Məhkəmə qərarları › İş №2(102)-1297/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1297/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1297/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 B, “X1 Mərkəzi” MMC-yə və üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı xx xxxx 2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri üzrə hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kas asiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddia təmin edilərək, İddiaçı3 mülkiyyətində olan X küçəsində yerləşən xcnömrəli və X küçəsində yerləşən xx nömrəli yaşayış evlərinin “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş xx xxxxxx 2018-ci il tarixli hərracın nəticəsi olaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə satılmasına dair xx xxxxxx 2018-ci il tarixli Y-261 nömrəli və xx xxxxxx 2018-ci il tarixli Y-262 nömrəli protokollar və “X1 MMC ilə şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında 2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə həmin evlərin alqı-satqısı barədə müqavilələr etibarsız hesab olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən F.Mehtiyev, hakimlər L.Süleymanov və A.Bayramov) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar B, X1 və üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “X1 ” MMC tərəfindən xx xxxx 2018-ci il tarixdə qeyri-qanuni keçirilmiş hərracların yekun protokollarının probasiya və icra şöbəsinin təsdiq etmələri etibarsız hesab edilərək yenidən qanuni hərracın keçirilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər. İş materiallarından görünür ki, “X1 MMC-nin xx xxxxx 2018-ci il tarixli və xx xxx 2018-ci il tarixli bildirişləri ilə icra məmuruna, tələbkar və borcluya xx xxx 2018-ci ildə, ünvan 1 ünvanında yerləşən evin 27451 manat, ünvan 26470 manat ilkin satış qiyməti ilə hərracdan satışa çıxarıldığı bildirilmişdir. Bildirişdə “X1 ” MMC-nin ünvan 3 ünvanında yerləşdiyi göstərilmişdir. Həmçinin “X1 ” MMC-nin xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli bildirişləri ilə icra məmuruna, tələbkar və borcluya xx xxxx 2018-ci ildə, ünvan 1 ünvanında yerləşən evin 23333 manat, ünvan 47999 manat ilkin satış qiyməti ilə hərracdan satışa çıxarıldığı bildirilmişdir. Bildirişdə «X1 » MMC-nin ünvan 3 ünvanında yerləşdiyi göstərilmişdir. Bundan başqa xx xxxxxx 2018-cı il tarixli Y-262 №li hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, İddiaçı3 mülkiyyətində olan X küçəsində yerləşən xx nömrəli ev 35999 manata tələbkar «xxxx» QSC-ə satılmışdır. Eyni zamanda İşdəki xx xxxxxx 2018-cı il tarixli Y-261 №li hərracın nəticələri haqqında yekun protokoldan görünür k i, İddiaçı3 mülkiyyətində olan X küçəsində yerləşən x nömrəli ev 27450,50 manata tələbkar «xxxx» QSC-ə satılmışdır. Habelə iş materiallarından görünür ki, «X1 » MMC ilə «xxxx»QSC arasında xx xxxxxx 2018-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr imzalanmışdır. İddiaçı1 bildirir ki, Laçın Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən onlardan müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 136026.07 ABŞ dollarının tutulması, tutmanın X küçəsindən yerləşən x nömrəli və xx nömrəli fərdi yaşayış evlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq evin boşaldılması qət edilmişdir. Bundan sonra icra vərəqəsi icra edilməsi üçün B göndərilmişdir. B evlərin hərracdan satılması üçün xx.xx.2018-ci ildə «X1 » MMC-yə sifariş vermişdir. X1 tərəfin dən birinci hərrac xx xxx 2018-ci il tarixə təyin edilmiş, bu barədə onlara xx.xx.2018-ci il tarixdə bildiriş verilmiş, həmin bildirişdə X1 Mərkəzinin ünvanı ünvan 5ilmişdir. Birinci hərracın keçirilməsində üzürlü səbəbdən iştirak edə bilməmişlər və bu barədə «X1» MMC-yə teleqram vurmuşlar. Cavabdeh «X1, » MMC tərəfindən ikinci hərracın keçirilməsi xx xxxx 2018-ci il tarixə təyin edilmiş, onlara bu barədə bildiriş göndərilmiş, həmin bildirişdə də «X1 MMC-nin ünvanı ünvan 5ilmiş, onlar xx xxxx 2018-ci il tarixdə həmin ünvana teleqram göndərərək üzürlü səbəbdən hərracın keçirilməsində iştirak edə bilməyəcəklərini bildirsələr də poçt orqanı tərəfindən teleqram geri qaytarılaraq «X1 » MMC-nin göstərilən ünvanda yerləşmədiyi, qeyd edilmişdir. Bundan sonra «X1 » MMC-nin bildirişində göstərilən t elefon nömrəsinə zəng etsə də cavab verən olmamışdır. Daha sonra bildirişdə göstərilən X küçəsi xx, X ünvannına getmiş, orada ona “X1 ” MMC-nin həmin ünvanda yerləşmədiyini bildirmişlər. Hərrac keçirildikdən sonra onlara məlum olmuşdur ki, «X1 » MMC X küçəsi xx, X 3-cü korpus, 6cı mərtəbədə yerləşir. Cabdeh «X1 » MMC ünvanını dəyişməsi barədə əvvəlcədən onlara məlumat verməli olduğu halda qərəzli olaraq məlumat verməmiş, onların iştirakı olmadan hərrac keçirərək fərdi yaşayış evlərinin aşağı qiymətlə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsini təmin etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. İddiaçı1, İddiaçı2,M etibarnamə üzrə nümayəndəsi X4 bildirir ki, işin həqiqi halları İddiaçı1 bildiryi kimidir ona görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi bildirir ki, İddiaçı1 öz öhdəliklərinin icrası üçün yüklü etdiyi evlər məhkəmə qətnaməsi əsasında, qanuna uyğun olaraq hərraca çıxarılmış və hərracdan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə satılmışdır. Hərracın keçirilməsi mərhələsində də qanun pozğunluğuna yol verilməmişdir. Ona görə də hərracın nəticələrinin ləğv edilməklə iddianın təmin olunması üçün heç bir əsas görmür. Rəsmi qaydada məhkəmə bildirilşləri göndlərilsə də, cavabdehlər «X1 » MMC-nin və B nümayəndələri məhkəməyə gəlməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh “X1 ” MMC açıq hərracın keçi rilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarına əməl etmiş və tələbkar da həmin qaydalara uğun əmlakı əldə etmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin istinad qtdiyi xx xxxxxx 2018-ci il tarixli bildiriş başqa işə aiddir və həmin bildiriş xx xxxxxx 2018-ci il tarixdə tərtib olunmuşdur ki, həmin vaxt artıq iddiaçıların ipotekaya qoyduğu əmlaklara dair hərrac keçirilmişdir. Ona görə də həmin bildirişə istinad edib hazırki iş üzrə keçirilmiş açıq hərracın da qanunsuz keçirilməsi qənaətinə gəlmək olmaz. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyas iya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən hərracın yekunlarına dair protokol hərracın keçirildiyi gün tərtib edilib imzalanmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə hərracın yekunlarına dair protokollar x xxxxxx 2018-ci il tarixində imzalanmışdır. Lakin hərracın yekunlarına dair protokolların imzalandığı tarixdə hərracın keçirilməsi ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur və bu hal iş üçün əhəmiyyət kəsb etdiyi halda apelyasiya instansiaysı məhkəməsi tərəfindən araşdırılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hərracın yekunlarına dair protokolların imzalandığı tarixdə hərracın keçirilibkeçirilməməsini aydınlaşdırmalı və bununla bağlı aparılmış araşdırmanın nəticəsinə uyğun hazırkı iş üzrə mübahisəyə hüquqi qiymət verməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kasasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar