Məhkəmə qərarları › İş №2(102)-13/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-13/2024

10.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-13/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və N rayon notariat ofisi müstəqil tələb irəli sürməyən üçünücü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ İş № 2(102)-13/2024 (Açar sözlər: qanun və vəsiyyət üzrə vərəsəlik, mirasın qəbulu, mirasdan imtin müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraq lı şəxs4, Maraqlı şəxs5 və N rayon notariat ofisi müstəqil tələb irəli sürməyən üçünücü şəxs qismində cəlb edilməklə) vəsiyyətnamənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-173/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bağırov Allahqulu İsmayıl oğlu (bundan sonra – miras qoyan) xx.xx.2006-ci il tarixdə ölmüş və ondan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi (bundan sonra – miras əmlak) miras qalmışdır.

2. Miras qoyanın birinci növbə vərəsələri övladları - İddiaçı (iş üzrə iddiaçı), Cavabdeh2, X10 (iş üzrə cavabdehlər), Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs2 (iş üzrə üçüncü şəxslər) və X11 (2011-ci ildə ölmüşdür) olmuşdur.

3. Miras qoyan xx.xx.1998-ci il tarixli notarial qaydada təstiq edilmiş vasiyyətnamə qoyaraq, həmin fərdi yaşayış evini oğlu Cavabdeh2 vəsiyyət etmişdir.

4. X10 Maraqlı şəxs6 yazıdığı ərizəsində bildirmişdir ki, atasının vəfatından sonra ondan miras qalan fərdi yaşayış evindən qanun üzrə vərəsə kimi ona düşən payı qəbul etməmiş, mirasın qəbulu üçün notariat kontoruna ərizə verməmiş, mirasın qəbulu ilə bağlı müddəti ötürmüş, gələcəkdə müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək, heç bir iddiası və tələbi olmayacaqdır.

5. Miras qoyanın ölümündən sonra ondan qalmış evdə qızı İddiaçı (iddiaçı) yaşamış, evin kommunal xərclərini ödəmiş, hazırda da yaşamaqda davam edir.

6. İddiaçı xx.xx.2022-ci il tarixdə mirasın qəbulu ilə bağlı Neftçala rayon notariat ofisinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə müraciətindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 mirasdan imtina etdiyi, Cavabdeh2 mirası 6 ay ərzində qəbul etmədiyi, Maraqlı şəxs2, X8, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs1 tərəfindən isə miras əmlakdan onun xeyrinə imtina etdikləri üçün mərhum atasından qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması və miras qoyanın xx.xx.1998-ci il tarixdə öz xətti ilə yazmış olduğu və imzaladığı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, atasının mülkiyyətində olmuş miras əmlaka atası rəhmətə gedəndən sonra faktiki olaraq o sahiblik edir. Vərəsələrdən Cavabdeh2, X10, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs1 qızları tərəfindən miras əmlakı qəbul edilməmişdir. X3 ərizə yazaraq mirasdan ona düşən payı qəbul etməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla mirasın qəbulu ilə bağlı Neftçala rayon notariat ofisində müraciət etmiş, lakin notariat ofisindən mirasın bölüşdürülməsində ixtilaflar olduqda məhkəmə qaydasında baxılması bi ldirilmiş, ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

9. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, mərhum atası mülkiyyətində olan fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini xx.xx.1998-ci il tarixli vəsiyyatnamə ilə ona vəsiyyət etmişdir. Vərəsəlik hüququ əsasında ona da pay düşür.

10. Üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 isə məhkəmə iclasında verdikləri izahatlarında onlara düşən miras payından imtina etdiklərini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişlər.

11. Neftçala Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(053)-615/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əli Tağıyev) iddia təmin edilərək, iddiaçının mərhum atasından miras qalmış fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair mirası faktiki qəbul etməsi faktı müəyyən edilmiş, həmin miras əmlaka iddiaçının vərəsəlik hüququ müəyyən edilməklə mülkiyyət hüququ tanınmış və şəhadətnamənin verilməsi Neftçala rayon notariat ofisinə tapşırılmış, mərhum tərəfindən yazılmış xx.xx.1998-ci il tarixli vəsiyyətnamə qüvvədən düşmüş hesab edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, miras qoyanın ölümündən sonra ondan qalmış miras əmlakı faktiki olaraq qızı olan iddiaçı qəbul etmişdir. Kommunal xərcləri ödəməklə təsərrüfatı o idarə edir, dəfn xərclərini də o çəkmişdir. Digər vərəsələr mirasın qəbulu üçün notariat kontoruna ərizə verməmişlər. X1 isə notariat ofisinə verdiyi ərizəsində bildirmişdir ki, atasının vəfatından sonra ondan miras qalan fərdi yaşayış evindən qanun üzrə vərəsə kimi ona düşən payı qəbul etməmiş, mirasın qəbulu üçün notariat kontoruna ərizə verməmiş, mirasın qəbulu ilə bağlı müddəti ötürmüş, gələcəkdə müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək, heç bir iddiası və tələbi olmayacaqdır.

13. Məhkəmənin qənətinə görə, iddiaçı miras əmlaka sahiblik etməklə, əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirməklə miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, iddiaçı ata və anasının dəfn mərasimində iştirak etmiş, dəfn xərclərini və evin kommunal və s. xərəcləri onun tərəfindən ödənilmiş, evdən bu günədək istifadə edir və ümumi təsərrüfatı idarə edir. Miras qoyan tərəfindən yazılmış xx.xx.1998-ci il tarixli vəsiyyətnamə isə Cavabdeh2 mi rasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti üzrsüz səbəbdən ötürdüyü üçün hüquqi qüvvəsini itirmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 139.1,1133.1, 1133.2, 1134.1, 1145, 1159.1.1, 1193, 1196, 1202.1, 1202.2, 1243.1-1243.3, 1246, 1252-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 9.3, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericilikdə vəsiyyətnamənin etibarsızlığı əsasları dəqiq göstəril miş, hazırkı mübahisə üzrə qəbul edilmiş qətnamədə nəinki bu əsaslardan birinə istinad olunmuş, ümumiyyətlə heç bir əsas göstərilmədən vəsiyyətnamə qüvvədən düşmüş hesab edilmişdir. Halbuki, mülki qanunvericiliyə əsasən vəsiyyətnamə yalnız etibarsız hesab edilə bilər. Digər tərəfdən Mülki Məcəllənin 1231-ci maddəsinə görə vəsiyyətnamənin mübahisləndirilməsi üçün 2 illik iddia müddəti nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə isə mirasın açıldığı vaxtdan (xx.xx.2006-cı il) 16 il keçdikdən sonra bu məzmunlu iddiaya baxılmışdır. Belə olan halda, müddət 8 dəfə ötürüldüyü üçün məhkəmə vəsiyyətnamənin qüvvədən düşməsi tələbinə baxa bilməzdi. Göründüyü kimi, məhkəmə iddiaçı tərəfindən bu müddətin ötürülməsini nəzərə almamış, lakin gəldiyi qanunsuz nəticəni əsaslandırmaq üçün qeyd etmişdir ki, on un tərəfindən mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən vəsiyyətnamə öz qanuni qüvvəsini itirmişdir. Buradan məhkəmənin subyektiv mövqeyi açıq-aydın görünür. Eyni zamanda, məhkəmə istinad etdiyi Mülki Məcəllənin 1133, 1132 və 1193-cü maddələrini yalnız iddiaçının xeyrinə tətbiq etmişdir. Belə ki, vəsiyyətnamə həqiqətən etibarsız hesab edilsə belə, bu halda məhkəmə məhz bu maddələrin tələblərinə riayət etməklə cavabdehi də qanun üzrə vərəsə kimi tanıyaraq ona miras əmlakdan pay verməli idi. Lakin məhkəmə cavabdehi miras əmlakından məhrum etmişdir. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələblərini pozmaqla həmçinin iddia tələbindən kənara çıxaraq tam ayrı tələb üzrə qətnamə qəbul etmişdir.

17. Apellyasiya baxışında iş üzrə digər cavabdeh X10 məhkəmə kollegiyasına verd iyi izahatında bildirmişdir ki, Rusiya Federasiyasında olduğu müddətdə bacısı olan iddiaçı dəfələrlə zəng edərək, miras əmlakdan imtina etməsi barədə ərizə verməsini xahiş etmiş, o da bezdiyindən 2006-cı ilin sentyabrın 16-da belə bir ərizə vermişdir. Lakin hazırda miras əmlakdan imtina etmir. Həmçinin, onlar 9 uşaq olmuş, böyük qardaşları X11 2011-ci ildə vəfat etmişdir. Hazırda İbrahimin uşaqları var və sağdırlar. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

18. Üçüncü şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs2 və Maraqlı şəxs3 isə izahatlarında apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəm əsi) 2(106)-173/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.İmanov (sədrlik edən və məruzəçi), T.Kərimov və T.Heydərov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, miras qoyanın mülkiyyətində olan mübahisəli əmlak üzərində onun uşaqları (vərəsələri) Dadaşova (Bağırova) Minarə Allahqulu qızının 1/18, X4 1/18, Maraqlı şəxs2 1/18, Hüseynova (Bağırova) Minayə Allahqulu qızının 1/18, Tağıyeva (Bağırova) Xoşqədəm Allahqulu qızının 1/18, Həmidova (Bağırova) Bağdagül Allahqulu qızının 1/18, Maraqlı şəxs1 1/18, mərhum X5 1/18 və Cavabdeh2 10/18 hissə payı müəyyən olunmuş, iddia qalan hissələrdə rədd olunmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, rayon məh kəməsi iddianı təmin edərkən “həmin miras əmlaka iddiaçının vərəsəlik hüququ müəyyən edilməklə mülkiyyət hüququ tanınsın və şəhadətnamənin verilməsi Neftçala rayon Notariat ofisinə tapşırılsın” kimi halları qət etməklə iddia tələbindən kənara çıxmışdır. Qeyd edilən hallar isə qanunda (MPM-in 218.3-cü maddəsi) göstərilən müstəsna hallara aid deyildir.

21. Məhkəmə kollegiyası Mülki Məcəllənin 1166 və 1176-cı maddələrinə istinadla qeyd etmişdir ki, mülki qanunvericiliyin sözügedən müddəaları vəsiyyət azadlığı prinsipinə əsaslanmaqla mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Belə ki, vərəsənin mirasdan məhrum edilməsi üçün vəsiyyət edənin vəsiyyətnamədə heç bir izah vermədən məhrum etmək iradəsini göstərməsi kifayətdir. Qanunverici məhz bu ira dənin nəticəsində mirasdan məhrum edilmiş şəxsə münasibətdə hansı hüquqi nəticələrin yaranmasını müəyyən etmişdir. Belə ki, vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Bununla belə, mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində sərəncam vermək səlahiyyəti qeyri-məhdud şəkildə olmayaraq mirasdan məcburi pay hüququ ilə məhdudlaşır.

22. Qeyd olunanlara əsasən, Cavabdeh2 mərhum atasından ona olunmuş vəsiyyət qanunvericiliyin tələbinə uyğundur və birinci instansiya məhkəməsi tərəfindən həmin vəsiyyətnamənin qüvvədən düşmüş hesab edilməsi qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi vəsiyyətnaməni qüvvə dən düşmüş hesab edərkən bu mövqeyini heç bir halda əsaslandırmamış və belə bir qənaətə gəlməkdə haqlı olmamışdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən,...Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Buna görə də həmin müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər.

24. Bu iş üzrə indiyədək nə vəsiyyət edilən Cavabdeh2, nə də digər vərəsələrdən hər hansı biri miras əmlakı öz adına rəsmləşdirməmişdir. Hazırda vərəsələr miras əmlakdan öz paylarını istəyirlər. Miras qoyanın 9 övladı olmuş, vərəsələrin deməsinə görə onlardan biri X11 2011-ci ildə vəfat etmişdir. Sağ qalan vərəsələr isə Hüseynova (Bağırova) Minayə Allahqulu qızı, Maraqlı şəxs1, Həmidova (Bağırova) Bağdagül Allahqulu qızı, Tağıyeva (Bağırova) Xoşqədəm Allahqulu qızı, Maraqlı şəxs2, X10, Dadaşova (Bağırova) Minarə Allahqulu qızı və Cavabdeh2dur.

25. Beləliklə, miras əmlak Cavabdeh2 vəsiyyət olunsa da, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras qoyanın vəfat etmiş və sağ qalmış digər uşaqlarının mirasda məcburi payları vardır. Buna görə də, miras qalan əmlak üzərində miras qoyanın bütün uşaqlarının payları müəyyən olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Şikayətin dəlilləri ondan ibarətdir ki, miras qalmış evə qeydiyyat vəsiqəsi xx.xx.2006-cı il tarixdə verilmiş, lakin vəsiyyətnamə xx.xx.1998-ci ildə tərtib edilmişdir. Həmin ev vəsiyyətnamə verilərkən dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.

28. İddiaçı mirası təmamilə qəbul etmiş, cavabdehlər Cavabdeh2 mirası ümumiyyətlə qəbul etməmiş, Ziyafət Bağırov isə payından imtina etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmənin də istinad etdiyi qərarında qanunverici orqan tərəfindən Mülki Məcəllən in mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının bu qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafıq hesab etmiş, apellyasiya məhkəməsi isə birmənalı olaraq tələb irəli sürməyən şəxslərə nisbətdə əsaslandırılmayan paylar müəyyən etmişdir.

29. Bundan başqa, cavabdehlər tərəfindən mirasın qəbul edilməsi üçün müraciət olunmamışdır. Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən, gərək vərəsələr müraciət etsin ki, məhkəmə vərəsəliyi qəbul etsin. Vərəsələr də bu iki şəxsin mirası qəbul etməsini istəmirlər. Eyni zamanda, cavabdehlər tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsinə müvafiq olaraq mirasın qəbulu ilə bağlı mübahisə iki ay ərzində açılmamışdır. Yalnız iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldıqdan sonra qətnamədən apellyasiya şikayəti verilənə qədər tələb irəli sürülməmişdir. Göründüyü kimi, cavabdehlərin hər ikisinin mirasdan məhrum edilməsi üçün kifayət qədər əsaslar mövcuddur ki, apellyasiya instansiyası bu halları nəzərə almamışdır.

30. Vəsiyyətnamədən görünür ki, mübahisəli ev barədə iki ünvan qeyd olunmuş, lakin məhkəmə tərəfindən buna dair heç bir əsaslandırma verilməmiş və miras əmlakın dairəsi dəqiqləşdirilməmişdir.

31. Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Apellyasiya məhkəməsi isə payından imtina etmiş Ziyafət Bağırovun payını tanımışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayəti ilə eyni dəlillərdən çıxış etmişdir. Tətbiq edilən hüq uq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

34. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

36. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

37. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

38. Maddə 1225.1-1225.3. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

39. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.

40. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

41. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir.

42. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

43. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

44. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı

45. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolver ilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

46. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir.

47. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyy ətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir.

48. Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər.

49. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağ lı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı.50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrin in Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Hüquqi müəyyənl iyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.

51. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

52. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmla kın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməməsi (miras əmlaka tam mülkiyyət hüququnun tanınması) hissəsində mübahisələndirildiyindən apellyasiya instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

63. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin digər vərsələrin mirası qəbul etmədiyi barədə dəlillərini əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

64. Həmin Məcəl lənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bunu nla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.

66. Həmçinin həmin qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddəl ərinin mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

67. Lakin iddiaçı tərəfindən Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulan müddətlərdə digər vərəsələrin mirasdan imtina etməsi barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən digər vərəsələrin miras əmlaka mülkiyyət hüquqları məhdudlaşdırıla bilməz.

68. X9 payından imtina etməsi barədə ərizənin nəzərə alınmaması, Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən, vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəsini geri götürmək hüququnun olmaması barədə də dəlilləri əsassızdır. Belə ki, Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsiləyə çağırıldığını bildiyi və ya bilməli oldğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edə bilər. Lakin iş materiallarından göründüyü kimi mirasqoyan xx.xx.2006-cı il tarixdə vəfat etmiş, Ziyafət Bağırovun miras qəbulundan imtina ərizə isə xx.xx.2006-cı il tarixdə, yəni mirasın açıldığı gündən 3 ay 11 gün sonra təsdiq edilmişdir. Yəni 3 aylıq müddət bitdikdən sonra verilmiş mirasdan imtinanın hər hansı hüquqi qüvvəsi olmamışdır.

69. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

70. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kol legiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 fevral 2023-cü il tarixli 2(106)-173/2023 saylı qətnaməsi iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar