Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-130/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)7839/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş № 2(004)-1047/2019) İddiaçı cavabdehlər 3 saylı “Asan Xidmət” Mərkəzinin notariusu na, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilərək 3 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusunun “Notariat hərəkəti aparmaqdan imtina edilməsi” haqqında xx xxxxxx 2018-ci il tarixli qərarının və İddiaçı adından etibarnamə ilə vərəsəliyin qəbulundan imtina edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli ərizənin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Muradov Qüdrət Babaxan oğlunun xx xxxx 2018-ci il tarixdə baş vermiş ölü mü ilə əlaqədar ona məxsus əmlaka (iki mənzilə) miras açılmışdır. Onun ölümündən sonra birinci növbəli üç vərəsə (atası İddiaçı, arvadı Cavabdeh1 və oğlu Cavabdeh2) qalmışlar. Miras qoyanın arvadı və oğlu mirası qəbul etmələri barədə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat kontoruna ərizə vermişlər. Miras qoyanın arvadı Cavabdeh1 digər vərəsə İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi onun adından mirasdan imtina etməsi barədə ərizə vermişdir. 2018-ci ilin dekabr ayında İddiaçı ərizə ilə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə müraciət edərək Cavabdeh1 adına verdiyi etibarnaməni ləğv etməsini bildirməklə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariusun xx xxxxxx 2018-ci il tarixli qərarı ilə notariat hərəkətinin aparıl masından imtina olunmuşdur. Bundan sonra İddiaçı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun oğlunun ölümü ilə əlaqədar düşdüyü ağır vəziyyətdən və qocalığından (90-dan artıq yaşı var) istifadə edərək ondan etibarnamə almaqla ona münasibətdə mirasdan imtina etmələrini, əslində isə onun mirasdan imtina etmək niyyətində olmamasını əsas göstərməklə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi notariusunun xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və miras payının müəyyən edilməsi barədə şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək mirasdan imtinanın idd iaçının verdiyi etibarnamə əsasında həyata keçirilməklə onun iradəsini əks etdirməsini və bu zaman heç bir qanun pozuntusuna yol verilməməsini, göstərilən vəziyyətdə iddianın təmin edilməsinin qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh2 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi notariat hərəkətlərinin aparılmasından imtinaya dair notariusun qərarının ləğv edilməsini əsaslı sayarkən hesab etmişdir ki, cavabdeh Ş. Gülməmmədova iddiaçı tərəfindən ona verilmiş səlahiyyətdən istifadə edib onun adından mirasdan öz oğlunun xeyrinə imtina etməklə iddiaçının deyil, öz maraqlarından çıxış etmiş və bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələbini pozmuşdur. Qanunun həmin normasına görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarın da investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-130/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-130/2020
08.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver