Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1298/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X6 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, pulun ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı X6 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6301/2023 nömrəli, 19 dekabr 2023- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. Ваnk ilə X14 arasında 19 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Хətаi rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 66 saylı mənzili (75,4kv/m) X9 64640 mаnаt qiуmətinə satılmışdır. Вunlаrlа уаnaşı xx.xx.2022-сi il tаriхdə X14 təhvil-təslim aktına imza еdərək Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini təhvil аlmışdır. X3 təhvil-təslim aktına imza etmişdir. 2. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, X14 Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini üçüncü şəxslərin hüquqlarından azad şəkildə boşaldılması, təhvili va qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağ lı bütün məsuliyyəti öz üzərinə götürərək gələcəkdə "Ваnk VTB (Azərbaycan)" ASC-yə qarşı heç bir iddiası və tələbi оlmауасаğını qeyd etmişdir. 3. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, X14 notariusa gedərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 8İ-7727 reyestrlə təsdiq edilmiş ərizəsindən imtina etmişdir.
4. İddiaçı banka xx.xx.2022-ci il tarixli müraciət ərizəsinə əsasən, o, banka mənzilin texniki pasportla uyğun gəlməməsi barədə ərizə ilə müraciət etmişdir.
5. X6 banka ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətinə verilən cavab məktubuna əsasən, bank ona mənzilin üçüncü şəxslərin hüquqlarından azad şəkildə boşaldılması, təhvil və qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı məsuliyyəti üzərinə götürməsi barədə ərizənin imzası ilə təsdiqlədi yi bildirilmiş və məsələnin həyata keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. 6. 19 dekabr 2022-ci il tarixli akta əsasən, X14 mənzili təhvil almış və heç bir tələb və şikayətinin olmadığını bildirmişdir.
7. Xəbərdarlıq məktubunun surətinə əsasən, X14 bankdan 17444 manat pul vəsaitinin ödənilməsini xahiş etmiş, əks təqdirdə 15 gün müddətində məhkəməyə müraciət edəcəyi bildirilmişdir.
8. Xidmət müqaviləsinə əsasən, X4 dövr Qiymətləndirmə mərkəzi ilə Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilinin təmir-tikinti xərclərinin müəyyən edilməsinə dair Xidmət müqaviləsi bağlanmışdır. 9. xx.xx.2023-cü il tarixdə qiymətləndirilmənin aparılması üçün verilmiş sifarişə əsasən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş rəyə görə mənzilin təmir-tikinti xərcləri 16415 manat təşkil etmişdir.
10. Qeyd olunan mənzil artıq İddiaçı mülkiyyətində deyil və mənzil xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsinə əsasən 145000 manat pul məbləğinə "xxxx" ASC-nin vasitəsi ilə ipotekaya X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı X6 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17266,16 manat pulun, 2000 manat əldən çıxmış fayda, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 147,80 manat dövlət rüsumunun ödənilməsi və xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzilin satış qiymətinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat ofisində “Bank VTB (Azərbaycan) ASC-yə məxsus olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 75.4 kv.m olan mənzilin alqı-satqısı onunla bankın etibarnamə ilə nümayəndəsi X11 arasında baş tutmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraçısı tərəfindən həmin mənzil bankın nümayəndəsi X5 təhvil verilmiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə həmin mənzil ona təhvil verilmişdir. Qeyd edir ki, mənzilin boşaldılması üçün ilkin təyinat zamanı şəxsən o, da orada iştirak etmişdir. Evin keçmiş sahibi Kərim adlı şəxs artıq o, ora getdiyi zaman mənzili boşaltmışdı. Lakin mənzilə ilkin baxış keçirilən zaman ona məlum olmuşdur ki, həmin mənzil iki mənzilin birləşməsindən ibarətdir. Belə ki, həmin zaman o, müəyyən etmişdir ki, ona məxsus olan mənzil in giriş qapısı yoxdur, həmin yerdə olan divar bağlanmış, həmin hissədə sanitar qovşağı tikilmiş, bundan başqa mənzilində olmalı olan sanitar qovşaqlarının heç biri yerində yoxdur, hətta əsas sanitar qovşağı iki evin birləşdirilməsi üçün dəhliz kimi düzəldilmişdir. Həmçinin ona məlum olmuşdur ki, evin mətbəxi ilə yataq otağının arasında olan divar, həmçinin mətbəx ilə dəhliz arasında olan divar sökülmüş, evinin yataq otağı və mətbəxi bir otaq kimi müəyyən edilmişdir. Edilmiş bu dəyişikliklərə görə evinin texniki pasportunda qeyd edilmiş olan plan tam fərqlidir və qeyd etdiyi kimi satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1. maddəsində göstərilmişdir ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Cavabdeh ASC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsində həmin müqavilədə nəzərdə tutulan mənzil ona təhvil verilən zaman mənzilin texniki pasportundan olan rekvizitlərlə kəskin şəkildə fərqlənən mənzil ona təhvil verilən zaman mənzilin texniki pasportundan olan rekvizitlərlə kəskin şəkildə fərqlənən mənzil ona təhvil verilmişdir. Cavabdeh ASC ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış AN-İ № ******* alqı-satqı müqaviləsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirmədiyinə görə ona zərər dəymiş, həmçinin həmin zərərin dəyməyəcəyi təsəvvür edilsə, bu halda o, öz əmlakından, pulundan bu keçən müddət ərzində məhrum olmayacaqdır və həmin hüquqlardan və pulundan istifadə edərək mənfəət əldə edəcəkdir. Bununla da, hesab etmişdir ki, Cavabdeh ASC-nin öz öhdəliklərini yerinə yetirməyidiyinə görə əmlak hüquqlarından və pul vəsaitindən məhrum olduğu üçün əldən çıxmış fayda qismində ona əlavə 2000 manat maddi ziyan dəymişdir. Həmçinin xx.xx.2022-ci il tarixli AN-İ № ******* alqı-satqı müqaviləsinin 14-cü bəndinə əsasən müqavilənin tərəfi olaraq satıcı kimi çıxış etmiş Cavabdeh ASC müqavilə üzrə müqavilənin 8, 9, 10 və 13-cü bəndlərinin tələblərini pozaraq öz öhdəliklərini yerinə yetirməmişdir.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdi r ki, iddia ərizəsində qeyd edilən hallar tamamilə əsassızdır. Belə ki, məhkəməyə ünvanlanmış yazılı etirazda da qeyd olunduğu ki, iddiaçı alıcı kimi aldığı əmlak barədə, уəni оnun mövcud vəziyyəti haqda qabaqcadan ətraflı məlumatı olmuşdur. Вundan əlavə iddiaçı alqı-satqı müqaviləsi bağlanan zaman sözügedən əmlakı satın alıbalmamaq kimi hüququndan istifadə etmək hüququna malik olub. İddiaçını hal hazırda mübahisələndirilən mənzili almağa heç kəs məcbur etməyib. Оnа görə də iddiaçı məlumatlı olduğu halları yaxşı bilərək iradəsini formalaşdırmış və alqı-satqı müqaviləsini imzalamağa razılığını ifadə edib. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir.
14. İş üzrə şahid qismində dindirilmiş Fuad Süleymanov ifadəsində iddiaçının hazırda mübahisələndirdiyi məslələrlə bağlı banka müraciət etdiyini və ona əsaslı cavab verildiyini, o cümlədən evin boşaldılması və problemli olması ilə bağlı iddiaçıya müqavilə bağlanan zaman məlumat verildiyini qeyd etmişdir.
15. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2136/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia tələbi təmin edilməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Хətаi rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 66 saylı mənzili hərrаса çıxarılarkən Bank tərəfindən alınmışdır. Qeyd olunan ev bankın baİansına götürülmüşdür. Daha sonra alıcı qismində оlаn X16İu Banka yaxınlaşaraq "Ваnk VТВ (Аzərbаусаn)" ASC-də satışda olan еvlər ilə maraqlanıb və məhkəmə iclasında tədqiq olunan sübutlar və şahid ifadəsindən göründüyü kimi o mаrаqlаnan ev ilə bağlı (hazırda mübahisələndiril ən) bank əməkdaşı tərəfindən ətraflı məlumatlandırılıb. X14 təhvil-təslim aktına imza еdərək Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini təhvil аlmış, təhvil-təslim aktına imza еdərək əvvəlcədən məlumatlı olduğu, evin giriş qapısının olmamasına baxmayaraq tam sərbəst öz irədə ifadəsinə əsasən müqavilə bağlamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən X14 Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini üçüncü şəxslərin hüquqlarından azad şəkildə boşaldılması, təhvili və qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürərək gələcəkdə "Ваnk VTB (Azərbaycan)" ASC-yə qarşı heç bir iddiası və tələbi оlmауасаğını qeyd etmişdir.
17. Məhkəmə həmçinin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmənin aparılması üçün verilmiş sifarişə əsasən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş rəyə münasibətdə hesab etmişdir ki, həmin rəy sübutlar siyahısından çıxarılmalıdır.Belə ki, məhkəmə baxışı başlanana qədər iddiaçı rəyi sübutlar siyahısına əlavə etməli olduğu halda etməmişdir. Azarbaycan Respublikası Mülki Prosessual Мəсəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından da göründüyü kimi, iddiaçı məhkəmə baxış iclası təyin olunduqdan sonra rəyin əldə edilməsi üçün müraciət etmişdir.Halbuki məhkəmə baxışı təyin olunan anadək rəyin əldə edilməsi üçün iddiaçının kifayət qədər vaxtı olmuşdur.
18. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azarbaycan Respublikası Mülki Мəсəlləsinin 324.1, 389.1, 389.2, 390.1, 399.1, 408.1, 409.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçı uzun müddətdir ki, onlarla əməkdaşlıq edir, yəni bu onun bankla olan ilk əməkdaşlığı deyil. Dəfələrlə bankdan belə evlər almış və satmışdır. İddiaçı Xətai rayonu ərazisindəki mənzillərin qiymətini bilirdi, o ünvanda mənzilin 1 kv.m sahəsinin qiyməti təxmini 2000 manatdır. İddiaçı isə mənzili 64640 manata almış və qat-qat baha qiymətə də satmışdır. Mənzili əvvəldən görmüş, təhvil-təslimində iştirak etmişdir. Təbii ki, o ərazidə ucuz qiymətə aldığı ev təmirsiz olmalı idi. İddiaçı banka yaxınlaşanda ona mənzilin qüsurlu, problemli olduğu barədə məlumat verilmiş və o da bununla razılaşmışdır. Mənzil artıq satıldığından, mülkiyyətçi hazırda başqası olduğundan iddiaçının dəyən zərəri tələb etməyə subyektiv hüququ yoxdur. Hesab etmişdir ki, iddia tələbi əsaslı deyil. Həmçinin bildirmişdir ki, iddiaçı bankdan mənzil alınması ilə bağlı əməkdaşlığı bundan sonra da davam etdirmiş, belə ki, həmin mənzilin alınmasından sonra da, yəni xx.xx.2022-ci il tarixdə yenidən bankla mənzil alqı-satqısına dair müqavilə bağlamaqla (qohumu X7 adına sənədləşdirməklə) mənzil almışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X12) 2(103)-6301/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanıımışdır.
22. Kollegiya qeyd etmişdir ki, Araşdırmalar nəticəsində məlum olur ki, Bakı şəhəri, Хətаi rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 66 saylı mənzili hərrаса çıxarılarkən Bank tərəfindən alınmışdır. Qeyd olunan ev bankın baİansına götürülmüş, sonra alıcı qismində оlаn X16İu Banka yaxınlaşaraq "Ваnk VТВ (Аzərbаусаn)" ASC-də satışda olan еvlər ilə maraqlanıb və məhkəmə iclasında tədqiq olunan sübutlar və şahid ifadəsindən göründüyü kimi o mаrаqlаnan ev ilə bağlı (hazırda mübahisələndirilən) bank əməkdaşı tərəfindən ətraflı məlumatlandırılıb. X14 təhvil-təslim aktına imza еdərək Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini təhvil аlmış, təhvil-təslim aktına imza еdərək əvvəlcədən məlumatlı olduğu, evin giriş qapısının olmama sına baxmayaraq tam sərbəst öz iradə ifadəsinə əsasən müqavilə bağlamışdır.
23. Bundan başqa mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən X14 Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini üçüncü şəxslərin hüquqlarından azad şəkildə boşaldılması, təhvili və qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürərək gələcəkdə "Ваnk VTB (Azərbaycan)" ASC-yə qarşı heç bir iddiası və tələbi оlmауасаğını qeyd etmişdir.
24. İddiaçı hazırda mənzilə baxış keçirdəndə evin iki evin birləşmiş olması, ona satılan evin texniki pasporta uyğun olmaması nəticəsində məlumatı olmaması nəticəsində ona dəymiş zərəri tələb edir.
25. Hazırkı halda iddiaçı keyfiyyətə aid tələblərin əhəmiyyətli dərəcədə pozu lması ilə bağlı MM-in 587.2.1 və 587.2.2-ci maddələrinə uyğun olaraq, öz seçimi ilə, alğı-satqı müqaviləsinin icrasından imtina etməmiş və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməmiş, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını da tələb etməmişdir.
26. Məhkəmə iclasında həmçinin mülki iş materiallarında olan alqı-satqı müqavilələri ilə müəyyən olunmuşdur ki, iddiaçı mənzilə dair 19 oktyabr 2022-ci ildə alqı-satqı müqaviləsi bağlamaqla bankdan 64.640 manata aldığı mənzili müəyyən təmir işləri aparmaqla xx.xx.2023-cü il tarixdə 145.000 manata satıb.
27. Bundan başqa məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı bankdan mənzil alınması ilə bağlı əməkdaşlığı bundan sonra da davam etdirmiş, belə ki, həmin mənzilin alınmasından sonra da, yəni xx.xx.2022-ci il tarixdə yenidən bankla mənzil alqı-satqısına dair müqavilə bağlamaqla (qohumu X7 adına sənədləşdirməklə) mənzil almışdır.
28. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
29. Beləliklə, iddiaçı tərəfindən hazırkı i ddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən, Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin etməyərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
30. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2. 386.1, 390.1, 399.1, 425.1, 442, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1. 587.2.2, 587.3, 587.4, 587.5, 646.1,, 1096.1.1097.1-ci, Azərbaycan Respublikasının MPM-in 76.1, 76.2, 77.1, 89.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
31. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6301/2023 saylıxx.xx.2023 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh Mülki Məcəllənin 442-ci maddəsinin tələbini pozmuş, alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, yəni həmin mənzilə görə nə su pulu, nə də bələdiyyə vergisini ödəməmişdir. Sözügedən mənzildə **********660 saylı abonent kodu üzrə "xxxx" ASC-nə olan 32 manat 40 qəpik borc iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, Xətai rayon Bələdiyyəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş bildirişdə göstərilmiş ötən dövrlər üzrə 54 manat vergi borcunun, 15.66 manat isə faiz məbləğinin hesablandığı bildirilmişdir. Beləliklə, Cavabdeh ASC bu maddənin müddəalarını pozmuşdur, yəni öhdəliklərini icra etməmişdir. Bundan başqa ******* saylı xx.xx.2022-ci il tarixli alı-satq ımüqaviləsinin 8-ci bəndinə əsasən Cavabdeh ASC üçüncü şəxslərin hüquqlarından azad şəkildə mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyü halda bu bəndin də tələblərini pozmuşdur. Cavabdeh ASC tərəfindən İddiaçı mənzilin qüsurları barədə, yəni mənzilin iki mənzilin birləşməsindən ibarət olduğu, mənzilin giriş qapısının olmadığı, həmin yerdə olan divar bağlanması, həmin hissədə sanitar qovşağı tikilməsi, bundan başqa mənzildə olmalı olan sanitar qovşaqlarının heç biri yerində olmaması, hətta əsas sanitar qovşağı iki evin birləşdirilməsi üçün dəhliz kimi düzəldilməsi, mənzilin mətbəxi ilə yataq otağının arasında olan divar, eləcə də mətbəx ilə dəhliz arasınd a olan divar sökülməsi, evin yataq otağı və mətbəxi bir otaqa çevrilməsi, mənzilin sayğacının olmaması bildirilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya evin texniki pasportu və fotoşəklləri göstərilərək, iddiaçı da həqiqəti əks etdirməyən təsəvvür yaradılmış və iddiaçı ilə cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı olduqdan sonra iddiaçı evə baxış keçirdiyi zaman, evin yuxarıda qeyd olunan qüsurlarının olduğunu görmüş və bu barədə cavabdehə məlumat vermişdir. Cavabdeh tərəfindən, həmin qüsurlar aradan qaldırılmadığı üçün, iddiaçı öz hesabına mənzili texniki plana uyğun olaraq təmir etmiş və ümumilikdə 14500 (on dörd min beç yüz ) manat pul vəsaiti xərcləmişdir. Bu səbəbdən, iddiaçı cavabdehə yenidən müraciət edərək, mənzilin təmiri üçün, yəni texniki plana uyğun olmaya n qüsurlarının aradan qaldırılması üçün 14500 manat xərclədiyini və cavabdeh tərəfindən həmin pul vəsaitinin ona ödənilməsini xahiş etmişdir. Bu maddənin müddəalarında da göründüyü kimi, alıcının ixtiyarı var ki, öz seçimi ilə satıcıdan əşyanın alış qiymətinin mütənasib azaldılmasını, ya əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, ya da əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. İddiaçının əvvəlcədən mənzildə olan qüsurlardan məlumatı olmadığı üçün cavabdehdən mənzilin qiymətinin mütənasib azaldılmasını tələb edə bilməmişdir, qüsurların aradan qaldırılmasını tələb etdikdə isə cavabdehdən rədd cavabı almış, bu səbəbdən mənzilin təmirini özü həyata keçirmiş və həmin təmirə xərclənmiş pul məbləğini cavad ehdən tələb etmişdir. İşin hallarından da göründüyü kimi xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya zərər dəymişdir. Eləcə də həmin zərərin iddiaçıya dəyməyəcəyini təsəvvür etsək, bu halda iddiaçı ona məxsus əmlakdan, pul vəsaitindən bu keçən müddət ərzində məhrum olmayacaqdı və həmin pul vəsaitindən istifadə edərək əksinə mənfəət əldə edəcəkdi. Bununla da, hesab edir ki, Cavabdeh ASC-nin öz öhdəliklərini yerinə yetirməyidiyinə görə iddiaçın əmlak hüquqularından və pul vəsaitindən məhrum olduğu üçün əldən çıxmış fayda qismində iddiaçıya əlavə 2000 manat maddi ziyan ödənilməlidir.
33. O bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat ofisində bağlanmış alqı-satqı müqaviləsində mənzilin hansı tar ixdə ona təhvil veriləcəyi göstərilməmişdir, bu səbəbdən iddiaçı məzilini təhvil almaqdan ötrü yuxarıda qeyd edilmiş xərclərin cavabdeh tərəfindən qarşılanaraq mənzilin iddiaçıya təhvil verilməsi üçün Cavabdeh ASC-yə müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmiş və MM-nin 427.2-ci maddəsinin tələbləri pozulmuşdur.
34. İddiaçı tərəfindən mənzil alındıqdan sonra mənzilin boşaldılmasına dair verilmiş 2-ci təyinat zamanı, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ilk dəfə canlı olaraq mənzilə baxış keçirilmiş, və həmin zaman ona məlum olmuşdur ki, mənzil iki mənzilin birləşməsindən ibarətdir, mənzilin giriş qapısı yoxdur, həmin yerdə olan divar bağlanmış, həmin hissədə sanitar qovşağı tikilmişdir, bundan başqa mənzildə olmalı olan sanitar qovşaqlarının heç biri yerində yoxdur, hətta əsas sanitar qovşağı iki evin birləşdirilməsi üçün dəhliz kimi düzəldilmişdir. Həmçinin iddiaçıya məlum olmuşdur ki, evin mətbəxi ilə yataq otağının arasında olan divar, eləcə də mətbəx ilə dəhliz arasında olan divar sökülmüş, evin yataq otağı və mətbəxi bir otaqa çevrilmişdir. Bundan başqa iddiaçıya mənzildə heç bir sayğacın olmadığıməlum olmuşdur. Lakin bu barədə öncədən iddiaçıya heç bir məlumat verilməmiş, mənzilin təqdim edilmiş şəkillərində mənzildə işıq təminatının olması, mətbəxin işlək vəiyyətdə olması, evdə yaşayışın olmasının bildirilməsi, evdə işıq, qaz və su təchizatının olması faktını iddiaçı da təsəvvür kimi yaratmışdır. Göründüyü kimi, Cavabdeh ASC sözügedən mənzilin texniki pasportda göstərilən rekvizitlərlə, Bina.az səhifəsində yerləşdirilmiş elanda olan fotoşəkil lərə uyğun olmayann mənzili iddiaçıya satmış, yəni iddiaçının əldə etdiyi mənzil təsvirə uyğun olmamışdır.
35. Apellyasiya instansiya məhkəməsi qətnaməsində iddiaçının cavabdeh ilə mənzil alınması ilə bağlı əməkdaşlığı bundan sonra da davam etdirməsinə, həmin mənzilin alınmasından sonra da, yəni xx.xx.2022-ci il tarixdə yenidən bankla mənzil alqı-satqısına dair müqavilə bağlamaqla (qohumu X7 adına sənədləşdirməklə) mənzil almasına istinad etmişdir. Bildirim ki, İddiaçı hal-hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və vəkillik fəaliyyəti ilə məşqul olur. Bu səbəbdən, iddiaçı qohumu X2 mənzili alması üçün onunla birlikdə banka getmiş və həmin mənzil alınması üçün ona vəkil kimi köməklik göstərmişdir. Yəni həmin mənzili iddiaçı özünə almamışdır, yalnız qohumuna köməklik məqsədi ilə banka getmişdir. Məhkəmənin həmin mənzilin X8 adına rəsmiləşdirilməsinə baxmayaraq, cavabdehin şifahi izahatında əsasında güya iddiaçının həmin mənzili alması ilə bağlı gəldiyi nəticə tamamilə absurddur və gülüncdür. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi qətnaməsini işin hallarına uyğun əsaslandırmamışdır, reallığı əks etdirməyən hallara əsaslanaraq qətnamə qəbul etmişdir.
36. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyi sübut qismində qəbul edilmədiyi halda işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi araşdırma aparmamaq istəməsini yalnız mütəxəssis rəyini sübutlar siyahısından çıxarmaqla göstərmişdir. Lakin məhkəmə xüsusi bilik tələb edən sahə üzrə ekspertiza təyin etməməklə, çıxaracağı qətnamə üzrə öz mövqeyini öncədən bəlli etmişdir. İddiaçı, apellyasiya şikayətində bu məsələ ilə bağlı qeydlər verməsinə baxmayaraq, məhkəmə bu məsələni araşdıramamışdır.
37. Apellyasiya instansiya məhkəməsi 2(103)-6301/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsində iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə istinad etmiş, İddiaçı Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini üçüncü şəxslərin hüquqlarından azad şəkildə boşaldılması, təhvili va qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürməsinə gələcəkdə "Ваnk VTB (Azərbaycan)" ASC-yə qarşı heç bir iddiası və tələbi оlmауасаğını qeyd etmişdir. Nəzərinizə çatdırım ki, İddiaçı Cavabdeh ASC-nə inanmış ona təqdim edilmiş texnik pasporta və mənz ilin fotoşəklləri əsasında alğı-satqı müqaviləsi bağlamış, bankın əməkdaşı olan Rasimin təkidi ilə həm də xx.xx.2022-ci il tarixli ərizəni yazmışdır. Ümumiyyətlə gələcəkdə yaranacaq hər hansı bir problemə görə iddia verilməməsinə dair ərizə vermək absurddur,ona görə ki məhkəməyə müraciət etmək şəxsin Konstitusion hüququdur və heç bir halda məhdudlaşdırıla bilməz. Görünür ki, cavabdehin iddiaçıdan belə bir ərizə tələb etməsi, bankın həmin problemlərin üzə çıxmasından narahat olması ilə bağlı olmuş və həmin hissədə iddiaçı tərəfindən gələcəkdə mübahisə edilməməsinə yönəlmişdir, yəni cavabdeh həmin vəziyyətdən çıxış yolu axtarmışdır. İddiaçı həmin mənzilə baxış keçirdikdən sonra, mənzilin ona təqdim edilmiş fotoşəkklər və texniki plana uyğun olmadığına görə, həmin ərizəsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı notariusa gedərək xx.xx.2022- ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 8İ-7727 reyestrlə təsdiq edilmiş ərizəsindən imtina etmişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi, ədalət pozmaqla, işin faktiki hallarına uyğun olmayaraq məhkəmə mühakiməsini aparmışdır.
38. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Fuad Süleymanov ifadəsində iddiaçının hazırda mübahisələndirdiyi məsələlərlə bağlı banka müraciət etdiyini və ona əsaslı cavab verildiyini, o cümlədən evin boşaldılması və problemli olması ilə bağlı iddiaçıya müqavilə bağlanan zaman məlumat verildiyini qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, şahid ifadəsindən göründüyü kimi, iddiaçımаrаqlаnan ev ilə bağlı(hazırda mübahisələndirilən) bank əməkdaşı tərəfindən ətraflıməlumatlandırılıb. Halbuki, şahid Fuad Süleymanov öz ifadəsində bildirmişdir ki, İddiaçı cavabdeh tərəfindən ondan əvvəl bildirilmişdir ki mənzildə problem var, lakin problemin nədən ibarət olduğu, yəni mənzilin texniki pasporta uyğun olmaması ilə bağlı hər hansı qeyd verməmişdir. Birinci instansiya məhkəməsi isə şahidin bu ifadəsini cavabdehin xeyrinə qiymətləndirmiş və güya ki şahidin iddiaçıya mənzildə edilmiş dəyişikliklər barədə məlumat verdiyi kimi göstərmişdir. Göründüyü kimi, həm birinci instansiya, həm apellyasiya instansiya məhkəməsi şahidin ifadəsinə düzgün qiymət verməyərək MPM-nin 88-ci maddənin tələblərini pozmuşlar. Həmçinin, İddiaçı və şahid Fuad Süleymanov arasında xx.xx.2023-c ü il tarixdə, yəni apellyasiya instansiya məhkəməsinin yekun qətnaməsi qəbul edildikdən sonra, vatsap yazışmasında şahid özü də bildirmişdir ki, o məhkəmə zamanı qeyd etmişdir ki, iddiaçıya mənzildə olan problem ilə bağlıməlumat verilmişdir, lakin mənzildə edilmiş dəyişikliklər ilə bağlı hər hansı bir qeyd verməmişdir. Bildirim ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra, iddiaşı və şahid arasında vatsap yazışmaları aparıldığından, həmin yazışmaların fotoşəkli tərəflərindən kassasiya şikayəti ilə birlikdə təqdim ediləcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırı la bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
40. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 97.1(birinci cümlə). İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı q aydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin birinci instansiya məhkəməsi xüsusi bilik tələb edən sahə üzrə ekspertiza təyin etməməklə, çıxaracağı qətnamə üzrə öz mövqeyini öncədən bəlli etdiyi, İddiaçı apellyasiya şikayətində bu məsələ ilə bağlı qeydlər verməsinə baxmayaraq, məhkəmənin bu məsələni araşdırmadığı barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etməsi onun vəzifəsi deyil, hüququdur.Ümumiyyətlə şikayətdə hansı məsələyə dair ekspertiza təyin olunmalı olduğu, bunun iş üçün hansı əhəmiyyət daşıdığı əsaslandırılmamışdır.Digər tərə fdən apellyasiya instansiyası məhkəıməsinin göstərilən dəlili araşdırmamasına gəlincə isə kollegiya qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.Qeyd edilən pozuntu isə belə xarakterli pozuntu deyil.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldi yi nəticə və əsaslandırma ilə razılaşır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Kassator şikayətinə vatsao yazışmalarının fotoşəklini təqdim etsə də məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiyası məhkəməsində yeni sübutlar qəbul edilmir və onlara hüquqi qiymət verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır.
58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli 2(103)-6301/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.