Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1293/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “x qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları mü əyyən etdi: İşin halları 1. 10 iyul 2017-ci il tarixdə İddiaçı ilə “Azəriqaz” İB arasında qazın alğı-satqısı barədə müqavilə imzalanmış, elə həmin tarixdə iddiaçı ilə cavabdeh arasında qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. 2. xx.xx.2022-ci il tarixdə “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi ünvanında yerləşən evə sayğacdan kənar qeyri-qanuni qoşulmanın aşkarlanması barəsində akt tərtib edilmiş və sonuncuya 6557,76 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh x-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32-ci kilometrdə yerləşən ev iddiaçıya məxsusdur. 27 oktyabr 2022-ci il tarixdə cavabdeh tərəfindən akt tərtib edilərək, iddiaçıya 6557,76 manat məbləğində borc hesablanmışdır. Kənar xətt yenicə quraşdırılmışdı ki, cavabdehin əməkdaşları tərəfindən aşkar edilərək kənarlaşdırılmış və sözügedən akt tərtib edilmişdir. Lakin akt üzrə itirilmiş qazın həcmi hesablanarkən hesabat həddən artıq şişirdilərək 6557,76 manat məbləğində müəyyən edilmişdir. 5. “Azəriqaz” İB İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 6557,76 manat zərərin, 1296 manat debitor borcunun və 98,54 manat dövlət rüsumunun “Azəriqaz” İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, küçə qaz xətlərinə baxış keçirilərkən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində qeydiyyatda olan İddiaçı qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi aşkar olunmuşdur. İddiaçı bu hərəkəti nəticəsində “Azəriqaz” İB-nə 6557,76 manat məbləğində zərər dəymişdir. Eyni zamanda İddiaçı tərəfindən sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1296 manat debitor borcu vardır.
7. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində yerləşən evdə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub metr (510,2 manat) olması müəyyən edilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində yerləşən fərdi yaşayış evində (abonent kodu **********03467) qaz xəttinə qanunsuz qoşulmaqla istifadə nəticəsində “Azəriqaz” İB-yə dəymiş zərərin əvəzi kimi 510,2 manat məbləğində pul vəsaiti, təbii qazdan istifadəyə görə yaranmış 1296 manat borc vəsaitinin İddiaçı tutulub “Azəriqaz” İstehsalat Birliyinin hesabına köçürülməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı qaz xəttinə kənar qoşulmaqla istifadə edilməsi faktı işin müb ahisəsiz halıdır. Belə ki İddiaçı özü də bu faktı təsdiq edir. Lakin İddiaçı mübahisələndirdiyi məqam “Azəriqaz” İB tərəfindən tərtib edilmiş akt nəticəsində hesablanmış cərimənin məbləğidir. İş üzrə keçirilmiş müvafiq ekspertiza nəticəsində xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub metr (510,2 manat) olması müəyyən edilmiş, məhkəmə ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, qaz xəttinə qanunsuz kənar qoşulmaqla istifadə edilməsi nəticəsində dəyər zərərin əvəzi 510,2 manat məbləğində pul vəsaiti İddiaçı tutulmalıdır.
10. Məhkəmə qarşılıqlı iddia tələbinin debitor borcun Sevinc Rzabəyovdan tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, abonentin saldosuna istinadən İddi açı faktiki istifadə edilmiş təbii qaza görə 1296 manat debitor borcu yaranmışdır.
11. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü (8-ci hissə) və 22-ci maddələrinə, Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1, 4.2-ci bəndlərinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
12. X apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellya siya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı qaz xəttinə qanundan kənar qoşulmaqla istifadə etməsi faktına işin mübahisəsiz halı kimi qiymət verdiyi halda, dəymiş zərərin tam yox, qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə ekspert rəyi ilə razılaşaraq Bakı şəhəri Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən evdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub metr (510,2 manat) olmasını müəyyən etmişdir. Ekspert hesablama apardıqda təbii qazın qanuni şəkildə istifadə edilməsi zamanı sərf olunan təbii qazın miqdarını və buna adekvat olaraq da sərfiyyatın məbləğini müəyyən etmişdir. Axı məhkəmənin də müəyyən etdiyi kimi, danılmaz faktdır ki, İddiaçı qaz borusuna qanunsuz, kustar üsulla qoşulduğundan, sərfiyyat ekspert rəyində qeyd olunan qanuni istifadə edilməsi nəticəsindən fərqli yanaşma tələb edir. Belə ki iş materiallarında olan və ilkin iddiaçı tərəfindən mübahisələndirilən aktda və dəymiş ziyanın bərpasına dair tələbnamədə belə qanunsuz qoşulma hallarında sərfiyyatın, yəni itirilmiş təbii qazın miqdarının hesablanma qaydası qeyd edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə tələbnamədəki hesablanmış ziyanın məbləğində böyük fərq vardır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhk əməsinin 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın 6557,76 manat məbləğində olması ilə bağlı əsaslı, şübhədən kənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən mötəbər sübutlar təqdim edilmədiyindən müvafiq ekspert rəyi ilə isə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində yerləşən evdə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub metr (510,2 manat) olması müəyyən edildiyindən, birinci instansiya məhkəməsi həmin hissədə qarşılıqlı iddia tələbini ekspert rəyinə uyğun olaraq qismən təmin etməkdə haqlı olmuşdur.
16. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azər baycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə və “Qaz təchizatı haqqında” Qanunun 21.1-ci maddəsinə, Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 17. “Azəriqaz” İstehsalat Birliyi (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya insyansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b)Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə
18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə
3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlar ı vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
24. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
25. Bənd 4.6. qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyət də olduğunu təsdiq edən plombu olmalıdır.
26. Bənd 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
27. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
28. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş ver dikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. K assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
37. Maddə
420. Kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh ol unan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində “Azəriqaz” İB apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmənin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyas ı məhkəməsinin hüquqi mövqeyi
40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 41. “Azəriqaz” İB kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qarşılıqlı iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
42. Belə ki apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, İddiaçı tərəfindən qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın 6557,76 manat məbləğində olması ilə bağlı əsaslı, şübhədən kənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən mötəbər sübutlar təqdim edilmədiyindən, müvafiq ekspert rəyi ilə isə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində yerləşən evdə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub.metr (510,2 manat) olması müəyyən edildiyindən, birinci instansiya məhkəməsi həmin hissədə qarşılıqlı iddia tələbini ekspert rəyinə uyğun olaraq qismən təmin etməkdə haqlı olmuşdur.
43. Göstərilənlərə əsasən ka ssasiya instansiyası məhkəməsi, “Azəriqaz” İB-in kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, “Azəriqaz” İB-in kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh “X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 2(103)-6808/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.