın satılmasına razılıq vermişlər. İmzalar ərizədə qeyd olunub və iş materiallarına əlavə edilmişdir. Torpağın satılmasına iddiaçı da yazılı razılığını bildirmişdir. Nümayəndə qeyd olunanları nəzərə alaraq, habelə iddia qaldırmaq üçün müddətin keçməsinə əsasən iddianın rədd olunmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 iyul 2023-cü il tarixli 4/661 saylı rəyi ilə ekspertizaya təqdim edilmiş İddiaçı adından Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış 14 sentyabr 2006-cı il tarixli ərizənin imza hissəsində “İddiaçı. Ə.” yazıları önündəki imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.

10. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(046)-689/202 3 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının razılıq ərizəsində olan imzanın ona məxsus olmaması barədə gətirdiyi dəlili iş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli rəyi öz təsdiqini tapmamışdır. Digər tərəfdən iddiaçı əmlakı almış cavabdehin alqı-satqı müqaviləsini bağlamış X5 lazımi səlahiyyətinin olmamasını (pis niyyətlə razılığa gəlməsini) bildiyi və ya bilməli olduğu və ya vicdanlı alıcı olmaması qənaətinə gəlmək üçün hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

12. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeləri, daşınmaz əmlakın dövlət reyestrinin məz mununun həqiqiliyi və tamamlığı prezumpsiyasını, cavabdehin vicdanlı alıcı olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia rədd olunmalıdır.

13. Məhkəmə mübahisəyə iddia müddətinin tətbiq olunmasına əsas görməmişdir.

14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 148, 182, 213 və 222-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 106.1, 217.2, 214.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahələrinə dair sözügedən alqı- satqı müqaviləsi lazımi subyektlərin, yəni səlahiyyətli şəxslərin iştirakları ilə bağlanmamışdır. Ona görə də, həmin müqavilənin etibarlılığından söhbət gedə bilməz. Belə ki, mülki qanunvericiliyə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Lakin hazırkı məhkəmə araşdırmaları zamanı mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onların tərəfindən imzalanması öz təsdiqini tapmamış və sübut edilməmiş, ümumiyyətlə, onların mübahisəli torpaq sahəsinə dair heç vaxt alqı-satqı müqaviləsi bağlamadığı halda alqı-satqı müqaviləsinin olduğu və notariat kontorunda həmin müqavilənin imzalandığı göstərilmişdir. Belə əqd hər hansı hüquqi nəticə yarada bilməz. Cavabdeh əmlakı vicdanlı şəkildə əldə etməmiş, torpaq mülkiyyətçiləri alqı-satqıda iştirak etmədikləri halda Notariat kontoru ilə sövdələşmişdir. İşdə heç bir etibarnamə mövcud deyil. Alqı-satqıda atılmış imzalar paylı mülkiyyətdə olan şəxslərə aid deyil, bir şəxs tərəfindən icra olunmuşdur.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1309/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etmişdir ki, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır.

19. Məhkəmə F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarına istinadla qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının torpaq sahəsinin alqı-satqısından xəbərdar olmasına və bəyənməsinə dəlalət edən uzunmüddətli hərəkətsizliyi mövcud olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə4) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti iddianın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə bütün qeyri müəyyənlikləri araşdırmamış, digər birgə mülkiyyətç ilərin sağ qalanlarının məhkəmədə şahid qismində dəvət edilib dindirilməsini təmin etməmiş, ekspertizaya yalnız birgə mülkiyyətçilərdən iddiaçının imzasının onun tərəfindən icra edilməsinin müəyyən edilməsi məsələsini qoymuşdur. Bundan əlavə, Qaraməryəm kənd icra nümayəndəliyi tərəfindən birgə mülkiyyətçilərin torpağın satılmasına dair xx.xx.2006-cı il tarixli razılıq ərizəsindəki imzaların birgə mülkiyyətçilər tərəfindən icra edildiyi də şübhəlidir. Belə ki, birgə mülkiyyətçilərdən iddiaçının imzasından başqa digər imzalar eynidir və bir şəxs tərəfindən icra edilmişdir. Beləliklə də etibarsız hesab olunması tələb edilən alqı-satqı müqaviləsi tam qanunsuz olmaqla bağlandığı andan etibarsızdır.

22. Birgə mülkiyyətdə olan əkin torpaq sahəsi naməlum formada və mülkiyyətçilərin xəbəri olmadan satılarkən o zaman kənd icra nümayəndəsi işləmiş Seymur Qasımov adlı şəxs birgə mülkiyyətçilərin razılıq ərizəsindəki imzaların həqiqiliyini təsdiq etmişdir. Həmin ərizə isə iddiaçı tərəfindən inkar edilir. Digər tərəfdən torpağın alqı-satqısına dair müqavilədə ciddi qanun pozuntuları ilə yanaşı, saxtakarlıq tam göz qabağındadır. Ən maraqlısı da odur ki, hazırda mübahisəli torpaq sahəsi birgə mülkiyyətçilərin razılıq ərizələrini təsdiq etmiş keçmiş kənd icra nümayəndəsi Seymur Qasımov adlı şəxsin faktiki istifadəsindədir və həmin torpaq sahəsinin ona cavabdeh tərəfindən şifahi razılıqla müvəqqəti istifadəyə verildiyi bildirilir. Bu da həmin iki şəxsin iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini saxta yollarla mənimsəməsi şübhəsi yaradır. İddiaçı özü uzun müddət ps ixi xəstəlikdən əziyyət çəkmiş, əqli geriliyi bu məsələni dərk etməyə imkan verməmiş, həmin illər ərzində anası Ələsgərova Çiçək, sonra arvadı Ələsgərova Hacıxanım, daha sonra isə övladı dünyasını dəyişmiş, bütün ailə ağır stress vəziyyətində olmuş, ailədə torpaqla maraqlana biləcək kimsə olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə ist ənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

28. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər;

29. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir;

30. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

31. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

32. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Mülki Prosessual Məcəllə

33. Maddə 14.

2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozun tu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. K assasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

46. Nəzərə alınmalıdır ki, iddiaçı öz tələbini müqavilə barədə məlumatsız olduğu və razılıq ərizəsində adının qarşısındakı imzanın ona məxsus olmadığı i lə əsaslandırmış, lakin işə baxmış məhkəmələr ekspert rəyi əsasında müəyyən etmişdir ki, müqavilənin bağlanması zamanı iddiaçı alqı-satqıya yazılı razılığını ifadə etmişdir.

47. Həmçinin qeyd olunmalıdır ki, mülki işə baxan məhkəmənin müəyyən etdiyi həqiqət obyektiv həqiqət deyil, həmin iş üzrə tərəflərin təqdim etdikləri sübutlardan irəli gələn formal (hüquqi) həqiqətdir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

49. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

50. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1309/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar